Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə43/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

 116
oynaması, ilk qələm təcrübələri barədə 
şagirdlərin təsəvvür 
qazanmalarına imkan yaradır. 
İkinci sual (Şairin həyatının və yaradıcılığının sonrakı dönəmi üçün 
daha mühüm olanlar nədir?)  şairin 1928–1932-ci illərdəki sənət axta-
rışları barədə  məlumatları öyrənməyə, 1932–1941-ci illərin isə onun 
yaradıcılığının  ən məhsuldar dövrü olduğunu aydınlaşdırmağa istiqa-
mət verir. 
Üçüncü sual (II Dünya müharibəsi  şairin həyat və yaradıcılığında 
hansı izlər buraxmışdır?)  şairin II dünya müharibəsi illərindəki 
yaradıcılığı barədə  təsəvvürün qazanılmasına imkan yaradır. Vətənə 
məhəbbət, düşmənə nifrət mövzusunda yazılan onlarla lirik şeir həmin 
dövrdə əl-əl gəzmiş, insanları qələbəyə ruhlandırmışdır.  
Növbəti sual (Müharibədən sonrakı dövr şairin həyat və yaradıcılığı 
üçün hansı  cəhətləri ilə  əlamətdar olmuşdur?)  şairin coşqun ictimai və 
ədəbi fəaliyyəti barədə  ən zəruri məlumatların öyrənilməsinə istiqamət 
verir. 
Məlumat mübadiləsi və müzakirə zamanı öyrənilənlərlə yanaşı, öy-
rənilməsinə ehtiyac duyulan məsələlərə də diqqət yetirilir, BİBÖ cədvə-
linin üçüncü sütununda (Öyrəndik) qeydlər edilir.  
Vaxtdan səmərəli istifadə etməklə S.Vurğunun “Mən tələsmirəm” 
şeirinin oxusu üzrə iş təşkil edilir. Əsərin mətni ixtisar olunmuş şəkildə 
şagirdlərə təqdim olunur.  
 
Dostlar, badələri qaldırın içək! 
Gecə ulduzludur, hava da sərin. 
Demirəm, məst olub dünyadan köçək... 
Deyirəm, mehriban düşüncələrin 
İsti qucağında qızınaq bir az. 
Qoy uzansın gecə, geciksin səhər, 
Yuxuya getməsin məclisdəkilər – 
Mənim söhbətimdən yorulmaq olmaz. 
Hələ yer üstündə, insan yanında  
Deyib-danışmaqdan doymamışam mən... 
 
Sən də, ovçu dostum, tələsmə sən də, 
Bu qəlbi dağları qoy asta aşaq. 
O çay yanındakı yaşıl çəməndə 
Asta addımlayıb, ağır dolaşaq. 
Hər gülə, çiçəyə salam verməsəm, 
Xoş üz göstərməsəm, xoş üz görməsəm, 
Nanələr, reyhanlar inciyər məndən
Güllərin yarpağı tökülər dən-dən... 
Odur ki yel olub çöldə əsmirəm, 
Heç yana, heç yerə mən tələsmirəm!.. 


 117
... Qoy dünya böyüsün, zaman uzansın, 
Bir günün içində aylarla yansın 
Al günəş gözündən nur yağa-yağa... 
Ömrün kitabını tamamlamağa 
Çox da can atmasın əlimdə qələm, 
Mən tələsmirəm, 
Mən tələsmirəm! 
 
Kiçik qrupların hamısına  şeiri dil-üslub baxımından təhlil etmək 
üçün “Mən tələsmirəm”  şeiri üzrə tapşırıq təklif edilir. İşin nəticəsi 
təqdimatlar, yaxud müsahibənin tətbiqi ilə yoxlanıla bilər. 
Nəticənin çıxarılması və  ümumiləşdirmənin aparılması mərhələsinin 
səmərəliliyi müəllimin istiqamətləndirici suallarından xeyli dərəcədə asılı-
dır. Bu mərhələdə  şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, hakim 
partiyanın, onun rəhbərlərinin, sovet hakimiyyətinin mədhinə həsr etdiyi 
əsərlərdə də  xalqın, vətənin taleyi şairin diqqətindən kənarda qalmamış-
dır.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
 Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 


 118
Mövzu: S.Vurğun. Vaqif – 3 saat
 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı 
bədii nümunələrdə əhvalat və hadisələr 
arasındakı səbəb-nəticə əlaqələrini 
müəyyənləşdirir, mətni hissələrə ayırır, 
plan tərtib edir, məzmununu müxtəlif 
formalarda (geniş, yığcam, yaradıcı) 
nağıl edir. 
Əsəri hissələrə ayırır, seçdiyi 
hissənin məzmununu hazırladı-
ğı plan əsasında yığcam nağıl 
edir. 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda olan 
əsərlərdə (poema, hekayə, povest, roman, 
dram, komediya, faciə)  əksini tapan 
mühüm milli-mənəvi, bəşəri dəyərlərə 
əsaslandırılmış münasibət bildirir. 
 
Dramda əksini tapmış mühüm 
milli-mənəvi dəyərləri 
müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müsahibə, müzakirə
təqdimatların dinlənilməsi və s. tətbiqi ilə müəyyənləşdirilə bilər.  İlk 
növbədə, şagirdlərin hansı mənbələr üzərində işlədikləri, onlardan necə 
bəhrələndikləri aşkara çıxarılır. Ev tapşırığı kimi verilmiş suallarla 
bağlı  (S.Vurğunun lirik şeirlərini mövzu baxımından qruplaşdırın. Hər 
qrupun özəlliyini müəyyənləşdirin.  Şairin poemalarını mövzu baxımın-
dan qruplaşdırın. Hər qrupun özəlliyini müəyyənləşdirin)  dərslikdə 
şagirdlərə istiqamət verilməmişdir.  Şagirdlərin bu suallar üzrə  
müstəqil araşdırmalarının nəticəsi təqdimatlar  əsasında müzakirə edi-
lir.  
Bütün hallarda müvafiq qiymətləndirmə meyarlarına müraciət 
olunur.  
 Motivasiya, problemin qoyuluşu. Mərhələnin əvvəlində dərslikdəki 
“Oxuya hazırlaşın” başlıqlı tapşırığın icrasına vaxt ayrılır.  Şagirdlər 
fərdi olaraq işləyirlər. Cütlük şəklində fikir mübadiləsi aparmağa 
imkan yaradıla bilər. Nəticəni müsahibə ilə  aşkara çıxarmaq və onun 
əsasında tədqiqat sualını müəyyənləşdirmək mümkündür. 
Tədqiqat sualı: “Milli mənafe həqiqi xalq sənətkarı üçün hər şeydən 
ucadır” fikrini doğru saymaq olarmı? 
 Fərziyyələr dinlənilir və qeyd edilir. 
Əsərdən dərslikdə verilmiş parçanın oxusu ilə  tədqiqata başlamaq 
məqsədəuyğundur. Oxu üçün dərslikdə  təklif edilmiş tapşırıq vaxta 
qənaət və şagirdlərin fəallaşdırılması baxımından faydalıdır:  
–  əsərdən bir səhifə həcmində rollar üzrə oxunur; 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə