Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə39/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   35   36   37   38   39   40   41   42   ...   108

Ədəbiyyat söhbətləri 
 
133
Sona hiddətini söz-söyüşdə ifadə etmək istəyirdi. Bu da 
mümkün deyildi. Bunların, camaata qatil kəsilən bu yüzbaşı və 
pristavların işləkləri, əməlləri qara cinayətlər silsiləsi kimi onun 
gözü qabağında dururdu. Bir müddət bunlar xalqı fəsli paşalara, 
əfəndilərə satdılar. Indi də ingilisə satırlar…» 
Və kənd arvadı uzaq, dalda bir kəndin də dünyada baş 
verən mürəkkəb (və qaynar) proseslərin əhatə dairəsinə düşdü-
yünü öz sadəlövh (ancaq işıqlı!) təfəkkürü ilə anlamağa başlayır: 
«Sanki Sona vətəninin, xalqının başına gələn fəlakətləri öz 
həyatında aşkar hiss edirdi. Körpə bir uşağın sevincini də qarət 
edən bu canavar iştahlıları kim, nə zaman bizim ana torpaqlar-
dan qovacaqdır? Nə zaman, nə zaman?.. 
Sonanın ən böyük arzusu bu günü görmək, bu qarətçi 
quldurların dalınca ağır bir daş atmaq idi… «Ax, balalarım 
olmayaydı, düşmənimi dişimlə didərdim!..» 
Sonanı belə güclü edən nədir? Sovet ideologiyasının yazı-
çıya «təzyiq»imi, yoxsa etnoqrafik həssaslıq, yazıçının öz xalqı-
nın tarixi ideallarına sədaqətimi?.. Fikrimizcə, ikinci amil birin-
cidən müqayisə olunmayacaq qədər güclüdür… 
«Yasavul onun şikayətini eşitmək istəmədi: 
-Zülmdən keçib, ay arvad, sən tərs danışmasan, ceyranı 
özün qucağına götürüb ingilisin qapısına aparsan, yəqin bir qızıl 
peşkəş də alacaqsan! Bu da sənin kimi kasıb arvadın bəsidir… 
Ceyran sənin nəyinə yaraşır? Uçuq daxmanamı? Daha da səni 
kasıblıqdan qoyur… 
Yasavulun məsləhətinə Sona güldü, tərs-tərs müsahibinə 
baxıb bu sözü təkrar etdi: «Qızıl, qızıl!» 
Baharın bəslədiyi ceyran balasını ingilisə peşkəş Sonanın 
özü aparmalı olur. Və yolda «əlindən qaçırır»… Qaçmış ceyran 
balasını tutmaq fikrinə düşən ingilisə isə ceyran balası yox, 
eşşək balası – qoduq qismət olur… 
Mir Cəlalın çoxşaxəli, çoxspektrli üslubundan, yaradıcılıq 
qüdrətindən gələn (və bir qədər də Mirzə Cəlilin təsiri ilə mü-
kəmməlləşən) satirik təhkiyəsi hərəkətə gəlir: 


Nizami Cəfərov 
 
134
«Mister fikirləşdi ki, yəqin bala ceyrandır, buynuzu çıx-
mayıb. Boynunun iriliyi onu təəccübə saldı. «Bəlkə, -dedi, bu da 
ceyranın bir cinsidir». O, qamışlığın qırağında fənər işığında tut-
duğu ceyranı ətraflı gözdən keçirirdi. Şofer də bir qıraqdan du-
rub içindən gülürdü. O, bildiyini demək istəyirdi, lakin cəsarət 
eləmirdi.  
…Mister qəzəblə qoduğa bir təpik vurub nifrətlə geri 
çəkildi. Heyvanın başına üç patron sıxdı, ölüsünə barmağını 
silkələdi: 
-Sabah mən o yüzbaşının dərisinə saman təpdirməsəm, 
böyük britaniyalı adı mənə haram olsun! Qoy aziyatlar bilsinlər 
ki, kiminlə zarafat edirlər!» 
Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində 
ingilislərin iştirakı, tarixdən məlumdur ki, nə qədər ciddi siyasi 
reallıq olsa da, o qədər də tragikomik olaylarla yadda qalmış-
dır… Və Mir Cəlal azsaylı Azərbaycan yazıçılarındandır ki, bu 
mövzuya xüsusi həssaslıqla yanaşmış, bu günə qədər zərb-məsəl 
olaraq qalan strateji münasibətini bildirmişdir… Və bu münasi-
bətin nə qədər mükəmməl etnoqrafik (və etnopsixoloji!) əsasları 
olduğunu bir daha göstərmək üçün bir az uzaqdan başlamaq 
lazım gəlir…  
«Işıqlandıqca adamlar bir-birini diqqətlə seyr edirlər: kimi 
qabağına qatdığı sağmal inəyini, kimi qoyun-quzusunu haylayıb 
satmağa aparır. Uzaq kəndlərin hansındansa, bir kişi eşşək üs-
tündə bəkməz gətirir. Piyadaların bəzisi qoltuğunda boğça, bəzi-
si çiynində heybə, bəzisi dalında bir şələ odun, kimisi qucağında 
samovar aparır. Budur, cavanca bir gəlin, boğazından kəsib yığ-
dığı yumurtaları, ağzına saman tökdüyü səbətdə bazara aparır. 
O, qulpsuz səbəti bala kimi bağrına basmışdır. Ehtiyatla, başıa-
şağı yeriyir. Ağ yabısına şor motalı, bir az da güzəm yükləyib 
üstünə minən uca, bir gözdən mayıf adam «xəbərdar» deyib 
piyadaları keçir. Ot arabasının dalınca gedən qoca enlikürək, 
qarasaqqal kişi bir əlində ları xoruz, bir əlində də bir torba zoğal 
qurusu aparır, çarığının bağını bərkitmək üçün yolun kənarına 


Ədəbiyyat söhbətləri 
 
135
çəkilir. Karvan onu gözləmir. Uzun yolu tez qət etmək üçün 
sakit yeriyən və həftəbazarına doğru gedən bu əhali karvanının 
üzü payız havası kimi tutqun idi. Deyərdin onları səhər-səhər isti 
yataqdan zorla qovmuşlar. Gözə görünməyən naməlum bir qüv-
və onları qamçılaya-qamçılaya bazara, cibi dolu, tamahkar al-
verçilərin hüzuruna aparır. Çoxunun sifətindən şikayət yağır. 
Kiminin də odlu gözləri qəzəb saçır. Sanki o qəzəbli baxışlar 
xalqa ehtiyac və qara gün gətirən «naməlum qüvvəni» axtarır. 
…Sona da o yolun yolçusudur. Bu, onun ilk bazar səfə-
ridir. Ömründə birinci dəfədir belə bir karvana düşür, birinci 
dəfədir həftəbazarına gedir və evindəki «var-dövləti»nin son 
mətahını, «Yusif-Züleyxa» xalçasını satmağa aparır…» 
Ümumiyyətlə, «Bir gəncin manifesti»ndə bir sıra bu cür 
mükəmməl mətn parçaları vardır ki, öz-özlüyündə bütöv sənət 
əsəri, böyük yazıçının təkrarsız yaradıcılıq istedadının əvəzsiz 
məhsuludur. Və bu, yalnız ana dilinin ruhuna hakim olan bir 
qələm (və söz) adamının qüdrəti deyil, həm də dahi bir rəssamın 
tablosu, ondan da az dahi olmayan bir bəstəkarın simfoni-
yasıdır… 
Ən başlıcası isə, bu, Azərbaycan tarixinin məlum dövrü-
nün heç bir tarix kitabında bu dərəcədə təsirli (və obyektiv!) 
təsviri mümkün olmayan məsum mənzərəsidir… Hər şeyin məc-
buriyyət üzündən bazara çıxarıldığı, dəyər-dəyməzinə satıldığı 
illərdir… 
« -Bacı, qiyməti neçədir? 
Sona bir az duruxdu. 
Kənddə qiymət qoydurub sonra bazara aparmağı düşün-
müşdüsə də səhər tezdən çıxanda tamam unutmuş, xalçanı götü-
rüb yoluna düzəlmişdi. Özü isə ürəyində bir qiymət tutmamışdı. 
Tuta da bilməzdi; çünki bu satış, bazar malı deyildi. Onun qiy-
məti isə heç vaxt və heç bir pulla ifadə edilə bilməzdi. Sonanın 
inandığı adam olsa nə qiymət deyərdi? Onda deyərdi: «Xalçanı 
apar, əvəzinə tabağıma çörək, Mərdanımı qurtarmaq üçün rüşvət 
pulu ver». 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə