426
«Filosofluğumda» davam edirdim. Nuşa sözlərimə
qulaq verirdi və çox vaxt qızarıb başını aşağı salırdı. Aralıqda
birdən sözlərimi kəsib Nuşanın pərişan
zülfləri ilə əhatə olun-
muş həyalı üzünə zənlə baxırdım. Onda ürəyimdə həyata,
təbiətə və cəmi varlığa qarşı böyük məhəbbət oyanırdı.
***
Bu dəhşətli əhvalı eşitdikdə elə bil, ağlım başımdan çıxdı.
Qəribə bir hala düşüb, başladım sərsəmləməyə: «Kimi?
Harada? Niyə?» sözləri ilə dağdan geri gələn qızları
qarşıladım. Qızlar gözləri yaşararaq:
– Nuşanı!.. Vəhşilər biçarənin göz yaşlarına, nalə və
fəryadına baxmadılar. Elə onu bildilər ki, atın üstə qoyub
apardılar. Hər yerdə çay yuxarı gedə-gedə gözdən yox oldular.
Əvvəl qızların sözləri mənə yuxu kimi gəlirdi. Görmədiyim və
eşitmədiyim bir hadisəyə inana bilmirdim.
–
Necə ola bilər ki, – deyirdim, – insanı götürüb qaçalar?
Bizim «Haqq» qəbiləsində heyvanları belə götürüb
qaçmağa cürət etmirlər. Hər diri bir şəxsiyyətə malikdir,
şəxsiyyətə
də təcavüz etmək böyük günah etmək deməkdir.
Durmaq yeri deyil idi. Götürüldüm. Qızlar nişan verən tək çay
yuxarı gedib atlıların izincə duşdüm. Beş atlı idi. Aydın
görünürdülər. Orta atda bir şey çapalayırdı. Hərdən o birilər də
onun başına toplanıb bir az duruxurdular və yenə gedirdilər.
«Yəqin o, Nuşadır» deyə fikrimdən keçirdim. Asudəliyinə
təcavüz edən vəhşilərə qarşı müqavimət edib getmək istəmirdi.
Gözəlciyim! İlyasından ayrı düşən gözəlim.
Atlılar dağın dalına döndülər. Mən də dağın ətəyi ilə
dırmanmağa başladım. Ürəyim aramsız döyünürdü, bilmərrə
candan düşmüşdüm. Bir otluğa yıxılıb qaldım. Öz-özümə:
– Sabah toy günüdür. Məqsədə belə nail olduq. Yenə
gözlərim yaşardı. Divanə tək ayağa qalxdım
və bir dəqiqədə
dağı başa çıxdım. Yuxarı dağda, yolun ortasından səs gəlirdi.
Atlılara çatdığımı yəqin etdim. Bir az da öz-özümü toxtadıb
dağı aşdım və otluq bir təpədə düşmənlərə rast gəldim. Atları
427
ota buraxıb özləri dincəlməyə düşmüşdülər. Gözlərim o saat
Nuşanı axtardı.
– İlyas, İlyasım! – deyə səs gəldi. Qolları bağlı Nuşa dizi
üstə qalxdı. Yüyürüb qucaqlaşdıq. Mənim qəflətən
gəlməyim ətrafımdakıları təşvişə saldı. Rəngləri üzlərindən
götürüldü. Qalxdılar. Qılıncı siyirdim. Nuşa yolunda
ölməyə hazır idim. Bunlar da yarağa doldular. Cəld sıçrayıb
qılıncı qapdım. Əvvəl yıxılan qabağa yeriyən ortaboylu oldu. O
birilər özlərini itirməyib mənə hücum etdilər. Vuruşmaya
girişdik. Bunların fikri bu idi ki, məni araya alıb parçalasınlar.
Ona görə mən də onların zərbələrini dəf
edə-edə geri çəkilirdim
və fürsət tapdıqca düşmənlərə yaralar da yetirirdim. Bir də
üzərimə qılınc endiyini gördüm. Başımı qaçırtdım, çiynimə elə
bil bir ağır şey düşdü. Bir tərəfimi qan bürüdü. Təpədən uçub
düşdüm. Yaram başladı sızıldamağa. Bu halda Nuşanın
ürəkyandırıcı çığırtısından başqa bir şey fikrimdə deyildi.
***
Gözlərimi açıb özümü xəstəxanada gördüm. Nə təhər olub
ki, buraya gəlmişəm – bilmirdim. Ətrafımda şəfqət bacıları
fırlanıb dolaşmaqda idilər. Hamının üzündə bir şadlıq
görünürdü. Elə bil demək istəyirdilər: daha əcəl səndən əl
çəkdi, diriliyə tərəf qədəm atmaqdasan.
Doğrudan da özümü yaxşı hiss edirdim. Lakin zəiflikdən
tərpənə bilmirdim. Sabah həkim gəldi, yarama baxdı və
onun
zərərsizliyini məlum edib, gülə-gülə dedi:
– İndi nişanlın da gələr yanına, yaran daha da yaxşılaşar.
Həkimin sözlərindən doluxsundum:
– Nuşa hayandadır ki?.. – dedim.
– Nuşa evlərindədir, hayanda olacaq idi ki!..
Həkim mənə zənlə baxıb, yenə gülməyə başladı. Mən
təbibin sözlərinə inanmayaraq:
– Mənimlə zarafatmı edirsən? Bəs Nuşa buradadır, niyə
mənim yanıma gəlmir?
– İstəyirsən bu saat çağırım gəlsin.
428
Həkim sözlərini qurtarmamış qızlara bir işarə elədi və az
çəkmədi ki, Nuşa qapıdan içəri daxil oldu. Bu sirrəngiz
mənzərədən mütəəssir gözlərim yaşardı, istədim yerimdən
qalxam, zəiflik aman vermədi. Nuşa çarpayının qabağında dizi
üstə durub, məni ehmalca qucaqladı və dodaqlarımız
qovuşduqda odlu damcıların yanağıma tökülmələrini hiss
etdim. Mən də kövrəldim. Göz yaşlarımız bir-birinə qarışdı.
Həkim əlini Nuşanın çiyninə qoyub dedi:
– Daha kifayət elər, xəstəyə ağlamaq zərərdir.
Nuşa başını çarpayıya söykəyib, ağlamaqda davam etdi.
Həkim bir də Nuşaya tərəf yönəldi:
– Toxtaq olmalı, ağlamaq zəiflər üçün yaranmış.
Bir az
toxtaqlıq, bir az da səbir olsa, işlər yenə əvvəlki halına gələ-
cək. Ancaq toy bir-iki ay ləngidi. Nə etməli? Vəhşilərin hərə-
kətindən işlər belə oldu.
***
Nuşa sabah axşamadək çarpayının bir tərəfində oturub,
gözlərini gözümdən çəkmirdi. Onun
baxışında mənə qarşı o
qədər məhəbbət var idi ki, tə'siri altında canlanıb gün-
gündən həyata doğru gəlməkdə idim.
Zəiflikdən xilas olmuşdum, daha uzun söhbət məni
yormurdu. Sübhdən axşamadək Nuşa ilə taətiyi-əfkar edirdik.
Hər məsələyə dair söhbətlərimiz olurdu. Bircə onun macərası
barəsində danışmırdıq. Nuşa belə razı olmurdu, deyirdi: '
– Yaxşı ol, sonra nağıl edərəm.
Bir axşam Nuşa yenə yatacağımın
bir tərəfində oturub
sükuta getmişdi. Dedim:
– Nuşa, axır sən söz vermişdin ki, başına gələnləri mənə
nağıl edəsən.
Nuşa gülümsünə-gülümsünə:
– Söz vermişdim, vədimə də vəfa edəcəyəm. Ancaq
bilmirəm səni nağılımla narahat etmərəm ki?..
429
– Əlbəttə yox! Nağıl eləməklə məni artıq dərəcə şad
edərsən.
Nuşa əvvəl bir az qızardı, sonra tutqun səslə:
– Müfəssəl nağıl edə bilməyəcəyəm, çünki çoxu yadımdan
çıxıb, – dedi.
Dedim:
– Zərər yoxdur, hər nə yadındadır söylə.
Nuşa başladı:
– O gün qızlarla səhraya çiçək dərməyə getmişdik. Bir
az topladıqdan sonra çayın kənarına yığışıb, başladıq
çiçəklərdən əklillər yapmağa. Bu halda gördük çaydan beş atlı
keçir. Bunların qiyafələri bizim xalqımızınkına əslən
bənzəmirdi: əyinlərində uzun çuxaları, başlarında
dəri
papaqları var idi. Özlərinin də başlarının ortası qırxıq idi.
Bunlar bizim tanımadığımız bir qövmə mənsub olmaqları
aşkar idi. Atlılar yavıqlaşdılar və başladılar yad bir dildə
bizimlə danışmağa. Biz işarə elədik ki, onların dediklərini
qana bilmirik. Hamı qəhqəhə çəkib güldü. Qara, ortaboy bir
oğlan məndən işarə ilə əklillərin nəyə lazım olmağını sual
etdi. Mən cavab verdim ki, bu əklilləri sabah başımıza taxıb
toya gedəcəyik və göstərdim ki, buradakı qızların hamısının
toyu olacaq. Mənim sözlərimdən artıq
məmnun oğlan bir az
da irəli gəlib söhbətə başladı, məni və atını göstərib, dağa tərəf
işarə elədi. Məlum olurdu ki, özü ilə getməyi təklif eləyirdi və
deyirdi ki, getsəm məni özünə arvad edəcək. Cavab verdim:
– Mən nişanlıyam, şəhadət rəsmi də icra olunub, necə
olar ki, ondan sonra özgə ərə gedəm.
Oğlan şad bir halda məlum elədi ki, onun heç zərəri
yoxdur.
Belə-belə söhbətləri bir-birimizə işarə ilə qandırdıq. Əvvəl
mən oğlanın sözlərini zarafat hesab edirdim,
sonra isə ciddi
bilib, etinasızlıqda davam etdim. Oğlan mənim bu
rəftarımdan dilgir oldu və yoldaşları ilə məşvərətə başladı.
İş bu yerə gəldikdə qızlar əklillərini götürüb bunlardan