106
yazmayacağam, vəssəlam, şüdtamam! Indi özün bil. Ax... qurban olun
Məhəmmədin şəriətinə!
Acıqlı gedir. Almaz düşünür. U ş a q l a r gəlir
.
A l m a z. Uşaqlar, siz hara qaçmışdınız?
S ü r m ə. Müəllimə, hələ biz gəlirdik, hələ Gülverdi oxuyurdu, birdən müdir
çıxdı, acıqlandı, bizi qovdu. Dedi ki: dağılışın, köpək uşağı!
A l m a z. Yaxşı, uşaqlar, girin içəri, soyunun tez ( Özü də getmək istəyir. Bu
aralıq üzü çadra ilə örtülü bir qadın onu tutub saxlayır). Kimsiniz?
Y a x ş ı. Almaz xanım, sizə iki kəlmə sözüm var.
A l m a z. Yaxşı, sənsən? Qorxmursan ki, bura gəlmişsən?
Y a x ş ı. İbad şəhərdədir, iki gündən sonra gələcəkdir. Daha səndən başqa bir
adam tapmadım. Yenə də sənin yanına gəldim.
A l m a z. De görüm, nə olmuşdur?
Y a x ş ı. Yox, mən təklikdə demək istəyirəm.
A l m a z. Uşaqlar, qızlar, hamınız girin içəri! (Uşaqlar girirlər). Yaxşı, indi de
görək.
Y a x ş ı. Almaz xanım, mən sənin yanında üzüqarayam.
A l m a z. Necə, Yaxşı?
Y a x ş ı. Mən sənin göndərdiyin qabı boş qaytardım.
A l m a z. Onları yadından çıxart, Yaxşı.
Y a x ş ı. Mən Allahdan qorxuram, neyləyim? Mənim anlağım orayacandır.
A l m a z. Eybi yoxdur, Yaxşı. Kaş ki, bütün dərd sənin bilməməzliyin olaydı.
Y a x ş ı. Almaz xanım, mənim bir dərdim var. Sən məscidə at bağlamaq
istəyirsən, uçqulla eləmək istəyirsən, ancaq deyirlər sən yaxşı adamsan, bütün
arvadlara kömək edirsən, mən də bircə sənə güman gətirirəm. Heç kəsim yoxdur.
Dar gündəyəm. Mənə kömək elə.
A l m a z. Sənə nə kömək lazımdır, Yaxşı? Sən de, mən əlimdən gələn köməyi
əsirgəmərəm.
Y a x ş ı. Yox, and iç, hər nəyə ki inamın var, ona.
A l m a z. Yaxşı, sən dəli deyilsən ki. Mənim sözüm anddır. Əlimdən gələn iş
olsa, kömək edərəm.
Y a x ş ı. Almaz xanım, səni deyib gəlmişəm – yuxarıda Allah, aşağıda sən. Sən
mənim bu balama kömək elə.
107
Əlindəki uşağı çadrasının altından çıxarıb Almaza göstərir.
Almaz uşağı görüncə, birdən diksinib geri sıçrayaraq.
A l m a z. Yaxşı... bu uşaq kimindir?
Y a x ş ı. Mənimdir. Sabah, ya o biri gün ərim də gələcək, qaynım da. Hər
ikimiz ölməliyik. Bir Allah şahiddir ki, mən neçə gündür çalışıram, onu tələf etmək
istəyirəm. Ürəyimdən gəlmir. İndi də quyuya atmaq istəyirdim. Əlim varmadı.
Almaz xanım, səni and verirəm bu vaxtın sahibinə, məni naümid qaytarma.
A l m a z. Mən sənə nə kömək edə bilərəm, Yaxşı?
Y a x ş ı. Bilmirəm. Mən öz balamı öz əlimlə öldürə bilmirəm. Üzünə baxıram,
kiçik dodaqlarını əmir, süd istəyir. Əlim sustalır. Deyirəm, qoy ikimizi də
öldürsünlər.
A l m a z. Yaxşı, axı mən bilmirəm ki, sənə nə kömək edə bilərəm. Bu saat
mənim özümün də vəziyyətim çox ağırdır. Mənim də varlığım burada bir tükdən
asılıdır. Mən sənə nə kömək edə bilərəm?
Y a x ş ı. Mənə bir məsləhət ver. Bir yol göstər. Mən bütün dünyada rüsvay
olaram. Doqquz aydır günüm gün deyil. Gözə görünmürdüm, özümü gizlədirdim.
Neçə il Allaha yalvardım, övlad istədim ki, bəlkə qara günümü işıqlandırsın.
Axırda da öz əlimlə öldürməliyəm.
A l m a z. Yaxşı...
Y a x ş ı. Almaz xanım, dar gündəyəm. Ölüm qabağındayam. Bu südəmər
uşağımı sənin ayaqlarına qoyub səndən kömək istəyirəm, bizə kömək elə!
Bu vaxt İ b a d cəld səhnəyə çıxır. Iti baxışını Almaz ilə Yaxşıya dikərək, qara bir
fəlakət kimi addım-addım onlara yaxınlaşır... Hər iki qadın bir səslə “Ah” – deyə
saralır və ölü kimi olduğu yerdə donub qalır. Ibad ağır addımlarla onlara yanaşır,
dayanır, diqqətlə gah birinə, gah da o birinə baxır.
İ b a d ( sakit və soyuq bir səslə). Sən burada neyləyirsən, hə? (Hər iki qadın
susur). Eşitmirsən? Sən burada neyləyirsən? ( Sükut) Bu uşaq kimindir?
Y a x ş ı ( inləyərək). Uşaq... uşaq... ( Hər iki qadın bir-birinin üzünə baxır).
İ b a d. Hə-ə-ə? Mən sizə demirəm, bəs bu uşaq kimindir? ( Hiddətindən
titrəyir).
A l m a z ( Nəhayət, başını qaldırıb, sakit bir tərzdə). Uşaq mənimdir.
İ b a d. Sənin uşağın onda nə gəzir?
108
A l m a z. Mən... mən soruşmaq istəyirəm... Bəlkə uşağı saxlamağa razı oldu.
İ b a d. Soruşmaq ayıb olmasın, bu uşağın atası kimdir?
A l m a z. Atası... o sizin borcunuz deyildir.
İ b a d ( uşağı Yaxşının əlindən dartaraq, bütün qüvvəsilə Almazın üstünə atır).
Al, özün saxla, o səninçin dayə deyil. Dur ayağa, köpək oğlunun qızı! ( Təpiklə
Yaxşını vurur. Yaxşı üzüqoylu yıxılır). Gör nə sərələnibdir yerə. Ərin qapıda
gözləsin, sən gəl burada xalqın atasız bicini oynat. Evə yeri, sənin divanını evdə
elərəm.
A l m a z. Onda bir təqsir yoxdur, onu mən çağırtdırmışam.
İ b a d. Heç eybi yoxdur, sənin də qulluğuna yetişərik. Bizim aramızda çox
qalmayıbdır. Ay köpək oğlunun zəmanəsi! Dünyada kişizad qalmayıb. Zəmanə
arvad zəmanəsidir, arvad zəmanəsi!
Gedirlər. Səhnə qaranlıqlaşır.
İKİNCİ ŞƏKİL
Səhnə işıqlanınca məktəb qabağında meydançada bir yığın q o c a, q a r ı, k ü ç ə
u ş a q l a r ı, O c a q q u l u, B a l a r z a və b a ş q a l a r ı toplaşıb qapının,
hasarın dəliklərindən içəri boylanır.
Tez-tez bir-birinə baxıb qaş-gözlərini oynadır və gülüşürlər.
K ə r b ə l a y ı F a t m a n s a ( çubuğunu ağzından çıxardaraq). Sındır-a,
sındır!.. Atamoğlanın qızına bax, ay başıva dönüm, sındır-a, sındır... Zalımın qızı
gör bir nə sındırır!
O c a q q u l u. Camaat, Molla Sübhanın yuxusunu eşidən var?
F a t m a n s a. Yuxu nədir?
O c a q q u l u. Möcüzə zahir olmuşdur. Şeyx Molla Sübhan yatıb, əsnayi-
yuxuda görmüşdür ki, bir pirani kişi əynində ağ geyim, altında ağ at, zahir-
nümayan oldu, dedi: nə yatmışsan, ay Molla Sübhan! Xudavəndi-aləm bu kəndə
bəlayi-taun göndərəcək. Kəndi zir-zəbər eləyəcəkdir. Ərz eləyib: atam-anam sənə
fəda olsun, səbəb nədir ki, bizim kəndimizi dağıdırsan? Deyəndə, həzrət buyurur:
səbəb odur ki, siz Allahın evini istəyirsiniz döndərəsiniz fəsad ocağına. Deyir:
atamanam sənə qurban olsun, bəs biz istəmirik, onu bir zənən xaylağı istəyir.
Deyəndə, deyir: bəs siz necə camaatsınız, necə kişisiniz ki, indiyəcən elə asi bir qız
sizin kəndinizdə gəzir...
Dostları ilə paylaş: |