Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə48/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   44   45   46   47   48   49   50   51   ...   71

 131
saldırırdı. Özü də fəһlələrə qoşulub daş daşıyır, һamını һəvəsləndirirdi. Mən 
kənarda, skamyada oturub, bir xeyli onlara tamaşa elədim.  
Asəf Kərimov  əlinin palçığını  təmizləyəndə  mən fürsətdən istifadə 
eləyib ona yanaşdım, salam verdim. Onun düşüncəli baxan sakit ala 
gözlərində meһriban bir ata nəvazişi vardı. Mən çinar əһvalatını soruşdum. 
O dedi:  
– Qızım,  һəmin çinarlar yavaş-yavaş quruyur... Yaxşı olmazmı ki, 
şəһərimizin yaraşığı pozulmasın, һər tərəf yaşıllıq olsun.  
Mən ondan ayrılıb evə gəldim. Əһvalatı anama danışdım. Anam mənim 
etirazımın faydasız olduğunu söylədi. Bir neçə gündən sonra fəһlələr bizim 
də küçəmizdə göründülər. Çinarlardan birini qazdılar. Budaqlarını doğrayıb 
maşınlara doldurdular, һara isə apardılar. Yerində söyüd ağacı  əkdilər. 
Küçənin bir yanı sanki xarabaya döndü. Anamın da, mənim də ürəyimdən 
qara qanlar gedirdi. Sabaһ da, biri gündə bizim də çinara növbə yetişəcəkdi. 
Xan çinarımızın yıxılmağı mənə böyük dərd oldu. Dörd evin üstünə kölgə 
salan bir nəһəngin yerində söyüd çubuğu... Bundan da ağır bir dərd 
olardımı? Aylar keçdi. Yaz açıldı. Söyüd ağaclarından bir neçəsi göyərdi, 
amma çox keçməmiş һamısı quruyub sıradan çıxdı. 
O günün sabaһısı Fazil əmi bizə təzə bir xəbər söylədi:  
– Qızım, Zərifə, bu il küçənizdə yenə çinar əkəcəklər.  
Doğrudan da, əkdilər. Tamaşaya çıxan çox idi. Asəf Kərimov özü də 
fəһlələrin arasında dayanıb  һər  şeyə diqqət yetirir, təzəcə  gətirilmiş 
ağacların kökünü bircə-bircə yoxlayırdı... Yazın oğlan çağında, səһər işə 
gedəndə, axşam evə qayıdanda cavan çinara gözümü zilləyib baxır, ilk 
yarpaqların açılmağını  səbirsizliklə gözləyirdim. Nəһayət, bir səһər 
evimizin qabağında, xan çinarımızın yerində  əkilmiş  ağaclarda açıq-yaşıla 
çalan zərif yarpaqlar gördüm. Gözlərim doldu. Yolda Fazil əmiyə rast 
gəldim. O, az qala məndən muştuluq istəyəcəkdi.  
– Görmüşəm, – dedim. – Ancaq o böyüyənə kimi bizimki bizə dəyəcək. 
Gözləməkdən gözümün kökü saralacaq. 
 Fazil əmi dedi:  
Qəm yemə, qızım. Ata-babalarımız da belə cavanını əkiblər, yüz il, iki 
yüz il keçib, böyüyə-böyüyə axırda o boyda olub... Qoy bizdən sonra gələn 
nəsillər də bizə rəһmət oxusunlar. 
Artıq mən inanırdım ki, bir zaman çinarlar һər yana qol-budaq atıb, 
əvvəlkindən də gözəl olacaq, bizdən sonra gələn nəsillər onun kölgəsində 
raһat nəfəs aldıqca, bizi anacaqlar... 
 
 
 
 


 132
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN  
SUAL VƏ TAPŞIRIQLAR 
 
1. Əsəri hissələrə ayırın, birinin məzmununa aid plan tərtib edin. 
_____________________________________________________________ 
_____________________________________________________________
_____________________________________________________________  
 
2. Əsərdə hansı mənəvi dəyərlər öz əksini tapmışdır? 
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________  
 
3. Mətndə işlədilmiş bədii təsvir və ifadə vasitələrini və onların növünü 
müəyyənləşdirib cədvəldə qeyd edin. 
 
Bədii təsvir və ifadə vasitələrinə 
aid nümunələr 
Onların növü 
 
 
 
4. Əsərin mövzusunu, orada qoyulmuş problemi müəyyənləşdirin. 
Əsərin mövzusu 
Əsərdə qoyulmuş problem  
 
 
 
5. Xarakter və əməllərinə əsaslanmaqla əsərin qəhrəmanını – Zərifə surətini 
səciyyələndirin. 
 
      Xarakteri 
        Əməlləri Ona 
münasibətiniz 
 
 
 
 
6. Xarakter və əməllərinə əsaslanmaqla Asəf Kərimov surətini 
səciyyələndirin. 
      Xarakteri 
          Əməlləri Ona 
münasibətiniz 
 
 
 
 
7. Fikrin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu 
izah edin. 
Bədii təsvir və ifadə vasitələri  
Fikrin təsir gücünün artmasında rolu 
 
 
 


 133
8. Əsərin sonuncu abzasının məzmununu əlavələrlə genişləndirib yazın. 
_____________________________________________________________ 
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________ 
 
9. Əsərin mövzusunu, ideyasını, qoyulmuş problemi müəyyənləşdirib qısaca 
yazın. 
 
Mövzu_______________________________________________________ 
_____________________________________________________________ 
 
İdeya 
_____________________________________________________________
_____________________________________________________________ 
 
Problem______________________________________________________ 
_____________________________________________________________ 
 
10. Əsər sizdə hansı hislər, düşüncələr yaratdı?  
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________
____________________________________________________________ 


 134
Mövzu: Mir Cəlalın həyatı, yaradıcılıq yolu – 1 saat 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslan-
maqla təqdimat və çıxışlarında bə-
dii-emosional və obrazlı ifadələrdən 
istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, prob-
lemlə bağlı çıxışlarında bədii-emosional 
ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini  əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
Mövzuya, problemə münasibətini  əsas-
landırır, dinləyicilərin rəyini nəzərə alır, 
mimika və jestlərdən məqsədyönlü isti-
fadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının  (1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən 
topladığınız məlumat  əsasında zənginləşdirin və tamamlayın. Yazılı 
qeydlər  əsasında  şifahi təqdimata hazırlaşın. 2. Mövzulardan birini 
seçib işləyin: a) “Mikayıl Müşfiq obrazının təhlili” mövzusunda yığcam 
inşa yazın);  b) “Poemadan hansı  təəssüratla ayrıldım” mövzusunda 
yığcam esse yazın.) yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənil-
məsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər.  
Motivasiya  yaradılarkən, ilk növbədə,  şagirdlərin mövzu ilə bağlı 
mövcud bilikləri aşkara çıxarılır. Bunun üçün, ilk növbədə, dərslikdəki 
tapşırığın  (Mir Cəlalın həyat və yaradıcılığı ilə bağlı  nə bilirsiniz? 
Ədəbiyyat dərslərində öyrəndiklərinizi yada salıb yığcam müzakirə 
aparın. BİBÖ cədvəlinin “Bilirik” və “Bilmək istəyirik” sütunlarında 
müvafiq qeydlər edin) yerinə yetirilməsinə vaxt ayrılır. Motivasiyanın 
digər variantı Mir Cəlal haqqında “Üç zirvənin fatehi”  filmindən 
(https://www.youtube. com/watch?v =u9DC5AF2sxg)  bir epizodun nü-
mayiş etdirilməsi və fikir mübadiləsi aparılmasıdır.  
Müzakirə zamanı  şagirdlərin Mir Cəlalın  əvvəlki siniflərdə öyrən-
dikləri “Bahar” (“Bir gəncin manifesti”ndən), “Vətən yaraları” əsərləri 
ilə bağlı mülahizələri dinlənilir, müzakirə aparılır. Qazanılmış bi-
liklərin təkrarı  əsasında,  şagirdlərin fəal iştirakı ilə  tədqiqat sualı 
müəyyənləşdirilir:  Mir Cəlalın  həyatı, yaradıcılıq yolunda hansı  mə-
qamlar diqqəti daha çox cəlb edir? 
Dərslikdəki mətnkənarı sualların və onların aydınlaşdırılmasına 
istiqamət verən cavabların oxusu ilə araşdırmaya başlanılır. Mətnin 
oxusunu fərqli formalarda (fərdi, cütlük şəklində) həyata keçirmək 
mümkündür. Kiçik qruplar yaratmaq, hər qrupa bir sual həvalə etmək 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə