Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə44/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

 119
–  müəyyənləşdirilmiş cütlər oxuyanlara mətnlə bağlı suallar verir. 
Cavablar cütləri qane etməsə, digər  şagirdlərin cavabları dinlə-
nilir, bu, ortaq məxrəcə gəlincəyə qədər davam edir; 
–  cütlər və mətni oxuyanlar əvəzlənməklə sonrakı səhifələrin oxusu 
da bu qayda ilə davam etdirilir; 
–  nəzərdə tutulan parçanın oxusu başa çatdıqdan sonra seçilmiş 
hissələrin məzmununu bir neçə şagird yığcam nağıl edir. 
Rollar üzrə oxunun səmərəli keçməsi, tanış olmayan söz və ifadələ-
rin aydınlaşdırılması, cütlərin verdiyi sualların məzmunu və s. məsələ-
lərə diqqət yetirilir. Unudulmamalıdır ki, mətnaltı  mənaların açıqlan-
ması, məzmunun  əhatəli qavranılması, obrazların xarakteri barədə il-
kin təsəvvürün qazanılması oxu prosesində  həyata keçirilməli olan 
vəzifələrdir.  
Oxunun səmərəli keçirilməsi  şagirdlərə  təklif olunmuş digər 
tapşırığın  (Əsərdən oxuduğunuz parça hansı milli-mənəvi dəyərlər 
barədə danışmağa imkan verir?) yerinə yetirilməsinə imkan yaradır. 
Əsər ailə münasibətləri, xeyirxahlıq, yaxşılıq, övlad borcu və s. milli-
mənəvi dəyərlər barədə geniş danışmağa  əsas verir. İstər oxu zamanı, 
istərsə  də sonrakı  mərhələlərdə istiqamətləndirici suallardan istifadə 
etməklə diqqətin bu cəhətə yönləndirilməsi vacibdir. 
Əsərdən parçanın oxusu başa çatdırıldıqdan sonra ondan seçilmiş 
hissənin məzmununun yığcam nağıl edilməsinə hazırlıq üçün vaxt 
ayrılır. Şagirdlərin bu məqsədlə plan tərtib etmələri məqsədəuyğundur. 
Nağıletmələrə  şagirdlərin münasibət bildirmələrinə, yığcam diskus-
siyaya imkan yaradılır. 
Aparılan işə (nəticənin çıxarılması  məzmunun öyrənilməsi başa 
çatdıqdan sonra – ikinci dərsdə  həyata keçirilir) müəllimin 
istiqamətləndirici sualları əsasında yekun vurulur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 


 120
Mövzu: S.Vurğun. Vaqif – 3 saat
 
İkinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.3. Mürəkkəb süjetli və kompozisi-
yalı bədii nümunələrdə əhvalat və ha-
disələr arasındakı səbəb-nəticə əlaqələ-
rini müəyyənləşdirir, mətni hissələrə 
ayırır, plan tərtib edir, məzmununu 
müxtəlif formalarda (geniş, yığcam, 
yaradıcı) nağıl edir. 
Dramda mühüm əhvalat və hadisə-
lərin arasındakı səbəb-nəticə əlaqə-
lərini müəyyənləşdirir, seçdiyi 
hissənin məzmununu hazırladığı 
plan əsasında yığcam və geniş nağıl 
edir. 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan əsərlərdə (poema, hekayə, povest, 
roman, dram, komediya, faciə)  əksini 
tapan mühüm milli-mənəvi, bəşəri 
dəyərlərə  əsaslandırılmış münasibət 
bildirir. 
 
Dramda əksini tapmış mühüm 
milli-mənəvi dəyərləri 
müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin müəyyənləşdirilməsi 
məzmun üzrə işin davamı kimi özünü göstərir. Kiçik qruplarda birləşən 
şagirdlər  əsərin yeddinci və  səkkizinci  şəkillərində  əksini tapmış 
mühüm məsələlər, tanış olmayan söz və  məcazlarla bağlı  qənaətlərini 
bölüşür və ümumiləşdirmə aparırlar. Bu şəkillərin məzmununun 
hərtərəfli qavranılması müzakirədə  əhatə edilməsi nəzərdə tutulmuş 
aşağıdakı suallara dolğun cavabların verilməsinə səbəb olur: 
 
–  Qacarın Qarabağa münasibəti barədə sizdə hansı  təsəvvür 
yarandı? 
–  Qacar haqqında ilkin təəssüratınız nə oldu? 
–  Qarabağda ona münasibət necədir? Fikrinizi təsdiq edən 
nümunələr göstərin. 
–   Vaqif – Qacar qarşılaşması sizdə hansı təəssürat yaratdı? 
–   Bu  qarşılaşma hansı milli-mənəvi dəyərlər barədə danışmağa 
imkan verir?  
Qarabağa və qarabağlılara divan tutan, şəhər və  kəndləri odlara 
yaxan Qacar haqqında  şagirdlərdə aydın təsəvvürün yaranmasına 
imkan yaradılır. Elini-obasını sevən, vətənini müdafiə etməyə çalışan 
sadə  insanlarda  bu  işğalçı hökmdara dərin nifrət var. Lakin onu 
qarşılamağa çıxan şeyx kimi satqınlar da yox deyildir. 
Əsərin  ən gərgin səhnələrindən olan Vaqif − Qacar qarşılaşması isə 
vətənə, doğma xalqa, ana dilinə sonsuz məhəbbət, xeyirxahlıq, sədaqət, 
birlik kimi milli-mənəvi dəyərləri nümayiş etdirir. 


 121
Müəllimin istiqamətləndirici sualları bütün bunların mahiyyətinin 
əhatəli açıqlanmasına əhəmiyyətli təsir edir. 
Dərsdə vaxtdan qənaətlə istifadə edilməsi növbəti tapşırığın  (Oxu-
duğunuz hissədən seçdiyiniz parçanın məzmununu hazırladığınız plan 
əsasında yığcam nağıl etməyə hazırlaşın)  icrasına imkan yaradır. 
Seçilmiş hissənin ideyanın aydınlaşdırılması, obrazların xarakter və 
əməllərinin başa düşülməsi, hadisələrin səbəb-nəticə  əlaqələrinin 
müəyyənləşdirilməsi üçün səciyyəvi olmasına səy göstərilir. 
Təqdimatların dinlənilməsində bu məsələlərə xüsusi diqqət yetirilir. 
Nəticənin çıxarılması və ümumiləşdirmənin aparılması müəllimin 
istiqamətləndirici sualları  əsasında həyata keçirilir. Şagirdlərdə belə 
bir qənaət möhkəmlənir ki, vətənini, xalqını  dərin məhəbbətlə sevən 
həqiqi sənətkar qarşılaşdığı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, 
mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinin daşıyıcısı  və 
müdafiəçisi olur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır 
 
 
Mövzu: S.Vurğun. Vaqif – 3 saat
 
Üçüncü saat: Təhlil üzrə iş
 
Standartlar 
Təlim nəticələri 
1.2.1.  Müxtəlif vəznli (heca, əruz, 
sərbəst)  şeirləri və süjetli əsərləri 
(poema, hekayə, povest, roman, dram, 
komediya, faciə) kompozisiya, dil, 
üslub baxımından təhlil edir. 
Dramı kompozisiya, dil, üslub 
baxımından təhlil edir.
 
1.2.3. Müxtəlif vəznli (heca, əruz, 
sərbəst)  şeirlərdə, süjetli bədii nümu-
nələrdə  bədii təsvir və ifadə vasitələ-
rinin obrazlılığın təmin edilməsindəki 
roluna  əsaslandırılmış münasibət bil-
dirir. 
Dramda məcazların obrazlılığın ya-
radılmasındakı roluna əsaslandırıl-
mış münasibət bildirir. 
1.2.4.  Bədii nümunələrin mövzusuna
ideyasına, başlıca probleminə, konflik-
tinə dövrün ictimai-siyasi, mənəvi də-
yərləri kontekstindən çıxış etməklə 
münasibət bildirir və qiymətləndirir. 
Dramın mövzusuna,  ideyasına, 
başlıca probleminə, konfliktinə 
dövrün ictimai-siyasi, mənəvi də-
yərləri kontekstindən çıxış etməklə 
münasibət bildirir və qiymətlən-
dirir. 
  


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə