135
vaxta qənaət baxımından məqsədəuyğundur. Kiçik qruplara dərslikdəki
digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı tövsiyələr verilir.
Təqdimat zamanı tədqiqatçıların dərslikdəki fikirlərinə əsaslandırıl-
mış münasibət bildirilməsinin zəruriliyi şagirdlərə xatırladılır
Kiçik qrupların araşdırmasına ayrılan vaxt başa çatdıqdan sonra
təqdimatların mübadiləsi və müzakirəsi aparılır. Bu mərhələdə müəlli-
min üzərinə ciddi vəzifə düşür. O, hər sualla bağlı mənbələrdən hansı
məlumatların əldə edilməsinin əhəmiyyətli olması barədə şagirdlərdə
aydın təsəvvür yaratmağa çalışır. Birinci sualla (Mir Cəlalın yaradıcı-
lığında aldığı təhsilin və Gəncə ədəbi mühitinin hansı rolu olmuşdur?)
bağlı mənbələrdən istifadə edən şagirdlər ədibin Gəncə Darülmüəl-
liminə daxil olmasını, orada tələbə təşkilatının, sonra isə şəhər tələbə
həmkarlar təşkilatının sədri kimi fəaliyyətini, Gədəbəydə, Gəncədə
müəllimlik etməsini onun dünyagörüşünün formalaşmasında mühüm
amil kimi dəyərləndirirlər. "Sağlam yollarda" adlı ilk kitabının
meydana gəlməsində həmin dövrdə topladığı həyat təcrübəsinin, ədəbi
axtarışların böyük rolu olduğu qeyd edilir. Bildirilir ki, bu dövrdə o,
şifahi ədəbiyyatı, klassik və müasir bədii nəsri dərindən öyrənmiş,
bunlar, eləcə də həyati müşahidələri gələcək hekayə və romanları üçün
təməl olmuşdur.
Mir Cəlalın hekayə və roman yaradıcılığı ilə bağlı sualların
müzakirəsi zamanı diqqət mətndəki mülahizələrə münasibətlə bərabər,
əlavə mənbələrdən istifadə yolu ilə əldə edilən biliklərin müzakirəsinə
yönəldilir. Müzakirə zamanı qeyd edilir ki, Mir Cəlalın bədii
yaradıcılığında hekayə və roman janrlarında əsərlər mühüm yer tutur.
Onun hekayələr üçün gerçəkliyə obyektiv münasibət, həyat
həqiqətlərinin bədii əksi, tənqidi ruh, cəmiyyətdə, insan mənəviyyatı və
davranışındakı nöqsanların tənqidi, yumorlu və satirik bədii gülüş,
komizm, yığcamlıq, təbiilik səciyyəvidir. Mir Cəlal yüksək sənətkarlıq
nümunəsi olan romanlarında da insanları düşündürən həyati
problemləri, mənəvi-əxlaqi və ictimai-sosial məsələləri əks etdirmişdir.
Ədibin elmi yaradıcılığına dair üçüncü sualla bağlı qeyd edilir ki, o,
sovet dövrü ədəbiyyatımızın inkişaf yoluna, bədii axtarışlarına,
realizm, xəlqilik və s. ədəbi-nəzəri problemlərinə həsr olunmuş dəyərli
elmi əsərlərin müəllifidir.
Müəllimin sualları
əsasında fikir mübadiləsində
nəticənin
çıxarılması, ümumiləşdirmənin aparılması üçün zəmin yaradılır.
Şagirdlərdə belə qənaət yaradılır ki, böyük sənətkar, alim Mir Cəlalın
bədii, elmi irsi zəngin və çoxcəhətlidir. Ədibin yüksək sənətkarlıq
nümunəsi olan hekayə və romanları öz ideya-bədii dəyərini, mövzu-
problem aktuallığını, sosial kəsərini bu gün də qoruyub saxlamaqdadır.
136
Klassik və müasir ədəbiyyatımızın tədqiqi ilə o, ədəbiyyatşünaslıq
elmimizi zənginləşdirmiş, inkişaf etdirmişdir.
BİBÖ cədvəlində “Öyrəndik” sütununda qeydlər aparılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır.
Mövzu: Mir Cəlal. Açıq kitab (ixtisarla) – 3 saat
Birinci saat: Məzmun üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.4. Müxtəlif ədəbi növ və janrda
olan əsərlərdə (poema, hekayə, povest,
roman, dram, komediya, faciə) əksini
tapan mühüm milli-mənəvi, bəşəri
dəyərlərə əsaslandırılmış münasibət
bildirir.
Romanda əksini tapmış mühüm
milli-mənəvi, bəşəri dəyərləri
müəyyənləşdirir.
2.1.1. Müxtəlif mənbələrdən topladığı
materiallara əsaslanmaqla təqdimat və
çıxışlarında bədii-emosional və obrazlı ifa-
dələrdən istifadə edir.
Mənbələrə əsaslanmaqla mövzu,
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir.
2.2.1. Müzakirələrdə mövzuya,
problemə, yazıçının mövqeyinə
tənqidi münasibətini əsaslandırır,
dinləyicilərin rəyini nəzərə alır,
mimika və jestlərdən məqsədyönlü
istifadə edir.
Mövzuya, problemə münasibətini
əsaslandırır, dinləyicilərin rəyini
nəzərə alır, mimika və jestlərdən
məqsədyönlü istifadə edir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla aşkara
çıxarıla bilər. Təqdimatların seçmə yolla dinlənilməsi və müzakirəsi
daha məqsədəuyğundur. Bütün hallarda şagirdlərin mənbələrdən necə
bəhrələndikləri, dərslikdəki məlumatlarla necə əlaqələndirdikləri diq-
qət mərkəzində saxlanılır. Bu prosesdə müəllimin müvafiq qiymət-
ləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu mərhələsini fərqli məzmunda təş-
kil etmək mümkündür. “Haqq nazilər, üzülməz”, “Haqq əli bikar
qalmaz, gec kəsər, karlı kəsər” kimi atalar sözlərindən istifadə yolu ilə
motivasiya yaratmağı qarşısına məqsəd qoyan müəllim şagirdlərə öz
fikirlərini söyləməyi təklif edir. “Oxuya hazırlaşın” başlığı altında
verilmiş sual üzrə (“Qarşısına çıxan çətinliklərə baxmayaraq, tutduğu
137
düz yoldan geri çəkilməyən, haqsızlığa qarşı mübarizədə qalib gələn
insanlar haqqında eşitmisinizmi?) müzakirə aparılır.
Motivasiyanın digər variantı Mir Cəlal haqqında “Üç zirvənin fa-
tehi” filmindən (https://www.youtube. com/watch?v =u9DC5AF2sxg)
bir epizodun nümayiş etdirilməsi və fikir mübadiləsi aparılmasıdır.
Müzakirənin sonunda tədqiqat sualı formalaşdırılır.
Tədqiqat sualı: İnsanın öz xoşbəxtliyini başqasının bədbəxtliyi
üzərində qurmaq istəyi nə ilə nəticələnər?
Fərziyyələr dinlənilir və qeyd edilir.
Romanın ixtisarla verilmiş birinci hissəsinin oxusu ilə tədqiqata
başlanılır. Oxunu fərqli formalarda həyata keçirmək mümkündür.
Şagirdlərin marağı nəzərə alınaraq fərdi oxunun tətbiqi faydalıdır.
Oxuda tanış olmayan sözlərin mənası və məcazlar müəyyənləşdirilir.
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda
parçaların məzmunu ilə bağlı fikir mübadiləsi aparır, sual və tapşı-
rıqlar əsasında təqdimat hazırlayırlar.
Əsərdən verilmiş birinci hissəni oxuyan şagirdlər kiçik qruplarda
mənasını aydınlaşdırdıqları sözlərin alınma, yaxud dilimizə aid oldu-
ğunu əsaslandırır, seçdikləri məcazların növünü dəqiqləşdirirlər. Oxun-
muş hissədə diqqəti daha çox cəlb edən məsələlər ikihissəli gündəlikdə
qeyd edilir. Təqdimatlarda aşağıdakı suallara cavabların əks olunması-
na diqqət yetirilir:
a) Ata ilə oğulun gözlənilməz görüşü sizdə necə təəssürat yaratdı?
b) Sadıq kişi oğlunun institutdan qovulması xəbərini necə qarşıladı?
c) Vahidin institutdan çıxarılmasına Gəldiyev necə nail oldu? Onun
nitqində, davranışında diqqətinizi daha çox çəkən nədir?
d) Vahidin bayram nümayişində iştirakı Gəldiyevə hansı imkanı
yaratdı?
e) Vahidin instituta bərpa olunması necə mümkün oldu?
f) Oxuduğunuz hissə hansı mənəvi dəyərlər barədə danışmağa imkan
verir?
Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar əsasında məlu-
mat mübadiləsi və müzakirə aparılır. Müəllim istiqamətləndirici sual-
lardan istifadə etməklə təqdimatların fəal dinlənilməsinə, müzakirənin
səmərəli keçməsinə nail olur. Əsərin məzmunu üzrə söhbət zamanı
oxunmuş hissədə öz əksini tapmış milli-mənəvi dəyərlər barədə
fikirlərin aydınlaşdırılması diqqətdə saxlanılır. Şagirdlər əsərdə
Vahidin ailəsinin timsalında böyüyə hörmət, sadəlik, təvazökarlıq,
haqqa, ədalətə inam, ləyaqət kimi mənəvi dəyərlərdən söz açır,
fikirlərini nümunələrlə əsaslandırırlar.
Dostları ilə paylaş: |