Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə2/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   2   3   4   5   6   7   8   9   ...   71

 
3
Səməd Vurğun. Həyatı, yaradıcılıq yolu............................................................115 
Vaqif .................................................................................................................118 
Rəsul Rza. Həyatı, yaradıcılıq yolu  ..................................................................123 
Qızılgül olmayaydı ............................................................................................126
 
 
Kiçik summativ qiymətləndirmə materialı ..................................................................130 
 
Mir Cəlal. Həyatı, yaradıcılıq yolu  ...................................................................134 
Açıq kitab...........................................................................................................136 
 
Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi 
(XX əsrin 1960–1990-cı illəri) 
Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi.142 
İlyas Əfəndiyev. Həyatı, yaradıcılıq yolu  .........................................................144 
Xurşidbanu Natəvan ..........................................................................................146 
İsmayıl Şıxlı. Həyatı, yaradıcılıq yolu ...............................................................151 
Dəli Kür .............................................................................................................153 
Kiçik summativ qiymətləndirmə materialı ...................................................................160 
  
 
Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı  
Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı......................................164 
Bəxtiyar Vahabzadə. Həyatı, yaradıcılıq yolu ...................................................166 
Şəhidlər ..............................................................................................................168 
 
Dünya ədəbiyyatından seçmə 
 Çingiz Aytmatov. Həyatı, yaradıcılıq yolu .......................................................175 
 Gün var əsrə bərabər .........................................................................................177 
 Kiçik summativ qiymətləndirmə materialı ...................................................................183 
 
Gündəlik planlaşdırmaya aid nümunə................................................................187 
Mənbələr ............................................................................................................206
 
  
 


 
4
FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN 
“ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTİNDƏ 
REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN ŞƏRHİ 
 
Ümumtəhsil məktəblərinin XI sinifləri üçün ədəbiyyat fənni üzrə  dərslik 
komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulum-
ları)” əsasında hazırlanmışdır. Ədəbiyyat fənni üzrə dərslik komplektində Azərbay-
can Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə  təsdiq 
edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya-
sı”nda qarşıya qoyulan hədəflər əsas götürülmüşdür. 
Dərslik və müəllim üçün metodik vəsaitdən ibarət “Ədəbiyyat” dərslik komp-
lektində ümumi təhsilin milli konsepsiyasına uyğun olaraq, tam orta təhsil pillə-
sində  şagirdin  ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş 
etdirməsi,  əsərləri mövzu, problem baxımından müqayisə etməsi, onlara əsaslan-
dırılmış rəy bildirməsi, məzmununa və ideyasına yarandığı dövrün ictimai-siyasi və 
əxlaqi-etik dəyərləri kontekstində qiymət verməsi, fərqli mövzular üzrə müvafiq 
üslublarda yaradıcı xarakterli yazıları icra etməsi diqqət mərkəzində saxlanılmışdır.  
Ədəbiyyat fənn kurikulumunun şagirdlərin mənbələr üzərində  işləyərək gör-
kəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə 
materiallar toplaması, müxtəlif  ədəbi mövzularda təqdimatlar hazırlaması,  ədəbi 
nailiyyətlərə münasibət bildirmək bacarığına yiyələnməsi ilə bağlı tələblərinin real-
laşdırılması üçün dərslikdə müvafiq sual və tapşırıqlar sistemi işlənilmiş, müəllim-
lərə metodik tövsiyələr verilmişdir. (http://portal.edu.az/index. 
php?r=article/item&id=194&mid=5&lang=az) 
XI sinifdə XX əsrin əvvəllərindən bu günədək ədəbiyyatımızın keçdiyi inkişaf 
yolu ayrı-ayrı dövrlər üzrə icmallar və  sənətkarın həyat və yaradıcılığına, ayrıca 
öyrənilən  əsərinə  həsr olunan monoqrafik mövzular şəklində  tədris olunur. 
Ədəbiyyatımızın inkişaf mərhələləri müəyyənləşdirilərkən Azərbaycan Milli 
Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi ədəbiyyat tarixinin dövr-
ləşdirilməsi konsepsiyasında (
AMEA-nın Rəyasət Heyətinin qərarı. № 14/1.23 
sentyabr 2015-ci il) 
Azərbaycan  ədəbiyyatı tarixinə, onun dövrləşdirilməsinə 
və  ədəbi prosesə yeni yanaşma, elmi-metodoloji prinsip və  tələblər diqqət 
mərkəzində saxlanılmışdır. Ədəbi irsin və müasir ədəbi prosesin tədrisi, öyrənil-
məsi və  mənimsənilməsi üçün əsas götürülən yeni elmi-metodoloji konsepsiyaya 
uyğun olaraq, müasir ədəbiyyatımızın kurikulumun məqsəd və  vəzifələrinə, məz-
mun standartlarına, şagirdlərin yaş və mənimsəmə səviyyəsinə uyğun şəkildə öyrə-
nilməsi imkanları müəyyənləşdirilmişdir. 
Dərslik komplekti kurikulumun tələblərinin reallaşdırılması üçün müəllimin 
yaradıcı, təşəbbüskar fəaliyyətinə imkan yaradır. Müəllim, ilk növbədə, şagirdlərin 
bilik səviyyəsini nəzərə almalı, dərslikdəki sual və tapşırıqlardan yaradıcı istifadə 
etməli, təlimin təşkilinin daha səmərəli yolunu müəyyənləşdirməli, zəruri hallarda 
mürəkkəb problemlər,  ədəbiyyatımızın aparıcı nümayəndələrinin bədii irsinin də-
yərləndirilməsi ilə bağlı şərhlər vasitəsilə şagirdləri düzgün istiqamətləndirməlidir. 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə