Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə46/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   42   43   44   45   46   47   48   49   ...   71

 125
üzərində işin təşkilinə (bu, dərsdə reallaşdırılması nəzərdə tutulan 2.1.2. 
standartının tələbinə əsasən həyata keçirilir) imkan verir.  
 
Mən torpağam, məni atəş yandırmaz;  
Tərkibimdə kömürüm var, külüm var. 
Mən baharam, çəmən-çəmən 
Çiçəyim var, gülüm var. 
Mən küləyəm, əsməsəm, 
Kim bilir ki, mən varam? 
Mən buludam, səhraları susuz görüb 
Ağlaram. 
Mən ürəyəm, döyünməsəm, 
Ölərəm. 
Mən insanam, sadə insan əlinin 
Yaratdığı nemətlərlə öyünməsəm, ölərəm... 
Mən insanam, vətənim var, elim var. 
Ən böyük həqiqəti – 
Azadlığı, məhəbbəti, nifrəti 
Söyləməyə qadir olan dilim var... 
Mən insanam, ülfətsiz 
Ölərəm. 
Mən bulağam, 
Tapşırıqla axmıram. 
Mən həyatam, həmişə yoldayam; 
Nəfəsdəyəm, arzudayam. 
Mən torpağam, nemətimi, varımı 
Zəhmət sevən insanlarla bölərəm. 
Mən ürəyəm, döyünməsəm, 
Ölərəm. 
 
Şeirdə müəllifin insanın qüdrətinə, gücünə, yenilməzliyinə inamı 
ifadə edilmişdir.  Şair insanın həyat eşqini, yaşayıb-yaratmaq  əzmini 
uca tutur, yüksək qiymətləndirir.  İnsanın daim fəaliyyətdə olmasına 
üstünlük verən sənətkar onun başqaları ilə ülfətsiz yaşamasının qeyri-
mümkünlüyünü də vurğulayır. Bütün bunların aydınlaşdırılmasında 
şeirin dil faktlarından çıxış edilməsinin əhəmiyyəti böyükdür. Əsərdəki 
təkrirlər, bədii sual, səslənmə baxımından yaxın olan sözlərin 
(kömürüm−külüm; çiçəyim-gülüm; vətənim−elim; nəfəsdəyəm−arzuda-
yam və s.) ardıcıl işlənilməsi və s. güclü ahəng yaratmaqla yanaşı, 
müəllif niyyətinin, mövqeyinin başa düşülməsinə də az təsir etmir.  
Nəticənin çıxarılması 
və ümumiləşdirmənin aparılması 
mərhələsində  şagirdlər qeyd edirlər ki, Bakı mühiti şairin həyatında 
mühüm rol oynamışdır; o, ədəbi mühitlə,  şair və yazıçılarla yaxından 
tanış olmaq imkanı qazanmış  və onda bədii yaradıcılığa meyil daha da 
güclənmişdir. II Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə 


 126
getməsi, müharibə mövzusunda yaratdığı əsərlərlə oxucuların rəğbətini 
qazanması, müharibədən sonrakı illərdə coşqun ictimai fəaliyyəti, 
məzmun və forma baxımından yeni fəlsəfi  şeirlərini yazması onun 
həyatının və yaradıcılığının önəmli məqamları kimi dəyərləndiril-
məlidir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzu: R.Rza. Qızılgül olmayaydı – 2 saat
 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan əsərlərdə (poema, hekayə, povest, 
roman, dram, komediya, faciə)  əksini 
tapan mühüm milli-mənəvi, bəşəri 
dəyərlərə  əsaslandırılmlş münasibət 
bildirir. 
 
Poemada  əksini tapmış mühüm 
milli-mənəvi dəyərləri 
müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müəyyənləşdirilərkən 
mənbələrdən necə istifadə edildiyi, toplanmış  məlumatın nə  dərəcədə 
səmərəli olması üzərində dayanılır. Tapşırıqdakı  hər iki sualla (Şairin 
ictimai məzmunlu  şeirlərində,  əsasən, hansı  məsələlərə diqqət 
yetirilmişdir? 1960-cı illərdə  cəmiyyətdə müşahidə olunan yeniləşmə 
şairin yaradıcılığında öz əksini necə tapmışdır?)  bağlı  yığcam 
müsahibənin aparılması, dərslikdə  təklif olunmuş  məruzələrin isə 
təqdimatlar əsasında dinlənilib müzakirə edilməsi məqsədəuyğundur. 
Bütün hallarda müəllim müvafiq qiymətləndirmə meyarlarına mü-
raciət edir. 
Motivasiya, problemin qoyuluşu.  Bu  mərhələnin  əvvəlində  dərs-
likdə “Oxuya hazırlaşın” başlığı altında verilmiş suallar (Sovet haki-
miyyəti illərində həyata keçirilən repressiya haqqında nə bilirsiniz? Rep-
ressiya qurbanlarından kimləri tanıyırsınız?) üzrə  işin təşkili faydalı-
dır. Sualların üzərində  fərdi işləyərək cədvəllərdə qeydlər edən 
şagirdlərə fikir mübadiləsi aparmaq üçün imkan yaradılır. Suallar 
əsasında təşkil edilən yığcam müzakirə tədqiqat sualının formalaşdırıl-
ması ilə tamamlanır.  


 127
Tədqiqat sualı:  Ürəyi xalqla döyünən, xalqını sevən sənətkar ona 
dönük çıxa bilərmi? 
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən yazılır. 
Araşdırmaya  əsərdən dərslikdə verilmiş parçanın  oxusu ilə başla-
nılır. Onu fərqli formalarda (səssiz fərdi oxu, səsli oxunun dinlənilməsi 
və s.) reallaşdırmaq olar. Sonrakı addım müxtəlif məqsədli sualların 
(məzmunun necə  mənimsənildiyini aşkara çıxarmağa xidmət edənlər, 
məzmunu  şərh etməyə istiqamətləndirənlər, dəyərləndirməyə yönəl-
dənlər və s.) tərtibi və onlara cavabların hazırlanması ola bilər. Bu işin 
kiçik qruplarda yerinə yetirilməsi məqsədəuyğundur. İşin icrası zamanı 
sualların necə  tərtib edilməsi, cavabların hansı  məzmunda olması, 
şagirdlərin əməkdaşlıq səviyyəsi və s. diqqət mərkəzində saxlanılır.  
Tapşırıqdakı mühüm sualın (Əsərdən oxuduğunuz parça hansı milli-
mənəvi dəyərlər barədə danışmağa imkan verir?) cavabının aydınlaşdı-
rılmasına və müzakirəsinə xüsusi diqqət yetirilir. Ailə münasibətləri, 
dostluq, xeyirxahlıq, xalq və  vətən qarşısında borc və s. bağlı  əsrlər 
boyu formalaşmış milli-mənəvi dəyərlər barədə poemada diqqətəlayiq 
fikirlər vardır. Bu fikirlərin müəyyənləşdirilməsi, onlara ilkin 
münasibətin bildirilməsi həyata keçirilir.  
Oxuda və müzakirə prosesində Müşfiq obrazı ilə bağlı  şagirdlərdə 
dolğun təsəvvürün yaranmasına ayrıca diqqət yetirilir. O, xalqına, 
vətəninə sonsuz məhəbbəti ilə seçilən sənətkar, ailə münasibətlərində 
nümunəvi insan, dostluqda sədaqəti, səmimiliyi ilə  fərqlənən bir adam 
kimi diqqəti çəkir. 
Sonda  şagirdlərin qənaətləri (əsərin bütövlükdə oxusu başa çatma-
dığından nəticənin çıxarılması ikinci dərsdə həyata keçirilir) müəllimin 
istiqamətləndirici sualları əsasında ümumiləşdirilir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə