Microsoft Word ?d?b -11 mmv-capa doc


H.Cavid. İblis (ixtisarla)



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə70/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   63   64   65   66   67   68   69   70   71

 199
Mövzu: H.Cavid. İblis (ixtisarla) – 4 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi 
növdə olan əsərlərin emosional-      
obrazlı qavranılması, təhlili və 
qiymətləndirilməsi məqsədilə 
istifadə edir. 
İfadəli oxudan faciənin emosional-
obrazlı qavranılması məqsədilə 
istifadə edir. 
1.2.2. Obrazları xarakter və əməlləri, 
yaşadıqları dövrün sosial-siyasi 
şəraiti və əxlaqi-etik dəyərləri ilə 
əlaqəli səciyyələndirir, müqayisələr 
aparır. 
Faciədəki obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün sosial-
siyasi şəraiti və əxlaqi-etik dəyərləri 
ilə əlaqəli səciyyələndirir. 
 
1.2.4.  Bədii nümunələrin mövzusu-
na, ideyasına, başlıca probleminə, 
konfliktinə dövrün ictimai-siyasi, 
mənəvi dəyərləri kontekstindən çıxış 
etməklə münasibət bildirir və qiy-
mətləndirir. 
Faciənin mövzusuna,  ideyasına, baş-
lıca probleminə, konfliktinə dövrün 
ictimai-siyasi, mənəvi dəyərləri kon-
tekstindən çıxış etməklə münasibət 
bildirir və qiymətləndirir. 
2.1.2. Dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə 
bağlı mühakimələrini faktlarla 
əsaslandırır  
Faciənin dil və üslub xüsusiyyətlə-
rinə istinad edərək yazıçı mövqeyi ilə 
bağlı mühakimələrini faktlarla 
əsaslandırır. 
 
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi. 
İş forması: fərdi iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş. 
 
Metod və priyomlar: müsahibə, müzakirə, diskussiya, problemin həlli, 
təqdimat.  
İnteqrasiya: Az.d. 1.2.2.1.2.4 ; X.d. 2.1.1.2.1.2. 3.1.4.; Az.tar.5.1.3. 
Təchizat: dərslik, iş vərəqləri, “İblis” faciəsindən video və ya səs yazısı, 
şairin əsərləri, yaradıcılığı ilə bağlı monoqrafiyalar.  
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsini müsahibə  və ya bir 
neçə  təqdimatın dinlənilib müzakirə edilməsi yolu ilə aydınlaşdırmaq, 
real vəziyyəti müəyyənləşdirmək olar. Hər iki halda əsərdən İblisin son 
monoloqunun ifadəli oxusu ilə bağlı şagirdlərin rəyi dinlənilməli, ifaçı-
lıq vəzifəsi, nitq texnikası, ifaçının qarşıya qoyduğu məqsədə necə nail 
olduğu aydınlaşdırılmalıdır. 
Nağıletmə ilə bağlı dinlənilən nümunələrin müzakirəsinə vaxt ayrılır. 
Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi 
məqsədəuyğundur. 


 200
Motivasiya, problemin qoyuluşu. Motivasiya suallardan istifadə ilə 
yaradıla bilər.  Şagirdlərə  həyatda kimə iblis, şeytan deyildiyini müəy-
yənləşdirməyi təklif edən müəllim yığcam müsahibənin sonunda tədqi-
qat sualını formalaşdırır. 
 Tədqiqat sualı:  Faciəli hadisələrdən  bəhs edən  əsər yazması dra-
maturqa hansı niyyətini ifadə etməyə imkan yaratmışdır?  
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Dərslikdəki suallar və onların araşdırılmasına istiqamət verən 
cavabların oxusu ilə tədqiqata başlanılır. Həcmi böyük olmayan mətnin 
fərdi və ya cütlük şəklində oxusunu təşkil etmək məqsədəuyğundur. 
Faciədən oxunmuş pərdələrin məzmunu üzrə qazanılmış biliklər əsərin 
mövzusu, ideyası barədə fikir yürütməyə imkan verir.  
Kiçik qruplar oxuduqları  mətn və  dərslikdəki tapşırıqlarla bağlı 
fikir mübadiləsi aparır, təqdimata hazırlaşırlar.  
 
Tədqiqatın aparılması 
Şagirdlər kiçik qruplara ayrılır, iş vərəqlərindəki sual və tapşırıqlar 
üzərində işləyirlər. 
 
I qrup  
a) “İblis nə üçün insanları ittiham edərək, ”canlar yaqar, evlər yıqar 
insan” deyir? 
b) İblis surətinin təsviri ilə müəllif hansı həqiqəti ifadə etmək istəyir? 
c) Müharibə faciəsinin səbəbkarı kimi İblisi seçməkdə müəllifin niy-
yəti nədir? 
ç) İblis onu lənətləyən insanların yanına bir əlində “altun”, bir əlində 
“qurşun” gəlməklə nə demək istəyir? 
 
II qrup 
a) Arifi həqiqət axtarıcısı saymaq olarmı? 
b)  Arifin qəlbində hansı hislərin, düşüncələrin mübarizəsi gedir? 
c)  Arifin çağırışına İblisin səs verməsi nə ilə bağlıdır? 
d) Əsərin  əvvəlində Allahdan imdad diləyən Arifin qatilə çevril-
məsinin səbəbi nədir? 
 
III qrup 
a) Ədib nəyi ən böyük şər hesab etdiyi müharibənin əsas səbəbi sayır? 
b)  Dramaturq faciəvi konfliktin həlli yolunu nədə görür? 
c)  H.Cavidin insanın qüsurunu ən sərt boyalarla tənqid etməkdə 
məqsədi nədir? 
d) İnsanlar birləşib  İblisi öz aralarından qovmaqla şərdən azad ola 
bilirlərmi? 
 


 201
IV qrup 
a) Əsərin  əvvəlində sevinc içində olan İblisin və Allaha yalvaran 
Mələyin təsviri ilə ədib nə demək istəyir? 
b)  Əsərin sonunda bütün şər işlərdə  İblisi günahkar sayan insanlar 
haqlıdırmı? 
c)  İblisin Arifə müraciətlə dediyi bu sözlərin mənasını şərh edin. 
Get, lakin o hörmət və məhəbbət 
Bir gün doğurar qanlı ədavət. 
Get, bəllidir insandakı xislət; 
Sizlərdəki ülfət; sonu vəhşət
Sizlərdəki şəfqət; sonu nifrət, 
Sizlərdəki rəhmət; sonu lənət. 
d)  Əsərin sonundakı monoloqunda İblisin söylədikləri hansı həqiqəti 
əks etdirir? 
 
V qrup 
H.Cavid bəşəriyyətin çıxış yolunu nədə görürdü? Aşağıdakı parça-
lardan istifadə etməklə fikrinizi əsaslandırın. 
a) Turana qılıcdan daha kəskin ulu qüvvət, 
     Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. 
 
b) Kəssə hər kimsə tökülən qan izini  
    Qurtaran dahi odur yer üzünü. 
 
c) Hər qulun cihanda bir pənahı var, 
     Hər əhli-halın bir qibləgahı var. 
     Hər kəsin bir eşqi, bir ilahı var; 
     Bənim Tanrım gözəllikdir, sevgidir.  
 
Müəllim qrupdaxili müzakirələrə  nəzarət edir, zəruri hallarda 
şagirdlərin tədqiqatını məsləhətləri ilə istiqamətləndirir. 
Qazanılmış biliklərin mübadiləsi və müzakirəsi. Ayrılmış vaxt 
bitdikdən sonra qrup sözçülərinin təqdimatları dinlənilir. Müəllim hər 
sözçünün çıxışından sonra həmin qrupun digər üzvlərinə müraciət 
edərək təqdimatla bağlı  əlavələrinin olub-olmadığını soruşur. Sonra 
digər qrupların üzvlərinin sözçüyə sualları cavablandırılır, fikir 
mübadiləsi aparılır. 
Müzakirə zamanı qeyd edilir ki, əsərin ilk pərdəsində qaranlıq 
səhnədə, uzanıb düşüncələrə dalmış Arifin təsviri, İblislə Mələyin gəlişi 
rəmzi məna daşıyır.  İblis bəşər övladının törətdiyi fəlakətlərdən 
məmnun qalaraq bütün əsər boyu insanları  təqib edir, onları öz qur-
banına çevirməyincə sakitləşmir.  İnsanların Allahdan, haqqın nurun-
dan uzaq düşməsindən, faciəli  əməllərindən dəhşətə  gələn Mələk isə 
onları tərk edir. 
Şagirdlər qarşısında dəqiqləşdirici problemli sual qoyulur: Necə oldu 
ki,  əvvəlcə Allahdan imdad istəyən, həqiqət axtaran Arif axırda qatilə 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə