Microsoft Word ?d?b -11 mmv-capa doc


söylənilən mülahizələr nəticə



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə52/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

 144
Diskussiya zamanı söylənilən mülahizələr nəticə və ümumiləşdirmə 
mərhələsində ümumiləşdirilir, qoyulmuş problemlə bağlı müəyyən 
qənaət hasil edilir.  
Müzakirənin sonunda BİBÖ cədvəlinin “Öyrəndik” sütununda 
qeydlər aparılır. Şagirdlərdə icmal mövzusu üzrə sinifdə öyrəndiklərinə 
müstəqil tədqiqat zamanı  nələri  əlavə edəcəkləri ilə bağlı tövsiyələr 
verilir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzuİlyas Əfəndiyevin həyatı, yaradıcılıq yolu – 1 saat 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara 
əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və 
obrazlı ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini  əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının  (1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən 
topladığınız məlumat  əsasında zənginləşdirin və tamamlayın. 2. Araş-
dırma apararkən aşağıdakı sualların cavablarını geniş  əhatə edin: a) 
60-cı illərdə yaranan ədəbiyyatımız hansı xüsusiyyətləri ilə fərqlənir? b) 
Hansı sənətkarların yaradıcılığında həyatdakı müsbət meyillərin tədqiq 
edilməsindən çox, həyat həqiqətlərinin göstərilməsinə üstünlük verilmiş-
dir?) yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzaki-
rəsi  əsasında müəyyənləşdirilə bilər. Seçmə yolla dinlənilən təqdimat-
larda şagirdlərin mövzu ilə bağlı əlavə mənbələrdən istifadə bacarığına, 
mülahizələrin əsaslandırılmasına xüsusi diqqət yetirilir. Eyni zamanda 
söylənilən mülahizələrə münasibət bildirilir, tövsiyələr verilir. BİBÖ 
cədvəlində müvafiq qeydlər aparılır. 
Motivasiya  yaradılarkən  şagirdlərin mövzu ilə bağlı mövcud bilik-
ləri aşkara çıxarılır. Bunun üçün, ilk növbədə, dərslikdəki tapşırığın 
(İlyas Əfəndiyev barədə bildiklərinizi yada salıb yığcam müzakirə apa-
rın) yerinə yetirilməsinə vaxt ayrılır.  


 145
Motivasiyanın digər variantı  İlyas  Əfəndiyevin anadan olmasının 
100 illik yubiley gecəsinin video çəkilişindən bir parçanın nümayiş 
etdirilməsi 
(https://www.youtube.com/watch?v=S-umNvGZ_tQ) 
və 
fikir mübadiləsi aparılmasıdır.  
Müzakirə zamanı şagirdlərin İlyas Əfəndiyevin əvvəlki siniflərdə öy-
rəndikləri  əsərləri ilə bağlı mülahizələri dinlənilir, müzakirə aparılır. 
Qazanılmış biliklərə  əsaslanmaqla  şagirdlərin fəal iştirakı ilə  tədqiqat 
sualı  müəyyənləşdirilir:  İlyas  Əfəndiyevin həyat və yaradıcılıq yolunda 
hansı amillər bir sənətkar kimi böyük uğur qazanmasına səbəb olmuşdur? 
Mətn üzrə  iş zamanı  mətnkənarı sualların sayı  qədər kiçik qruplar 
yaradılır. Dərslikdəki mətnkənarı sualların və onların aydınlaşdırıl-
masına istiqamət verən cavabların oxusu ilə araşdırmaya başlanılır. 
Qruplar onlara təklif edilmiş sualın cavabı ilə tanış olduqdan sonra aşa-
ğıdakı işləri yerinə yetirirlər: 
a)  İlk mətnkənarı sualın cavabını  əhatə edən mətni qrupun üzvü 
ucadan və aydın şəkildə oxuyur. 
b)  Mətndəki əsas fikirləri ümumiləşdirərək bir neçə cümlə ilə ifadə 
edir. 
c)  Mətnə aid bir neçə sual verir. Cavablandırmada qrup üzvləri ilə 
yanaşı, bütün sinif iştirak edir. 
d)  Səthi qavranılmış çətin məqamlara aydınlıq gətirməyə çalışır. 
e)  Mətnə daha nələri  əlavə etməyin lazım olduğu barədə fikrini 
bildirir.  
Sonrakı  mətnkənarı sualların cavablarını da digər qrupların  şagird-
ləri bu qayda ilə oxuduqdan sonra kiçik qrupların təqdimatları əsasında 
fikir mübadiləsi və müzakirə aparılır. 
Təqdimatların müzakirəsi zamanı müəllim birinci sualla bağlı şagird-
lərin  ədibin kənddə müəllimlik fəaliyyəti, ali təhsil almaq həvəsi,  ədəbi 
yaradıcılığa böyük maraq göstərməsi kimi faktlara münasibət bildirmə-
sinə diqqət yetirir. Şagirdlərə aydın olmalıdır ki, İ.Əfəndiyev hələ uşaq-
lıq, gənclik illərindən qarşısına böyük məqsədlər qoymuş, bu məqsədə 
çatmaq üçün səylə çalışmışdır. Bakı  ədəbi mühiti, ədəbi jurnallarla sıx 
əməkdaşlıq, həyat hadisələrinin canlı müşahidəsi ədibə böyük oxucu rəğ-
bəti qazandıran hekayə, povest və romanlar yazmaq imkanı vermişdir. 
“Yazıçının nəsr  əsərləri hansı özəllikləri ilə seçilir?” sualı ilə bağlı 
müzakirə zamanı Azərbaycan nəsrinin aktual mövzular, yaddaqalan 
bədii obrazlar, dil-üslub vasitələri ilə  zənginləşməsində  İ.Əfəndiyevin 
rolu dəyərləndirilməlidir.  Ədəbiyyatımızda sənətkarın lirik-psixoloji 
üslubunun özünəməxsusluğu nəsr əsərlərindən nümunələr gətirilməklə 
əsaslandırılır. Ədibin nəsr əsərləri üçün yeni insanın, onun daxili aləmi-
nin təsviri, həyati konfliktlər, mənəvi təmizlik problemi, zəngin bədii 
təsvir və ifadə vasitələrindən məharətlə istifadənin səciyyəvi olduğu 
qeyd edilir. 
“Ədibin dram əsərləri hansı  cəhətləri ilə seçilir?” sualı ilə  əlaqədar 
müzakirədə  sənətkarın Azərbaycan teatrının inkişafında böyük rolu 
olduğu qeyd edilməlidir.  İ.Əfəndiyevin dram əsərlərinin fəal həyat 
mövqeyi tutan, saf mənəviyyatlı  qəhrəmanları  cəmiyyətin inkişafına 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə