353
Bu aralıq qapı açılır, G ü l s a b a h və Z a m a n içəri girirlər. Gülər yerindən
sıçrayır, bir dəqiqə hamı bir-birinin üzünə baxır... nəhayət, Qəmər sükutu pozur.
Q ə m ə r. Nə istəyirsiniz? Mənim evimdə sizin nə işiniz var?
G ü l s a b a h. Biz sizin yanınıza gəlməmişik, biz onunçun gəlmişik.
Z a m a n. Gedək, Gülər! Pərdə qalxmış, adamlar səni gözləyirlər.
Q ə m ə r. O heç yana getməyəcəkdir. Siz tələsirsiniz, gedə bilərsiniz.
G ü l s a b a h. Söz sənindir, Gülər! Biz səni gözləyirik.
Z a m a n. Sən getməsən oyun gedə bilməyəcəkdir.
G ü l s a b a h. Mən güman etmirəm ki, sən öz intiqamın üçün, bilərək belə
dəyərsiz bir yol seçəsən.
G ü l ə r ( Gülsabah və Zamandan baxışlarını qaçıraraq, sakit bir deyişlə). Mən
getməyəcəyəm!
Q ə m ə r. Bərəkallah, qızım. Mən indi sənin əllərindən və ayaqlarından
öpməyə hazıram.
G ü l s a b a h ( hiddətini boğaraq, sakit bir deyişlə). Sizin bu öpüşünüz
onunçun ilan öpüşündən daha zəhərlidir.
Q ə m ə r ( sinirli bir deyişlə). Mən qoymaram, mən qoymaram ki, o da sənin
kimi əxlaqsızlıq ocağına girib, bir satış malı kimi bu sayaq üz-gözünü boyasın
( Gülsabahın qrimini göstərir). Ə ne dopuhu, çtobı ona bıla jertvoy vaşeqo
zakulisnoqo razvrata. Ə ne dopuhu, çtobı ona raskrasila bı svoe liüo dlə publiçnoy
prodaji, kak vot vı teperğ.
1
G ü l s a b a h ( getdikcə əsəbiləşərək). Mən bu boyaqla işləyirəm. O mənim
üçün instrumentdir. O mənim çəkicimdir, iynəmdir. Mən bilmək istəyirəm ki,
bunlar nə üçündür? ( Stol üstündəki pudra qablarını göstərərək) Bu sırğalar, bu
qolbaqlar, bu pudralar, bu pomadalar, sürmələr, saçburanlar, bunlar, bunlar nə
üçündür? Sizi boyamaq, üz-gözünüzdəki bürüşükləri örtmək və oynaşlarınıza
bəyəndirmək üçün deyilmi? O da, vı jenhinı vısşeqo obhestva!
Siz yüksək cəmiyyətin adamısınız, qadınsınız, siz hər gün həyatda üz-gözünüzü
boyayır, kəbindən-kəbinə, oynaşdan-oynaşa keçirsiniz. Heç kəs də bunu görmür və
bilmir. Çünki sizi özünüzdən və oynaşlarınızdan başqa kimsə tanımır. Aktrisa isə
bütün cəmiyyətin diqqət
1
Mən qoymaram ki, o sizin pərdə arxasındakı səhnə əxlaqsızlığının qurbanı
olsun. Mən qoymaram ki, o da sizin kimi özünü camaata satmaq üçün üz-gözünü
boyasın.
354
mərkəzindədir. Azacıq büdrəyən kimi bütün mühakiməsiz beyinlər, bütün zəhərli
dillər danışmaq üçün mövzu tapırlar. O bütün həyatını qan-tər içində işləyir, axırda
da sizin ona verdiyiniz mükafat, ancaq bir ad olur: əxlaqsız!
Q ə m ə r. Mən uşağımın yanında belə sözü danışmağı sizə yasaq edirəm.
G ü l s a b a h. O sizin deyil, o bizimdir, o bu gün deyilsə, sabah bizim
olacaqdır. Onu bizim cəmiyyətimiz yetirmişdir. Sən isə mirassan, ölüsən sənin
səsin məzardan gəlir, ölülər dirilərə əmr edirlər.
G ü l ə r ( qaşlarını çataraq). Mən istəmirəm ki, siz mənim yanımda ona elə
sözlər deyəsiniz... o mənim anamdır.
Z a m a n. Gülər, düşün! Sən getməsən, bu gecə hər şey məhv olacaqdır: o da,
mən də. Bütün gənclər, bir daha bizə şey tapşırmazlar. Bu gecə bizim
müqəddəratımız həll edilir. Sən bütün dünyanı bizə güldürmək istəyirsən.
G ü l ə r. Mən getməyəcəyəm!
G ü l s a b a h. Uşaq, mən sənə dedim ki, sən hələ uşaqsan, sən mənimlə döyüşə
bilməzsən. Sənin qabağına cəsədlərdən divar çəkilmişdir. Sən dirilər deyil, ölülərin
beli üzərindən atıla bilmirsən. Yürüşə gedən kütlənin isə dabanları və pəncələri
dəmir kimi sinirsiz və duyğusuz olmalıdır. Gedək, Zaman! ( Gülərə). Sən onu bil
ki, güclü olmaq hər kəsin işi deyildir. Qəhrəmanlıq üçün kainat kimi geniş ürək,
dəmir kimi sarsılmaz kəllə və pəncə lazımdır.
Z a m a n. Getdik! Bəs bu gecə oyun necə olacaqdır?
G ü l s a b a h (saxlanmaz bir hiddətlə). Gedək, Zaman, gedək! Mən burada göz
yaşlarında boğuluram.
Gedirlər.
Q ə m ə r (
azacıq sükutdan sonra Gülərin ayaqlarına atılaraq).
Sağ ol, qızım, sən
mənim üzümü ağartdın. Bu yaşımda bir uşaq kimi sənin ayaqlarına düşüb, öpür və
təşəkkür edirəm.
G ü l ə r ( sərt bir hərəkətlə qalxaraq). Yox, həyat məni gözləyir. Kütlə məni
gözləyir. Vuruş məni gözləyir. Sən mənim silahımı aldın, ona təslim etdin. Sən
məni onun yanında qızartdın, utandırdın, məğlub etdin, öldürdün, ana!
P ə r d ə
355
ONUNCU ŞƏKİL
Səhnədə.
Ş ö v q i. Adə, vay dədəm vay... Saat doqquz oldu, bunlar gəlib çıxmadı. Biz nə
edəcəyik?
S a p a n. Sən öləsən, ürəyim qorxudan gup-gup guppuldayır. Birdən gəlməsə,
nə olacaqdır.
Ş ö vq i. Vaxsey-vaxsey... elə bir biabırçılıq olar ki, kiş, kiş, kiş... ağzından
külək aparsın.
S a p a n. Yox, adə, inşallah ki, gəlib çıxar. Yəqin yuxuya-zada qalıbdır. Sən
öləsən yazıq Gülsabah sapsarı saralmışdı. Bütün bədəni əsim-əsim əsirdi.
Ş ö vq i. Mən, hələ, ondan qorxuram ki, axırda bu rol boynumda qalmasın.
X o s m ə m m ə d ( çıxaraq). Yenə nə yapışmısan mənə, tezisin biri tezis. Bu
yaşa çatmısan, Allahın dialektikasını da bilmirsən.
X u r ş i d. Podumaeş, yaxşı ki, bozbaş yadından çıxıb.
S a p a n. Adə, Xosməmməd, yapışdır bozbaşın qafiyəsini: aş, baş, bozbaş,
vızbaş, bozbaş, öküzbaş.
X o s m ə m m ə d. Eh, əclaf oğlu əclaf, tezis oğlu tezis... Adə, Şövqi, sən də
pomoşnik rejissorsan axı... Sən öləsən, o gələcək balovun canı, bulvarnan şalvar
qafiyədir, ya yox?
Ş ö v q i. Atam, anam, mənim xalqın şalvarıynan işim yoxdur.
X u r ş i d. Sən get onu öz rejissorundan soruş.
X o s m ə m m ə d. Əlbəttə ki! Belə, bir adamın ki, bacarığı oldu, bilişi oldu,
başı oldu, onu yıxmaq olmaz ey! Buradan basarsan, oyannan baş vurar, pırtdar
çıxar. Kişinin qızı bacarır da.
X u r ş i d. Elə bacarır da... Götürüb küçədən keçəni doldurub buraya ki, nə var,
mən kadr hazırlayıram. Odur ki, axırda arabanın dümbəsini vurdu yerə.
Ə m r u l l a ( qaçaraq). A balam, bəs nə oldu, bunlar gəlmədilər?..
Ş ö vq i. Vallah, ürəyimiz yarpaq kimi əsir. Heç bilmirəm nə olacaq.
X u r ş i d. Onlar heç bəyəm gələcəklər. Yüyəni verərsən uşaqmuşaq əlinə, axırı
belə olar da.
Ə m r u l l a. Ay Allah, birdən gəlməsə, mən nə edəcəyəm. Narkompros,
Sovnarkom, bütün SSRI-də biabır olacağam. Dedim bu zalı-
Dostları ilə paylaş: |