Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə39/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   35   36   37   38   39   40   41   42   ...   71

 103
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə ye-
tiriləcəyini şagirdlərə xatırladır. 
 
 
 
Mövzu: C.Cabbarlı. Oqtay Eloğlu – 4 saat 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.3. Mürəkkəb süjetli və kom-
pozisiyalı bədii nümunələrdə əhvalat 
və hadisələr arasındakı səbəb-nəticə 
əlaqələrini müəyyənləşdirir, mətni 
hissələrə ayırır, plan tərtib edir
məzmununu müxtəlif formalarda 
(geniş, yığcam, yaradıcı) nağıl edir. 
Əsəri hissələrə ayırır, seçdiyi hissə-
nin məzmununu hazırladığı plan 
əsasında yığcam və geniş nağıl 
edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müsahibə, müzakirə, 
təqdimatların dinlənilməsi və s. tətbiqi ilə müəyyənləşdirilə bilər.  İlk 
növbədə,  şagirdlərin hansı  mənbələrdən və necə  bəhrələndikləri aşkara 
çıxarılır. Ev tapşırığına  əlavə edilmiş birinci tapşırıq  (C.Cabbarlının 
satirik  şeirləri hansı xüsusiyyətlərinə görə M.Ə. Sabirin əsərlərinə 
bənzəyir?) barədə  dərslikdə  şagirdlərə istiqamət verilməmişdir. Bu 
sualla bağlı  şagirdlərin müstəqil araşdırmalarının nəticəsi yazılı qeyd-
lər  əsasında hazırladıqları  təqdimatların dinlənilməsi ilə müzakirə 
edilir.  İkinci sualla (C.Cabbarlının yaradıcılığının müxtəlif dövrlərinə 
aid dramatik əsərlərindəki qəhrəmanların oxşar və  fərqli cəhətlərini 
müəyyənləşdirin) bağlı dərslikdəki yığcam məlumat şagirdlərin mənbə-
lərlə  işini asanlaşdırır. Bu sualın cavablarda necə  əhatə edildiyini 
təqdimatların dinlənilməsi, yaxud müsahibənin tətbiqi ilə müəyyən-
ləşdirmək mümkündür. 
Şifahi məruzə üçün təklif edilmiş mövzulara (C.Cabbarlı  və Azər-
baycan Demokratik Cümhuriyyəti; C.Cabbarlının tərcüməçilik fəaliy-
yəti) hazırlığa dərslikdəki yığcam məlumatın öyrənilməsi ilə başlanılır. 
Mənbələrdən mövzularla bağlı kifayət qədər məlumat əldə edən şagird-
lərin onlardan necə  bəhrələndikləri, faktları  nə cür qruplaşdırdıqları, 
təhlil etdikləri və ümumiləşdirmə apardıqları təqdimatlardan nümunə-
lərin dinlənilməsi, yaxud müsahibə yolu ilə aşkara çıxarıla bilər. 
Bütün hallarda müvafiq qiymətləndirmə meyarlarına müraciət 
olunur.  


 104
Motivasiya, problemin qoyuluşu.  Dərslikdə  təklif edilmiş “Oxuya 
hazırlaşın” tapşırığı dərsə, eləcə də öyrəniləcək əsərə marağı artırmaqla 
yanaşı, motivasiyanın yaradılması üçün də vasitə rolunu oynaya bilər. 
Sualların (Özünün və ailəsinin rahatlığını, səadətini xalqın mənafeyinə 
qurban verən insanlar haqqında eşitmisinizmi? Bu əqidədə olan hansı 
ədəbi qəhrəmanları tanıyırsınız?) üzərində düşünmək, cavab hazırla-
maq üçün vaxt elan edilir. İşin icrasına ayrılmış vaxt başa çatdıqdan 
sonra şagirdlərin kiçik qruplarda birləşib fikir mübadiləsi aparmalarına 
imkan yaradılır. Bunun ardınca həyata keçirilən müzakirə  tədqiqat 
sualının müəyyənləşdirilməsi ilə başa çatdırılır. 
Tədqiqat sualı: Milli mənafeyin uca tutulmasına səbəb nə ola bilər? 
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Tədqiqatın aparılmasına  əsərdən dərslikdə verilmiş parçanın oxusu 
ilə başlanılır. Dərslikdə  təklif edilmiş tapşırıq üzrə  işin təşkili məqsə-
dəuyğundur.  Əsərin  əvvəlindən bir səhifə  həcmində  mətn rollar üzrə 
oxunur. Müəyyənləşdirilmiş cütlər oxuyanlara həmin mətnin (oxunmuş 
parçanın) məzmunu ilə bağlı suallar verir. Sualların hazırlanmasına 
müəllimin nəzarət etməsi, istiqamət verməsi faydalıdır. Sualların hər 
birinin konkret məqsədi olmalıdır. Məsələn, məzmunun qavranılmasına 
diqqətli olmağa istiqamətləndirən suallar: Tamara nədə  çətinlik çəkir? 
Dursun nə üçün həyəcanlanır? O, Oqtayı nə barədə xəbərdar edir? 
Nəticə  çıxarmağa yönəldən suallar: Tamaşaya hazırlıq zamanı 
Oqtay hansı çətinliklərlə qarşılaşır? Tamaşanın başlanmasında Oqtayın 
israrlı olmasına səbəb nədir? 
Cütlərin suallarına rollar üzrə oxuyanlar qənaətləndirici cavab 
verməsələr, digər şagirdlərin cavabları dinlənilir. Bu proses məzmunun 
dərindən qavranılmasına, ideyanın açılmasında  əhəmiyyətli olan incə-
liklərin mənimsənilməsinə şərait yaratmalıdır.  
Nəzərdə tutulan parçanın oxusundan sonra seçilmiş hissənin məz-
mununun iki formada – yığcam və geniş nağıl edilməsinə hazırlıq üçün 
vaxt ayrılır.  Şagirdlərin bu məqsədlə plan tərtib etmələri məqsə-
dəuyğundur. Nağıletmələrə  şagirdlərin münasibət bildirmələrinə, yığ-
cam diskussiyaya imkan yaradılır. 
Aparılan işə (nəticənin çıxarılması məzmunun öyrənilməsi başa çat-
dıqdan sonra həyata keçirilir) müəllimin istiqamətləndirici sualları 
əsasında yekun vurulur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  


 105
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır. 
 
 
 
Mövzu: C.Cabbarlı. Oqtay Eloğlu – 4 saat 
İkinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.3. Mürəkkəb süjetli və kompozi-
siyalı bədii nümunələrdə əhvalat və 
hadisələr arasındakı səbəb-nəticə 
əlaqələrini müəyyənləşdirir, mətni 
hissələrə ayırır, plan tərtib edir, 
məzmununu müxtəlif formalarda 
(geniş, yığcam, yaradıcı) nağıl edir. 
Faciədəki mühüm əhvalat və hadi-
sələrin arasındakı səbəb-nəticə əla-
qələrini müəyyənləşdirir, seçdiyi 
hissənin məzmununu hazırladığı 
plan əsasında yaradıcı nağıl edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin müəyyənləşdirilməsi 
məzmun üzrə işin davamı kimi özünü göstərir. Kiçik qruplarda birləşən 
şagirdlər, ilk növbədə, faciənin ikinci, üçüncü və dördüncü pərdələrinin 
məzmunu, onlarda əksini tapmış mühüm fikirlərlə bağlı  qənaətlərini 
bölüşürlər. Təqdimata hazırlaşan qrup üzvləri aşağıdakı sualların 
cavablarını dəqiqləşdirirlər.  

  Tamaşa ilə bağlı  məqalə aktyorlar haqqındakı  təsəvvürünüzə  nə 
əlavə etdi? 

  Səhnə yoldaşlarının Oqtay barədəki fikirləri düşüncələrinizdə 
hansı dəyişiklik yaratdı? 

  Səmədlə Oqtayın dialoqu bildiklərinizə yeni nə əlavə etdi? 

  Firəngizin Oqtaya münasibətini və bu qızın ailəsindəki vəziyyəti 
necə təsvir edərsiniz? 

  Firəngizin “xəyanəti” barədə Oqtayda hansı düşüncələr yaranır?
 
Qardaşı sürgün edilən Sevər hansı taleyi yaşayır, onun taleyi 
fərqli ola bilərdimi? 

  Oqtay “dostları” ilə – Səməd və Xaspolatla, eləcə də Muxanla söh-
bətində daha çox hansı niyyətini vurğulayır, buna səbəb nə idi? 
Göründüyü kimi, suallar sadə məlumatları – əsərin məzmununu xa-
tırlatmağa xidmət etmir. Onlara əhatəli cavabların hazırlanması  əh-
valat və hadisələrin arasındakı  səbəb-nəticə  əlaqələrini, obrazların xa-
rakterindəki başlıca cəhətləri başa düşməyə əlverişli imkan yardır. 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə