Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə55/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

 152
viyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi  əsasında müəyyən-
ləşdirilə bilər.  
Motivasiya yaradılması məqsədilə dərslikdəki tapşırığın (İ.Şıxlı ba-
rədə bildiklərinizi yada salıb yığcam müzakirə aparın)  yerinə yetiril-
məsinə vaxt ayrılır.  Şagirdlər  İ.Şıxlının “Namərd gülləsi” hekayəsini 
IX sinifdə öyrənmiş, tövsiyə olunmuş “Sapı özümüzdəndir”, “Mənim 
rəqibim”  əsərlərini müstəqil mütaliə etmişlər. Onlar ədibin eyniadlı 
romanı üzrə  çəkilmiş “Dəli Kür” filmi ilə  də tanışdırlar. Dərsdə 
İNSERT-dən istifadə etməklə şagirdlərin mövzu ilə bağlı əvvəlki bilik-
lərinin, öyrənmək istədiklərinin qeydə alınması məqsədəuyğundur.  
Motivasiyanın digər variantı İ.Şıxlı haqqında “Kürə qovuşan ömür” 
filmindən 
(https://www.youtube.com/watch?v=OIh-GpYSoRQ) 
bir 
epizodun nümayiş etdirilməsi və yığcam fikir mübadiləsi aparılmasıdır.  
Şagirdlərin fəal iştirakı ilə  tədqiqat sualı müəyyənləşdirilir:  İs-
mayıl Şıxlının həyatı və yaradıcılığı üçün daha səciyyəvi olanlar nədir? 
Dərslikdəki sualların və onların aydınlaşdırılmasına istiqamət verən 
cavabların oxusu ilə  araşdırmaya  başlanılır. Mətnin oxusunu fərqli 
formalarda (fərdi, cütlük şəklində) həyata keçirmək mümkündür. Kiçik 
qruplar yaradılması, hər qrupa bir suala cavab hazırlanmasının 
tapşırılması vaxta qənaət baxımından məqsədəuyğundur. Kiçik qruplar 
dərslikdəki sual və tapşırıqlar üzrə  təqdimat hazırlayarkən tədqi-
qatçıların  əsər barədə  dərslikdə verilmiş fikirlərinə  də münasibət 
bildirir, öz fikirlərini əsaslandırırlar. 
Kiçik qrupların araşdırmasına ayrılan vaxt başa çatdıqdan sonra 
təqdimatların  mübadiləsi  və müzakirəsi aparılır. Birinci sualla (İ.Şıx-
lının həyat yolu üçün daha səciyyəvi olanlar nədir?) bağlı mənbələrdən 
istifadə edən  şagirdlər, ilk növbədə,  ədibin  şeir, sənət ocağı Qazaxda 
anadan olmasını, orta və ali təhsil almasını qeyd edirlər.  “Yazıçının 
bədii yaradıcılığında müharibə mövzusu necə əks olunmuşdur?” sualı ilə 
əlaqədar  əlavə  mənbələrdən bəhrələnən  şagirdlər qeyd edirlər ki, 
müharibə başlayanda  İ.Şıxlı pedaqoji ali məktəbdə  təhsilini yarımçıq 
qoyub 1942-ci ildə  cəbhəyə getmişdir. Cəbhədə amansız ölüm-dirim 
döyüşlərinin iştirakçısı olması, müharibənin məhrumiyyətləri, faciələri 
ədibin sonrakı hekayələrində, “Kerç sularında” povestində, “Cəbhə gün-
dəlikləri”ndə, “Odlu çarpazlar” kinossenarisində öz əksini tapmışdır. 
“Ayrılan yollar” romanında hansı problemlərin bədii həlli verilmiş-
dir?sualının müzakirəsi zamanı bu əsərin ədibin yaradıcılığının ilk mər-
hələsinin məhsulu olduğu qeyd edilir. Kəndə, kolxoz həyatına həsr 
olunan bu roman müəllifin bir sənətkar kimi püxtələşdiyini göstərirdi. 
Yazıçının sonrakı illərdə yazdığı  nəsr  əsərlərində hansı problemlər 
diqqət mərkəzinə çəkilmişdir?” sualı üzrə müzakirədə ədibin hekayə və 


 153
romanlarının ideya-məzmunu ilə bağlı fikir söylənilir. Həmin əsərlərdə 
həyati problemlər, milli-mənəvi dəyərlər, cəmiyyətdə, insan davranı-
şında olan ziddiyyətli məqamların əks olunduğu qeyd edilir.  
Müəllimin istiqamətləndirici sualları əsasında nəticənin çıxarılması 
və ümumiləşdirmənin aparılmasına  vaxt ayrılır.  Şagirdlərdə belə  qə-
naət möhkəmlənir ki, İ.Şıxlının ibrətamiz həyat yolu, zəngin 
yaradıcılığı onu ədəbiyyatımızın görkəmli simalarından birinə 
çevirmişdir. O, xalq ruhunun, davranış  və düşüncə  mədəniyyətinin 
daşıyıcısı  kimi  bu  gün  də  gənc nəsil üçün örnəkdir. Yazıçının bədii 
əsərləri üçün realizm, aktuallıq, müasirlik baxımından problem 
seçimində dəqiqlik, həyat həqiqətlərinin bədii əksi səciyyəvidir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzu: İ.Şıxlı. Dəli Kür (ixtisarla) – 4 saat 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan  əsərlərdə (poema, hekayə, po-
vest, roman, dram, komediya, faciə) 
əksini tapan mühüm milli-mənəvi, 
bəşəri dəyərlərə 
əsaslandırılmış 
münasibət bildirir. 
Romanda əksini tapmış mühüm 
milli-mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
2.1.1. Müxtəlif mənbələrdən top-
ladığı materiallara əsaslanmaqla 
təqdimat və çıxışlarında bədii-
emosional və obrazlı ifadələrdən 
istifadə edir. 
 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini  əsaslandırır, 
dinləyicilərin rəyini nəzərə alır, 
mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini 
nəzərə alır, mimika və jestlərdən 
məqsədyönlü istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla aşkara 
çıxarıla bilər. Təqdimatların seçmə yolla dinlənilməsi və müzakirəsi 
daha məqsədəuyğundur. Bütün hallarda şagirdlərin mənbələrdən necə 


 154
bəhrələndikləri, öyrəndiklərini dərslikdəki məlumatlarla necə əlaqələn-
dirdikləri diqqət mərkəzində saxlanılır. Bu prosesdə müəllimin mü-
vafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.  
Motivasiya, problemin qoyuluşu  mərhələsini fərqli məzmunda təş-
kil etmək mümkündür. Mehdi Hüseynin bu əsərlə bağlı  İ.Şıxlıya 
yazdığı  məktubu oxumaqla şagirdlərdə  əsərə maraq oyatmaq olar: 
"Əzizim  İsmayıl! "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. 
Düzünü deyim ki, mən səndən yaxşı  əsər gözləyirdim, amma bu cür 
qüvvətli və  təsirli bir əsər yazmağını gözləmirdim.  Əhsən, bərəkallah! 
Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür 
sarsıtmamışdı". 
Şagirdlərə bu məktub barədə öz fikirlərini söyləmək təklif edilir. 
Dərslikdəki  “Güclü xarakter dedikdə  nə başa düşürsünüz? Güclü xa-
rakterli insan olmaq üçün nə etmək lazımdır? Sizcə, güclü xarakter 
hansı hallarda daha önəmli olur?” sualları üzrə müsahibənin sonunda 
tədqiqat sualı formalaşdırılır.  
Motivasiyanın digər variantı “Dəli Kür” bədii filmindən 
(https://www.youtube. com/watch?v=3m GX3RiZ4lE&t=26s) bir epizo-
dun nümayiş etdirilməsi və fikir mübadiləsi aparılmasıdır.  
Tədqiqat sualı: Romanda təsvir edilən hansı hadisələr onu “qüvvətli 
və təsirli əsər” adlandırmağa əsas vermişdir? 
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Romanın ixtisarla verilmiş birinci hissəsinin oxusu ilə  tədqiqata 
başlanılır.  
Oxunu fərqli formalarda həyata keçirmək mümkündür. Şagirdlərin 
marağı  nəzərə alınaraq fərdi oxunun tətbiqi faydalıdır. Oxuya ayrılan 
vaxt başa çatdıqdan sonra tapşırıqlar fərdi olaraq yerinə yetirilir: 
mənası aydınlaşdırılmış sözlərin alınma, yaxud dilimizə aid olduğu 
əsaslandırılır; məcazların növü dəqiqləşdirilir, maraqlı hesab 
olunmasının səbəbi açıqlanır; ikihissəli gündəlik və suallara (Anasının 
sözləri Şamxala necə təsir etdi? O hansı qərara gəldi? Cahandar ağanın 
silahdan atəş açması evdəkilərə necə təsir etdi? və s.) cavab hazırlanır. 
Sonda test tapşırığı üzrə işin təşkili faydalıdır. 
Kiçik qruplarda birləşən  şagirdlər cavablarını  dəqiqləşdirir və 
ümumiləşdirirlər. Təqdimatlar əsasında məlumat mübadiləsi və müza-
kirə aparılır. Müəllim istiqamətləndirici suallardan istifadə etməklə 
təqdimatların fəal dinlənilməsinə, müzakirənin səmərəli keçməsinə nail 
olur.  
Oxu ilə bağlı aparılmış  işə yekun (əsərin məzmunu bütövlükdə öy-
rənildikdən sonra – ikinci dərs saatında nəticənin çıxarılması, ümumi-
ləşdirmənin aparılması həyata keçirilir) vurulur. 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə