Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə69/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   63   64   65   66   67   68   69   70   71

 196
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda 
parçaların məzmunu ilə bağlı fikir mübadiləsi aparır, sual və tap-
şırıqlar əsasında təqdimat hazırlayırlar. 
Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar  əsasında 
məlumat mübadiləsi və müzakirə aparılır. Müəllim istiqamətləndirici 
suallardan istifadə etməklə  təqdimatların fəal dinlənilməsinə, müza-
kirənin səmərəli keçməsinə nail olur. 
Müzakirə zamanı aşağıdakı məsələlərə diqqət yetirilir: 

  hadisələrin Bağdad civarında baş verməsi; 

  müharibənin dəhşətlərinin təsviri; 

  müharibənin törətdiyi faciələrə  İblisin sevinməsi, Mələyin 
kədərlənməsi; 

  Arifin Allaha müraciəti

  İxtiyar şeyxin Arifə qəlbindəki qəzəbi, nifrəti unutmağı məsləhət 
görməsi; 

  İblisin Ariflə dialoqunun məzmunu və s.  
Növbəti dərsdə  əsərin məzmunu bütövlükdə öyrənildikdən sonra 
nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması həyata keçirilir. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzu: H.Cavid. İblis (ixtisarla) – 4 saat 
İkinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan  əsərlərdə (poema, hekayə, po-
vest, roman, dram, komediya, faciə) 
əksini tapan mühüm milli-mənəvi, 
bəşəri dəyərlərə 
əsaslandırılmış 
münasibət bildirir.  
Faciədə əksini tapmış mühüm milli-
mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
2.1.1. Müxtəlif mənbələrdən top-
ladığı materiallara əsaslanmaqla 
təqdimat və çıxışlarında bədii-
emosional və obrazlı ifadələrdən 
istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini əsaslandırır, 
dinləyicilərin rəyini nəzərə alır, 
mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini 
nəzərə alır, mimika və jestlərdən 
məqsədyönlü istifadə edir. 
 
 
 


 197
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi. 
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə 
birgə iş. 
 
Metod və priyomlar: müsahibə, müzakirə, diskussiya, problemin həlli, 
təqdimat.  
İnteqrasiya: Az.d.1.2.2. 2.1.1.; X.d.1.1.1. 3.1.1.; Az.tar.5.1.3. 
Təchizat:  dərslik, iş  vərəqləri, lüğətlər,  İblisin monoloqunun video və 
ya səs yazısı,  şairin  əsərləri, həyat və yaradıcılığı ilə bağlı 
monoqrafiyalar.  
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi yığcam müsahibə ilə 
aşkara çıxarılır. Faciədən ixtisarla verilmiş  pərdələrin məzmununun 
hansı  səviyyədə qavranıldığı, tanış olmayan sözlərin, məcazların necə 
müəyyənləşdirildiyi aydınlaşdırılır.  
 Şagirdlər kiçik qruplarda oxuduqları pərdələrdəki mühüm fikirlər, 
tanış olmayan sözlər və  məcazlarla bağlı  qənaətlərini bölüşür, fikir 
mübadiləsi aparırlar. Bu, mənimsənilənlərin dəqiqləşdirilməsinə, 
zənginləşdirilməsinə imkan yaradır. Qruplar daha sonra dərslikdə 
təklif edilmiş suallara cavab hazırlayırlar. 
Qrupların təqdimatları əsasında məlumat mübadiləsi  müzakirə 
aparılır. Təqdimatların fəal dinlənilməsi təmin edilir. Müzakirədə daha 
çox  şagirdin iştirakına və onun diskussiya səciyyəli olmasına diqqət 
yetirilir.  Əsərin məzmunu üzrə müzakirə zamanı ikinci  pərdədə  İblislə 
Arifin söhbətinin məzmununa xüsusi diqqət yetirilir. Şagirdlərə aydın 
olur ki, bu pərdədə Arifin İblisin fitnəsinə uyması, insanın öz arzusuna 
çatmaq üçün altun, silah əldə etməsinin zəruriliyinə inanması,  şərab 
içməsi gələcək faciələrin  əsasını qoyur. Üçüncü pərdədə Arifin 
günahsız Xavəri qətlə yetirməsi onun artıq iblisə çevrilməsi kimi 
mənalandırılır. Digər pərdələrin məzmunu üzərində  iş bu qayda ilə 
davam etdirilir.  
Arifin artıq  İblisə uyaraq şərab içməyə başlamasını  və bu yolla da 
içkiyə qurşandığını göstərən parçanın məzmunu üzrə işə xüsusi diqqət 
yetirilir. Hadisələrin gedişinin izlənilməsi və müzakirəsi cinayət yolu 
ilə altun və silah əldə edən, qatilə çevrilən Arifin mənəvi cəhətdən tam 
iflası barədə təsəvvür yaradır: 
      A r i f 
  
(laübali qəhqəhə ilə cibindən bir revolver çıqarır) 
  
 
Hiç qorqma, yanımda həm silah var, 
  
 
Həm altın... Əvət, nasıl da parlar!.. 
 
Bir avuc altın çıqarır,  əlində oynatıb cibinə qoyar. H a y d u t l a r 
arqa tərəfdə, ağaclar arasında görünür. Heyrətlə onları dinlərlər. 
 
 


 198
R ə n a 
 Nerdən sana anlamam şu sərvət? 
A r i f 
                             (məğrur qəhqəhə ilə) 
Bir arqadaşımdan oldu qismət
Yoldaşdı bənimlə bir yəhudi, 
Pəncəmdə həlak olub boğuldu, 
Sərraf idi, həm də xeyli zəngin... 
 Kənardan İblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. 
R ə n a 
                         Sus, bir ləkədir bu söz səninçin; 
                         Beş altına qarşı bunca vəhşət!? 
Şagirdlərin diqqəti son pərdədə  İblislə qardaş qatilinə çevrilmiş 
Arifin dialoquna yönəldilir.  İblisin monoloqunun məzmunu barədə 
şagirdlərin fikirləri öyrənilir. 
Bensiz də əmin ol, sizə rəhbərlik edən var: 
Qan püskürən, atəş savuran kinli krallar
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər, 
Altın və qadın düşkünü divanə bəbəklər, 
Bin hiylə quran, tülki siyasilər, o hər an 
Məzhəb çıqaran, yol ayıran xadimi ədyan; 
Onlarda bütün fitnəvü-şər, zülmü xəyanət,  
Onlar duruyorkən bəni təhqirə hə hacət?! 
...İblis nədir?  
– Cümlə xəyanətlərə bais! 
Ya hər kəsə xain olan insan nədir?  
– İblis! 
 
Nəticənin  çıxarılması  və ümumiləşdirmənin  aparılmasında 
müəllim istiqamətləndirici suallardan istifadə edir. Nəticələrin 
fərziyyələrlə müqayisə edilməsinə vaxt ayrılır. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə