103
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə ye-
tiriləcəyini şagirdlərə xatırladır.
Mövzu: C.Cabbarlı. Oqtay Eloğlu – 4 saat
Birinci saat: Məzmun üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.3. Mürəkkəb süjetli və kom-
pozisiyalı bədii nümunələrdə əhvalat
və hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini müəyyənləşdirir, mətni
hissələrə ayırır, plan tərtib edir,
məzmununu müxtəlif formalarda
(geniş, yığcam, yaradıcı) nağıl edir.
Əsəri hissələrə ayırır, seçdiyi hissə-
nin məzmununu hazırladığı plan
əsasında yığcam və geniş nağıl
edir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müsahibə, müzakirə,
təqdimatların dinlənilməsi və s. tətbiqi ilə müəyyənləşdirilə bilər. İlk
növbədə, şagirdlərin hansı mənbələrdən və necə bəhrələndikləri aşkara
çıxarılır. Ev tapşırığına əlavə edilmiş birinci tapşırıq (C.Cabbarlının
satirik şeirləri hansı xüsusiyyətlərinə görə M.Ə. Sabirin əsərlərinə
bənzəyir?) barədə dərslikdə şagirdlərə istiqamət verilməmişdir. Bu
sualla bağlı şagirdlərin müstəqil araşdırmalarının nəticəsi yazılı qeyd-
lər əsasında hazırladıqları təqdimatların dinlənilməsi ilə müzakirə
edilir. İkinci sualla (C.Cabbarlının yaradıcılığının müxtəlif dövrlərinə
aid dramatik əsərlərindəki qəhrəmanların oxşar və fərqli cəhətlərini
müəyyənləşdirin) bağlı dərslikdəki yığcam məlumat şagirdlərin mənbə-
lərlə işini asanlaşdırır. Bu sualın cavablarda necə əhatə edildiyini
təqdimatların dinlənilməsi, yaxud müsahibənin tətbiqi ilə müəyyən-
ləşdirmək mümkündür.
Şifahi məruzə üçün təklif edilmiş mövzulara (C.Cabbarlı və Azər-
baycan Demokratik Cümhuriyyəti; C.Cabbarlının tərcüməçilik fəaliy-
yəti) hazırlığa dərslikdəki yığcam məlumatın öyrənilməsi ilə başlanılır.
Mənbələrdən mövzularla bağlı kifayət qədər məlumat əldə edən şagird-
lərin onlardan necə bəhrələndikləri, faktları nə cür qruplaşdırdıqları,
təhlil etdikləri və ümumiləşdirmə apardıqları təqdimatlardan nümunə-
lərin dinlənilməsi, yaxud müsahibə yolu ilə aşkara çıxarıla bilər.
Bütün hallarda müvafiq qiymətləndirmə meyarlarına müraciət
olunur.
104
Motivasiya, problemin qoyuluşu. Dərslikdə təklif edilmiş “Oxuya
hazırlaşın” tapşırığı dərsə, eləcə də öyrəniləcək əsərə marağı artırmaqla
yanaşı, motivasiyanın yaradılması üçün də vasitə rolunu oynaya bilər.
Sualların ( Özünün və ailəsinin rahatlığını, səadətini xalqın mənafeyinə
qurban verən insanlar haqqında eşitmisinizmi? Bu əqidədə olan hansı
ədəbi qəhrəmanları tanıyırsınız?) üzərində düşünmək, cavab hazırla-
maq üçün vaxt elan edilir. İşin icrasına ayrılmış vaxt başa çatdıqdan
sonra şagirdlərin kiçik qruplarda birləşib fikir mübadiləsi aparmalarına
imkan yaradılır. Bunun ardınca həyata keçirilən müzakirə tədqiqat
sualının müəyyənləşdirilməsi ilə başa çatdırılır.
Tədqiqat sualı: Milli mənafeyin uca tutulmasına səbəb nə ola bilər?
Fərziyyələr dinlənilir və qeyd edilir.
Tədqiqatın aparılmasına əsərdən dərslikdə verilmiş parçanın oxusu
ilə başlanılır. Dərslikdə təklif edilmiş tapşırıq üzrə işin təşkili məqsə-
dəuyğundur. Əsərin əvvəlindən bir səhifə həcmində mətn rollar üzrə
oxunur. Müəyyənləşdirilmiş cütlər oxuyanlara həmin mətnin (oxunmuş
parçanın) məzmunu ilə bağlı suallar verir. Sualların hazırlanmasına
müəllimin nəzarət etməsi, istiqamət verməsi faydalıdır. Sualların hər
birinin konkret məqsədi olmalıdır. Məsələn, məzmunun qavranılmasına
diqqətli olmağa istiqamətləndirən suallar: Tamara nədə çətinlik çəkir?
Dursun nə üçün həyəcanlanır? O, Oqtayı nə barədə xəbərdar edir?
Nəticə çıxarmağa yönəldən suallar: Tamaşaya hazırlıq zamanı
Oqtay hansı çətinliklərlə qarşılaşır? Tamaşanın başlanmasında Oqtayın
israrlı olmasına səbəb nədir?
Cütlərin suallarına rollar üzrə oxuyanlar qənaətləndirici cavab
verməsələr, digər şagirdlərin cavabları dinlənilir. Bu proses məzmunun
dərindən qavranılmasına, ideyanın açılmasında əhəmiyyətli olan incə-
liklərin mənimsənilməsinə şərait yaratmalıdır.
Nəzərdə tutulan parçanın oxusundan sonra seçilmiş hissənin məz-
mununun iki formada – yığcam və geniş nağıl edilməsinə hazırlıq üçün
vaxt ayrılır. Şagirdlərin bu məqsədlə plan tərtib etmələri məqsə-
dəuyğundur. Nağıletmələrə şagirdlərin münasibət bildirmələrinə, yığ-
cam diskussiyaya imkan yaradılır.
Aparılan işə (nəticənin çıxarılması məzmunun öyrənilməsi başa çat-
dıqdan sonra həyata keçirilir) müəllimin istiqamətləndirici sualları
əsasında yekun vurulur.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.
105
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır.
Mövzu: C.Cabbarlı. Oqtay Eloğlu – 4 saat
İkinci saat: Məzmun üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.3. Mürəkkəb süjetli və kompozi-
siyalı bədii nümunələrdə əhvalat və
hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini müəyyənləşdirir, mətni
hissələrə ayırır, plan tərtib edir,
məzmununu müxtəlif formalarda
(geniş, yığcam, yaradıcı) nağıl edir.
Faciədəki mühüm əhvalat və hadi-
sələrin arasındakı səbəb-nəticə əla-
qələrini müəyyənləşdirir, seçdiyi
hissənin məzmununu hazırladığı
plan əsasında yaradıcı nağıl edir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin müəyyənləşdirilməsi
məzmun üzrə işin davamı kimi özünü göstərir. Kiçik qruplarda birləşən
şagirdlər, ilk növbədə, faciənin ikinci, üçüncü və dördüncü pərdələrinin
məzmunu, onlarda əksini tapmış mühüm fikirlərlə bağlı qənaətlərini
bölüşürlər. Təqdimata hazırlaşan qrup üzvləri aşağıdakı sualların
cavablarını dəqiqləşdirirlər.
–
Tamaşa ilə bağlı məqalə aktyorlar haqqındakı təsəvvürünüzə nə
əlavə etdi?
–
Səhnə yoldaşlarının Oqtay barədəki fikirləri düşüncələrinizdə
hansı dəyişiklik yaratdı?
–
Səmədlə Oqtayın dialoqu bildiklərinizə yeni nə əlavə etdi?
–
Firəngizin Oqtaya münasibətini və bu qızın ailəsindəki vəziyyəti
necə təsvir edərsiniz?
–
Firəngizin “xəyanəti” barədə Oqtayda hansı düşüncələr yaranır?
Qardaşı sürgün edilən Sevər hansı taleyi yaşayır, onun taleyi
fərqli ola bilərdimi?
–
Oqtay “dostları” ilə – Səməd və Xaspolatla, eləcə də Muxanla söh-
bətində daha çox hansı niyyətini vurğulayır, buna səbəb nə idi?
Göründüyü kimi, suallar sadə məlumatları – əsərin məzmununu xa-
tırlatmağa xidmət etmir. Onlara əhatəli cavabların hazırlanması əh-
valat və hadisələrin arasındakı səbəb-nəticə əlaqələrini, obrazların xa-
rakterindəki başlıca cəhətləri başa düşməyə əlverişli imkan yardır.
Dostları ilə paylaş: |