Microsoft Word ?d?b -11 mmv-capa doc

QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN SUAL VƏ

Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə42/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   38   39   40   41   42   43   44   45   ...   71

 113
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN SUAL VƏ 
TAPŞIRIQLAR 
 
1. Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə qeyd 
edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi 
misralar 
Onların növü 
 
2. Əsəri hissələrə ayırın, plan tərtib edin. 
_____________________________________________________________

3. Şeirdən bir parçanı nəsrə çevirib yazın. 
_____________________________________________________________ 
_____________________________________________________________
_____________________________________________________________ 
 
4. Şeirdə hansı mənəvi dəyərlərdən söz açılır? Fikrinizi əsaslandırın. 
_____________________________________________________________
_____________________________________________________________ 
_____________________________________________________________
_____________________________________________________________ 
 
5. Şeirin mövzusunu, qoyulmuş problemi müəyyənləşdirin.  
 
Şeirin mövzusu 
Qoyulmuş problem 
 
6.  Əsərdəki ana və poçtalyon obrazlarını xarakter və  əməllərinə görə 
səciyyələndirin. 
 
                Obrazlar 
           Xarakteri 
           Əməlləri 
Ana  
 
Poçtalyon    
 
 114
 
7. Bəndin ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır? 
 
Poçtalyon qanad taxdı öz şirin sözlərinə: 
- Bundan neçə gün əvvəl məndən küsən, inciyən, 
“Məktub olmasa, bir də bu evə gəlmə!” – deyən 
Mərhəmətli, möhtərəm anayadır bu kağız! 
Hamı bir səslə dedi: “Gözlərin aydın, ay qız!” 
  
Ana, gözləri yaşlı, ətir saçdı dilindən, 
Tez öpdü poçtalyonun məktub verən əlindən… 
 
A) kədər, nisgil 
B) sevinc, fərəh 
C) heyrət, təəccüb 
D) laqeydlik, soyuqqanlılıq 
E) qəzəb, nifrət 
 
8. Şərti işarələrdən istifadə etməklə misralarda fasilələrin yerini, məntiqi 
vurğulu sözləri göstərin. 
 
Dörd ay vardı, ananın gözləri yol çəkirdi, 
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi. 
Sorurdu: – “Balam hanı?” – Hər cəbhədən gələndən 
Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən. 
 
9. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi qısaca yazın. 
_____________________________________________________________
_____________________________________________________________  
 
10. Əsər sizdə hansı düşüncələr doğurdu? 
_____________________________________________________________
_____________________________________________________________  
 
 115
Mövzu: Səməd Vurğunun həyatı, yaradıcılıq yolu – 1 saat
 
Standartlar 
Təlim nəticələri 
1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) 
şeirləri və süjetli əsərləri (poema, hekayə, 
povest, roman, dram, komediya, faciə) kom-
pozisiya, dil, üslub baxımından təhlil edir. 
 Şeiri dil, üslub baxımından 
təhlil edir. 
2.1.1. Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və obrazlı 
ifadələrdən istifadə edir.  
Mənbələrdən topladığı ma-
teriallara əsaslanmaqla 
təqdimat və çıxışlarında bədii-
emosional və obrazlı 
ifadələrdən istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının (1.Yazı işlərinizi təkmilləşdirib təqdimata hazırlaşın. 
2. “C.Cabbarlının hekayə yaradıcılığı” mövzusunda yığcam məqalə 
yazın)  yerinə yetirilməsi səviyyəsi müəyyənləşdirilərkən mənbələrdən 
əldə edilmiş  məlumat  əsasında hazırlanmış  təqdimatların dinlənilməsi, 
müzakirənin aparılması  məqsədəuyğundur. Müvafiq qiymətləndirmə 
meyarlarına müraciət edilir. 
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdə iş fərqli məzmunda 
təşkil oluna bilər. Suallardan istifadəni seçən müəllim  şagirdlərin 
diqqətini dərslikdəki tapşırığa  (S.Vurğun haqqında bildiklərinizi yada 
salıb yığcam müzakirə aparın.)  cəlb edir. Bu sualın  əsasında müzakirə 
aparan müəllim (o, şagirdlərin şair haqqında bildiklərinin BİBÖ cədvə-
linin birinci sütununda – “Bilirik”  qeyd olunmasını  təmin edir) sonda 
tədqiqat sualının formalaşmasına nail olur. 
Tədqiqat sualı:  S.Vurğunun həyat və yaradıcılığının müxtəlif 
dönəmləri üçün daha önəmli olanlar hansılardır?  
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Araşdırmanı  dərslikdə  təklif edilmiş qaydaya uyğun aparan 
müəllim dərslikdəki materialın oxusunu təşkil edir. Bunun üçün kiçik 
qruplar yaradılır, hər qrupa bir mətnkənarı sualın (qrupların sayı çox 
olarsa, iki qrup eyni bir sualın üzərində  işləyə bilər) cavabını oxumaq 
təklif olunur. Şagirdlər 
şairin yaradıcılığı barədə özlərini 
maraqlandıran sualları, öyrənmək istədiklərini cədvəlin ikinci 
sütununda (Bilmək istəyirik) qeyd edirlər.  
Mətnkənarı suallar şairin həyatı, yaradıcılığı barədə  yığcam bilik 
əldə etməyə imkan yaradır. Birinci sual (S.Vurğunun uşaqlığı, gəncliyi 
və yaradıcılığının ilk dövrü üçün önəmli olanlar nədir?)  şairin fərəhli 
olmayan uşaqlıq illəri, ana nəvazişindən çox erkən məhrum olması, 
Qazax Müəllimlər Seminariyasının onun həyatında mühüm rol 

Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə