Microsoft Word ch report az doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#53944
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

20 



IV.Qənaətlər 

 

1. 



Layihənin  reallaşması  nəticəsində  Azərbaycan  Arxeologiya  elmi  yarandığı  vaxtan  bu 

günə  qədər  ən  böyük  həcmdə  materiallara  sahib  olmuş,  bundan  sonra  bir  çox  illər 

ərzində  öyrəniləcək  tədqiqat  obyektləri  əldə  etmişdir.  Đnstitutun  arxeoloji  tapıntı 

kolleksiyalarının sayı iki dəfə artmışdır. 

2. 

Tədqiqatlar  nəticəsində  bir  sıra  dünya  və  ölkə  əhəmiyyətli  abidələr  aşkar  edilmiş, 



Azərbaycanın mədəni irsi xeyli zənginləşmişdir.  

3. 


Azərbaycan mütəxəssisləri arxeologiya üzrə ən müasir texnologiyalar, nəzəri biliklər və 

praktiki  vərdişlər  əldə  etmiş,  bu  sahədə  dünyanın  aparıcı  tədqiqat  mərkəzlərinin 

mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmış, yeni məlumatlara malik olmuşlar.  

4. 


AMEA  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutunun  cəlb  olunmuş  əməkdaşları  yüksək 

peşəkarlıqları  və  məhsuldar  fəaliyyətləri  ilə  fərqlənmişlər.  Bununla  bərabər  tədqiqat 

qrupuna  paleontoloqların  cəlb  olunmaması  tədqiqatın  daha  geniş  intervalda 

aparılmasına imkan verməmişdir. Çünki Azərbaycan ərazisi III və IV geoloji dövrlərin 

paleofaunistik  (Binəqədi  faunası,  Pirəkəşkül  faunası,  Eldar  faunası)  və  paleobotanik 

(Daşkəsən Qoşqarçay  Yura florası) daşlaşmış qalıqları ilə zəngindir. 

5. 

Fəaliyyət  müddətində    müəyyən  əlaqələri  çıxmaq  şərti  ilə  BTC/CQBK  şirkəti 



Mədəniyyət  Nazirliyi  ilə  birbaşa  heç  bir  əlaqə  yaratmayıb,  işlərə  cəlb  etməyib, 

qazıntılar vaxtı əldə edilən tapıntılar haqda məlumatlandırmayıb.  

6. 

Görülmüş  işlərin  KĐV-də  kifayət  qədər  işıqlandırılmaması  və  QHT-lərin  iştirak 



etməməsi nəticəsində ictimaiyyətdə bəzi ziddiyyətli fikirlər formalaşmışdır. 

7. 


Şirkət mədəni irsin mühafizəsi istiqamətində götürdüyü öhdəliklərə riaəyət etmiş, milli 

mədəni  irsə  qayğı  göstərmiş,  ona  hörmətlə  yanaşmışdır.  Şirkətin  mədəni  irsin 

mühafizəsi sahəsindəki fəaliyyəti qənaətbəxş və səmərəli olmuşdur. 

 

V.Təşəkkürlər 



 

Layihəni yerinə yetirən audit qrupu üzvləri layihənin reallaşmasında , sənədlərin əldə edilməsi və 

tərcüməsi,  görüşlərin  və    sahə  səfərlərinin  təşkilinə  və  auditin  aparılmasında  verdikləri  dəyərli 

təkliflərə görə aşağıda adları sadalanan şəxslərə öz minnətdarlıqlarını bildirirlər:  

1.  ACĐ-YF/ Azərbaycan  bölməsinin icraçı direktoru   Fərda Əsədova; 

2.  Neft gəlirlərinin şəffaflıq proqramının direktoru Qalib Əfəndiyevə; 

3.  ACĐ-YF/  Azərbaycan    tərəfdən  layihənin  işçi  qrupu  ilə  əlaqələndiricisi    Esmira 

Əsədullayevaya; 

4.  BP/BTC- şirkətləri tərəfindən layihənin əlaqələndiricisi  Mətin Axundluya; 

5.  BTC/CQBK  aidiyatı  üzrə  məsul  şəxs  Kris  Polqleysb  Kris  Heyl  və  xanım  Keralayn 

Yanqa 

6.  BP – nin  ictimayətlə əlaqələr üzrə məsləhətçi Endru Bukmana; 



7.  «BP-Azərbaycan» Biznes Mərkəzinin meneceri xanım Fira Məmmədovaya  

8.  BTC şirkəti tərəfindən layihəyə yardım üzrə məsul  şəxs  Elmira Qasımovaya; 

9.  ACĐ-YF/  Azərbaycan    təşkilatının  audit    treyninqi  və  auditin    aparılması  üzrə 

beynəlxalq məsləhətçi – Klayv Morqana; 

10. CCĐC şirkətinin ekoloji sahə üzrə meneceri – Rəmzi Botaniyə;  

11. Auditə  hazırlıq  dövründə  və  onun  keçirilməsi  zamanı  Məşvərət  və  Təlim  Şurasının 

üzvlərinə; 

Habelə  bu  işdə  bizə  yardımçı  olmuş  Şirkətin,  «ACĐ-YF  Azərbaycan»ın,  Şirkətin  podratçı 

təşkilatlarının  və  milli  tərəfdaşlarının  digər  əməkdaşlarına,  səfərdə  olduğumuz  zaman  baxış 

keçirdiyimiz muzeyin əməkdaşlarına, BP-nin Gəncə şəhərindəki qonaq evinin xidmət heyətinə, o 

cümlədən Şirkətin bizi müşayət edən avtomobilin sürücüsünə səmimi münasibətlərinə və yüksək 

xidmətlərinə görə öz dərin təşəkkürümüzü bildiririk. 




Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

21 



Əlavə 1 

 

Audit qrupunun üzvləri və  təmsil etdikləri təşkilat barədə məlumat 



 

Elman  Yusifov  (əlaqələndirici):  fizika-riyaziyyat  elmləri  namizədi,  «Ekostil-Azərbaycan» 

QHT-nın sədri, ətraf mühitə həsr edilmiş 40-dan çox elmi məqalənin, 4 kitabın müəllifi. Təbiət 

abidələri ilə bağlı müxtəlif layihələr həyata keçirmişdir. 

 

Ceyhun Musayev (qrup üzvü): "Qızılbaş" Gəncləri Maarifləndirmə Đctimai  Birliyinin üzvü 



 

Fəridə Hüseynova (qrup üzvü):   kimya elmləri namizədi, 12 məqalənin müəllifi, «Azərbaycan 

Yaşıllar Hərakatı» QHT-nin sədri 

12 nəşrin müəllifi və  «Azərbaycan Yaşıllar Hərakatı» QHT-nın sədridir.  F.Hüseynova müxtəlif 

layihələrin, o cümlədən 1989-cu ildə Sumqayıtda ətraf mühitlə bağlı və həmin ildə Bakıda sahil 

bağında  «Canlı  aləm  zənciri»  mövzusunda  keçirilmiş    yürüşlərə  rəhbərlik  etmiş,    «Gürcüstan 

Yaşıllar  Hərakatı»  təşkilatı  ilə  birgə  1990-cı  ilin  sentyabrında  Kür  çayı  boyı  ekspedisiyaya, 

1991-cı ilin yanvar ayında Qanlı Yanvar Şəhidləri şərəfinə ağac əkmə mərasiminə, 1997-ci ilin 

iyun-avqust  ayları  ərzində  Azərbaycan  Beynəlxalq  Əməliyyat  şirkətinin  dəstəyi  ilə  Abşeron 

çimərliklərində  tullantıların  idarə  olunması  layihəsinə  rəhbərlik  etmişdir.  BP-STATOĐL 

Alliansının  dəstəyi  ilə  1998-ci  ilin  fevralında  təşkil  olunmuş  «Ətraf  mühit  və  mədəniyyət» 

seminarında, 1998-ci ilin martında Gənclər üçün Ətraf mühit həftəsində iştirak etmiş, Şevronun 

dəsətəyi ilə Pirqulu Dövlət Qoruğuna səfər etmişdir.  

 

«Yaşıllar hərəkatı» təşkilatı 2002-ci ilin avqustunda BP və onun tərəfdaşlarının dstəyi ilə təşkil 



edilmiş 1-ci Azərbaycan Biomüxtəliflik Müsabiqəsində üçüncü yeri tutmuşdur. 

 

Ağa  Əliyev  (qrup  üzvü):    “ENEOLĐT”  tarixi  abidələrin  təbliği  mərkəzinin  idarə  heyətinin 



üzvüdür.  

Mərkəz  12  dekabr  2004-cü  ildə  yaradılmışdır.  Mərkəzin  əsas  məqsədi  Azərbaycan 

Respublikasının  tarixi  və  mədəni  abidələri  haqqında  məlumat  toplamaq,  bu  sahənin  tədqiq 

olunmasına  mütəxəssislər  cəlb  etmək  və  yerli  və  beynəlxalq  ictimaiyyəti  bu  barədə 

məlumatdandırmaqdır.  Hazırda  Mərkəz  Azərbaycanın  şimal  və  cənub  bölgələrində  acınacaqlı 

vəziyyətdə olan naməlum abidələr haqqında məlumat toplamaqla məşğuldur. Mərkəz abidələrin 

bərpası və qorunması ilə bağlı silsilə seminarlar və dəyirmi masalar təşkil edir. Mərkəzin 40 fəal 

üzvü var. 

 

Səltənət Zülfüqarova (tələbə):  Bakı Dövləit Universitetinin Coğrafiya fakültəsinin tələbəsi 



 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə