Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə65/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

 184
Gözlərinə görünmür heç neçə-neçə qansız fərraş, 
Sabunlu ip, ilan təki omba durmuş dar ağacı. 
Azad ruhu al günəşdə addımlayır yavaş-yavaş,  
Buluddamı məğrur başı, qızıl quşmu qızıl saçı? 
 
Bu əfsanə, bu həqiqət görün harda düşdü yada? 
Moskvada, alatoran, kəmnəfəs bir kamerada. 
Həmən cavan mən özüməm, amma, heyif, anam yoxdur. 
Doğma xalqım, anam sənsən, atam sənsən bu dünyada. 
 
Mən onsuz da əbədiyəm, cahangirlər gəldi-gedər; 
Bir gün edam meydanında başım getsə, versəm də can, 
Sən yadların qarşısında heç bir zaman qara geymə
Ey ağ donlu anam mənim, ağ çələngli Azərbaycan! 
 
 


 185
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN SUAL VƏ 
TAPŞIRIQLAR 
1. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın, alınma, yaxud öz 
sözlərimiz olduğunu əsaslandırın.  
_____________________________________________________________  
 
2. Bədii təsvir və ifadə vasitələrinin növünü müəyyənləşdirib cədvəldə qeyd 
edin. 
 
Bədii təsvir və ifadə vasitələrinə 
nümunələr 
Bədii təsvir və ifadə vasitələrinin 
növü 
 
 
 
3. Əsərdə hansı mənəvi dəyərlər öz əksini tapmışdır? Fikrinizi əsaslandırın. 
_____________________________________________________________  
 
4. Əsərin mövzusunu, qoyulmuş problemi müəyyənləşdirin. 
 
                  Mövzu 
                    Problem 
 
 
 
5. Şeirdəki ana, oğul, şair obrazlarını səciyyələndirin. 
 
Obrazlar Xarakteri Azadlıq 
arzuları 
Vətəninə münasibəti 
Ana     
Oğul    
 
Həbsdə olan 
şair 
 
 
 
 
 
6. “Ağ çələngli Azərbaycan” dedikdə şair nəyi nəzərdə tutur? 
_____________________________________________________________  
 


 186
7. Fikrin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu 
aydınlaşdırın. 
 
Bədii təsvir və ifadə vasitələrinə 
nümunələr 
 
Fikrin təsir gücünün artırılmasında 
rolu 
 
 
 
8. Şərti işarələrdən istifadə etməklə misralarda fasilələrin yerini, məntiqi 
vurğulu sözləri göstərin. 
 
Mən onsuz da əbədiyəm, cahangirlər gəldi-gedər; 
Bir gün edam meydanında başım getsə, versəm də can, 
Sən yadların qarşısında heç bir zaman qara geymə, 
Ey ağ donlu anam mənim, ağ çələngli Azərbaycan! 
 
9. Şeirdə başlıca fikir – ideya nədir? 
_____________________________________________________________  
 
10. Şeirin sizdə yaratdığı hiss və düşüncələri qısaca yazın. 
_____________________________________________________________  
 
 
 
 
 


 187
GÜNDƏLİK PLANLAŞDIRMAYA AİD NÜMUNƏ 
 
 
Mövzu: Hüseyn Cavidin həyatı, yaradıcılıq yolu – 1 saat 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara 
əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və 
obrazlı ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini  əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
3.1.3. 3,5-4 səhifə  həcmində 
nəqli, təsvir, təhlil xarakterli 
mətnlər (ədəbi və sərbəst mövzu-
da inşa, esse, məqalə, məruzə) 
yazır. 
 Təhlil xarakterli məqalə, məruzə yazır. 
  
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi. 
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə 
birgə iş. 
 
Metod və priyomlar: müsahibə, müzakirə, diskussiya, BİBÖ, problemin 
həlli, təqdimat.  
İnteqrasiya: Az.d.1.2.2. X.d. 2.1.2. Az.tar. 5.1.1. 
Təchizat: dərslik, iş vərəqləri, lüğətlər, “Cavid ömrü” sənədli filminin 
videoyazısı, şairin həyat və yaradıcılığı ilə bağlı kitablar. 
 
Dərsin gedişi 
Ev tapşırığının  (“Sabir satiralarının tənqid hədəfləri” mövzusunda 
yığcam məqalə yazın. “Sabirin yaradıcılığında qadın əsarətinin tənqidi” 
mövzusunda məruzə mətni hazırlayın) yerinə yetirilməsi səviyyəsi təq-
dimatların dinlənilməsi və müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. 
Məqalə  və  məruzə  mətni ilə bağlı  təqdimatlarda mövzuya müstəqil 
münasibətin hansı  səviyyədə olmasına,  əsaslandırılmasına xüsusi diq-
qət yetirilir. Eyni zamanda mətnlərin dil, üslub xüsusiyyətləri baxı-
mından nə dərəcədə uğurlu olması ön plana çəkilir. 
Motivasiya  yaradılarkən  şagirdlərin mövzu ilə bağlı mövcud bilik-
ləri aşkara çıxarılır. Bunun üçün, ilk növbədə, dərslikdəki tapşırığın 
(H.Cavidin həyatı, yaradıcılığı  və yaşadığı dövrlə bağlı  nə bilirsiniz? 


 188
Ədəbiyyat, tarix, coğrafiya dərslərində qazandığınız bilikləri xatırlayın, 
yığcam müzakirə aparın) yerinə yetirilməsinə vaxt ayrılır.  
BİBÖ üzrə  cədvəl çəkilir. Müsahibə  əsasında “Bilirik” və “Bilmək 
istəyirik” sütunlarında müvafiq qeydlər aparılır. 
Motivasiyanın digər variantı “Cavid ömrü” filmindən bir epizoda baxış 
keçirilməsidir (https://www.youtube.com/watch?v=fgge 3Oi7yGk). 
Müzakirə zamanı  şagirdlər H.Cavidin V sinifdə oxuduqları “Qız 
məktəbində”  şeiri, IX sinifdə öyrəndikləri “Ana” mənzum dramı ilə 
bağlı mülahizələr söyləyir, müzakirə aparırlar.  
Şagirdlərin fəal iştirakı ilə tədqiqat sualı müəyyənləşdirilir: 
– Hüseyn Cavidin  həyatı, yaradıcılığı üçün daha önəmli olanlar 
hansılardır? 
Tədqiqatın aparılmasının ilk mərhələsində dərslikdəki mətnin oxu-
su həyata keçirilir. Mətndə H.Cavidin həyatı, yaradıcılığı üçün daha 
səciyyəvi olanların aydınlaşdırılmasına istiqamət verilmişdir.  Şairin 
həyatı ilə bağlı elm aləminə  məlum olan ən mühüm mətləblərə  yığcam 
toxunulmuş, geniş araşdırma aparılmasının vacibliyi barədə  şagird-
lərdə təsəvvür yaradılmışdır. 
Həcmi kiçik olan mətnin fərdi olaraq oxunması  məqsədəuyğundur. 
Şairin sadə, təvazökar həyat yaşaması, dini idarədə xidmət etməsi, 
müasirlərinin onu bir insan, alim, sənətkar kimi yüksək dəyərləndir-
məsi, zəmanəsinin eyiblərinə obyektiv, ədalətli münasibət bildirməsi və 
s. barədə deyilənlər  şagirdlərdə güclü maraq yaradır, onları araşdır-
maya sövq edir. 
Dərsdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində 
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərən-
camı  əsasında H.Cavidin məktəb və rayon kitabxanalarına verilmiş 5 
cildlik  əsərləri nümayiş etdirilir. Şagirdlərə  həmin kitablardan əlavə 
mənbə kimi necə istifadə edəcəkləri ilə bağlı tövsiyələr verilir.  
 Dərslikdəki mətnkənarı sualların  (Yazıçının həyat və yaradı-
cılığında  İstanbul, Tiflis və Naxçıvan  ədəbi mühitlərinin hansı rolu 
olmuşdur? Hüseyn Cavidin sovet dövründəki fəaliyyəti hansı  cəhətləri 
ilə  səciyyələnir? Sənətkarın poeziyasını  səciyyələndirən başlıca 
xüsusiyyətlər hansılardır? Sənətkarın poeziyası hansı xüsusiyyətləri ilə 
diqqəti cəlb edir? Sənətkarın dramatik əsərlərinin mövzu, problem, 
konflikt özəlliyi hansılardır?) və onların aydınlaşdırılmasına istiqamət 
verən cavabların oxusu ilə araşdırmaya başlanılır. Mətnin oxusunu 
fərqli formalarda (fərdi, cütlük şəklində) həyata keçirmək mümkündür. 
Kiçik qruplar yaratmaq, hər qrupa bir sual həvalə etmək vaxta qənaət 
baxımından məqsədəuyğundur. Kiçik qruplara təqdimat zamanı 
tədqiqatçıların aşağıdakı fikirlərinə 
də münasibət bildirmək, 
mülahizələrini əsaslandırmaq təklif edilir: 
a) Hüseyn Cavidin bütün yaradıcılığı ümumbəşəri məsələlərə  həsr 
edilmişdir. O, məişət təsvirçisi deyil, o, filosof şairdir. (Əziz Şərif) 
b) Hüseyn Cavidin həyatın mənasını, insanın mənəvi-ruhi aləmini 
daim pak və gözəl görməyi arzulaması, qüdrətli insan idealının real 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə