Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə54/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   50   51   52   53   54   55   56   57   ...   71

 149
f) Mirzə Ruhullahla söhbəti Xurşidbanunu hansı  qərara gəlməyə sövq 
etdi? 
g) Əsər hansı mənəvi dəyərlər barədə danışmağa imkan verir?  
Qrupların təqdimatları  əsasında  məlumat mübadiləsi   müzakirə 
aparılır. Təqdimatların fəal dinlənilməsi təmin edilir. Müzakirədə daha 
çox  şagirdin iştirakına və onun diskussiya səciyyəli olmasına diqqət 
yetirilir.  Müəllimin istiqamətverici sualları  şagirdləri Natəvanın xal-
qımızın görkəmli sənətkarı olması, mürəkkəb bir şəraitdə haqsızlığa 
qarşı barışmaz mübarizə aparması,  ətrafında olan, eləcə  də ona ümid 
çırağı kimi baxan insanlara xoşbəxtlik gətirməyə çalışması ilə bağlı 
fikir söyləməyə sövq edir. Onlar qeyd edir ki, xalq arasında “Xan qızı” 
kimi tanınan Natəvan Azərbaycanın birliyi, azadlığı  uğrunda  əzmlə 
mübarizə aparmış, çar hakimiyyəti nümayəndələrinin, yerli 
fitnəkarların layiqli cavabını vermişdir. 
Nəticənin  çıxarılması  və  ümumiləşdirmənin  aparılması  zamanı  
müəllimin istiqamətləndirici suallardan istifadə etməsi 
məqsədəuyğundur. Müsahizə zamanı  şagirdlərdə belə  qənaət yaradılır 
ki, İ.Əfəndiyevin bu mövzuya müraciət etməsi, Natəvanı əsərin baş qəh-
rəmanı seçməsi təsadüfi olmamışdır. Natəvanın  şəxsiyyəti, mübarizə 
əzmi, daim öz xalqının taleyini düşünməsi, onun xoşbəxtliyi üçün 
çalışması  sənətkarın diqqətini cəlb etmiş, bu dramın meydana gəlmə-
sinə səbəb olmuşdur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 


 150
Mövzu: İ.Əfəndiyev. Xurşidbanu Natəvan (ixtisarla) – 3 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.2.2. Obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün so-
sial-siyasi şəraiti və əxlaqi-etik 
dəyərləri ilə əlaqəli səciyyələn-
dirir, müqayisələr aparır. 
Dramdakı obrazları xarakter və əməlləri, 
yaşadıqları dövrün sosial-siyasi şəraiti və 
əxlaqi-etik dəyərləri ilə əlaqəli 
səciyyələndirir. 
 
1.2.4.  Bədii nümunələrin möv-
zusuna, ideyasına, başlıca prob-
leminə, konfliktinə dövrün icti-
mai-siyasi, mənəvi dəyərləri 
kontekstindən çıxış etməklə mü-
nasibət bildirir və qiymətlən-
dirir. 
Dramın mövzusuna,  ideyasına, başlıca 
probleminə, konfliktinə dövrün ictimai-
siyasi, mənəvi dəyərləri kontekstindən 
çıxış etməklə münasibət bildirir və 
qiymətləndirir. 
 
 
2.1.2. Dil və üslub xüsusiyyətlə-
rinə istinad edərək yazıçı möv-
qeyi ilə bağlı mühakimələrini 
faktlarla əsaslandırır . 
Dramın dil və üslub xüsusiyyətlərinə isti-
nad edərək dramaturqun mövqeyi ilə 
bağlı mühakimələrini faktlarla 
əsaslandırır. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsini müsahibə  və ya bir 
neçə  təqdimatın dinlənilib müzakirə edilməsi yolu ilə aydınlaşdırmaq, 
real vəziyyəti müəyyənləşdirmək olar. Hər iki halda əsərin bütövlükdə 
necə qavranıldığı, geniş nağıletmə, mənəvi dəyərlərin müəyyənləşdiril-
məsi ilə bağlı  təqdimatların dəyərləndirilməsi zamanı müəllimin mü-
vafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiya atalar sözündən 
istifadə ilə yaradıla bilər. Şagirdlərə “El ilə bir ağla, el ilə bir gül” ata-
lar sözünə münasibət bildirmək tapşırılır. Yığcam müsahibənin 
sonunda tədqiqat sualı formalaşdırılır. 
 Tədqiqat sualı:  Xurşidbanu Natəvan haqqında  əsər yazmaqda 
müəllifin niyyəti nə olmuşdur?  
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Dərslikdəki mətnkənarı suallar və onların araşdırılmasına istiqamət 
verən cavabların oxusu ilə tədqiqata başlanılır. Kiçik qruplar araşdırma 
apararaq təqdimat hazırlayırlar. Araşdırma zamanı  tədqiqatçıların 
dərslikdə verilmiş fikirlərinin də müzakirə olunması, onlara əsaslan-
dırılmış münasibət bildirilməsi tövsiyə edilir. 
Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar  əsasında  mə-
lumat mübadiləsi  və  müzakirə aparılır. Müəllim təqdimatların fəal 
dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli olmasına nail olur. 
Təqdimatların müzakirəsi zamanı  qeyd  edilir  ki,  Natəvan çətin, zid-


 151
diyyətli bir şəraitdə öz amalına sadiq qalır, xalqın müdrikliyinə, azadlıq 
mübarizəsində  qələbə çalacağına inanır. Natəvan öz nəcibliyi, mənəvi 
saflığı,  əxlaqi keyfiyyətləri ilə Azərbaycan qadınının parlaq obrazını 
göz önündə canlandırır. Nəcib ideallarla, işıqlı duyğularla yaşayan 
Natəvan üçün Vətən müqəddəs anlayışdır.  O,    öz  Vətəninın, xalqının 
mənafeyini qoruyur, doğma yurdun işğalı, ikiyə bölünməsi ilə    barış-
mır, çətinliklərdən sarsılmadan mübarizə aparır, tutduğu yoldan dön-
mür. 
Nəticə  və ümumiləşdirmə  mərhələsində  tədqiqat sualı üzrə araş-
dırma və müzakirələr yekunlaşdırılır. Müzakirədə belə bir nəticə  çıxa-
rılır ki, dramaturq xalqın xoşbəxtliyinin onun azadlığı  və milli birliyi 
ilə bağlı olduğu qənaətindədir.  İkiyə bölünmüş  vətəni birləşdirmək 
üçün möhkəm iradə, xalqın milli - azadlıq mübarizəsi lazımdır. 
Aparılan işlər yekunlaşdırıldıqdan sonra qiymətləndirmə  həyata 
keçirilir. 
 
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci sə-
hifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiri-
ləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: İsmayıl Şıxlının həyatı, yaradıcılıq yolu – 1 saat 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara 
əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və 
obrazlı ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini  əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
 
 
Dərsin gedişi 
Ev tapşırığının  (1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən 
topladığınız məlumatlar  əsasında zənginləşdirin və tamamlayın.                     
2. Mövzulardan birini seçib işləyin: a) “Natəvan obrazı haqqında 
düşüncələrim” mövzusunda esse yazın; b) İlyas  Əfəndiyev yara-
dıcılığında Qarabağ” mövzusunda məqalə yazın)  yerinə yetirilməsi sə-


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə