Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə51/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

 141
məsi, əsərdəki bədii təsvir və ifadə vasitələrinin rolunun izah edilməsi
əsərdəki başlıca fikrin – ideyanın müəyyənləşdirilməsi ilə bağlı tapşı-
rıqların icrası zamanı  qənaətlərin, mülahizələrin  əsərdən nümunələrlə 
əsaslandırılması diqqət mərkəzində saxlanılır. 
Kiçik qruplara həmçinin tədqiqatçıların  əsərlə bağlı  dərslikdə ve-
rilmiş fikirlərinə əsaslandırılmış münasibət bildirmək tapşırığı verilir. 
Şagirdlər kiçik qruplarda fikir mübadiləsi aparır, öyrəndiklərini 
dəqiqləşdirirlər. Ardınca təqdimatlar əsasında məlumat mübadiləsi və 
müzakirə aparılır. Müəllim təqdimatların fəal dinlənilməsinə, müzaki-
rənin diskussiya səciyyəli olmasına nail olur.  
Nəticə  və ümumiləşdirmə  mərhələsində  qazanılmış bilik və baca-
rıqlar əsasında tədqiqat sualı üzrə araşdırma və müzakirələr yekunlaş-
dırılır. Müzakirədə belə bir nəticə çıxarılır ki, yazıçı həyat həqiqətlərini 
əks etdirməklə  cəmiyyətdəki bir sıra nöqsanları, Kərim Gəldiyev kimi 
insanların xarakterində, davranışındakı  mənfi xüsusiyyətləri tənqid 
hədəfinə çevirmişdir. Onun “əzməsən əziləcəksən, ayaqlamasan ayaqla-
nacaqsan... Güzəran, mənsəb cəhənnəmin təkində də olsa, enməyi ba-
car!" deməsi mənəviyyatsızlığını  əks etdirir. Cinayətlərinin açıla-
cağından təşvişə düşən Gəldiyevin  əsərin sonunda kötüyün üstün-
də oturub düşüncələrə dalaraq "Bir də göyərsəydim" arzusu ilə yaşama-
sı  cəmiyyətə  xəbərdarlıq kimi səslənir. Cəmiyyət ayıq olmalıdır, çünki 
gəldiyevçilik islaholunmazdır, belələri imkan düşən kimi hər cür fitnə-
yə, böhtana, şər əməllərə qadirdir. Əsərdə Vahidin, Rübabənin xoşbəxt-
liyi haqq-ədalətin qələbəsinə inamın ifadəsidir. 
Aparılan işlər yekunlaşdırıldıqdan sonra qiymətləndirmə həyata ke-
çirilir. 
 
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci sə-
hifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 
 


 142
AZƏRBAYCAN ƏDƏBİYYATINDA MİLLİ ÖZÜNÜDƏRKƏ 
QAYIDIŞ VƏ İSTİQLALÇILIQ MƏRHƏLƏSİ 
(XX ƏSRİN 60−90-cı İLLƏRİ) 
 
 Mövzu: Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və 
istiqlalçılıq mərhələsi – 1 saat 
 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara 
əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və 
obrazlı ifadələrdən istifadə edir. 
 
Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla mövzu, 
problemlə bağlı təqdimat və 
çıxışlarında bədii-emosional və obrazlı 
ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini əsaslandırır, 
dinləyicilərin rəyini nəzərə alır, 
mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
Müzakirələrdə mövzuya, problemə 
tənqidi münasibətini əsaslandırır, 
fərqli fikirlərə dözümlülük nümayiş 
etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənil-
məsi və müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Mənbələrdən top-
lanmış  məlumatın məzmununun dərslikdəki materiallarla hansı  səviy-
yədə uzlaşması diqqət mərkəzində saxlanılır. 
Motivasiya  mərhələsində  şagirdlərin mövzu ilə bağlı bilikləri üzə 
çıxarılır. Bu məqsədlə  şagirdlərə tapşırıqlar verilir: 1960–1990-cı illə-
rin əvvəllərində Azərbaycan ədəbiyyatı, onun aparıcı nümayəndələrinin 
yaradıcılığı haqqında  ədəbiyyat dərslərində öyrəndiklərinizi yada salıb 
yığcam müzakirə aparın. Həmin illərdə ölkənin ictimai-siyasi həya-
tında, mədəniyyət, ədəbiyyat sahəsində baş verən dəyişikliklər haqqında 
tarix dərslərində qazandığınız biliklərdən istifadə edin. BİBÖ cəd-
vəlinin ilk iki sütununda qeydlər edin.
 
 
Müzakirə nəticəsində tədqiqat sualı müəyyənləşdirilir: Milli özünü-
dərkə qayıdış  və istiqlalçılıq mərhələsində  ədəbiyyatımızın inkişafı 
hansı özəllikləri ilə diqqəti cəlb edir? 
Mövzunun problemli səciyyə daşıması  tədqiqatın diskussiya meto-
dunun tətbiqi ilə aparılmasını zəruri edir. Eyni zamanda dərsdə qarşıya 
qoyulan təlim məqsədləri,  şagirdlərin hazırlıq səviyyəsi  əsas götürülə-
rək müzakirə debat metodundan istifadə ilə təşkil edilə bilər.  


 143
Tədqiqatın  aparılmasına  dərslikdəki sualların və onların aydınlaş-
dırılmasına istiqamət verən mətnin oxusu ilə başlanılır. Şagirdlər kiçik 
qruplara ayrılır, hər qrupa iş  vərəqlərində suallar təqdim edilir. Kiçik 
qruplara  əlavə  mənbə kimi ədəbiyyatşünaslıq lüğətindən,  ədəbiyyat 
ensiklopediyalarından, məktəb kitabxanasındakı latın qrafikası ilə çap 
olunmuş müvafiq əsərlərdən və s. istifadə imkanı yaradılır.  
 Kiçik qruplar dərslikdəki mətn üzrə sualların aydınlaşdırılmasına 
istiqamət verən cavablarla tanış olurlar. Tədqiqatçıların bu ədəbi dövrlə 
bağlı fikirlərinə  də  təqdimatlarda münasibət bildirilməsinin vacibliyi 
diqqətə çatdırılır. 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra kiçik qrupların təq-
dimatları  əsasında  məlumat mübadiləsi   müzakirə  aparılır. Mü-
zakirə diskussiya şəklində həyata keçirilir. Mətn üzrə birinci sual üzrə 
(Altmışıncılar 
ədəbi nəslinin 
ədəbiyyatımızın yeni istiqamətdə 
inkişafında rolu nədən ibarətdir?) müzakirəyə, ilk növbədə, şagirdlərin 
ədəbiyyat tarixinin milli özünüdərkə qayıdış  və istiqlalçılıq mərhələsi 
barədəki məlumatlarının aşkara çıxarılması ilə başlanılır. Müsahibə 
əsasında sualla bağlı biliklərin  əvvəlki siniflərdə, xüsusən IX sinifdə 
hansı 
səviyyədə 
mənimsənildiyi müəyyənləşdirilir. Cavablarda 
altmışıncılar  ədəbi nəslinin sosialist realizmi ədəbiyyatına fərqli 
münasibəti, yeni dövrün “kiçik insan”ını  ədəbiyyatın ön mövqeyinə 
çıxarmasını, ideoloji mahiyyətli istehsalat romanları  əvəzinə, gerçək 
həyat hadisələrinin, sadə insanların həyatının, mənəvi axtarışlarının, 
mənəviyyatda gedən proseslərin bədii  əksinə xüsusi diqqət yetirdikləri 
qeyd edilir. 
 “1960-cı illərin sonu 1980-ci illərin  əvvəllərində  ədəbiyyatımızda 
hansı dəyişikliklər baş verdi?” sualı üzrə müzakirədə qeyd edilir ki, bu 
mərhələdə
 
milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi, soykökünə  və 
tarixi yaddaşa dönüş, milli ədəbiyyatın və  mədəniyyətin dövlət səviy-
yəsində müdafiə olunması xalqın maraqlarına köklənmiş  ədəbiyyatın 
meydanını daha da genişləndirmişdir. 
 “Milli  özünüdərkə qayıdış  və istiqlalçılıq mərhələsində hansı 
ümummilli ideallar ön plana çıxdı?” sualının müzakirəsi zamanı 
şagirdlərin söylədiyi mülahizələrin  əsaslandırılmasına ciddi diqqət 
yetirilir. Qeyd edilir ki, sovet imperiyasının siyasi və iqtisadi 
qüdrətinin sarsıldığı bu dövrdə  ədəbiyyatımızda milli - azadlıq 
ideyaları, vətəndaşlıq motivləri ön plana çıxmışdır. Milli özünüdərkə 
qayıdış  mərhələsində  ədəbiyyatda başlanan və qüvvətlənən ümummilli 
ideallar Azərbaycanda dövlət müstəqilliyinin bərpası ilə  məqsədinə 
çatmışdır.  


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə