Microsoft Word Cografi Eko cavab az imtahan doc



Yüklə 308,08 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix11.04.2018
ölçüsü308,08 Kb.
#37288
1   2   3   4   5   6   7   8   9   ...   12

çox  duzlar və turşular  havaya  qalxır,şəhərə  və onun  ətrafına  yayılır.Belə hallarda 

yaşıllıqlar məhv olur,meşələrin yarpağı tökülür,dənizlər paslanır,qranit daşlar belə 

eroziyaya uğrayır.  

          



11) XIX əsrdə elmi ideyalarda ekoloji meyllərin yaranması 

XIX əsrə qədər nəinki bütün kontinentlər, onların hissələri də kəşf edilmişdir. 

Bununla  belə  regionlara  ekoloji  ekspedisiyalar  təşkil  edilirdi.  Onların  tərəfindən 

torpaq, bitki, heyvanat aləmi ilə yanaşı insanlar haqqında da qiymətli məlumatlar 

toplanırdı.Toplanan  materiallar  materialist  dünya  görünüşü  zənginləşdirirdi. 

Təbiətşünaslığın  ümumi  inkişafında  aşağıda  adları  göstərilən  alimlər,  onların 

ideyaları mühüm yer tuturdu.  

-  D.Mendeleyevin  elementlərinin  dövrü  qanunu  və  dövri  sisteminə  dair 

tədqiqatları mühüm əhəmiyyət kəsb edirdi. 

- V.Vernadskinin tədqiqatları biosferə həsr edilməklə geokimya və biokimya 

elmlərinin, eləcə də radioekologiyanın əsaslarını yaratdı. Bütünlüklə V.Vernadski 

tərəfindən  biosfer  haqqında  təliminin  yaradılması  ekologiya  elminin 

formalaşmasına  təsir  göstərmiş,  insanın  təbiətə  təsiri  barədə  yeni  ideyaların  irəli 

sürülməsinə səbəb olmuşdur. 

-  Ç.Darvinin  təbiətşünaslıqda  inqilabi  əhəmiyyət  kəsb  edən  kəşflər  müasir 

dövrdə də əhəmiyyət kəsb edir. 

-  K.Marks  və  F.Engelsin  «Təbiətin  dialektikası»  əsəri  daha  əhəmiyyətlidir. 

Ə

sərlə  bağlı  yazılarda  həmin  dövrdə  üç  böyük  kəşfin  olduğu  göstərilir:  Hüceyrə 



nəzəriyyəsi; Enerjinin itməməsi və çevrilməsi; Darvinizm. 

-  V.Dokuçayev  tərəfindən  torpaqların  endogen  və  ekzogen  proseslər 

nəticəsində  əmələ  gəlməsinin  təhlili  və  torpağın  təbii  kompleks  kimi 

qiymətləndirilməsi təbii sistemlər haqqındakı bilikləri zənginləşdirmişdir. 




-  A.  Voyeykov  qlobal  iqlim  proseslərini  öyrənməklə  antropogen 

iqlimşünaslığın əsasını qoymuşdur. 

Azərbaycan  alimləri  H.Əliyev,  B.Budaqov,  Ə.Əyyubov,  Ş.Xəlilov  və  b. 

coğrafi ekologiya elminin formalaşmasına səy göstərmişlər.  



 

12) XX əsrin əvvəllərində ekoloji meyllərin yaranması 

XX  əsrin  əvvəllərindən  başlayaraq  sənayeləşmənin  və  urbanizasiyanın 

yüksəlişi  dövründə  ekoloji  biliklərin  formalaşması  və  ətraf  mühitin  mühafizəsinə 

dair  elmlərin  yeni  mərhələsi  dövrü  yarandı.  Həmin  dövrü  təbiət-cəmiyyət 

münasibətləri  sisteminin  formalaşdığı  mərhələ  də  adlandırırlar.  Coğrafiya  və 

ekologiya  da  həmin  elmi  biliklər  sırasına  daxil  edilir.  dünyanın  inkişaf  etmiş 

ölkələrində  ictimai  istehsal  genilənməklə  nəinki  təbiətdən  istifadə,  eyni  zamanda 

texniki,  texnoloji  proseslər  genişlənməyə  başladı.  Kimyalaşdırma  proseslərinə 

xüsusi  yer  verilirdi.  Beləliklə  elmlərin  inkişafında  inteqrasiya  inkişaf  etməyə 

başlamışdır. Tədricən geokimya, biokimya, biofizika, paleokimya, paleocoğrafiya 

və s. kimi elm sahələrinin yaranması kapitalizm dövrünün inkişafı ilə əlaqədar idi. 

Yerin və eləcə də biosferin təbii resurslarına tələbatın artması da göstərilən sahənin 

inkişafı ilə əlaqədar olmuşdur. Məsələn, yer kürəsində kimyəvi elementlərin tərkibi 

və  yayılma  qanunauyğunluqlarından  bəhs  edən  geokimyəvi  yaranmışdır.  Həmin 

sahənin  funksiyası  dağ  süxurlarında,  sularda,  orqanizmlərdə,  atmosferdə  kimyəvi 

elementlərin miqdarını və yayılmasını öyrənməkdən ibarə olmuşdur. Göstərilənlər 

kimyəvi, fiziki, fiziki-kimyəvi metodlar vasitəsilə həyata keçirilirdi.  

Geokimyəvi  proseslərin  Yerin-biosferin  bütün  komponentlərində  tədqiq 

edilməsi  coğrafi  yanaşmaya  ehtiyac  yaradırdı.  Həmin  məsələlərin  konkret  ifadəsi 

landşaftın  geokimyası  elmini  formalaşdırdı.  Beləliklə  kimya  elmi  ilə  coğrafiya 

elmi  arasında inteqrasiya  yarandı.  Təsadüfi deyildir ki, həmin proseslər bir qədər 

sonra ekologiya elminin diferensasiya və inteqrasiyasına səbəb olmuşdur. 



 


13) Ekologiyaya dair elmi məktəblərin meydana gəlməsi 

XIX əsrin axırı 

– XX əsrin əvvəllərində təbiətşünaslığın inkişafı təbiət-insan 

münasibətləri  insan  ekologiyasına  dair  yeni  ideyalar  formalaşdırdı  və  «insan 

coğrafiyası», «antropocoğrafiya məktəbləri»ni yaratdı.  

Həmin  elmi  məktəblər  milli  mahiyyət  kəsb  edirdi.  Onlar,  bir  qayda  olaraq, 

insanın  təbiətdən  asılı  olduğunu,  təbiətə  tədriclə  uyğunlaşdıqlarını  qeyd  edirdilər. 

Ə

hali  artımı  yüksəldikcə  insanın  coğrafi  mühitə  fəal  uyğunlaşması  dövrü 



başlayırdı.  Alimlər  qeyd  edir  ki,  «coğrafi  mühit»  mədəniyyətin  ən  yüksək 

səviyyəsinin  tərəfindən  asılı  olmayaraq  insanı  bu  və  ya  digər  işdə  çalışmağa 

məcbur edir». 

Antropocoğrafiyaçılar təbiətin qanunlarını insan coğrafiyasına tətbiq edirdilər. 

nsanların  məskunlaşmasının  və  həyatının  bir  sıra  məsələlərini  onlar  «insanlıq 

içərisində mövcud olan yaşamaq uğrunda mübarizə» qanunu ilə bağlayırdılar. 

Antropocoğrafiyaçılar  cəmiyyətin  inkişafının  həqiqi  hərəkətverici  qüvvəsini 

ancaq  təbii  şəraitlə  qiymətləndirirdilər.  Bir  qayda  olaraq  cəmiyyətin  inkişafını  və 

cəmiyyətdə  baş  verən  dəyişiklikləri  əhalinin  sıxlığı  ilə  də  bağlayırdılar.  1917-ci 

ildə  A.Qruber  yazırdı  ki,  cəmiyyətin  inkişafının  tərəqqisi  istehsalın  inkişafında 

deyil, insan orqanizminin özündədir, beynin inkişafındadır.  

 

14) XX əsrin əvvəllərində eləmlərin inteqrasiyası 

Hələ  XX  əsrin  əvvəllərində  biologiyada  coğrafiyalaşma,  coğrafiyada 

biologiyalaşma  meylləri  genişlənirdi.  Sonralar  belə  sistemləşmə  ekoloji 

mahiyyətlərin  açılmasına  yaxşı  təsir  göstərirdi.  Eyni  zamanda  ekologiya  ilə 

biologiya  və  coğrafiya  arasında  inteqrasiya  gedirdi.  Artıq  1915-ci  illərdə 

ekologiyaya  dair  elmi  mərkəzlər  fəaliyyət  göstərməyə,  ali  məktəblərdə  ekologiya 

fənni tədris edilməyə başlanmışdır.  




Yüklə 308,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə