Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   92   93   94   95   96   97   98   99   ...   113

306 
 
Ə m r u l l a. Onu Allah döymüşdü. Sizin əziz canınız üçün, qızımın ölmüşünə 
ki, mənim ona yazığım gəlirdi. Indi ki, belə oldu, əgər o, iki gündən artıq bu teatrda 
qaldı, heç məndən nakişi adam yoxdur. Bu xalq uşaq-zaddır bəyəm? 
Ə l i m u x t a r. Onu Allah döymüşdü, hansı köpək oğlu sonra bu teatra ayaq 
basar?! 
Ə l i m u r a d. Mestkomu tanımaq istəmir. Mən bu saat gedirəm, birbaş 
Seperabisə, hamısını deyərəm. 
Ə m r u l l a (zəngi çalır). Adə, Əlabbas! 
Ə l a b b a s (gəlir). Kimdir zəng çalan? 
Ə m r u l l a. Yeri bircə o Gülbadam xanıma de ki, özək komisyanı gözləyir, 
zəhmət çəkib təşrif gətirsin. 
Ə l a b b a s. Gülbadam xanım hansıdır? 
Ə m r u l l a. O Gülsabah xanım da. 
Ə l a b b a s. O alışdım-yandım?.. O ki, yuxarıda vuruşur. 
Ə m r u l l a. Yenə kiminlə? 
Ə l a b b a s. Xudojniknən... Odur, Bayramdır, ikili düşüblər xudojnikin üstünə, 
xudojnik də qızışıb, ağzına gələni deyir. 
Ə m r u l l a. Lailaha-illəllah kəbirə... ay müsəlmanlar, işə düşüb qalmamışam. 
Adə, sən yeri bir onu çağır bura. 
Ə l i m u x t a r. Bax, yoldaş Əmrulla, sən ona bildir, mən bu teatrda neçə ildir 
işləyirəm. Dünən gəlib mənim yanımda oturub qulağıma deyir ki, yoldaş 
Əlimuxtar, Mirzə Camal sözünü düz demir. Bəlkə mənasını başa düşmür. Belə bir 
baxdım, istədim bir atım ona, yenə saxladım. Kişi iyirmi ildir o rolu o cür oynayır, 
indi bu gəlib ki, sözünü düz demir. Sinfi sifəti yoxdur. Sən ona tapşır ki, zəhmət 
çəkib mənim işimə qarışmasın. 
Ə m r u l l a. Mən sənə min kərəm demişəm qatışdı işinə, gəl mənə de, mən 
özüm danışaram. 
A s y a. O gün də gəlib mənə deyir ki, köynəyin rəngi tumannan tutmur. Mən 
də dedim: Bu gun-sabah teatrda boyaqxana açacaqlar, girib boyanarıq, olarıq 
qırmızı. 
M i r z ə C a m a l. Dayan, dayan... guya mən sözümü bilmirəm, düz demirəm? 
Ə l i m u x t a r. Hə də. 
M i r z ə C a m a l. Yaxşı, deyinən biz düz demirik, sən gəl dialektikaynan öyrət 
də... Deyir: kül başuva, ay Kür ki, üstündən Araz 


307 
 
atdanır. Gör iş nə yerə çatıb ki, builki sərçə bildirki sərçəyə cib-cib öyrədir. 
A r i f H i k m ə t. Onun heç öz ekspozisiyası eksplikasiyası ilə düz gəlmir. 
Spesifikasiya aparanda subordinasiya çıxa bilmir. Sentrtyajesti ilə  də 
sentrvnimaniyası düz gəlmir. 
M i r z ə C a m a l. Mən ərəbcə bilirəm, farsca bilirəm, azərbaycanca bilirəm, 
urusu da bilirəm, sən, deyinən heç qazannan qablamanı bir-birindən ayıra 
bilməzsən. 
 
T e a t r r ə s s a m ı acıqlı içəri girir. 
 
S t a r o v e r o v. Yoldaş müdir, bu mənim  ərizəm, bu da mən özüm, verin 
mənim haqq-hesabımı, mən dahı işləmək istəmirəm. 
Ə m r u l l a. Nə var, nə olmuşdur? 
S t a r o v e r o v. Hər yetən uşaq-muşaq gəlib mənə  dərs öyrədəcək. 
Cəhənnəmə olsun hamısı, mən onların hamısına tüpürmək belə istəmirəm. 
Ə m r u l l a. Yoldaş Staroverov, nə olmuşdur? Qabaqca bir danışın, ondan 
sonra hamısını ayırd edərik. 
S t a r o v e r o v. Mən işləmək istəmirəm, qurtardı getdi. Mən balaca 
Süleymana maket tapşırmışam, gedib Bayramnan məsləhətləşib sarsaq bir şey 
düzəldib gətiribdir. Deyirəm bu yaramaz, rejissor da aktrisa da gəliblər ki, bu 
yaxşıdır, milli formadır. Mən otuz ildir ki, bu teatrlarda çalışıram,  əgər mən 
bilirəm, onlar nə qələt eləyirlər, əgər siz bilirsiniz, mən nə qələt eləyirəm? 
Ə m r u l l a. Görürsünüz, balam da, görürsünüz bu mənim başıma nə oyun 
gətirir də. Vurub tullayacaqsan bayıra, çatan əbləh, qurumsaq gələcək ki, siz 
Azərbaycan qızlarını yola aparmırsınız. 
M i r z ə C a m a l. Mən əgər o Bayramın rejissorluğunda bir oyun oynasam, 
məndən köpək oğlu adam yoxdur. 
S a p a n. Oynamayın! Mən də gəlib hamınızın rolunu oynayacağam. 
M i r z ə C a m a l. Xeyr, siz boynunuzun ardını görərsiniz onu görəndə. 
X u r ş i d. O oyunda ki, Gülsabah oynadı, Bayram rejissor oldu, mən də o 
oyunda yoxam. Açıq demişəm. 
A r i f H i k m ə t. Azərbaycan qızı olanda nə olar, canı çıxsın dezorqanizasiya 
salmasın. Moskvada bizim teatrda müdirdən ixtiyarsız bir adam cınqırını  çəkə 
bilməzdi. Seperatizm yaxşı deyil axı. 


308 
 
Ə m r u l l a. Adə, Əlabbas, nə oldu bəs bu zontanın balası? 
Q ü d r ə t (qapıdan içəri baxaraq). Gülsabah xanım buradadır? 
Ə m r u l l a. Allah öldürsün Gülsabah xanımı, qurtarım onun üzündən. 
S a p a n. Yoldaş Qüdrət, buyurun, oturun. 
Q ü d r ə t. Yox, mən Gülsabah xanımı görəcəyəm (Gedir). 
Ə l i m u x t a r. Görər, balam da. 
S a p a n. Hə, görəndə nə olar. Bəlkə bir işi var. 
Ə m r u l l a. Yoldaş Sapan, səndən də xahiş edirəm, hər yetənin yerinə cavab 
verməyəsən. Mən köpək oğlu burada oturmuşam, sən deyirsən buyur içəri. Bəlkə 
mən onu heç otağıma qoymayacağam. 
S a p a n. Hər halda bu yazıq yazıçıdır axı. 
M i r z ə C a m a l. Bu vaxtadək nə üçün gəlmirdi, hələ ki, Gülsabah gəldi, o da 
gəldi? 
Ö t g ü n (qapıdan baxaraq).Gülsabah xanım buradadır? 
Ə m r u l l a (əsəbi). Yoxdur, yoldaş, yoxdur. Qapını örtün, iclasımız var. 
M i r z ə C a m a l. Bu yazıq uşağı da işindən, dərsindən avara eləməyib. Səhər 
zavoda get, işdən çıxan kimi də Gülsabah xanım üçün pyes yaz! 
Ə l i m u x t a r. Yazar balam da. Sən öləsən,  əcəb işlər tərs-avand olub. 
Ədibləri dəmirçi eləyirlər, dəmirçiləri ədib. 
X u r ş i d. Gündə bir dəftəri vur qoltuğuna, bu küncdə söhbət, o küncdə 
söhbət... pıç-pıç, pıç-pıç... 
A s y a. Görən də deməsin nə söhbət eləyirlər. 
X u r ş i d. Deyəndə də deyir: pyes yazacaqdır. 
M i r z ə C a m a l. Kül o pyesin başına ki, bu gicbəsər yazacaqdır. 
A s y a. Elə deyərlər də... O gün orada elə sıxılmışdılar küncə ki, lap dodaqları 
bir-birinə toxunurdu. Pyesi bir az uzaqdan da yazmaq olar da. 
Ə l i m u x t a r. Mən bir bilmirəm bu Gülsabah burada nəçidir? Pyes yazan 
onun yanına gedir, xudojnik onun yanına gedir, muzıkant onun yanına gedir. Onda 
gəlsin otursun bizim yerimizdə, biz də çıxaq gedək öz işimizə də. 
M i r z ə C a m a l. Gələcək də... O cürə ki, onu görürəm, o cürə ki 
Narkomprosu görürəm, hələ gələr də. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə