Microsoft Word ?d?b -11 mmv-capa doc


Bəxtiyar Vahabzadənin həyatı, yaradıcılıq yolu



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə59/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

 166
Mövzu: Bəxtiyar Vahabzadənin həyatı, yaradıcılıq yolu – saat 
 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara 
əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və 
obrazlı ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini  əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini 
nəzərə alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının – müstəqillik dövrü ədəbiyyatımızla bağlı araş-
dırmanın nəticələri təqdimatların dinlənilməsi və müzakirəsi  əsasında 
müəyyənləşdirilə bilər. Təqdimatlarda mövzuya müstəqil münasibətin 
hansı  səviyyədə olmasına,  əsaslandırılmasına, məqalələrin müqayisə-
sinə xüsusi diqqət yetirilir.  
Motivasiyanın  yaradılmasında  şagirdlərin mövzu ilə bağlı mövcud 
bilikləri aşkara çıxarılır. Bunun üçün, ilk növbədə, dərslikdəki tap-
şırığın  (B.Vahabzadə haqqında bildiklərinizi yada salıb yığcam müza-
kirə aparın)  yerinə yetirilməsinə vaxt ayrılır. Motivasiyanın digər 
variantı “Bəxtiyarlı dünya” filmindən bir epizoda baxış keçirilməsidir 
(https://www.youtube.com/watch?v= iSwtpI4PL2I).   
Müzakirə zamanı  şagirdlər  əvvəlki siniflərdə öyrəndikləri “Vətən-
daş”  şeiri, “İstiqlal” poeması ilə bağlı mülahizələr söyləyir, müzakirə 
aparırlar. Şagirdlərin fəal iştirakı ilə tədqiqat sualı müəyyənləşdirilir: 
Bəxtiyar Vahabzadənin həyatı  və yaradıcılığındakı hansı  məqamlar 
onun istiqlal şairi kimi yetişməsinə səbəb olmuşdur? 
Dərslikdəki sualların və onların aydınlaşdırılmasına istiqamət verən 
cavabların oxusu ilə araşdırmaya başlanılır. Mətnin oxusunu fərqli 
formalarda (fərdi, cütlük şəklində) həyata keçirmək mümkündür. Şa-
girdlərə  mətnin məzmunu ilə bağlı yaranan sualları  dəftərlərində, 
yaxud iş  vərəqində yazmaq, onlara cavab hazırlamaq, bu zaman qısa 
qeydlər etmək təklif olunur.  
Sonrakı mərhələdə kiçik qruplar yaratmaq, hər qrupa bir sual həvalə 
etmək vaxta qənaət baxımından məqsədəuyğundur. Araşdırma zamanı 
tədqiqatçıların dərslikdə qeyd edilmiş fikirlərinə  də münasibət 
bildirilməsinə diqqət yetirilir. 


 167
Kiçik qrupların araşdırmasına ayrılan vaxt başa çatdıqdan sonra 
təqdimatların  mübadiləsi  və müzakirəsi aparılır. Bu mərhələdə müəl-
limin üzərinə ciddi vəzifə düşür. O, hər sualla bağlı mənbələrdən hansı 
məlumatların  əldə edilməsinin  əhəmiyyətli olması barədə  şagirdlərdə 
aydın təsəvvür yaratmağa çalışır. Məsələn, birinci sualla (B.Vahabza-
dənin həyat yolu və yaradıcılığı hansı  cəhətləri ilə diqqəti cəlb edir?) 
bağlı mənbələrdən istifadə edən şagirdlər B.Vahabzadənin həyat yolun-
dakı mühüm məqamlara toxunurlar. Müzakirədə  uşaqlıq illərində 
Şəkidə baş verən kollektivləşmə  əleyhinə xalq üsyanı, rus ordusunun  
igid soydaşlarımızı  qətlə yetirməsi, atasının,  əmilərinin həbsi onun 
bütün sonrakı  həyatında dərin iz buraxması, sovet rejiminin 
mahiyyətini başa düşməsi qeyd edilir.  
İkinci sual üzrə  (Şairin lirikasında hansı problemlərə önəm veril-
mişdir?) müzakirə zamanı qeyd edilir ki, şairin lirik şeirlərində vətən, 
ana dili, azadlıq, lirik qəhrəmanın həyat, məhəbbətlə bağlı hiss və dü-
şüncələrinin tərənnümü mühüm yer tutmuşdur. Ədibin lirik şeirlərinin 
qəhrəmanı öz həyat mövqeyi, mənəvi aləmi olan çağdaş insandır.  Şair 
beynəlxalq mövzuda əsərlərində  də xalqımızın azadlıq idealından söz 
açmışdır.  
Ana dilinin təəssübkeşi, doğma dilini böyük məhəbbətlə sevən 
B.Vahabzadə yaradıcılığında bu mövzuya dönə-dönə müraciət etmiş, 
dilimizin müqəddəsliyini,  əvəzedilməzliyini yüksək sənətkarlıqla vəsf 
etmişdir.  Şair ana dilinə biganə yanaşan, bu dildə danışmağı özünə ar 
bilən ədabazları nankor adlandırır, öz doğma dilini qoruyub saxlamağın 
hər bir insan üçün vətəndaşlıq borcu olduğunu bir daha xatırladır.  
Üçüncü sual üzrə  (Şairin poemalarının mövzu-problem özəllikləri 
hansılardır?) müzakirədə B.Vahabzadənin istiqlal şairi, insanın, xalqın 
azadlığı ideyasının  ən böyük tərənnümçüsü olması vurğulanır. Sovet 
imperiyasının xalqımıza öz qəhrəmanlıq keçmişini, tarixini unutdur-
maq cəhdlərinə cavab olaraq şair məşhur “Gülüstan” poemasını qələmə 
almışdır. Bu mövzunun davamı kimi yazdığı  “İstiqlal” poemasında 
artıq müstəqilliyinə qovuşmuş xalqın qələbəsindən söz açılır. Sənətkar 
“Şəhidlər” poeması ilə imperiya cəlladlarının silahından qorxmayan, 
azadlıq uğrunda canını qurban vermiş  şəhidlərin ruhuna əbədi heykəl 
ucaltmışdır.  
Dördüncü sualla (Ədibin dramaturgiyasını mövzu-problem baxımın-
dan səciyyələndirən başlıca cəhətlər hansılardır?) bağlı müzakirədə şa-
girdlərin diqqəti daha əhəmiyyətli,  ən zəruri fakt və nümunələrə yö-
nəldilməlidir. Araşdırma şagirdləri bu qənaətə gətirir ki, B.Vahabzadə 
dramaturgiyamızı milli özünüdərk ideyasını qabardan dram əsərləri ilə 
zənginləşdirmişdir. Sənətkar xalqımızın tarixinə müraciət etməklə, 
milli istiqlal mübarizəsində böyük rol oynamış  şəxsiyyətlərin obrazla-


 168
rını yaratmaqla oxucunu öz keçmişinə yeni nəzərlərlə baxmağa, ondan 
ibrət dərsi almağa səsləyir. Son dövrlərin yaradıcılıq məhsulu olan, 
uğurla tamaşaya qoyulmuş “Özümüzü kəsən qılınc” pyesi tarixi 
mövzuda yazılsa da, müasir dərdlərimizlə səsləşir. 
Müəllimin istiqamətləndirici sualları əsasında nəticənin çıxarılması 
və ümumiləşdirmənin aparılmasına  vaxt ayrılır.  Şagirdlərdə belə  qə-
naət yaradılır ki, B.Vahabzadənin yaradıcılığında istiqlal mövzusunun 
aparıcı yer tutması  təsadüfi deyildir. Azadlıq, milli istiqlal, müstəqil, 
bütöv Azərbaycan idealı şairin yaradıcılığından qırmızı xətt kimi keçir. 
O, xalqının azadlıq, müstəqillik arzularını öz əsərlərində yüksək 
sənətkarlıqla  əks etdirmiş, milli azadlıq hərəkatının yetişməsində  və 
qələbəsində böyük rol oynamışdır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: B.Vahabzadə. Şəhidlər” (ixtisarla) – 3 saat 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda olan 
əsərlərdə (poema, hekayə, povest, roman, 
dram, komediya, faciə)  əksini tapan 
mühüm milli-mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir.  
Poemada əksini tapmış mühüm 
milli-mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
2.1.1. Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və obrazlı 
ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla 
mövzu, problemlə bağlı 
çıxışlarında bədii-emosional 
ifadələrdən istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının  (a. B.Vahabzadənin tarixi mövzuda yazdığı  əsərlər 
hansı xüsusiyyətləri ilə diqqəti cəlb edir? b. Ədibin dramatik əsərlərində 
hansı siyasi və mənəvi problemlər qoyulub?) yerinə yetirilməsi səviyyəsi 
müxtəlif yollarla aşkara çıxarıla bilər. Təqdimatların seçmə yolla 
dinlənilməsi və müzakirəsi zamanı  şagirdlərin mənbələrdən necə 
bəhrələndiyinə diqqət yetirilir. Bu prosesdə müəllimin müvafiq 
qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.  
Motivasiya mərhələsini fərqli məzmunda təşkil etmək mümkündür. 
Dərslikdəki suallar (Şəhid kimə deyilir? “Şəhidlik zirvəsi”, “Şəhidlər öl-


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə