Microsoft Word ch report az doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#53944
1   ...   9   10   11   12   13   14   15   16   17

Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

24 



14. Seçilmiş  sahələrin  hər  hansı  birində  Faza  3  çərçivisində  arxeoloji  tədqiqatların  aparılması 

üçün Mədəniyyət Nazirliyinin icazəsi? (Bölmə 1.6, Səhifə 8, Bənd 2). 

15. Seçilmiş sahələrdə Faza 4 tikinti işləri (Bölmə 1.7, Səhifə 8) ərzində müvafiq ixtisaslı sahə 

arxeoloqu tərəfindən hər bir tikinti qrupunun müşayiət olunması. 

16. Arxeologiya  və  Etnoqrafiya  Đnstitutu  ilə  Faza  4  işləri  üçün  əməkdaşlıq  müqaviləsinin 

xarakteri, istifadə olunan personal və onların qabiliyyət və səriştələri. Đştirak edən personalın 

tam  siyahısı  mövcuddurmu  və  onların  nə  dərəcədə  və  harada  istifadə  olunduğu  barədə 

məlumatlar varmı? Arxeologiya və Etnoqrafiya Đnstitutu müqavilədən necə yararlanmışdır? 

17. Seçilmiş  sahələrdə  arxeoloji  qalıqların  müəyyənləşdirilməsinə  və  qorunmasına  ehtiyac 

olduğu barədə tikinti podratçısının məlumatlandırılması üçün hər hansı bir mexanizm varmı? 

Məsələn,  təsadüfi  tapıntılar  haqqında  protokol,  məlumatların  verilməsi  üçün  təlim  kursu  və 

ya işöncəsi qısa təlimatların verilməsi? 

18. Faza  4  ərzində  seçilmiş  sahələrdə  müvafiq  ixtisaslı  sahə  arxeoloqu  tərəfindən  tədqiqat  və 

kəmər sahəsi qruplarına məsləhətlərin verilməsi (Bölmə 1.7, Nöqtə 1, Səhifə 8). 

19. Faza  4  tikinti  işləri  ərzində  seçilmiş  sahələrdə  aşkar  edilən  arxeoloji  tapıntıların  müvafiq 

ixtisaslı sahə arxeoloqu tərəfindən qeyd olunması (Bölmə 1.7, Nöqtə 2, Səhifə 8). 

20. Seçilmiş  sahələrdə  Faza  4  boru  kəməri  işləri  ərzində  təzə  arxeoloji  kəşflərin  əhəmiyyəti  və 

nəticələri  (Bölmə  1.7,  Nöqtə  2,  Səhifə  8)  və  müəyyənləşdirilmiş  az  əhəmiyyətli  (Bölmə 

1.7.1) və yerli əhəmiyyətə malik (Bölmə 1.7.2) və ciddi əhəmiyyət kəsb edən (Bölmə 1.7.3) 

tapıntılar  barədə  müvafiq  ixtisaslı  sahə  arxeoloqu  tərəfindən  tikinti  üzrə  menecerə  

məsləhətlərin verilməsi. 

21. Arxeologiya  və  Etnoqrafiya  Đnstitutu  tərəfindən  hazırlanaraq  tikintinin  arxeoloji 

monitorinqinin  nəticələrinin  xülasəsini  özündə  əks  etdirən    hesabatlar  varmı?  (Bölmə  1.8, 

Səhifə 9). 

22. BTC/CQBK  tərəfindən  mədəni  irsin  idarə  olunması,  tədqiqat  əsasında  təşkilatın  cavabları, 

islahedici və profilaktik tədbirlərli bağlı daxili audit haqqında hesabatların mövcudluğu? 

23. Kreditorlar və digərləri  tərəfindən mədəni irsin idarə olunmasə, tədqiqat əsasında təşkilatın 

cavabları,  islahedici  və  profilaktik  tədbirlərlə  bağlı  kənar  audit  haqqında  hesabatların 

mövcudluğu? 

24. Mədəni  irsin  idarə  olunması,  tədqiqat  əsasında  təşkilatın  cavabları,  islahedici  və  profilaktik 

tədbirlərlə  bağlı  daxili  və  kənar  şikayətlərin  mövcudluğu?  Məsələn,  qəbirlərin  başqa  yerə 

köçürülməsi və ya maddi-mədəniyyət qalıqlarının oyğrlanması. 

25. Arxeologiya  və  Etnoqrafiya  Đnstitutunun  hesabatlarında  boru  kəməri  sahəsində  tapılmış 

arxeoloji materialların emalı və analizi üçün təkliflər varmı? (Bölmə 1.8, Səhifə 9). 

26. Arxeologiya  və  Etnoqrafiya  Đnstitutunun  hesabatlarındakı  təkliflərdə    hansı  arxeoloji 

tədqiqatların nəticələrinin nəşr edilməsi  ehtiyac olduğu göstərilirmi? (Bölmə 1.8, Səhifə 9). 

27. BTC/CQBK  şirkətinin  tikintidən  sonra  mədəni  irsin  idarə  olunması  ilə    bağlı  cavabı  nədən 

ibarətdir? Plan, qrafik, büdcə və sənədləşdirilmiş məsuliyyətlər varmı? (Bölmə 1.8, Səhifə 9). 

 



Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

25 



CQBK-nin podratçı təşkilatı olan CCĐC şirkətinin fəaliyyətinin Mədəni Đrsin 

Mühafizəsi üzrə götürülmüş öhdəliklərin auditinin sorğu vərəqəsi 

 

1. 


Zəhmət olmasa, adınızı və  boru kəməri çərçivəsində mədəni irsin menecmenti (MĐM) ilə 

bağlı tutduğunuz vəzifə, rol haqqında bizə məlumat verə bilərsinizmi? 

2. 

22.04.2003  və  20.07.2004  tarixlərdə  dərc  edilmiş  Ekoloji  və  Sosial  Đdarəetmə  Sistemi 



(ESĐS)  üzrə  təlimat  kitabçasının  AGT001  1000  EV  MAN  00001  saylı  variantında  U02 

başlığı  altında  dəyişikliklər  edilərək  audit  qrupuna  təqdim  edilmişdir.  Zəhmət  olmasa,  bu 

sənədin  sonuncu  variant  olduğunu  təsdiq  edin  və  biz  audit  aparmaq  üçün  bu  sənədə 

əsaslana bilərikmi? Əgər sənədin yeni nüsxəsi varsa, zəhmət olmasa bu nüsxəni bizə verin 

və sənəddə dəyişiklik olan hissəni göstərin.  

3. 


Qeyd  edilən  sənəddə  Podratçının  «Arxeologiya  barədə  məlumatın  artırılması»  üzrə  təlimi 

nəzərdə  tutulmuşdur  (Bölmə  6,  Punkt  6.3.2.2.,  səh.  30).  Bu  sənədə  əsasən  Podratçı 

aparılmış təlim və iştirak faizi barədə hər ay məlumat verməlidir. Zəhmət olmasa bu barədə 

bizə məlumat verin. AH bu təlimin qaydaları və aylıq hesabatlarını necə əldə edə bilər? 

4. 

ESĐS  üzrə  təlimat  kitabçasına  görə  Podratçı  ekoloji  və  sosial  məsələləri  işıqlandıran 



işöncəsi  təlimatlandırma  işləyib  hazırlamışdır  (Bölmə  6,  Punkt  6.3.2.3.,  səh.  30).  Zəhmət 

olmasa bu barədə bizə məlumat verin. AH bu təlimatın «Arxeologiya-o cümlədən, təsadüfi 

tapıntılar»a aid olan hissəsini necə əldə edə bilər?  

5. 


ESĐS  üzrə  təlimat  kitabçasına  görə  Podratçının  daxili  əlaqələrinin  əsas  metodlarından  biri 

hesabatlardır  (Bölmə  6,  Punkt  63.3.1.,  səh.  31,  36).  Bu  hesabatlar  cədvəl  5-də 

yekunlaşdırılmışdır.  Aparılmış  arxeoloji  müşahidənin  qısa  hesabatı  ilə  necə  tanış  olmaq 

olar? 


6. 

ESĐS  üzrə  təlimat  kitabçasına  görə  Podratçının  həyata  keçirdiyi  fəaliyyətə  nəzarət 

Podratçıya Nəzarət Planı (PNP) əsasında həyata keçirilir (Bölmə 6, punkt 6.3.6.1., səh. 39). 

Bu  nəzarət  planının  mədəni  irs  və  arxeologiyaya  aid  olan  hissəsi  ilə  və  nəzarətin  uyğun 

sahə  üzrə  hesabatları  ilə  necə  tanış  olmaq  olar  (AG001-1000-EV-PLN-00008,  AG001-

1000-EV-PLN-00011)? 

7. 

ESĐS  üzrə  təlimat  kitabçasında  Podratçının  özünü  təftiş  etməsi  və  Podratçının  BTC 



tərəfindən auditi nəzərdə tutulmuşdur (Bölmə 6, Punkt 6.4.4., səh. 52). Bu barədə nə deyə 

bilərsiniz və AH bu audit hesabatlarınin arxeologiya və mədəni irsin qorunmasına aid olan 

hissələri ilə necə tanış ola bilər? 

8. 


ƏMSSTQ  Hesabatında  qeyd  edilir  ki,  «nəzarətçi  arxeoloq  tikinti  işlərinə  nəzarət  edən 

şəxslərə  tövsiyələr  verəcəkdir»  (Bölmə  10,  Punkt  10.3.11.,  səh.  50).  AH  bu  tövsiyələrin 

mətni və imzalarla necə tanış ola bilər? 

9. 


MĐMP-də  xəndək  əməliyyatı  nəticələrindən  asılı  olaraq  müvafiq  yumşaldıcı  tədbirlərin 

hazırlanacağı  qeyd  edilir  (Bölmə  1.5.,  səh.  8).  AH  bu  tədbirin  hesabatı  ilə  tanış  olmaq 

istərdi. 

10.  MĐMP-də  müəyyən  edilmiş  ərazilərin  hər  biri  üçün  iş  icraatı  layihəsi  hazırlanacağı  qeyd 

edilir (Bölmə 1.5., səh. 8). AH bu sənədlərlə necə tanış ola bilər? 

11.  MĐMP-də  və  CQBK-nin  MĐQ  sahəsindəki  öhdəliklərində  sahə  arxeoloqunun  bir  sıra 

funksiyaları qeyd edilir (Bölmə 1.7., səh. 9: Öhdəlik 210 (160)): tikinti dəhlizi dəstələrinə 

məsləhət vermək, arxeoloji tapıntıların qeydiyyatını aparmaq, aşkar edilmiş yeni arxeoloji 

tapıntılar  haqqında  tikinti  superintendantına  (iş  icraçısı)  məsləhət  vermək.  Bu  haqda  nə 

deyə bilərsiniz və AH bu proseduraların sənədləri ilə necə tanış ola bilər? 

12.  MĐMP-da,  punkt  1.7.1-də  qeyd  edilmiş  «ən  qısa  mümkün  vaxt»  anlayışı  necə  təsəvvür 

edilir  (MĐMP,  Bölmə  1.,  Punkt  1.7.1.,  səh.  9.  «Tikinti  arxeoloqu  tərəfindən  belə  tapıntı 

haqqında  ən  qısa  mümkün  vaxt  ərzində  tikinti  superintendantına  məlumat  veriləcəkdir»). 

Aralıq zaman halında tapıntının vəziyyəti haqqında nə deyə bilərsiniz? 

13.  MĐMP Fazalarının planları ilə necə tanış olmaq olar? 

14.  AH  az  əhəmiyyətli  arxeoloji  tapıntıların  qiymətləndirilmə  kriteriyaları,  qeydiyyatı, 

saxlanılması və ictimaiyyətə çatdırılması haqqındakı sənədlərlə tanış olmaq istərdi. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə