Microsoft Word Cografi Eko cavab az imtahan doc



Yüklə 308,08 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix11.04.2018
ölçüsü308,08 Kb.
#37288
1   2   3   4   5   6   7   8   9   ...   12

1930-cu illərdən sonra biosenozların yayılması və inkişaf qanunauyğunluqları, 

strukturu,  canlıların  ekomorfologiyaları  və  s.  barədə  məlumatların  verilməsi 

ekologiyanın sintetik elm kimi formalaşmasına təsir göstərən əsas amillərdən biri 

idi. 


Bitki və heyvanlar aləminin ekologiyası, onların ətraf mühitlə əlaqələri barədə 

elmi  təhlillərin  aparılması  ümumi  ekologiya  elminin  formalaşmasına  təsir 

göstərmişdir.  Artıq  ekologiya  elminin  nəzəri  və  praktiki  məsələləri,  tədqiqat 

obyektləri  barədə  məlumatların  genişlənməsi  nəticəsində  yeni  elm  sahəsi  olan 

Populyasiya  ekologiyası  yaradılmışdır.  Burada  orqanizmlərin  növdaxili 

xüsusiyyətləri və sayların dinamikasından da bəhs edilirdi.  

1940-cı ildən başlayaraq müasir ekologiyanın əsasları yaradılmağa başlandı. 

Aparılan  tədqiqatlar  canlıların  inkişafında  kəmiyyət  və  keyfiyyət 

dəyişikliklərinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Məhz ona 

görə də ekologiyanın dəqiq elmlər sırasına daxil edilməsi irəli sürülmüşdür.  



 

15)  Urbanizasiyanın  yüksək  inkişafı  dövründə  bioloji  məhsuldarlığın 

öyrənilməsi 

XX  əsrin  ortalarında  planetin  əhalinin  sürətlə  artması  ilə  əlaqədar  bioloji 

məhsuldarlığın öyrənilməsinə ehtiyac yaranmışdır. Bununla əlaqədar olaraq 1964-

ci ildə Beynəlxalq Bioloji Proqram (BBP) tərtib edildi. Həmin proqramma uyğun 

olaraq  Yer  Kürəsi  əhalisinin  bioloji  məhsula  artan  tələbatının  öyrənilməsinə 

başlandı.  

Müəyyən  edilmişdir  ki,  üzvi  aləmin  təbii  təkrar  istehsalına  uyğun  olaraq 

urbanizasiya  prosesi  və  antropogen  təsirlər  optimallaşdırılmalıdır.  Proqramma 

uyğun olaraq müəyyən edilmişdir ki, insanlar təbii məhsuldarlığın hər il 10%-dən 

çoxunu istifadə edirlər. Belə olduğu halda üzvü aləmin müvazinəti pozulur. Üzvü 

aləmin 1%-i istifadə edilərsə, təbii müvazinətin saxlanması mümkün olar. Təbiidir 



ki, əhalinin dünya miqyasında təbii artımının ildə 1,5%-2,0%, əhalinin tələbatının 

4-5%  artdığı  halda  biosferdə  üzvü  aləmin  təbii  tarazlığını  saxlamaq  mümkün 

deyildir. 

Deyilənlərin  həyata  keçirilməsində  beynəlxalq  təşkilatların  və  qeyri-dövlət 

təşkilatlarınınrolu olduqca böyükdür. Onlardan ən nüfuzlu olanları: BMT-nin Ətraf 

mühiti  mühafizə  Proqramı  (UNEP),  Təbiəti  Mühafizənin  Ümumdünya  ttifaqı 

( QCN),  Beynəlxalq  Qeosfer 

–  biosfer  Proqramı  ( CBP),  BMT-nin  Universiteti 

(U VU) və s.-dir 

Təşkilatların  əsas  araşdıdığı  problemlər 

–  «Demoqrafik  partlayış»,  iqlim 

dəyişiklikləri və bununla əlaqədar yaranan ekoloji problemlərdir. 

 

16) Yer qabığının strukturu,yerləşmə qanunauyğunluqları 

          Litosfer  yerin  üst  təbəqəsini  əhatə  etməklə  əsasən  bərk  xassəlidir.Həmin 

təbəqə  müxtəlif  endogen  və  ekzogen  proseslər  nəticəsində  mürəkkəb  xassəyə  və 

struktura  malikdir.Litosfer  milyon  illər  nəticəsində  təkamülləşərək  müxtəlif 

geokimyəvi,geofiziki  inkişaf  yolu  keçmiş  və  qeyri-üzvi,üzvi  birləşmələrdən 

ibarətdir.Belə  formalaşma  daima  dəyişməklə  Yerin  inkişafının  ümumi 

qanunauyğunluğuna  tabedir.Yer  qabığının  -litosferin  qalınlığı  35-40  km-dir.Onun 

üç hissədən ibarəty olduğu müəyyən edilmişdir: 

- çökmə süxurlardan ibarət,3-5 km qalınlığında olan üst qat; 

- əsasən qranitdən ibarət olan,16 km müəyyən edilən orta qat; 

- bazalt çöküntülərdən ibarət, 16-18 km qalınlığı olan aşağı qat. 

          Bütün  təbəqənin  qalınlığı  çox  yerdə  35-40  km-ə  çatmaqla  materik  tipli 

olduğu müəyyən edilmişdir.Yer qabığının yalniz üst qatı coğrafi təbəqə adlanır.Yer 

qabığı bəşəriyyətin inkişafı və formalaşmasında mühüm yer tutur.Onda həyat üçün 

ə

sas olan qiymətli təbii sərvətlər toplanmışdır.Ekoloji vəziyyətin kəskinləşməsi də 



ə

sasən təbii sərvətlərdən istifadə zamanı baş verir. 

          XIX  əsrdən  sonra  insan  cəmiyyəti  Yer  qabığından  geniş  istifadə  etməklə 

onun üzərində yeni texnosfera təbəqəsini yaratmışlar. 




          Yer qabığının əsas elementləri oksigen və silisiumdur.Bu iki element bütün 

biosfer  şəkisinin  74,8%-ni  təşkil  edir.Yer  qabığını  təşkil  edən  digər  elementlər 

aliminium,dəmir,kalsium,natrium,kalium,maqnezium,karbon,fosfor,manqan,xrom,

nikel,mis,sink.qurğuşun  və  s.-dir.Litosferdən  ən  çox  yayılmış  və  təsərrüfatda 

xammal kimi istifadə edilən 30 kimyəvi element fərqlənir. 

          Yer  qabığı  öz  tərkibinə  görə  yekcins  deyildir.Dərinliyə  getdikcə  kimyəvi 

tərkibin dəyişmə qanunauyğunluqları  müşahidə olunur.Sxematik olaraq yer qabığı 

3 şaquli zonaya bölünür və onların hər birində özünəməxsus proseslər gedir. 



- üst zona-çökmə; orta zona-bazalt əsaslı; dərinlik zonası 

 

17) Yer qabığında insanın geokimyəvi qabiliyyətinin ekoloji nəticələri. 

           nsanlar yer qabığının kimyəvi elementlərinin xassələrini öyrəndokcə onların 

təsərrüfatda  və  məişətdə  istifadəsini  genişləndirmişlər.V.Vernadski  kimyəvi 

elementləri istifadə edilməsinəgörə tarixi dövrlərə bölmüşdür: 

-  lk  dövr;  qədim  insanlarbir  çox  elementlərdən  primitiv  olsa  da.istifadə 

etmiş,sonralar tədricən istehsal xammalına çevrilmişdir. 

-XVIII  əsrə  qədərki  dövrdə  elementlərin  sintetik  emalı  haqqında  biliklərə 

yiyələnmişlər,nəticədə keyfiyyətcə yeni məlumatlar alınmışdır. 

- XIX əsrdə yeni,keyfiyyətcə yüksək birləşmələr istehsal olunmağa başlanmışdır. 

-  XX  əsrdə  Mendeleyev  cədvəlindəki bütün kimyəvi  elementlər  istehsalda  iştirak 

etmişdir. 

          Kimyəvi elementləri müasir dövrdə istifadəsinə görə 3 yerə böıürlər: 

- sənayedə və kənd təsərrüfatında əsaslı əhəmiyyəti olanlar; 

- müasir sənayenin əsas elementləri; 

- müasir sənayenin adi elementləri. 

          Yerin  geoloji  tarixinə  nisbətən  az  müddət  işərisində  insanlar  nəhəng 

geokimyəvi  işlər  görürlər.Lakin  insan  fəaliyyəti  ilə  həyata  keçirilən  məsələlər 

kifayət  dərəcədə  təbiət qanunları ilə uzlaşdırılmır.Belə  halda  ekoloji proseslər  bir 

çox halda təbiətən ziddinə çevrilir. 

          Geniş  təsərrüfat  təyinatına  görə  faydalı  qazıntılar  bir  neçə  texniki-iqtisadi 

qruplara bölünür: 




Yüklə 308,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə