Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə63/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   59   60   61   62   63   64   65   66   ...   71

 178
Motivasiya yaradılmasının bir yolu da 
"Manqurt" filmindən
 
(https://www.youtube.com/watch?v=texnkLqTzEk
) bir epizodun nü-
mayiş etdirilməsi və müzakirəsi ola bilər.
 
Müsahibənin sonunda tədqiqat sualı formalaşdırılır. 
Tədqiqat sualı:  İnsanın “yaddaşsızlığı”, öz keçmişini unutması 
hansı sonluqla nəticələnə bilər?  
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Tədqiqat  mərhələsində  şagirdlər  əsərdən verilmiş parçanı  nəzərdən 
keçirir, aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirirlər:  
a) Tanış olmayan sözləri seçin və onların mənasını lüğətlərdən ay-
dınlaşdırın. 
b) Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. 
c) Oxuduğunuz hissədə diqqətinizi daha çox cəlb edən məsələləri iki-
hissəli gündəlikdə yazın. 
ç) Suallara cavab hazırlayın. 
d) Yedigeyin və Ukubalanın Qazanqapın ölümü ilə bağlı düşüncələri 
onların mənəvi aləmi haqqında hansı fikirləri söyləməyə  əsas 
verir? 
e) Əsərdə Nayman-Ana əfsanəsi haqqında nə deyilir? 
ə) Ana-Beyit qəbiristanlığının tikanlı məftillərə alınması insanlarda 
hansı hislər doğurur? 
f) Oxuduğunuz parçalar hansı  mənəvi dəyərlər barədə danışmağa 
imkan verir? 
g)  Əsərdən bitkin bir parça seçin, hissələrə ayırın, plan tərtib edin
məzmununu yığcam nağıletməyə hazırlaşın. 
Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar əsasında məlu-
mat mübadiləsi və müzakirə aparılır. Müəllim istiqamətləndirici sual-
lardan istifadə etməklə təqdimatların fəal dinlənilməsinə, müzakirənin 
səmərəli keçməsinə nail olur.  
Növbəti dərsdə  əsərin məzmunu bütövlükdə öyrənildikdən sonra 
nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması həyata keçirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 


 179
Mövzu: Ç.Aytmatov. Gün var əsrə bərabər (ixtisarla) – 3 saat 
İkinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.3. Mürəkkəb süjetli və kompozisi-
yalı bədii nümunələrdə əhvalat və ha-
disələr arasındakı səbəb-nəticə əlaqə-
lərini müəyyənləşdirir, mətni hissə-
lərə ayırır, plan tərtib edir, məzmunu-
nu müxtəlif formalarda (geniş, yığ-
cam, yaradıcı) nağıl edir. 
Mətni hissələrə ayırır, seçdiyi 
hissənin məzmununu hazırladığı 
plan əsasında yığcam nağıl edir. 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan əsərlərdə (poema, hekayə, povest, 
roman, dram, komediya, faciə)  əksini 
tapan mühüm milli-mənəvi, bəşəri 
dəyərlərə  əsaslandırılmış münasibət 
bildirir.  
Romanda əksini tapmış mühüm 
milli-mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
2.1.1. Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və obrazlı 
ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi yığcam müsahibə ilə aş-
kara çıxarılır. Romandan ixtisarla verilmiş parçaların məzmununun 
hansı  səviyyədə qavranıldığı, tanış olmayan sözlərin, məcazların necə 
müəyyənləşdirildiyi aydınlaşdırılır.  
Şagirdlər dərslikdə təklif olunmuş tapşırığı fərdi olaraq yerinə yeti-
rirlər: 
 1. Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid 
olduğunu əsaslandırın. 
2. Seçdiyiniz məcazları daha maraqlı hesab etməyinizə səbəb nədir? 
3. Suallara cavab hazırlayın: 
a) Yedigey Qazanqapın nə üçün Sarı-Özək çölündə  dəfn olunmasını 
istəyirdi? 
b) Yedigey nə üçün Sabitcanı manqurt adlandırır? 
c) Oxuduğunuz parçalar hansı  mənəvi dəyərlər barədə danışmağa 
imkan verir?  
4. Oxuduğunuz parçalardan birini hissələrə ayırın, hər hissəyə ad 
verməklə birinin məzmununa aid plan tərtib edin. Onun məzmu-
nunu plan əsasında yığcam nağıletməyə hazırlaşın. 
Qrupların təqdimatları  əsasında  məlumat mübadiləsi   müzakirə 
aparılır. Təqdimatların fəal dinlənilməsi təmin edilir. Müzakirədə daha 


 180
çox şagirdin iştirakına və onun diskussiya səciyyəli olmasına diqqət ye-
tirilir.  
Nəticənin  çıxarılması  və ümumiləşdirmənin  aparılmasında 
müəllim istiqamətləndirici suallardan istifadə edir. Nəticələrin 
fərziyyələrlə müqayisə edilməsinə vaxt ayrılır. 
Müzakirə nəticəsində şagirdlərdə belə bir qənaət yaradılır ki, yazıçı 
sadə bir insanın, namuslu həyat sürmüş Qazanqapın dəfn mərasimi ilə 
bağlı qarşıya çıxan çətinliklərdən danışarkən cəmiyyətin sağlam 
olmadığını,  əsrlərdən bəri qorunub gələn adət-ənənələrin unudul-
duğunu, mənəvi dəyərlərə sayğısızlıq göstərildiyini üzə  çıxarır. Yazıçı 
cəmiyyətin mənəvi problemlərini, bəlalarını bir dəmiryolçunun vəfat 
etdiyi kiçik stansiyada və Ana-Beyit qəbiristanlığında baş verən 
hadisələr fonunda açıb göstərmişdir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: Ç.Aytmatov. Gün var əsrə bərabər (ixtisarla) – 3 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi 
növdə olan əsərlərin emosional-
obrazlı qavranılması, təhlili və 
qiymətləndirilməsi məqsədilə 
istifadə edir. 
 
İfadəli oxudan romanı emosional-
obrazlı qavramaq, təhlil etmək və 
qiymətləndirmək məqsədilə istifadə 
edir. 
1.2.2. Obrazları xarakter və əməlləri, 
yaşadıqları dövrün sosial-siyasi 
şəraiti və əxlaqi-etik dəyərləri ilə 
əlaqəli səciyyələndirir, müqayisələr 
aparır. 
Romandakı obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün sosial-
siyasi şəraiti və əxlaqi-etik dəyərləri 
ilə əlaqəli səciyyələndirir. 
1.2.4.  Bədii nümunələrin mövzu-
suna, ideyasına, başlıca probleminə, 
konfliktinə dövrün ictimai-siyasi, 
mənəvi dəyərləri kontekstindən çıxış 
etməklə münasibət bildirir və 
qiymətləndirir. 
 
Romanın mövzusuna,  ideyasına, 
başlıca probleminə dövrün ictimai-
siyasi, mənəvi dəyərləri kon-
tekstindən çıxış etməklə münasibət 
bildirir və qiymətləndirir. 
 
 
2.1.2. Dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə 
bağlı mühakimələrini faktlarla 
əsaslandırır . 
Romanın dil və üslub 
xüsusiyyətlərinə istinad edərək 
yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla 
əsaslandırır. 
 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə