Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə50/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   46   47   48   49   50   51   52   53   ...   71

 138
Oxu ilə bağlı aparılmış  işə yekun (əsərin məzmunu bütövlükdə öy-
rənildikdən sonra – ikinci dərs saatında nəticənin çıxarılması, 
ümumiləşdirmənin aparılması həyata keçirilir) vurulur. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzu: Mir Cəlal. Açıq kitab (ixtisarla) – 3 saat 
İkinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan əsərlərdə (poema, hekayə, povest, 
roman, dram, komediya, faciə)  əksini 
tapan mühüm milli-mənəvi, bəşəri 
dəyərlərə  əsaslandırılmış münasibət 
bildirir.  
Romanda əksini tapmış mühüm 
milli-mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
2.1.1. Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və obrazlı 
ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini  əsaslandırır, 
dinləyicilərin rəyini nəzərə alır, 
mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini 
nəzərə alır, mimika və jestlərdən 
məqsədyönlü istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi yığcam müsahibə ilə 
aşkara çıxarılır. Romandan ixtisarla verilmiş parçaların məzmununun 
hansı səviyyədə qavranıldığı müəyyənləşdirilir.  
Dərslikdə verilmiş tapşırıqlar  (1. Mənasını aydınlaşdırdığınız 
sözlərin alınma, yaxud dilimizə aid olduğunu əsaslandırın. 2. Seçdiyiniz 
məcazların növünü dəqiqləşdirin. 3. Oxuduğunuz ikinci hissədə 
diqqətinizi daha çox cəlb edən məsələləri ikihissəli gündəlikdə yazın) 
üzrə  iş aparılır. Tapşırıqlar fərdi olaraq yerinə yetirilir və müzakirə 
olunur. 
Araşdırma əsərin məzmunu üzrə suallara cavab hazırlamaqla davam 
etdirilir. 


 139
Qrupların təqdimatları  əsasında  məlumat mübadiləsi   müzakirə 
aparılır. Təqdimatların fəal dinlənilməsi təmin edilir. Müzakirədə daha 
çox  şagirdin iştirakına və onun diskussiya səciyyəli olmasına diqqət 
yetirilir.  
Müzakirə zamanı  əsərin ikinci hissəsindən aşağıdakı epizodların 
məzmununa münasibət bildirilir: 
– Vahidin “Yeni Bakı” layihəsi üzrə müsabiqədə  iştirak etmək 
qərarı; 
– Gəldiyevin Vahidin müsabiqədə  iştirakından qorxuya düşməsinin 
səbəbi; 
– Vahidlə Rübabənin toyunda Səttarzadənin dilə gətirdiyi arzular; 
– institut rektoru Verdiyevin komissarlar sovetində məruzə edərkən 
iç üzünün açılması; 
– Ağca xanımın verdiyi xəbərdən Gəldiyevin təşvişə düşməsinin 
səbəbi, onun Vahidin layihəsini oğurlamasının üstünün açılması; 
– əsərin sonunda “Sədaqət, məhəbbət olan yerdə məğlubiyyət olmaz” 
fikrinin aydınlaşdırılması. 
Müzakirə zamanı əsərin məzmunu daha dərindən mənimsənilir, qəh-
rəmanların xarakter və  əməlləri barədə  şagirdlərdə ilkin təsəvvür 
yaranır.  
Əsərin məzmununun bütövlükdə  mənimsənilməsi növbəti dərsdə 
təhlilin aparılması üçün zəmin yaradır. 
Nəticə  çıxarılması  və ümumiləşdirmə aparılması  məqsədilə 
keçirilən müsahibə şagirdlərdə əsərin məzmunu, orada öz əksini tapmış 
milli- mənəvi dəyərlər barədə dolğun qənaət yaradır. Romanda 
vətənpərvərlik, sədaqət, məhəbbət,  əməksevərlik, mübarizlik kimi 
mənəvi dəyərlərin bədii əksi barədə ümumi qənaət hasil edilir. 
Nəticələrin fərziyyələrlə müqayisə edilməsinə vaxt ayrılır. 
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci sə-
hifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üz-
rə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır. 
 


 140
Mövzu: Mir Cəlal. Açıq kitab (ixtisarla) – 3 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.2.2. Obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün 
sosial-siyasi şəraiti və əxlaqi-etik 
dəyərləri ilə əlaqəli 
səciyyələndirir, müqayisələr 
aparır. 
Romandakı obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün sosial-
siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə 
əlaqəli səciyyələndirir. 
 
1.2.4. 
Bədii nümunələrin 
mövzusuna, ideyasına, başlıca 
probleminə, konfliktinə dövrün 
ictimai-siyasi, mənəvi dəyərləri 
kontekstindən çıxış etməklə mü-
nasibət bildirir və qiymətləndirir. 
Romanın mövzusuna,  ideyasına, 
başlıca probleminə, konfliktinə dövrün 
ictimai-siyasi, mənəvi dəyərləri kon-
tekstindən çıxış etməklə münasibət 
bildirir və qiymətləndirir. 
2.1.2. Dil və üslub 
xüsusiyyətlərinə istinad edərək 
yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla 
əsaslandırır . 
Romanda dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla əsaslandırır. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsini müsahibə  və ya bir 
neçə  təqdimatın dinlənilib müzakirə edilməsi yolu ilə aydınlaşdırmaq, 
real vəziyyəti müəyyənləşdirmək olar. Hər iki halda əsərin tam 
məzmununun hansı  səviyyədə qavranıldığı, tanış olmayan sözlərin 
mənasının, mənşəyinin, məcazların necə müəyyənləşdirildiyi diqqət 
mərkəzində saxlanılır.  
Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi 
məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiya atalar sözü ilə bağlı 
suallardan istifadə ilə yaradıla bilər. “Düz əyrini kəsər” atalar sözü 
barədə  şagirdlərin fikirlərini öyrənən müəllim yığcam müsahibənin 
sonunda tədqiqat sualını formalaşdırır. 
 Tədqiqat sualı:  Yazıçının həyatın sərt həqiqətlərindən bəhs edən 
roman yazmaqda başlıca niyyəti nə olmuşdur?  
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Tədqiqata  dərslikdəki mətnlə tanışlıq, mətnkənarı sualların 
oxunması  və cavab hazırlanması ilə başlanılır. Mətnin fərdi və ya cüt-
lük  şəklində oxusu təşkil edilir. Mətnkənarı sualların cavablarının 
ümumiləşdirilib bir neçə cümlə ilə yazılması,  əsərin mövzusunun, 
konfliktinin, qoyulmuş problemlərin müəyyənləşdirilməsi, Vahid və 
Gəldiyev obrazlarının “xarakterlər xəritəsi”  əsasında səciyyələndiril-


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə