113
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN SUAL VƏ
TAPŞIRIQLAR
1. Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə qeyd
edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi
misralar
Onların növü
2. Əsəri hissələrə ayırın, plan tərtib edin.
_____________________________________________________________

3. Şeirdən bir parçanı nəsrə çevirib yazın.
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________
4. Şeirdə hansı mənəvi dəyərlərdən söz açılır? Fikrinizi əsaslandırın.
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________
5. Şeirin mövzusunu, qoyulmuş problemi müəyyənləşdirin.
Şeirin
mövzusu
Qoyulmuş problem
6. Əsərdəki ana və poçtalyon obrazlarını xarakter və əməllərinə görə
səciyyələndirin.
Obrazlar
Xarakteri
Əməlləri
Ana
Poçtalyon
114
7. Bəndin ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır?
Poçtalyon qanad taxdı öz şirin sözlərinə:
- Bundan neçə gün əvvəl məndən küsən, inciyən,
“Məktub olmasa, bir də bu evə gəlmə!” – deyən
Mərhəmətli, möhtərəm anayadır bu kağız!
Hamı bir səslə dedi: “Gözlərin aydın, ay qız!”
Ana, gözləri yaşlı, ətir saçdı dilindən,
Tez öpdü poçtalyonun məktub verən əlindən…
A) kədər, nisgil
B) sevinc, fərəh
C) heyrət, təəccüb
D) laqeydlik, soyuqqanlılıq
E) qəzəb,
nifrət
8. Şərti işarələrdən istifadə etməklə misralarda fasilələrin yerini, məntiqi
vurğulu sözləri göstərin.
Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa
bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Sorurdu: – “Balam hanı?” – Hər cəbhədən gələndən
Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.
9. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi qısaca yazın.
_____________________________________________________________
_____________________________________________________________
10. Əsər sizdə hansı düşüncələr doğurdu?
_____________________________________________________________
_____________________________________________________________
115
Mövzu: Səməd Vurğunun həyatı, yaradıcılıq yolu –
1 saat
Standartlar
Təlim nəticələri
1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst)
şeirləri və süjetli əsərləri (poema, hekayə,
povest, roman, dram,
komediya, faciə) kom-
pozisiya, dil, üslub baxımından təhlil edir.
Şeiri dil, üslub baxımından
təhlil edir.
2.1.1. Müxtəlif mənbələrdən topladığı
materiallara əsaslanmaqla təqdimat və
çıxışlarında bədii-emosional və obrazlı
ifadələrdən istifadə edir.
Mənbələrdən topladığı ma-
teriallara əsaslanmaqla
təqdimat və çıxışlarında bədii-
emosional və obrazlı
ifadələrdən istifadə edir.
Dərsin gedişi
Ev tapşırığının
(1.Yazı işlərinizi təkmilləşdirib təqdimata hazırlaşın.
2. “C.Cabbarlının hekayə yaradıcılığı” mövzusunda yığcam məqalə
yazın) yerinə yetirilməsi səviyyəsi müəyyənləşdirilərkən mənbələrdən
əldə edilmiş məlumat əsasında hazırlanmış təqdimatların dinlənilməsi,
müzakirənin aparılması məqsədəuyğundur.
Müvafiq qiymətləndirmə
meyarlarına müraciət edilir.
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdə iş fərqli məzmunda
təşkil oluna bilər. Suallardan istifadəni seçən müəllim şagirdlərin
diqqətini dərslikdəki tapşırığa
(S.Vurğun haqqında bildiklərinizi yada
salıb yığcam müzakirə aparın.) cəlb edir. Bu sualın əsasında
müzakirə
aparan müəllim (o, şagirdlərin şair haqqında bildiklərinin BİBÖ cədvə-
linin birinci sütununda –
“Bilirik” qeyd olunmasını təmin edir) sonda
tədqiqat sualının formalaşmasına nail olur.
Tədqiqat sualı: S.Vurğunun həyat və yaradıcılığının müxtəlif
dönəmləri üçün daha önəmli olanlar hansılardır?
Fərziyyələr dinlənilir və qeyd edilir.
Araşdırmanı dərslikdə təklif edilmiş qaydaya uyğun aparan
müəllim dərslikdəki materialın oxusunu təşkil edir. Bunun üçün kiçik
qruplar yaradılır, hər qrupa bir mətnkənarı sualın (qrupların sayı çox
olarsa, iki qrup eyni bir sualın üzərində işləyə bilər) cavabını oxumaq
təklif olunur. Şagirdlər
şairin yaradıcılığı barədə özlərini
maraqlandıran sualları, öyrənmək istədiklərini
cədvəlin ikinci
sütununda
(Bilmək istəyirik) qeyd edirlər.
Mətnkənarı suallar şairin həyatı, yaradıcılığı barədə yığcam bilik
əldə etməyə imkan yaradır. Birinci sual
(S.Vurğunun uşaqlığı, gəncliyi
və yaradıcılığının ilk dövrü üçün önəmli olanlar nədir?) şairin fərəhli
olmayan uşaqlıq illəri, ana nəvazişindən çox erkən məhrum olması,
Qazax Müəllimlər Seminariyasının onun həyatında
mühüm rol