144
Diskussiya zamanı
söylənilən
mülahizələr nəticə və
ümumiləşdirmə
mərhələsində ümumiləşdirilir, qoyulmuş problemlə bağlı müəyyən
qənaət hasil edilir.
Müzakirənin sonunda BİBÖ cədvəlinin “Öyrəndik” sütununda
qeydlər aparılır. Şagirdlərdə icmal mövzusu üzrə sinifdə öyrəndiklərinə
müstəqil tədqiqat zamanı nələri əlavə edəcəkləri ilə bağlı tövsiyələr
verilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə
yetiriləcəyini şagirdlərə xatırladır.
Mövzu:
İlyas Əfəndiyevin həyatı, yaradıcılıq yolu –
1 saat
Standartlar
Təlim nəticələri
2.1.1.
Müxtəlif mənbələrdən
topladığı materiallara
əsaslanmaqla təqdimat və
çıxışlarında bədii-emosional və
obrazlı ifadələrdən istifadə edir.
Mənbələrə əsaslanmaqla mövzu,
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir.
2.2.1. Müzakirələrdə mövzuya,
problemə, yazıçının mövqeyinə
tənqidi münasibətini əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir.
Mövzuya, problemə münasibətini
əsaslandırır, dinləyicilərin
rəyini nəzərə
alır, mimika və jestlərdən məqsədyönlü
istifadə edir.
Dərsin gedişi
Ev tapşırığının
(1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən
topladığınız məlumat əsasında zənginləşdirin və tamamlayın. 2. Araş-
dırma apararkən aşağıdakı sualların cavablarını geniş əhatə edin: a)
60-cı illərdə yaranan ədəbiyyatımız hansı xüsusiyyətləri ilə fərqlənir? b)
Hansı sənətkarların yaradıcılığında həyatdakı müsbət meyillərin tədqiq
edilməsindən çox, həyat həqiqətlərinin göstərilməsinə üstünlük verilmiş-
dir?) yerinə yetirilməsi səviyyəsi təqdimatların
dinlənilməsi və müzaki-
rəsi əsasında müəyyənləşdirilə bilər. Seçmə yolla dinlənilən təqdimat-
larda şagirdlərin mövzu ilə bağlı əlavə mənbələrdən istifadə bacarığına,
mülahizələrin əsaslandırılmasına xüsusi diqqət yetirilir. Eyni zamanda
söylənilən mülahizələrə münasibət bildirilir, tövsiyələr verilir. BİBÖ
cədvəlində müvafiq qeydlər aparılır.
Motivasiya yaradılarkən şagirdlərin mövzu ilə bağlı mövcud bilik-
ləri aşkara çıxarılır. Bunun üçün, ilk növbədə, dərslikdəki tapşırığın
(İlyas Əfəndiyev barədə bildiklərinizi yada salıb yığcam müzakirə apa-
rın) yerinə yetirilməsinə vaxt ayrılır.
145
Motivasiyanın digər variantı İlyas Əfəndiyevin anadan olmasının
100 illik yubiley gecəsinin video çəkilişindən bir parçanın nümayiş
etdirilməsi
(https://www.youtube.com/watch?v=S-umNvGZ_tQ)
və
fikir mübadiləsi aparılmasıdır.
Müzakirə zamanı şagirdlərin İlyas Əfəndiyevin əvvəlki siniflərdə öy-
rəndikləri əsərləri ilə bağlı mülahizələri dinlənilir, müzakirə aparılır.
Qazanılmış biliklərə əsaslanmaqla şagirdlərin fəal iştirakı ilə
tədqiqat
sualı müəyyənləşdirilir
: İlyas Əfəndiyevin həyat və yaradıcılıq yolunda
hansı amillər bir sənətkar kimi böyük uğur qazanmasına səbəb olmuşdur?
Mətn üzrə iş zamanı mətnkənarı sualların sayı qədər kiçik qruplar
yaradılır. Dərslikdəki mətnkənarı sualların və onların aydınlaşdırıl-
masına istiqamət verən cavabların oxusu ilə araşdırmaya başlanılır.
Qruplar onlara təklif edilmiş sualın cavabı ilə tanış olduqdan sonra aşa-
ğıdakı işləri yerinə yetirirlər:
a) İlk mətnkənarı sualın cavabını əhatə edən mətni qrupun üzvü
ucadan və aydın şəkildə oxuyur.
b) Mətndəki əsas fikirləri ümumiləşdirərək bir neçə cümlə ilə ifadə
edir.
c) Mətnə aid bir neçə sual verir. Cavablandırmada qrup üzvləri ilə
yanaşı, bütün sinif iştirak edir.
d) Səthi qavranılmış çətin məqamlara aydınlıq gətirməyə çalışır.
e) Mətnə daha nələri əlavə etməyin lazım olduğu barədə fikrini
bildirir.
Sonrakı mətnkənarı sualların cavablarını da digər qrupların şagird-
ləri bu qayda ilə oxuduqdan sonra kiçik qrupların təqdimatları əsasında
fikir mübadiləsi və müzakirə aparılır.
Təqdimatların müzakirəsi zamanı müəllim birinci sualla bağlı şagird-
lərin ədibin kənddə müəllimlik fəaliyyəti, ali təhsil
almaq həvəsi, ədəbi
yaradıcılığa böyük maraq göstərməsi kimi faktlara münasibət bildirmə-
sinə diqqət yetirir. Şagirdlərə aydın olmalıdır ki, İ.Əfəndiyev hələ uşaq-
lıq, gənclik illərindən qarşısına böyük məqsədlər qoymuş, bu məqsədə
çatmaq üçün səylə çalışmışdır. Bakı ədəbi mühiti, ədəbi jurnallarla sıx
əməkdaşlıq, həyat hadisələrinin canlı müşahidəsi ədibə böyük oxucu rəğ-
bəti qazandıran hekayə, povest və romanlar yazmaq imkanı vermişdir.
“Yazıçının nəsr əsərləri hansı özəllikləri ilə seçilir?” sualı ilə bağlı
müzakirə zamanı Azərbaycan nəsrinin aktual mövzular,
yaddaqalan
bədii obrazlar, dil-üslub vasitələri ilə zənginləşməsində İ.Əfəndiyevin
rolu dəyərləndirilməlidir. Ədəbiyyatımızda sənətkarın lirik-psixoloji
üslubunun özünəməxsusluğu nəsr əsərlərindən nümunələr gətirilməklə
əsaslandırılır. Ədibin nəsr əsərləri üçün yeni insanın, onun daxili aləmi-
nin təsviri, həyati konfliktlər, mənəvi təmizlik problemi,
zəngin bədii
təsvir və ifadə vasitələrindən məharətlə istifadənin səciyyəvi olduğu
qeyd edilir.
“Ədibin dram əsərləri hansı cəhətləri ilə seçilir?” sualı ilə əlaqədar
müzakirədə sənətkarın Azərbaycan teatrının inkişafında böyük rolu
olduğu qeyd edilməlidir. İ.Əfəndiyevin dram əsərlərinin fəal həyat
mövqeyi tutan, saf mənəviyyatlı qəhrəmanları cəmiyyətin inkişafına