300
dım. İndi artıq hamısı keçdi. Mən evlənmişəm. Evim var, ocağım var, azadlıq var,
şöhrət var. Sevgi, ehtiyac və vuruş hamısı bitdi, getdi. İndi mənə təkan verəcək bir
qüvvət yoxdur. Ona görə də istəmirəm.
G ü l s a b a h. Sən artıq mən tanıdığım və sevdiyim Qüdrət deyilsən. Sən artıq
sönmüşsən, sən yalan deyirsən, sən yazmaq istəyirsən, ancaq bacarmırsan. Sən
kirpi kimi öz tikanlarının içinə bükülüb, bütün dünyadan ayrılmışsan.
Q ü d r ə t. Məni söylətmə, Gülsabah. Sən doğru deyirsən. Mənim ruhum
sönmüşdür.
G ü l s a b a h. Mən onu yenidən yandırmaq istəyirəm.
Q ü d r ə t. Nə etmək? Mən səni sevdim, gözlədim, nəhayət, ümidimi kəsdim.
İndi nə etmək?
G ü l s a b a h. Ümidsiz yaşamaq, məqsədsiz yaşamaq – ölmək deməkdir.
Q ü d r ə t. Demək, mən səni sevərsəm, sən də məni sevə bilərsən?
G ü l s a b a h. Mən pələnglərlə pəncələşən arslanları sevirəm.
Q ü d r ə t. Mən öz müvazinətimi itirirəm, Gülsabah. Nə etmək, hər bir şeyi
atmaq... getmək... haraya atmaq və haraya getmək?
İçəridə oxuyurlar.
Bir də bəlaya salma məni, çox bəlalıyam.
Sən bivəfa demə mənə, ey gül, vəfalıyam.
Can nəqdini yolunda nisar eylərəm, gülüm,
Cananə can bahasını verrəm, səxalıyam.
Sirri-nəhanımı sənə izhar edəmmirəm.
Çoxdandır aşiqəm sənə, amma həyalıyam.
Q ü d r ə t. Mümkün deyil. Gülsabah! Mən özümü itirmişəm. Mən vaxtın
mehvərini itirmişəm. Mən cəmiyyətin nəbzini, mən həyatın can damarını, mən
əsrin təkan mərkəzini itirmişəm. Mən bilirəm ki, müharibədir. Mən əvvəlki kimi
onda iştirak etmək və bir komandir olmaq istəyirəm. Ancaq səngərlər elə bir
sürətlə əldən-ələ keçir ki, mən qaçmaq üçün belə, yer tapa bilmirəm. Bəli,
Gülsabah... zaman elə bir sürətlə qaçır ki, mənim fikirlərim belə onu təqib edə
bilmir. Bu gün bir şey yazıram, deyirlər xəyaldır, xülyadır, sabah baxıram, artıq
əsrlərcə köhnəlmişdir.
G ü l s a b a h. Tikən, yaradan proletar kütləsidir, sosializm qurur.
301
Q ü d r ə t. Eh... onu mən özüm də bilirəm. Mən həmişə kütlə içərisində öz
fikirlərimi yürütməyə və onu ardımca aparmağa alışmışam. İndi isə kütlə mənə
qarşı basqın edir. Öz fikirlərini mənim beynimə mıxlayır və elə bir sürətlə söyləyir
ki, mən bir stenoqraf kimi yazmaq üçün belə vaxt tapmıram. Mən yazmaq
istəyirəm. Ancaq illərlə düşündüyümü hansı bir zavodun isə çıxartdığı bir qərar bir
gündə alt-üst eləyir. Budur, iki il çalışdım, cəhalət haqqında əsər yazdım. Heç
araya çıxmamış gördüm ki, məktəblərdə yer yoxdur. Faytonçular belə qəzet
oxuyurlar. Qadın azadlığı haqqında əsər yazdım və düşündüm ki, heç olmazsa
qadınların başındakı çadralar yırtılana qədər yaşar. Sabahısı, bir günün içində
qadınlar çadralarını atdılar. Nəhayət, beşillik plan haqqında yazmağa başladım ki,
heç olmazsa beş il sürər. İki il yarım keçdi, heç əsəri bitirməmiş beşillik plan bitdi.
Budur, bu da yarımçıq, hamısı yarımçıq...
G ü l s a b a h. Ədiblərin fikri əsrləri qabaqlamalıdır.
Q ü d r ə t. Yox, Gülsabah, o xəyaldır, fantaziyadır. Mən öz xəyalımda sinifsiz
cəmiyyətlər çox yaratmışam. İndi isə cəmiyyəti mənim ixtiyarıma vermişlər. Al, öz
cənnətini yarat, deyirlər. Mən isə bacarmıram, çünki bu həqiqətdir. Mən bütün
ömrümü ancaq keçmiş mühiti dağıtmaq üzərində çalışmışam. Yaratmaq işini isə
heç düşünməmişəm. Bu aralıq Turac içəri girir və təəccüblə danışığa qulaq asır.
G ü l s a b a h. Sən məhv olursan, Qüdrət. Çıx bu mühitdən, uzaqlaş! Sən
meşşanlaşmışsan, gec deyilkən at hamısını, çıx qaç!.. Fabrikalara, zavodlara, dəmir
çıxaran mədənlərə, çuqun tökən zavodlara, əsrin can damarı oradadır. Sözlərimə
qulaq as, Qüdrət. Sən sönürsən, sən bu günkü proletar kütləsi ilə, onun ehtiyacları
ilə yaşamırsan... Mən artıq gedirəm. Düşün, Qüdrət. Sən indi əvvəlki Qüdrət
deyilsən, çıx bu qurumuş şalbanların altından, onlar səninçin məzar daşıdır. Atıl
həyata, əsrləri sarsıdan bu axında doğrudan da bir qüvvət, bir qüdrət ol! O zaman
mən səni yenidən sevər, bir sənətkar, bir qüdrət kimi yenidən sənə pərəstiş edərəm,
( İçəriyə). Gedək, Zaman, artıq gecdir.
Q ü d r ə t. Dayan, Gülsabah, getmə! Sən mənim bütün həyatımı alt-üst etdin.
Mənim ailəm, mənim uşağım. Yox, getmə, Gülsabah, biz hələ bitirmədik.
G ü l s a b a h. Artıq gecdir, dayana bilmirəm. Gəlmək istəsən, gələ bilərsən.
302
T u r a c ( çıxaraq). Yox... o gəlməyəcəkdir. Sən onu hara aparmaq istəyirsən?
G ü l s a b a h. Mən onu canlı həyat ilə qarşı-qarşıya gətirmək, bir sənətkar kimi
diriltmək istəyirəm. Sən onu boğursan. O indi cəmiyyət üçün nədir? Ancaq keçmiş
adı ilə yaşayan bir sərab, bir xəyal.
T u r a c. Mən onu dünyalar qədər sevirəm. Gülsabah, mənim həyatım onundur.
Sən neçin bizim sakit həyatımızı pozursan? Sən neçin bizim ocağımızı
söndürürsən? Mən ki sənə bir yamanlıq etməmişəm!
G ü l s a b a h. Mən sənə və ona düşmən deyiləm, Turac! Mən onu bu məzar
daşlarının altından qaldırmaq istəyirəm. O getməlidir.
T u r a c. Yox, o heç bir yana getməyəcəkdir. Sən getməyəcəksən, Qüdrət,
deyilmi?
Qüdrət susur, Q ə m ə r və G ü l ə r səhnəyə çıxırlar.
Q ə m ə r. İzvolğte radovatğsə!
1
Gəmidə oturub gəmiçi ilə döyüşür.
G ü l s a b a h. Sənin gəmin heçliyə gedir, ölümə gedir, o gəmi deyil, tabutdur.
T u r a c. O getməz. Mən də ölərəm, o da ölər, amma getməz.
G ü l s a b a h. Onu gələcək göstərər. Gedək, Zaman!
G ü l ə r. Zaman səninlə getməyəcəkdir. O mənimlə gedəcəkdir.
G ü l s a b a h. Sən ki hələ ana uşağısan. Gülər, başından bantik açılmamışdır.
Zamanla ayaq tuta billməzsən. Onun addımları çox iridir.
Q ə m ə r. Ne smey, Qölər! Gto çto ehe za fokus!
2
Hər yoldan ötənlə
ağızlaşmaq.
G ü l ə r. Yox, o, yoldan ötən deyil. O qüvvətlidir, onunla hesablaşmaq
lazımdır. Mən artıq uşaq deyiləm. Bu bantik sənə cəsarət verirsə, al, bu da bu!
( Bantiki açıb yerə ataraq). Biz hələ görüşərik... ( Cəld və əsəbi addımlarla çıxıb
gedir).
G ü l s a b a h (əsəbi bir gülüşlə). Ha-ha-ha... İnqilab bəzəkli gəlin deyildir. O
öz dostlarını da qorxudur, düşmənlərini də.
Q ə m ə r. Sən mənim fəlakətimə gülürsən. Bu vaxtadək o mənim yanımda iki
söz belə danışmamışdır. Sən onu mənim üzümə qabartdın. Yaxşı, vaxt olar,
görüşərik...
1
Buyur, feyziyab ol!
2
Bu nə hoqqadır
Dostları ilə paylaş: |