Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə49/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   45   46   47   48   49   50   51   52   ...   71

 135
vaxta qənaət baxımından məqsədəuyğundur. Kiçik qruplara dərslikdəki 
digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı tövsiyələr verilir.  
Təqdimat zamanı tədqiqatçıların dərslikdəki fikirlərinə əsaslandırıl-
mış münasibət bildirilməsinin zəruriliyi şagirdlərə xatırladılır 
 Kiçik  qrupların araşdırmasına ayrılan vaxt başa çatdıqdan sonra 
təqdimatların mübadiləsi və müzakirəsi aparılır. Bu mərhələdə müəlli-
min üzərinə ciddi vəzifə düşür. O, hər sualla bağlı  mənbələrdən hansı 
məlumatların  əldə edilməsinin  əhəmiyyətli olması barədə  şagirdlərdə 
aydın təsəvvür yaratmağa çalışır. Birinci sualla (Mir Cəlalın yaradıcı-
lığında aldığı  təhsilin və  Gəncə  ədəbi mühitinin hansı rolu olmuşdur?) 
bağlı  mənbələrdən istifadə edən  şagirdlər  ədibin Gəncə Darülmüəl-
liminə daxil olmasını, orada tələbə  təşkilatının, sonra isə  şəhər tələbə 
həmkarlar təşkilatının sədri kimi fəaliyyətini, Gədəbəydə, Gəncədə 
müəllimlik etməsini onun dünyagörüşünün formalaşmasında mühüm 
amil kimi dəyərləndirirlər. "Sağlam yollarda" adlı ilk kitabının 
meydana gəlməsində  həmin dövrdə topladığı  həyat təcrübəsinin,  ədəbi 
axtarışların böyük rolu olduğu qeyd edilir. Bildirilir ki, bu dövrdə o, 
şifahi  ədəbiyyatı, klassik və müasir bədii nəsri dərindən öyrənmiş, 
bunlar, eləcə də həyati müşahidələri gələcək hekayə və romanları üçün 
təməl olmuşdur. 
Mir Cəlalın hekayə  və roman yaradıcılığı ilə bağlı sualların 
müzakirəsi zamanı diqqət mətndəki mülahizələrə münasibətlə  bərabər, 
əlavə  mənbələrdən istifadə yolu ilə  əldə edilən biliklərin müzakirəsinə 
yönəldilir. Müzakirə zamanı qeyd edilir ki, Mir Cəlalın bədii 
yaradıcılığında hekayə və roman  janrlarında  əsərlər mühüm yer tutur. 
Onun hekayələr üçün gerçəkliyə obyektiv münasibət, həyat 
həqiqətlərinin bədii əksi, tənqidi ruh, cəmiyyətdə, insan mənəviyyatı və 
davranışındakı nöqsanların tənqidi, yumorlu və satirik bədii gülüş, 
komizm, yığcamlıq, təbiilik səciyyəvidir. Mir Cəlal yüksək sənətkarlıq 
nümunəsi olan romanlarında da insanları düşündürən həyati 
problemləri, mənəvi-əxlaqi və ictimai-sosial məsələləri əks etdirmişdir.  
Ədibin elmi yaradıcılığına dair üçüncü sualla bağlı qeyd edilir ki, o, 
sovet dövrü ədəbiyyatımızın inkişaf yoluna, bədii axtarışlarına, 
realizm, xəlqilik və s. ədəbi-nəzəri problemlərinə  həsr olunmuş  dəyərli 
elmi əsərlərin müəllifidir.  
Müəllimin sualları 
əsasında fikir mübadiləsində 
nəticənin 
çıxarılması, ümumiləşdirmənin aparılması  üçün zəmin yaradılır. 
Şagirdlərdə belə  qənaət yaradılır ki, böyük sənətkar, alim Mir Cəlalın 
bədii,  elmi  irsi  zəngin və çoxcəhətlidir.  Ədibin yüksək sənətkarlıq 
nümunəsi olan hekayə  və romanları öz ideya-bədii dəyərini, mövzu-
problem aktuallığını, sosial kəsərini bu gün də qoruyub saxlamaqdadır. 


 136
Klassik və müasir ədəbiyyatımızın tədqiqi ilə o, ədəbiyyatşünaslıq 
elmimizi zənginləşdirmiş, inkişaf etdirmişdir.  
BİBÖ cədvəlində “Öyrəndik” sütununda qeydlər aparılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzu: Mir Cəlal. Açıq kitab (ixtisarla) – 3 saat 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan əsərlərdə (poema, hekayə, povest, 
roman, dram, komediya, faciə)  əksini 
tapan mühüm milli-mənəvi, bəşəri 
dəyərlərə  əsaslandırılmış münasibət 
bildirir.  
Romanda əksini tapmış mühüm 
milli-mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
2.1.1. Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və obrazlı ifa-
dələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini  əsaslandırır, 
dinləyicilərin rəyini nəzərə alır, 
mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini 
nəzərə alır, mimika və jestlərdən 
məqsədyönlü istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla aşkara 
çıxarıla bilər. Təqdimatların seçmə yolla dinlənilməsi və müzakirəsi 
daha məqsədəuyğundur. Bütün hallarda şagirdlərin mənbələrdən necə 
bəhrələndikləri, dərslikdəki məlumatlarla necə  əlaqələndirdikləri diq-
qət mərkəzində saxlanılır. Bu prosesdə müəllimin müvafiq qiymət-
ləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.  
Motivasiya, problemin qoyuluşu mərhələsini fərqli məzmunda təş-
kil etmək mümkündür. “Haqq nazilər, üzülməz”, “Haqq əli bikar 
qalmaz, gec kəsər, karlı kəsər” kimi atalar sözlərindən istifadə yolu ilə 
motivasiya yaratmağı qarşısına məqsəd qoyan müəllim  şagirdlərə öz 
fikirlərini söyləməyi təklif edir. “Oxuya hazırlaşın” başlığı altında 
verilmiş sual üzrə  (“Qarşısına çıxan çətinliklərə baxmayaraq, tutduğu 


 137
düz yoldan geri çəkilməyən, haqsızlığa qarşı mübarizədə qalib gələn 
insanlar haqqında eşitmisinizmi?) müzakirə aparılır. 
Motivasiyanın digər variantı Mir Cəlal haqqında “Üç zirvənin fa-
tehi” filmindən  (https://www.youtube. com/watch?v =u9DC5AF2sxg) 
bir epizodun nümayiş etdirilməsi və fikir mübadiləsi aparılmasıdır.  
Müzakirənin sonunda tədqiqat sualı formalaşdırılır. 
Tədqiqat sualı:  İnsanın öz xoşbəxtliyini başqasının bədbəxtliyi 
üzərində qurmaq istəyi nə ilə nəticələnər? 
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Romanın ixtisarla verilmiş birinci hissəsinin oxusu ilə  tədqiqata 
başlanılır. Oxunu fərqli formalarda həyata keçirmək mümkündür. 
Şagirdlərin marağı  nəzərə alınaraq fərdi oxunun tətbiqi faydalıdır. 
Oxuda tanış olmayan sözlərin mənası və məcazlar müəyyənləşdirilir. 
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda 
parçaların məzmunu ilə bağlı fikir mübadiləsi aparır, sual və tapşı-
rıqlar əsasında təqdimat hazırlayırlar. 
Əsərdən verilmiş birinci hissəni oxuyan şagirdlər kiçik qruplarda 
mənasını aydınlaşdırdıqları sözlərin alınma, yaxud dilimizə aid oldu-
ğunu əsaslandırır, seçdikləri məcazların növünü dəqiqləşdirirlər. Oxun-
muş hissədə diqqəti daha çox cəlb edən məsələlər ikihissəli gündəlikdə 
qeyd edilir. Təqdimatlarda aşağıdakı suallara cavabların  əks olunması-
na diqqət yetirilir: 
a) Ata ilə oğulun gözlənilməz görüşü sizdə necə təəssürat yaratdı?  
b) Sadıq kişi oğlunun institutdan qovulması xəbərini necə qarşıladı?  
c) Vahidin institutdan çıxarılmasına Gəldiyev necə nail oldu? Onun 
nitqində, davranışında diqqətinizi daha çox çəkən nədir? 
d) Vahidin bayram nümayişində  iştirakı  Gəldiyevə hansı imkanı 
yaratdı? 
e) Vahidin instituta bərpa olunması necə mümkün oldu?  
f) Oxuduğunuz hissə hansı mənəvi dəyərlər barədə danışmağa imkan 
verir? 
Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar əsasında məlu-
mat mübadiləsi və müzakirə aparılır. Müəllim istiqamətləndirici sual-
lardan istifadə etməklə təqdimatların fəal dinlənilməsinə, müzakirənin 
səmərəli keçməsinə nail olur. Əsərin məzmunu üzrə söhbət zamanı 
oxunmuş hissədə öz əksini tapmış milli-mənəvi dəyərlər barədə 
fikirlərin aydınlaşdırılması diqqətdə saxlanılır.  Şagirdlər  əsərdə 
Vahidin ailəsinin timsalında böyüyə hörmət, sadəlik, təvazökarlıq, 
haqqa,  ədalətə inam, ləyaqət kimi mənəvi dəyərlərdən söz açır, 
fikirlərini nümunələrlə əsaslandırırlar. 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə