275
T o ğ r u l. Ancaq yenə də inanmağım gəlmir, doğrusu məəttəl qalmışam. Mənə
elə gəlir ki, burada bir sinfi düşmənin əli vardır... Odur ki, mən xahiş edirəm:
proletar məhkəməsi bizə bu işdə kömək eləsin.
Y a ş a r. Sonra yenə də suyu sən saxlamadın, mən saxladım.
P r o k u r o r. İş başında tutulandan sonra çarə yox idi.
Y a ş a r. Mən stansiyanı, o kağızları göz bəbəyim kimi istəyirdim, necə oldu
ki, mən onları məhv etdim?!
P r o k u r o r. Müttəhim: son bir sorğu: siz o qızı nə üçün qucaqlamışdınız?
Ə m i r q u l u. Eh... dahı adam adamı nə üçün qucaqlayar! Şərəbanı deyil ki,
qucaqlayıb məni bassın əhəng vedrəsinə.
Ş ə r ə b a n ı. Yaxşı eləmişəm, əcəb eləmişəm.
S ə d r. Səs salmayın, yoldaşlar!
Y a ş a r. Mən onu qucaqlamamışdım... o ağlayırdı, mən onu sakit eləmək
istəyirdim.
P r o k u r o r. O neçin ağlayırdı?
Y a ş a r. Mən bu sorğuya cavab vermək istəmirəm.
S ə d r. Vətəndaş Yaşar, prokuror sizi el malına qəsd etməkdə təqsirləndirir, siz
isə özünüzü müdafiə etmək və cavab vermək istəmirsiniz... Bunun nəticəsi isə ən
ağır cəzadır.
P r o k u r o r. Qanun fakt tələb edir. Şahidlər və bütün açıq vəziyyət göstərir ki,
proyekti o yandırmışdır... dinamiti o partlatmışdır. Ona görə onun deməyə sözü
yoxdur.
Y a ş a r. Məni öz yaratdığımı yox etməklə təqsirləndirmək, proletariatın
düşməni kimi mühakimə etmək, inqilabın 15 illiyində məni əksinqilabda
təqsirləndirmək! Qoy məni güllələsinlər, mən artıq heç bir sorğuya cavab
verməyəcəyəm.
Y a q u t. Dayanın, yoldaşlar, qoyun, mən özüm cavab verim.
A d a m l a r. O kimdir? O nə deyir?.. Yaqut!..
S ə d r. Sən nə istəyirsən, qız?
Y a q u t. O heç bir şey bilmir, mən hamısını bilirəm. Qoyun, onun yerinə mən
cavab verim.
İ m a m y a r. İtil bir yana, qız.
Y a q u t. Yox, daha bəsdir, qoy məni öldürsünlər. Mən hamısını deyəcəyəm.
Qulaq asın... onda heç bir təqsir yoxdur. Bütün bu işləri özgələri eləyiblər... Qoyun,
mən hamısını deyim. Sonra hər nə olacaq olsun.
276
S ə d r. Qorxma, qızım, danış... hamısını...
Y a q u t. Mən ağlayıb ona yalvarırdım ki, kənddən getsin. Mən ona demirdim,
qorxurdum, onu yox eləmək istəyirdilər.
S ə s l ə r. Kim, axı?
Y a q u t. Budur, bunlar, bax... bu... bu... bax... bu... (İmamyarı, Türbəti,
Mirsəqulunu göstərir). Məni o qucaqlamamışdı, mənə (İmamyarı göstərir) o dedi
ki, deyinən məni gücnən tutmuşdu. Kağızları yandıran da odur, barıt qutusunu da
evdən aparan, bax, onlardır. Əmim onları göndərdi, mən dallarınca getdim...
Pəncərədən girdilər, götürdülər.
P r o k u r o r. Deməli, kağızları o yandırdı, sən gördün?
Y a q u t. Mən onların fikrini bilirdim. Yaşar evdən getdi, mən pəncərədən
baxırdım (İmamyarı göstərir). O qayıtdı, kağızları götürdü,
oda atdı...
P r o k u r o r. Demək kağızlar yanmışdır...
Y a q u t. Yox, kağızlar yanmamışdır, kağızlar budur, məndədir. Mən qabaqca
onları götürüb, yerinə başqa kağız qoymuşdum. Budur, bu da kağızlar!
Y a ş a r ( həyəcanla). Proyekt özüdür, özüdür...
İ m a m y a r. Elə isə, al!
Tapança ilə atarkən Əmirqulu onun qolundan tutub, gülləni göyə sovurur
.
S ə d r. Tutun onu!
A d a m l a r. Tutun onu, tutun, o birilərini tutun...Tutub tapançasını alırlar.
T o ğ r u l. Vay, köpək oğlu.
B ə h r a m. Tfu! Gördün, adə Toğrul, nə oldu? Dedim sizə bunun sir-sifəti
mənim gözümə tərs-avand görünür, dediniz yox.
Bu aralıq bayırda gurultu qopur.
B e l o k u r o v u n s ə s i. Hanı Yaşar, hanı Yaşar?..
Professor B e l o k u r o v şalvarını çəkə-çəkə içəri yüyürür, sevincindən atılaraq
Yaşarı axtarır. Yanına qaçıb onu qucaqlayır.
Yaşar, axır ki, tapdım zəhrimarı... Bilirsən nə imiş! Ağdaş, ağdaş. Əkdim,
getdim Rostova, dünən qayıtdım, gördüm göyərib. Təkcə ağdaş.
S ə d r. Vətəndaş, siz nə edirsiniz, nə deyirsiniz?
277
B e l o k u r o v. Hə? Ağdaş, ağdaş. Başqa heç bir şey yox. Hələ o şeylər, bir də
ağdaş. Mən sənin canını qurtardım.
T a n y a. O, məhkəmə qarşısındadır, professor!
Ə m i r q u l u. Kişinin az qalmışdı atasını yandırıb, söykəsinlər divara ki...
B e l o k u r o v. Necə yəni məhkəmə, hanı məhkəmə? Mən onu vermərəm... O
mənim ən yaxşı tələbəmdir. Beş il onun üstündə əzab çəkmişəm, bir ana kimi
nazını çəkmişəm. Yox, vermərəm, mən qoymaram! (Həyəcanla Yaşarı qucaqlayır,
birdən yadına bir şey düşür) Dayan, dayan, ağdaş bir də kömür, kömür, zəhrimar
lap yadımdan çıxmışdı ( Bayırdan bir yekə yeşikdə pambıq gətirir). Açıq havada
əkmişəm. Gözəl pambıq olacaqdır. Yaşar, bəs sənin stansiyan budur?
T a n y a. Stansiya və hər şey hazırdır, professor!
B e l o k u r o v (ona tərəf dönür). Tanya, sən də buradasan? Hamısı
bizimkilərdir ( Onlarla görüşür). Doğrudan bu məhkəmə nədir?
S ə d r. Məsələ aydındır: aldığımız materiallar vətəndaş Yaqut Niyaz qızının
sözlərini təsdiq edir. Prokuror vətəndaş Yaşarı ittiham etməkdən boyun qaçırır.
Müqəssirlər məsuliyyətə alınırlar. Aparın onları... Bununla bərabər, məhkəmə qeyd
edir ki, yerli təşkilat rəhbərlərindən bəziləri bu işdə opportunizmə yol verib, sinif
düşməninə göz yummuşlar, əlbəttə, lazımi idarələr bunu nəzərdən qaçırmışlar... Siz
isə yoldaş Yaşar, bu gündən azadsınız...
H a m ı. Ura...
T o ğ r u l. Hə, yoldaş Niyaz, necə görürsən bu işləri?
N i y a z. Məni də o köpək oğlu yoldan çıxarmışdı. Yaxşı, köpək oğlu, gələrsən,
evdə danışarıq!
T o ğ r u l. Sağ ol, yoldaş Yaqut.
Y a ş a r. Sağ ol, Yaqut. Mən səni bu qədər qoçaq bilməzdim.
Ə m i r q u l u. Ağız, Şərəbanı, dahı biz neçin qalmışıq. Gəl barışaq da
( Şərəbanı ilə öpüşürlər). Ancaq o xəmir-tabağa yoxam.
B e l o k u r o v. Daha qorxma, Yaşar. Sal işə stansiyanı. Pambıq olacaqdır.
Səhnə yavaş-yavaş qaralır və birdən elektrostansiyada və bütün evlərdə işıq yanır...
Səhnə işıqlandıqca stansiyanın yanında geniş bir pambıq zəmisi görünür.
Qızlar, oğlanlar bir səslə oxuyaraq, pambıq yığırlar.
Dostları ilə paylaş: |