Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə45/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   41   42   43   44   45   46   47   48   ...   71

 122
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi  şifahi təqdimatların 
dinlənilib müzakirə edilməsi və ya müsahibənin tətbiqi ilə müəyyənləş-
dirilə bilər. Müəyyənləşdirilmiş sözlərin mənşəyi, maraqlı hesab olun-
muş  məcazlarla bağlı müsahibədə bütün sinfin iştirakı  təmin olunur. 
Evdə oxunmuş parçalarda daha mühüm olan fikirlərin aydınlaşdırıl-
ması üzərində dayanılır. Tapşırığa daxil edilmiş  aşağıdakı sualların 
əsasında yığcam müzakirə aparılır: 
– Doqquzuncu  şəklin məzmunu obrazlar (Vaqif, Vidadi, Xuraman) 
haqqındakı təsəvvürünüzü nə ilə zənginləşdirdi? 
– On birinci şəkildə oxuduqlarınız Vaqif−xalq münasibətləri barədə 
təəssüratınıza yeni nə əlavə etdi?  
– Obrazların (Vaqif, Vidadi, Qacar) nitqi onların xarakteri barədə 
aydın təsəvvür yaradırmı? Seçdiyiniz nümunələrə  əsaslanmaqla 
müəllifin onlara münasibətini müəyyənləşdirməyə çalışın.  
Göründüyü kimi, suallar obrazlar haqqında qazanılmış  təsəvvürün 
dərinləşməsinə və zənginləşməsinə əhəmiyyətli təsir edir. 
Müəllim bütün hallarda qiymətləndirmə meyarlarına müraciət edir. 
Motivasiya, problemin qoyuluşu  mərhələsini fərqli məzmunda 
təşkil etmək mümkündür. “Vaqif” pyesinin səhnə  həyatından kiçik 
parçanın nümayiş etdirilməsi, əsər haqqında tutarlı bir fikri əks etdirən 
sitatın oxusu, dramın özündən bir parçanın səsləndirilməsi və s. bu 
məqsəd üçün vasitə ola bilər. Suallardan istifadə yolunu seçən müəllim 
diqqəti Vaqif obrazına yönəldir:  Vaqif obrazı haqqında hər  şeyi 
bilirikmi? Bu ədəbi qəhrəmanda diqqətinizi daha çox çəkən nə oldu? O 
hansı çətinliklərlə üzləşir? Sizcə, Vaqif üçün ən ciddi maneə nədir? 
Bu sualların  əsasında aparılan yığcam müsahibənin sonunda 
tədqiqat sualı müəyyənləşdirilir. 
Tədqiqat sualı: Vaqifin qüdrətli, yenilməz olmasının əsl səbəbi, sizcə, nədir? 
Fərziyyələr dinlənilir və qeyd edilir.  
Araşdırmaya dərslikdəki təhlil materialının oxusu ilə başlanılır. 
Oxunu fərqli formalarda aparmaq olar. Dərslikdə  təklif edilmiş 
qaydalar  şagirdlərin daha diqqətli və  fəal olmasına, müstəqillik nüma-
yiş etdirməsinə, mətnin ətraflı öyrənilməsinə imkan yaradır. 
– Aranızdan bir nəfər ilk mətnkənarı sualla bağlı cavabı aramla 
ucadan oxuyub tamamlayır və ondakı əsas fikri ümumiləşdirib bir 
neçə cümlə ilə ifadə edir. 
–  Sonra  şagirdlərə  mətnlə bağlı suallar verir. Suallar əsasında 
aparılan müzakirədə izahına ehtiyac duyulan məsələlərə aydınlıq 
gətirilir, əsərdən nümunələr göstərilir.  


 123
– Oxuyanlar  əvəzlənməklə digər mətnkənarı sualların cavabları da 
bu qayda ilə oxunur. 
Oxunun bu
 
qaydalara əməl edilməklə yerinə yetirilməsi müəllimdən 
diqqət, həssaslıq və çeviklik tələb edir. Mətni oxuyan şagirdin 
dinləyicilərə – digər  şagirdlərə ünvanladığı sualların hansı  məzmunda 
olması  da  vacibdir.  Bu  suallar  əksər hallarda məzmunun xatırladılma-
sını  tələb edir. Suallara verilən cavabların müzakirə edilməsi, daha 
dolğun cavabın formalaşdırılması ön plana çəkilir. 
Vaqif obrazının təhlili üzərində ayrıca dayanılır. Vaqif – İbrahim 
xan, Vaqif – Vidadi, Vaqif – Qacar, Vaqif – Eldar, Vaqif – Xuraman və 
digər xətlərin aydınlaşdırılması bu obraz barədə  təsəvvürün dolğun 
şəkil almasına  əhəmiyyətli təsir edir. Bu qayda üzrə aparılan iş pro-
sesində  dərslikdəki mətni hansı  məzmunda  əlavələrlə  zənginləşdirmə-
yin və tamamlamağın lazım olduğu müəyyənləşdirilir və  bəndlər  şək-
lində qeyd edilir.  
Nəticənin çıxarılması 
və ümumiləşdirmənin aparılması 
mərhələsinin səmərəliliyi müəllimin istiqamətləndirici suallarından 
əhəmiyyətli dərəcədə asılıdır. Bu mərhələdə şagirdlərdə belə bir qənaət 
möhkəmlənir ki, Vaqifə güc, qüdrət, yenilməzlik verən xalqla bağlılığı, 
ona arxalanmasıdır. O, kəndliləri, çoban Eldarı özünə doğma, yaxın 
insanlar bilir, elin-obanın abadlaşmasına, firavanlığına səy göstərir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzu: Rəsul Rzanın həyatı, yaradıcılıq yolu – saat 
Standartlar 
Təlim nəticələri 
2.1.2. Dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla əsaslandırır.  
Şeirin dil və üslub 
xüsusiyyətlərinə istinad edərək 
yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla 
əsaslandırır. 
2.2.1. Müzakirələrdə mövzuya, prob-
lemə, yazıçının mövqeyinə tənqidi 
münasibətini əsaslandırır, dinlə-
yicilərin rəyini nəzərə alır, mimika və 
jestlərdən məqsədyönlü istifadə edir. 
Müzakirələrdə mövzuya, proble-
mə  tənqidi münasibətini  əsaslan-
dırır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məqsəd-
yönlü istifadə edir.  
 
 
 


 124
Dərsin gedişi
 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müəyyənləşdirilərkən, 
ilk növbədə, mənbələrdən necə istifadə olunduğu, hansı məzmunda mə-
lumatın  əldə edildiyi aşkara çıxarılır. Bu, bütün mətnkənarı suallar 
üzrə izlənilir və zəruri düzəlişlərin aparılmasına vaxt ayrılır.  
Ev tapşırığına daxil edilmiş sualların (İbrahim xan və Ağa Məhəm-
məd şah Qacarla bağlı tarixi faktlar pyesdəki təsvirlərlə səsləşirmi? Fər-
qin səbəbini necə izah edərsiniz? Pyesdə qoyulmuş başlıca problemlər 
hansılardır? Onların bədii həlli necə verilmişdir? və s.) nümunələr  əsa-
sında izahına diqqət yetirilir. 
Müəllimin bütün hallarda qiymətləndirmə meyarlarına müraciət 
etməsi məqsədəuyğundur.  
 Motivasiya, problemin qoyuluşu. Şagirdlərin R.Rza haqqında bildik-
lərini xatırlatmaqla müzakirə  təşkil edən müəllim rəmzi materiallardan 
istifadə yolunu seçə bilər. R.Rza haqqında görkəmli  şəxsiyyətlərin söz-
lərindən nümunələr söyləməklə  şagirdlərdə  şairin həyat və yaradıcılığına 
maraq oyadan müəllim sonda tədqiqat sualını formalaşdırır. 
Tədqiqat sualı:  R.Rzanın həyatı  və yaradıcılığı üçün önəmli mə-
qamlar hansılardır? 
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Araşdırmaya dərslikdəki materialın oxusu ilə başlanılır. Bu, fərqli 
yollarla həyata keçirilə bilər. Dərslikdə  təklif edilmiş  aşağıdakı qayda şa-
girdlərin daha diqqətli olmasını, mətnə tənqidi yanaşmalarını təmin edir. 

 Mətni fərdi olaraq bütövlükdə  nəzərdən keçirin. Abzasların başlan-
ğıcına və sonuna, fərqləndirilmiş söz və cümlələrə xüsusi diqqət yetirin. 

 Mətnin məzmunu ilə bağlı fikrinizdə yaranan sualları dəftərinizdə, 
yaxud iş  vərəqində yazın. Sual tərtib etməkdə  çətinlik çəksəniz, 
yenidən mətnə müraciət edin 

 Yazdığınız suallara cavab hazırlayın, bu zaman qısa qeydlər etməyi-
niz faydalıdır. Mətndə birbaşa sualla bağlı yerləri (söz, cümlə, ab-
zas) silinməsi mümkün olan işarə ilə fərqləndirin. 

 Suallara hazırladığınız cavabları  mətnə baxmadan parta yoldaşı-
nıza danışın. Unutduğunuz yerləri danışdığınız məqamda təkrar edə 
bilərsiniz. 

 Gəldiyiniz nəticələri və öyrəndiklərinizə daha nələri əlavə etməyin vacib 
olduğunu təqdimatlar əsasında müzakirə edib bəndlər şəklində yazın. 
Dərsdə ən mühüm məqam oxunun nəticələrinin müzakirə edilməsidir. 
Hər bir şagirdin mənimsədiyi məlumata, gəldiyi müstəqil nəticəyə müza-
kirədə münasibət bildirilir. Vaxtdan qənaətlə istifadə edilməsi R.Rzanın 
lirikası üçün səciyyəvi olan “Mən torpağam” şeirinin ixtisar olunmuş mət-
ninin (dərsə bir neçə gün qalmış şagirdlərə çatdırılması məqsədəuyğundur) 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə