Microsoft Word ?d?b -11 mmv-capa doc


H.Cavid. İblis (ixtisarla)



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə68/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   63   64   65   66   67   68   69   70   71

 193
Mövzu: H.Cavid. İblis (ixtisarla) – 4 saat 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan 
əsərlərdə (poema, hekayə, povest, roman, 
dram, komediya, faciə) əksini tapan mühüm 
milli-mənəvi, bəşəri dəyərlərə 
əsaslandırılmış münasibət bildirir. 
Faciədə əksini tapmış mühüm 
milli-mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
2.1.1. Müxtəlif mənbələrdən topladığı mate-
riallara əsaslanmaqla təqdimat və çıxışla-
rında bədii-emosional və obrazlı ifadələrdən 
istifadə edir. 
Mənbələrə əsaslanmaqla möv-
zu, problemlə bağlı çıxışlarında 
bədii-emosional ifadələrdən 
istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, problemə, 
yazıçının mövqeyinə tənqidi münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
Mövzuya, problemə münasibə-
tini əsaslandırır, dinləyicilərin 
rəyini nəzərə alır, mimika və 
jestlərdən məqsədyönlü 
istifadə edir. 
 
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi. 
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə 
birgə iş. 
 
Metod və priyomlar: müsahibə, müzakirə, diskussiya, problemin həlli, 
təqdimat.  
İnteqrasiya: Az.d.1.2.2. 2.1.1; X.d.1.1.1. 3.1.1; Az.tar.5.1.2. 
Təchizat: dərslik, iş vərəqləri, lüğətlər, “İblis” faciəsindən İblisin mo-
noloqunun video və ya səs yazısı, şairin əsərləri, yaradıcılığı ilə bağlı 
monoqrafiyalar.  
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla aşkara 
çıxarıla bilər. Təqdimatların seçmə yolla dinlənilməsi və müzakirəsi 
daha məqsədəuyğundur. Bütün hallarda şagirdlərin mənbələrdən necə 
bəhrələndikləri diqqət mərkəzində saxlanılır. Bu prosesdə müəllimin 
müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğun-
dur.  
Motivasiya, problemin qoyuluşu  mərhələsini fərqli məzmunda təş-
kil etmək mümkündür. “Allah şeytana lənət eləsin”, “Tamahkar öz 
nəfsinin quludur” kimi ifadələrdən, atalar sözlərindən istifadə yolu ilə 
motivasiya yaratmağı qarşısına məqsəd qoyan müəllim  şagirdlərə öz 
fikirlərini söyləməyi təklif edir. Müsahibənin sonunda tədqiqat sualı 
formalaşdırılır. 
Motivasiya yaradılmasının bir yolu da 
“Cavid ömrü” filmindən 
“İblis” faciəsi ilə bağlı epizodun (
https://www.youtube.com/ watch?v= 
YVposIXvXVI
) səsləndirilməsi və yığcam müzakirəsi ola bilər.
 


 194
Tədqiqat sualı:  İnsanlar uğursuzluğun,  şər  əməllərin səbəbini daha 
çox nə ilə izah edirlər?  
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Faciədən dərslikdə verilmiş birinci pərdədən parçaların oxusu ilə 
tədqiqata başlanılır.  
Oxunu fərqli formalarda həyata keçirmək mümkündür. Şagirdlərin 
marağı  nəzərə alınaraq rollar üzrə oxunun tətbiqi faydalıdır. Oxuda 
tanış olmayan sözlərin mənası  və  məcazlar müəyyənləşdirilir.  Ədibin 
qızı Turan Cavidin qeydləri  şagirdlərin diqqətinə çatdırılır. O, yazırdı 
ki, H. Cavid öz əsərlərinin “imlasına toxunmamağı” vəsiyyət etmişdir. 
Odur ki, yeni nərdə əsərin dil-üslubuna toxunulmamışdır. 
Təcrübə göstərir ki, əsərin məzmununun mənimsədilməsi zamanı 
müəllimin istiqamətləndirici suallarına ehtiyac vardır.  Şagirdlərin 
diqqəti  əsərin  əvvəlində müharibə  dəhşətlərinin təsvirinə yönəldilir: 
“Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkyə 
edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq,  ətrafda göy gurul-
tusu,  şimşək çaxışı, tranpet sədaları, top, tüfəng, bomba part-
layışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) 
atəşlər, alevlər içində  dəhşətli bir müharibə  təsvir edər. Bir qaç zabit 
əldə durbin müharibə komandasilə  məşğul... Gözlərin birində  İblis, 
digərində Mələk görünür. Gurultudan sonra sükut...” 
Əsərin başlanğıcı ilə bağlı müsahibə  təhlil dərsində  şairin müha-
ribəni nə üçün ən böyük şər adlandırması, tədqiqatçıların faciəni 
müharibə  əleyhinə yazılması fikrinin dərindən qavranılması üçün zə-
min yaradır. Bu baxımdan  İblisin dili ilə müharibə  dəhşətlərini təs-
virinin müzakirəsi də faydalıdır.  
İ b l i s (məmnun qəhqəhələrlə) 
Dəryalərə hökm etmədə tufan, 
Səhraları sarsıtmada vulkan, 
 Sellər kibi aqmaqda qızıl qan, 
Canlar yaqar, evlər yıqar insan...(qəhqəhə) 
M ə l ə k 
Ya Rəb, bu nə dəhşət, nə fəlakət? 
Ya Rəb, bu nə vəhşət, nə zəlalət? 
Yoq kimsədə insafü mürüvvət, 
İblisəmi uymuş bəşəriyyət!? 
 
İblisin sürəkli qəhqəhələrilə bərabər, yenə göy gurultusu, top, mitral-
yoz sədaları başlar. Sonra sükut... 
İblis 
(çılğın qəhqəhələrlə) 
Toplar veriyor aləmə dəhşət, 
Dəhşət!.. Qopuyor sanki qiyamət, 
Yağmur kibi göydən yağar atəş!.. 
Atəş!.. Qaralar, dalğalar atəş!.. 
 


 195
Müzakirə  şagirdlərdə dramaturqun əsəri müharibə  səhnələrinin 
təsviri ilə başlamasının təsadüfi olmaması fikrini yaradır.  
İblislə Mələyin müharibə səhnəsinə fərqli münasibətinin müqayisəsi 
şagirdlərdə bu obrazların xarakterini düzgün dərk etməyə imkan verir:       
Ya Rəb, bu nə dəhşət, nə fəlakət? 
Ya Rəb, bu nə vəhşət, nə zəlalət? 
Yoq kimsədə insafü mürüvvət, 
İblisəmi uymuş bəşəriyyət!? 
İblisin müstəhzi və sürəkli qəhqəhələrilə  bərabər yenə göy 
gurultusu, top, mitralyoz sədaları başlar. Sonra sükut... 
İb l i s 
(çılğın qəhqəhələrlə) 
Toplar veriyor aləmə dəhşət, 
Dəhşət!.. Qopuyor sanki qiyamət, 
Yağmur kibi göydən yağar atəş!.. 
Atəş!.. Qaralar, dalğalar atəş!.. 
M ə l ə k 
Ya Rəb, azacıq lütfü inayət! 
Qəhr olmada artıq bəşəriyyət. 
Başdan-başa həp yer yüzü vəhşət. 
Şagirdlərin diqqəti pərdədəki digər epizoda dəhşətli səhnədən 
sarsılan Arifin hiss və düşüncələrinə yönəldilir: 
A r i f 
(Uyqudan oyanır kibi alnını  və gözlərini ovuşdurur. Yerindən 
qalqar, göyə doğru) 
Dünyaları yoqdan yaratan, ey ulu Tanrı! 
Ey xaliqi-hikmət! 
Duyduqca, düşündükcə olur qəlbimə tarı 
Bin şübhəli illət. 
…Yerlərdə süründüm, yetişir, göylərə qaldır, 
Dindir qucağında, 
Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi Cənnətdə mələklər? 
Qaldır bəni, ta görməyim insandakı zülmi, 
Baq, yer üzü inlər. 
Ya Rəb, bu cinayət, bu xəyanət, bu səfalət 
Bulmazmı nihayət? 
İnsanları xəlq etmədə var bəlkə də hikmət, 
İblisə nə hacət!? 
Pərdənin məzmununu ardıcıllıqla mənimsəyən  şagirdlər  İblisin, 
Mələyin, Arifin xarakteri, düşüncələri ilə bağlı ilkin biliklərə yiyələ-
nirlər. Onlarda həmçinin digər obrazlar – İxtiyar, Xavər, Rəna,  İbn 
Yəmin barədə müəyyən təsəvvür yaranır. 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə