Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə38/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

 100
raitə, yeni hakimiyyətin ideya və məqsədlərinə uyğun fəaliyyət göstər-
məyə sövq edilmişlər. Eyni zamanda əsrin  əvvəllərində realizm və ro-
mantizm metodu ilə yazıb-yaratmış  sənətkarlar yeni dövrün ədəbi-
mədəni həyatında iştirak edərək öz yaradıcılıq yolunu davam etdirmiş, 
əsərlərində həyat həqiqətlərini əks etdirməyə üstünlük vermişlər.  
Müzakirənin sonunda BİBÖ cədvəlində “Öyrəndik” sütunundaqeyd-
lər aparılır. 
Şagirdlərdə icmal mövzusu üzrə sinifdə öyrəndiklərinə müstəqil 
tədqiqat zamanı nələri əlavə edəcəkləri ilə bağlı tövsiyələr verilir.  
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci sə-
hifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiri-
ləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzu: Cəfər Cabbarlının həyatı, yaradıcılıq yolu – 1 saat 
Standartlar 
Təlim nəticələri 
1.2.1. Müxtəlif vəznli (heca, əruz, 
sərbəst) şeirləri və süjetli əsərləri 
(poema, hekayə, povest, roman, 
dram, komediya, faciə) kompozi-
siya, dil, üslub baxımından təhlil 
edir. 
 Şeiri dil, üslub baxımından təhlil edir. 
2.1.1. Müxtəlif mənbələrdən topla-
dığı materiallara əsaslanmaqla təq-
dimat və çıxışlarında bədii-emosio-
nal və obrazlı ifadələrdən istifadə 
edir.  
Mənbələrdən topladığı materiallara 
əsaslanmaqla təqdimat və çıxışlarında 
bədii-emosional və obrazlı ifadələrdən 
istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının (1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən 
topladığınız məlumat əsasında zənginləşdirin və tamamlayın. 2. Araş-
dırma apararkən aşağıdakı sual və tapşırıqların cavablarını da əhatə 
etməyə çalışın: Sovet dövründə yaranan ədəbiyyatın səciyyəvi 
xüsusiyyətləri hansılardır? Sovet dövründə bədii yaradıcılıq sahəsində 
hansı ideoloji tələblər irəli sürülürdü? Bu dövrdə hansı sənətkarların 
yaradıcılığında gerçək həyat və milli ideallar, mənəvi dəyərlər öz əksini 
tapmışdır? Nümunələr göstərin. 3. Yazılı qeydlər əsasında şifahi 
təqdimata hazırlaşın) yerinə yetirilməsi səviyyəsi 


 101
müəyyənləşdirilərkən mənbələrdən əldə edilmiş məlumata istinadən 
hazırlanmış təqdimatların dinlənilməsi əsasında müzakirənin 
aparılması məqsədəuyğundur. Müvafiq qiymətləndirmə meyarlarına 
müraciət edilir. 
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdə həyata keçirilən işi 
fərqli məzmunda təşkil etmək olar. Suallardan istifadə etməklə 
motivasiya yaratmağı planlaşdıran müəllim  şagirdlərin diqqətini 
dərslikdəki tapşırığa  (C.Cabbarlı haqqında bildiklərinizi yada salıb 
yığcam müzakirə aparın)  cəlb edir. Onun əsasında aparılan yığcam 
müzakirə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşdırılır. 
Tədqiqat sualı:  CCabbarlının həyatı, yaradıcılığı üçün daha 
səciyyəvi olanlar hansılardır?  
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Araşdırmaya dərslikdəki materialın oxusu ilə başlanılır. Oxu fərqli 
şəkillərdə reallaşdırıla bilər. Dərslikdə  təklif edilmiş  nişanlama ilə oxu 
(bu,  İNSERT də adlandırılır)  şagirdlərin fərdi müstəqil fəaliyyətlərinə 
üstünlük verir. Nəticədə  hər bir şagirdin işinin məzmunu barədə 
müəllimin aydın təsəvvürü olur. Oxu prosesini müşahidə edən müəllim 
şagirdlərin fəaliyyətinin səmərəli olmasına müxtəlif yollarla (sualvermə, 
yadasalma, nümunəgöstərmə və s.) səy göstərir. O, şagirdlərin diqqətini 
mətndəki mühüm məlumatlara istiqamətləndirir:  C.Cabbarlının təhsili, 
yaradıcılığa lirik şeirlərlə başlaması, lirikasında  əhatə olunan başlıca 
məsələlər, ilk hekayələrində və pyeslərində həyat hadisələrinə münasibət, 
ölkəmizdə kapitalist münasibətlərinin dərinləşməsi və bunun dramatur-
qun  əsərlərində  əksi, Demokratik Cümhuriyyət və  sənətkar, sovet haki-
miyyəti illərində ədibin yaradıcılığının başlıca istiqamətləri.  
Şagirdlər mətnin oxusu zamanı apardıqları qeydlərdə bu göstəri-
lənlərlə bağlı mövqelərini daha qabarıq ifadə edirlər.  
Gəldikləri nəticələri cədvəldə  qısaca qeyd edən  şagirdlər kiçik 
qruplarda birləşərək fikir mübadiləsi aparırlar. Bu mərhələnin “bir-
birini öyrətmə”yə əsaslanması onun səmərəli keçməsi üçün zəmin olur. 
Bu, qruplararası müzakirənin də  uğurlu olmasına təsir edir. Bu 
mərhələdə  həmçinin mənbələrdən  əlavə olaraq nələrin öyrənilməsi 
barədə ortaq məxrəcə  gəlmək mümkündür. Lakin bu, ayrı-ayrı  şagird-
lərin ehtiyac duyduqları  məlumatları öyrənmələrinin üstünə  xətt 
çəkmək kimi başa düşülməməlidir.  Şagirdlər mənbələrə  həm də öz 
qeydləri əsasında müraciət edirlər. 
Vaxtdan qənaətlə istifadə reallaşdırılması nəzərdə tutulan standart-
la (1.2.1) bağlı  işin aparılmasına imkan verir. C.Cabbarlının “Dilənçi” 
adlı  şeirindən dərslikdə verilmiş parça (bir neçə    misra  əlavə edilən 


 102
həmin mətn  aşağıda verilmişdir) kiçik qruplara təqdim olunur. Şagird-
lər tapşırıqla tanış olurlar: 
Aşağıdakı qaydalara əməl etməklə mətnin üzərində işləyin. 
1.  Mətni parta yoldaşınızla birlikdə oxuyun. Tanış olmayan sözlərin 
mənasını aydınlaşdırın. 
2.  Məzmunla bağlı aydın təsəvvür qazandığınıza əmin olduqdan sonra 
aşağıdakı suallara cavab hazırlayın: 
a) Qış gecəsinin sərtliyi  şeirdə necə  təsvir edilmişdir? Bunun üçün 
şair hansı sözlərdən istifadə etmişdir? 
b) Xəstə, ac uşağın vəziyyəti  şeirdə necə  təsvir olunmuşdur? Onun 
acınacaqlı vəziyyəti hansı sözlərlə ifadə edilmişdir?  
c) Fərqli vəziyyətlərin təsviri üçün seçilmiş sözləri, deyim tərzini 
uğurlu saymaq olarmı? Fikrinizi nümunələrlə əsaslandırın. 
Qışın boranlı, məşəqqətli bir soyuq gecəsi, 
Cahanə lərzə salır yellərin cəfalı səsi... 
Xərabə içrə qaranlıqda sanki var bir kəs,  
İnildəyor, yayılır, titrəyor çəkincə nəfəs. 
Bu bir zəif cocuqdur ki, xəstə, bidərman, 
Soyuq xərabədə yatmış, inildəyor hər an... 
Bu xəstə beş gün olar dəyməyib çörək dilinə
Qoca ata bu sovuqda nə cür gedib dilənə, 
Nəhayət, oğlunu görcək ölüm yatağında, 
Gedib, yox isə də taqət zəif ayağında... 
Uşaq baxır qapıya, gözlüyor çörək, heyhat. 
Baxır o xəstə çocuğa qərq olub zülmətdə, 
Budur, görür atasın olduğu qiyafətdə. 
Əlin açıb uzadır, madərinə ol nalan, 
Ana! Ana, hara çoxdandı olmusan pünhan. 
Həmişə sən məni saxladın öz qucağında, 
Nə vəqtlərdi sənin ağlaram fərağında. 
 
Tapşırığın yerinə yetirilmə  səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi əsasında müəyyənləşdirilə bilər. 
Ümumiləşdirmənin aparılması, nəticənin çıxarılması müəllimin 
istiqamətləndirici sualları  əsasında həyata keçirilir. Şagirdlərdə belə 
bir qənaət möhkəmlənir ki, C.Cabbarlının həyatı  və yaradıcılığı  nəsil-
lərə örnək olmağa layiqdir. Ömrünü xalqının maariflənməsinə, 
inkişafına həsr edən böyük sənətkar yaradıcılığının bütün dövrlərində 
yazdığı əsərlərdə bu mövqedən çıxış etmişdir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə