Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə60/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   56   57   58   59   60   61   62   63   ...   108

Nizami Cəfərov 
 
202
zamanın geniş ictimai, ideoloji, mənəvi münasibətləri konteks-
tində təqdim etməkdən ibarətdir. Indiki halda çox böyük əhə-
miyyət daşıyan həmin yaradıcılıq üslubu xalqın unudulmuş və 
ya unutdurulmuş dəyərlərini özünə qaytarmaq, həm də bunu 
təmkinlə, əsaslı şəkildə, bütün mövcud miqyası ilə etmək zəru-
rətindən irəli gəldiyi üçün, əlbəttə, təqdirə layiqdir. 
Nəriman Nərimanov, Abdulla Şaiq, Səməd Vurğun, Sü-
leyman Rüstəm, Mirzə Ibrahimov, Nizami adına Ədəbiyyat 
Institutu, Müasir Azərbaycan yazıçıları… kimi fundamental 
əsərlər siyahısına artıq on ildir ki, mütəmadi nəşr olunan 
«Füyuzat» jurnalını da əlavə etmək tamamilə təbiidir. 
Lakin «Füyuzat»ın XXI əsrin əvvəllərində yenidən nəşri-
nə, nə qədər əhəmiyyətli olsa da, yalnız tarixi xidmət qarşısında 
minnətdarlıq kimi baxmaqla kifayətlənmək doğru olmazdı. 
Çünki o dövrün «Füyuzat»ı ilə bu dövrün «Füyuzat»ı arasında 
gərgin hadisələr, inqilablar, üsyanlarla dolu yüz illik bir məsafə 
var… O dövrün «Füyuzat»ı tarix səhnəsinə çıxanda milli şüur 
ancaq və ancaq özünün müasir dünyagörüşlü bir sıra ziyalıları-
nın timsalında öz közərtilərini nümayiş etdirirdi ki, onlar da hələ 
«biz kimik və ya kimlərdən ibarətik?» sualına cavab axtarırdılar. 
Və bu cavablar da çox zaman həmin sualı verənlərin sayı qədər 
müxtəlif idi. Bu dövrün «Füyuzat»ı isə müstəqil dövləti, aydın 
(və mükəmməl) dünyagörüşü, formalaşmış milli ideologiyası 
(və idealları) olan bir xalqın məcmuəsidir. 
O dövrün «Füyuzat»ı həm dildə, həm də fikirdə türkçü oldu-
ğunu elan etmiş, öz mövqeyinə həmişə sadiq qalmağa çalışmışdır. 
Bugünkü gerçəkliklər baxımından yanaşsaq, bir tərəfdən, 
haqlı idi… Özünü əsrlər boyu «türk» kimi tanımış, hətta türk 
xalqlarının təbii diferensiasiyasından sonra da (XX əsrin 30-cu 
illərinə qədər) «türk» adlandırılmış bir xalqın dahi mütəfəkkiri-
nin (və məcmuəsinin) türk birliyi mövqeyində dayanması təsa-
düfi sayıla bilməz. Və o da təsadüfi deyil ki, yüz il sonra həmin 
ehtiyac – türk dünyasının inteqrasiyası məsələsi bir daha ortaya 
çıxaraq şüurlara hakim olmuşdur… 


Ədəbiyyat söhbətləri 
 
203
Ancaq etiraf etməliyik ki, digər tərəfdən, «türkçülük» 
düşüncəsinin (və hərəkatının) analitik dərkinə ehtiyac vardı ki, 
bu özünü çox keçəmədən – I Dünya müharibəsindən dərhal 
sonra bütün kəskinliyilə göstərdi. Və məlum oldu ki, türk birliyi 
ideyası heç də «Füyuzat»ın təsəvvür etdiyi kimi mütləq yox, 
əgər belə demək mümkünsə, nisbi və ya assosiativ birlik olma-
lıdır… Əslində, XX əsrin 20-ci, 30-cu illərində müstəqil Türkiyə 
Cümhuriyyətində yaşayan Əli bəyin özü də, görünür, tarixin 
gedişatı ilə hesablaşmalı, mövqeyini dəqiqləşdirməli olmuşdu. 
Lakin «türkçülük – turançılıq» ideyası (və «Füyuzat») tarixə 
necə vardısa o cür həkk olunmalı idi… Və olundu da… 
Artıq tarixə çevrilmiş o dövrün «Füyuzat»ından fərqli 
olaraq bu dövrün «Füyuzat»ı həm düşüncə, həm də dil etibarilə 
azərbaycançılıq mövqeyində dayanır. Lakin azərbaycançılıq, 
bəzilərinin təsəvvür etdiklərinin əksinə olaraq, türkçülüyü inkar 
eləmir. Birincisi, türkçülük azərbaycançılığın mənşəyində daya-
nan üç mühüm mənəvi-ideoloji komponetdən biridir… Ikincisi 
isə, nə qədər paradoksal görünsə də, azərbaycançılıq eyni 
zamanda türkçülüyün tərkib hissəsidir… 
Teymur Əhmədovun təşəbbüsü (və redaktorluğu) ilə nəşr 
olunan «Füyuzat» artıq on ildir ki, həm azərbaycanlı, həm də 
azərbaycanca bilən oxucuları feyziyab edir. Məcmuənin yüksək 
poliqrafik zövqlə hazırlanmış nömrələrini vərəqlədikcə görürsən 
ki, hər bir materialın öz informativ missiyası mövcuddur. Və heç 
bir yazı təsadüfən çap edilməmişdir… «Füyuzat» məcmuəsi bu 
on il ərzində həm elmi, həm bədii, həm də publisistik mate-
riallarının dəyəri ilə ölkənin mətbuat aləmində seçilməklə, bir 
tərəfdən, tarixi yaşadır, digər tərəfdən, tarix yazır… 
 
 2017  
  


Nizami Cəfərov 
 
204
 
Anarın ədəbi gəncliyi…  
Və ədəbi gəncliyin Anarı 
 
Azərbaycan ədəbi ictimaiyyəti Anarı, heç şübhəsiz, ilk 
gəncliyindən tanıyır – əvvəla Rəsul Rza ilə Nigar Rəfibəylinin 
övladı (burada «övlad» sözünün qarşısında bir «istedadlı» sözü 
də yazmaq istəyirdim, ancaq qərara gəldim ki, «Rəsul Rza ilə 
Nigar Rəfibəylinin övladı» kifayət eləyir) kimi, sonra görkəmli 
ata-anasından fərqli olaraq ədəbiyyatda şeirlə deyil, nəsrlə 
məşhurlaşan, 60-cı illərdən başlayan «yeni nəsr»in bir neçə 
«gənc klassik»indən biri kimi… 
Əlbəttə, Anarın ədəbi gəncliyinin miqyasını, ilk növbədə, 
onun «Bayram həsrətində» (1963), «Yağış kəsdi» (1968), «Ağ 
liman» (1970) və «Molla Nəsrəddin 66» (1970) kitabları müəy-
yən edir ki, həmin kitablara gənc yazıçının hekayə, povest və 
dram əsərləri daxildir. 
Ilk kitabı «Bayram həsrətində» getmiş hekayələr – «Keçən 
ilin son gecəsi», «Asılqanda işləyən qadının söhbəti», «Bayram 
həsrətində» və «Dörd çahar» hekayələri göstərdi ki, Anar qələmi 
əlinə xüsusi missiya ilə alıb: sovet ədəbiyyatının ən dərin intim, 
munis, özünəməxsus hisslərinə qədər ideolojiləşdirməyə çalışdı-
ğı insanı bütün təbii istəkləri, ruhi-mənəvi inersiyası, psixoloji 
təbəddülatları ilə birlikdə təsvir etmək… Və yazıçı sənətkarlığı-
nı bədii yalanın yox, bədii həqiqətin çoxluğunda, mükəmməl-
liyində göstərmək… 
…Körpə vaxtlarında onu çox istədiyindən tez-tez qucağına 
alan qonşu oğlanın burnunu dişləmiş qız on dörd-on beş yaşla-
rına çatanda ondan (artıq bəstəkar olmuş Faiqdən) təhtəlşüur bir 
duyğu ilə əsl istək – məhəbbət gözləyir… Faiq dərsdən evə 
qayıdan Gülarənin qarşısına bir dəstə gül «atır»… Əhvalatı ana-
sına danışan qıza Fatma xala bu hərəkətin təsadüfi olmadığını 
deyir… «Ən xəfif, ən gizli, özü-özünə belə etiraf edə bilmədiyi, 
arzuladığı bir şeyi eşidərkən Gülarə qəribə bir hal keçirdi. Bu 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə