347
Ə m r u l l a. O da mənim yanımdadır. Ancaq ovqatı çox təlxdir. bir az da
deyəsən, belədir... (Barmağı ilə boğazına vurub, kefli olduğunu göstərir). Daha
mən gedirəm, özün bil də... ( Gedir).
Ş ö vq i. Yoldaş Gülsabah xanım, uşaqlar hazırdır. Ancaq Turac oturub
ağlayırdı, getdim sakit elədim. Geyinib hazırdır.
G ü l s a b a h. Bəs Gülər?
Ş ö vq i. Vada, Gülər heç deyəsən, yenə də gözümüzə toxunmadı?!
G ü l s a b a h. Necə gözünə toxunmadı? Bu saat oyunu başlayıram.
Ş ö vq i. Bilmirəm vallah, başım qatışdı Turacın ağlamasına, o biri lap
yadımdan çıxdı.
Z a m a n. Gedim bir baxım. Birdən gəlməz, biabır olarıq.
Ş ö vq i ( onun ardınca qaçaraq). Mən də, hələ, onu deyirəm də.
T u r a c. Rol paltarında geyinmiş səhnəyə çıxır.
G ü l s a b a h (gülümsəyərək). Nə var, Turac deyirlər ağlayırsan?!
Uy, nə gözəl çıxmışsan, Turac, lap yeməli bir gəlin olmuşsan.
T u r a c. Belbağım itmişdi. Qrimim də bir az yaxşı düşməmişdi. Dedim indi
gələrsən baxarsan, yenə də gülərsən.
G ü l s a b a h. Mən güləndə sən inciyirmisən, Turac?
T u r a c. Yox, bilirəm ki, istədikdən gülürsən. Onda, daha da ürəyim sevinir.
Mən gəldim ki, paltarıma baxasınız, bəlkə, bir şey yadımdan çıxmışdır.
G ü l s a b a h. Yox, Turac, hər şey yerindədir. Ancaq bu belini aç, bir az
yuxarıdan bağla. Gözlərinin altını da buradan bir az qaralt, azacıq.
T u r a c. Mən utanıram, Gülsabah. Ürəyim elə döyünür ki, dünən gecə lap
ağlamışam. Mən o qədər adamın arasına necə çıxacağam. Hamısı məni tanıyacaq,
mənə güləcəkdir. Mənə elə gəlir ki, birdən danışanda boğazım tutulacaq, səsim
çıxmayacaqdır.
G ü l s a b a h. Bir həftə gülərlər, Turac, bir həftədən sonra sənin istedadına
pərəstiş edərlər.
T u r a c. Iki gündür qorxudan çörək də yemirəm. Hər şey yadımdan çıxmışdır.
Uşaq da, ev də, hətta o da...
G ü l s a b a h. Hətta o da?
T u r a c. Yox, o yadımdan çıxmamışdır. Ancaq hərdən ki, bir belə adamın
arasına çıxacağımı düşünürəm, hətta o da yadımdan çıxır. O buradamıdır?
G ü l s a b a h. O səni bu vəziyyətdə görərkən dəli olacaqdır. O, hələ, sənin
ardınca çox sürünəcəkdir. Turac, ancaq geriyə yox, irəliyə!
348
T u r a c. Gülsabah, sən doğru deyirsən. Mən əvvəllər işsiz darıxırdım, indi isə
səhərdən axşama kimi dinc vaxtım olmur: vuruşmaq, çalışmaq həvəsi. Başıma min
cür fikirlər gəlir. Mən istəyirəm ki, o məni görsün və bilsin ki, mən də bir heç
deyiləm.
G ü l s a b a h. O, bir də sənin yanına gələrsə, qəbul edərsənmi?
T u r a c. Onu? Bilmirəm, Gülsabah... Mən bu saat ancaq onu düşünürəm ki,
səhnəyə necə çıxacağam. Başqa bir şey düşünə bilmirəm. Bu pyes yaxşı
pyesdirmi?
G ü l s a b a h. Yox, Turac, deyirlər Moskvada birinciliyi qazanmışdır. Ancaq
mən inanmıram. Biz onu bir qədər dəyişdirmişik. Özü bilmir. Ancaq o var ki, o
həyatı qavramaq üçün elə güclü bir təkan almışdır ki, ya öləcək, ya da
yüksələcəkdir.
T u r a c. Mən onun yüksəlməsi üçün hər bir əzaba hazıram.
G ü l s a b a h ( gülümsəyərək). Eh. Turac, Turac... Mən çox sevinirəm ki, sən
bu qədər gözəl və bu qədər ağıllısan.
T u r a c ( Gülsabahın üzünə baxır və birdən onun boynuna sarılıb, bərk-bərk
öpərək). Mən səni sevirəm Gülsabah. İnan ki, mən səni ondan artıq sevirəm. Evdə
darıxan kimi durub sənin yanına qaçıram, səni görən kimi ürəyim açılır.
Ş ö v q i. Gülsabah, balam, saat səkkizdir, bu Gülər gəlməmişdir ki...
G ü l s a b a h ( bir qorxu ilə). Necə, gəlməmişdir?
Ş ö vq i. Bilmirəm. Gəlməmişdir də... Daha bunun necəsi yoxdur ki, bu saat
oyunu başlamaq lazımdır.
Ə m r u l l a (tələsik səhnəyə qaçaraq). Balam, bəs sənin bu təzə qızın yoxdur.
Ş ö v q i. Vaxsey, birdən gəlməz, biabır olarıq a.
Ə m r u l l a. Mən oyan-buyan bilmirəm, onun üçün Gülsabah zamın olmuşdur.
G ü l s a b a h. Ola bilməz ki, gəlməsin.
Ş ö v q i. Vada... gəlməmişdir də.
Ə m r u l l a. Yerinə başqası yoxdur?
G ü l s a b a h. Yerinə heç kəs yoxdur. Onsuz da kim var ki? Bütün aktrisalar
məşğuldur.
Z a m a n ( səhnəyə qaçaraq). Gülsabah, Gülər gəlməmişdir.
S a p a n ( səhnəyə qaçaraq). Gülsabah xanım, bu necə işdir? Gülər
gəlməmişdir... bəs bu nə olacaqdır?
Ə m r u l l a. Vicdanım haqqı, lap boğazım quruyur... Bütün şəhərdə biabır
olarıq... O birilər cəhənnəmə... Narkompros gəlib, komissiya
349
gəlib, idarələrdən gəliblər ki, görək gənclər nə eləyirlər? Lap biabır olarıq.
B a y r a m ( səhnəyə qaçaraq). Gülsabah xanım... Gülər gəlməmişdir, saat
səkkizdir.
G ü l s a b a h ( sarsılmış halda bir qədər düşünüb, birdən qəti bir deyişlə).
Bayram! Sən beş dəqiqə gözlə, yoldaşların hamısını gözdən keçir. Biz bu saat
qayıdırıq. Gedək, Zaman!
Z a m a n. Haraya?
G ü l s a b a h. Evlərinə.
Z a m a n. Sən onların evlərinə gedəcəksən? O ki səninlə danışmır?
G ü l s a b a h. Gedəcəyəm.
Z a m a n. Axı onların evində... Onun səhnəyə gəldiyini axı heç kəs bilmir.
G ü l s a b a h. Fərq etməz. Bu gecə son imtahandır.
Z a m a n. Sən hələ belə gedəcəksən? Qrimdə?
G ü l s a b a h. Hə, belə, vaxt yoxdur.
Ə m r u l l a. Qurban olum sizə, belə eləyin ki, dahı biabır olmayaq. Vicdanım
haqqı bu gecəni başa versən, sabah səninçin Baksoyuzdan bu boyda bir tort
alacağam.
G ü l s a b a h. Gedək, Zaman!
Gedirlər.
X u r ş i d. Gözlə, hələ bu saat durdu gəldi.
M i r z ə C a m a l ( tutqun bir halda). Sən öləsən, yazıq dişlərinin dibinə kimi
sapsarı saraldı, lap ürəyim yandı.
X u r ş i d. Hələ, haçandan belə canıyanan olmuşsan?
M i r z ə C a m a l. Yox, onu demə. Işləməyinə söz yoxdur... Adamın Allahı
var. Balaca bir qızdır, səhnə üçün canından keçir, hələ, bilir də, bacarır da...
Insafən, mənim özümə çox şeylər öyrətmişdir. Nə olar? Ağıl yaşda olmaz, başda
olar.
Ş ö vq i ( səhnəni aşağı-yuxarı qaçaraq). Ay Allah, indi birdən bu gəlməsə, biz
nə edəcəyik?
Mirzə Camal düşünərək ona baxır və birdən bir şey qərarlaşdırmış kimi,
qəti hərəkətlə ayağa qalxır və səhnədən gedirkən işıq sönür.
P ə r d ə
Dostları ilə paylaş: |