Microsoft Word ch report az doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#53944
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

18 



tədqiqat  işlərinin  aparılması,  arxeoloji  tapıntıların  qiymətləndirilməsi  AMEA  Arxeologiya  və 

Etnoqrafiya  Đnstitutu tərəfindən aparılır.  Lakin bu fəaliyyət Azərbaycan Respublikasının  «Tarix 

və  mədəniyyət  abidələrinin  qorunması  haqqında»  1998-ci  il  10  aprel  tarixli,  №470-ĐQ  saylı 

qanununa  əsasən  Azərbaycan  Respublikasının  Mədəniyyət  Nazirliyinin  razılığı  əsasında  həyata 

keçirilə bilər. 

AMEA  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutunun  bu  sahədəki  aparıcı  rolunu  və  mühüm 

fəaliyyətini  nəzərə  alaraq  onlarla  iki  görüş  keçirilmişdir.  Đnstitutun  cəlb  olunmuş  əməkdaşları 

yüksək  peşəkarlıqları  və  məhsuldar  fəaliyyətləri  ilə  fərqlənmişlər.  Đnstitut  əməkdaşları  BP-nin 

fəaliyyətini,  xüsusilə  Şirkətin  arxeoloqunun  yüksək  professionalığını  və  peşəkar  fəaliyyətini 

yüksək  qiymətləndirmişlər.  Görüş  zamanı  məlum  olmuşdur  ki,  qazıntılar  nəticəsində  bir  sıra 

dünya, regional, milli əhəmiyyətli, çox saylı yerli əhəmiyyətli nadir tapıntılar aşkar edilmişdir. 

 

3.3.1. Öhdəlik: 



ƏMSSTQ  qeyd  edir  ki,  «arxeoloji  obyektlərin  əhəmiyyəti  və  müvafiq  tədbirlər  barədə  qərarlar 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və AMEA Arxeologiya və Etnoqrafiya Đnstitutu 

ilə birlikdə qəbul ediləcəkdir» 

Azərbaycan Respublikası «Tarix və mədəniyyət abidələrinin qorunması» haqqında» 1998-ci il 10 

aprel  tarixli,  №470-ĐQ  saylı  qanuna  əsasən  «tarix  və  mədəniyyət  abidələri  yerləşən  ərazilərdə 

torpaq  və  ya  inşaat  işləri  görərkən  AMEA-nın  rəyi  nəzərə  alınmaqla  müvafiq  icra  hakimiyyəti 

orqanlarından  qabaqcadan  icazə  alındıqdan  sonra  torpaq  və  ya  inşaat  işlərini  görərkən  müvafiq 

icra hakimiyyəti orqanlarının və mütəxəssislərinin abidələrin qorunması barədə göstərişlərini icra 

etməlidirlər». Bu MĐM Planının Bənd 1.6 18-ci maddəsində də qeyd edilir. 

 

Müşahidə: 



Mədəniyyət Nazirliyinin Abidələrin qorunması və muzeylər şöbəsi tərəfindən 2000-ci ildə BTC 

üzrə çöl işləri aparılan dövrdən etibarən 2005-ci ilə qədər şirkətə etdiyi yazılı müraciətlər və 

məktublara cavab verilməmişdir. Şirkətin arxeoloqu müsahibə zamanı bu icazənin AMEA 

Arxeologiya və Etnoqrafiya Đnstitutunun məsuliyyətində olduğunu bildirdi. Arxeologiya Đnstitutu 

isə buna ehtiyac olmadığını bildirdi.  

 

Təhlil: 



•  CQBK və onun tərəfdaşları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən 

arxeoloji tapıntılar üçün heç bir icazə almamışlar və heç bir yazılı razılıq sənədinə malik 

deyillər. 

•  Mədəniyyət Nazirliyinin rəsmilərinin fikrincə Arxeologiya və Etnoqrafiya Đnstitutunun 

əməkdaşları onlarla heç bir əlaqə yaratmadan fəaliyyət göstərirlər, bu səbəbdən də onların 

fəaliyyəti prosedurları pozmaq kimi qiymətləndirilir; 

•  Tapıntılar  barədə heç bir məlumat Mədəniyyət Nazirliyinə təqdim olunmayıb. 

 

Uyğunsuzluq: 



«Arxeoloji obyektlərin əhəmiyyəti və müvafiq tədbirlər barədə qərarlar Azərbaycan Respublikası 

Mədəniyyət  Nazirliyi  və  AMEA  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutu  ilə  birlikdə  qəbul 

ediləcəkdir»    öhdəliyi  yerinə  yetirilməmiş,    Mədəniyyət  Nazirliyi  uyğun  fəaliyyətə  cəlb 

olunmamışdır. 

 

Tövsiyə: 



Təcili  olaraq  Azərbaycan  Respublikasının  Mədəniyyət  Nazirliyi  ilə  əlaqələri  bərpa  edərək 

tapıntıların  qanuni  sənədləşdirilməsini  təmin  etsin.  BP,  BTC,  CQBK  şirkətləri  AMEA 

Arxeologiya Đnstitutu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə arxeoloji 

abidələrin qorunması üzrə birgə işçi qrupu yaratsın. 

 



Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

19 



3.4. Arxeoloji Tapıntıların Qeydiyyatının, Təhvil-Təslim Prosedurlarının, 

Mühafizəsinin, Təqdimatının və Kataloqlarının Tərtibinin, Tapıntılar Haqqındakı 

Hesabatların Hazırlanmasının və Đctimaiyyətə Çatdırılmasının Auditi 

 

Arxeoloji tapıntıların mühafizəsi, təqdimatı, kataloqlaşdırılması və ictimaiyyətə çatdırılması üzrə 



öhdəliklərin auditi ilə əlaqədar olaraq Goranboy və Şəmkir Tarix və Diyarşünaslıq Muzeylərinə 

səfərlər edilmişdir. 

Goranboy  Tarix  və  Diyarşünaslıq  Muzeyi.  Muzeyə  səfər  zamanı  muzeyin  direktoru  ilə 

aparılmış müsahibədən məlum oldu ki, BP-nin maliyyə yardımı ilə burada muzey üçün yeni bina 

inşa  edilmişdir.  Muzeyə  verilmiş  tapıntılar  qismən  sənədləşdirilmiş  və  inventar  kitaba  daxil 

olunmuşdur.  Tapıntıların  şirkət  tərəfindən  muzeyə  təhvil-təslim  prosesi  akt  əsasında  və 

Mədəniyyət Nazirliyinin yerli nümayəndəsinin iştirakı ilə həyata keçirilmiş və onların bir hissəsi 

isə sərgi salonunda ictimaiyyətə təqdim olunmuşdur (Əlavə 5, şəkil 1, 2). Bu işlə əlaqədar olaraq 

Mədəniyyət  Nazirliyinin  «Muzeylər  üzrə  metodiki  mərkəz»inin  direktoru  10  gün  müddətinə 

muzeyə  ezam  ounmuşdur.  Həmçinin  Mədəniyyət  Nazirliyinin  yerli  nümayəndəsinə  şifahi 

məlumat verilmişdir. Bəzi eksponatlar AMEA Arxeologiya və Etnoqrafiya Đnstitutu əməkdaşları 

tərəfindən  muzeyə  saxlanılmağa  verilmişdir.  Bu  tapıntılar  muzeyin  fond  otağında  saxlanılır 

(Əlavə 5, şəkil 3).  

Arxeoloji  tapıntıların  sənədləşmə  qaydalarına  tam  əməl  edilməmişdir:  muzey  pasportu,  təhvil-

təslim  aktı,  sənədlərin  surətinin  Mədəniyyət  Nazirliyinin  yerli  nümayəndəsinə  göndərilməsini 

təsdiq edən sənədlərə rast gəlinmədi.  

Şəmkir  Tarix  və  Diyarşünaslıq  Muzeyi.  Muzeyə  səfər  zamanı  muzeyin  direktoru  BTC-nin 

fəaliyyətini çox yüksək qiymətləndirdi. Audit zamanı məlum oldu ki, təhvil verilmiş tapıntıların 

qeydiyyatı  üzrə  sənədləşmələr  düzgün  və  səliqəli  aparılmışdır.  Hər  bir  əşya  üçün  muzey 

pasportu, qəbul aktı tərtib edilmiş, inventar kitabda qeydlər aparılmışdır. Bütün sənədlərin surəti 

Mədəniyyət  Nazirliyinin  yerli  nümayəndəsinə  göndərilmişdir.  Beləliklə  göstərilən  muzeydə 

arxeoloji tapıntıların təhvil-təslim qaydaları qanunvericiliyə uyğun qaydada həyata keçirilmişdir. 

Müsahibə zamanı o da məlum oldu ki, Mədəniyyət Nazirliyinin yerli nümayəndəsi və «Muzeylər 

üzrə metodiki mərkəz»inin direktoru  adıçəkilən  muzeydə olmuşlar. Muzeyə,  əsasən,  Zəyəmçay 

kurqanından  tapılmış  tapıntılar  təhvil  verilmişdir.  Bu  tapıntılar  muzeyin  salonunda  nümayiş 

etdirilir (Əlavə 5. şəkil 4-5). Bundan əlavə qazıntı işləri zamanı Şəmkir rayonunun Çaparlı kəndi 

yaxınlığında  tapılmış  qədim  alban  kilsəsinin  qalıqları  olan  bünövrə  daşları  da  muzeyə  təhvil 

verilmişdir.  Onların  əksəriyyəti  muzeyin  anbarında  saxlanılır  (Əlavə  5.  şəkil  6).  Bir  qismi  isə 

ağır və iri ölçülü olduğundan açıq havada yerləşdirilmişdir. 

  

3.4.1. Öhdəlik:  



CQBK-nin Mədəni Đrsin Qorunması sahəsindəki 610 (604) saylı öhdəliyə və ƏMSSTQ sənədinə 

əsasən  «tikintinin  təsirinin  qarşısı  alına  bilinməyən  əhəmiyyətli  arxeoloji  sahələrin  müvafiq 

qaydalar üzrə uçotı aparılır və müvafiq məlumatlar elmi jurnallarda və ictimaiyyətin diqqəti üçün 

dərc olunacaq və nəzərinə çatdırılacaq, bu vasitə ilə informasiya Azərbaycanın və digər ölkələrin 

əhalisinə çatdırılacaq» (Bənd 10.3.11.) öhdəliyi müəyyənləşib. 

 

Müşahidə: 



Arxeoloji tapıntıların kompüterləşdirilmiş kataloqu bu vaxta kimi  hazırlanmamışdır.  

 

Təhlil: 



Kataloqun hazırlanmaması neqativ hal kimi qiymətləndirilir 

 

Tövsiyə: 



Arxeoloji tapıntıların kompüterləşdirilmiş kataloqunun hazırlanması sürətləndirilməlidir.  

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə