Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə67/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   63   64   65   66   67   68   69   70   71

 191
nın ilk mərhələsindən başlayaraq yazdığı  şeirlərin ideya-mövzu istiqa-
mətləri, ictimai motivlərin mühüm yer tutması ilə bağlı mülahizələr 
faktlarla, nümunələrlə  əsaslandırılmalıdır. Humanist, işıqlı duyğular, 
nəcib amalla yaşayıb-yaradan H.Cavid “Mənim tanrım gözəllikdir, sev-
gidir” deyirdi. Bu qayə onun poema və dram əsərləri ilə yanaşı, təsirli 
fəlsəfi lirik şeirlərində  də öz əksini tapmışdır. Sənətkarın “Kiçik 
sərsəri”, “Çoban türküsü”, “İlk bahar” kimi şeirləri nikbinliyi, xeyir-
xahlığı, insana məhəbbət ruhu, yüksək sənətkarlığı ilə seçilir. 
Qadının taleyi, onun mövhumatdan, cəhalətdən uzaqlaşması, qəflət 
yuxusundan ayılıb, azad, bəxtiyar bir insan kimi ömür sürməsi  şairi 
daim düşündürən ictimai problemlərdən olmuşdur. Üsyankar ruhda 
yazılmış “Qadın”  şeirində o, Şərq qadınını çadranın qara kölgəsindən 
sıyrılıb çıxmağa, öz haqqı uğrunda mübarizəyə səsləyir. 
Şairin poeziyası ilə bağlı fikirlərini bölüşən şagirdlərə aydın olur ki,  
H.Cavid bəşəriyyətin qadına münasibətini onun mənəviyyatının, mədə-
niyyətinin məhək daşı sayır. “Qız məktəbində” şeiri müəllimlə məktəbli 
qızın dialoqu şəklində yazılmışdır. Bu kiçik lirik əsərdəki müəllim obra-
zı səmimiliyi, xeyirxah təbiəti, həssaslığı ilə seçilir. Məktəbli qızın sadə 
geyindiyini, bər-bəzəyə aludə olmadığını görən müəllim bunun səbəbini 
öyrənmək istəyir.  Şagirdini ata məhəbbəti ilə sevən müəllim sanki öz 
zənnində yanılmadığını, həqiqətən də, bu sadə  qızcığazın saf mənəviy-
yat, gözəl  əxlaq sahibi olduğunu özü üçün bir daha dəqiqləşdirmək is-
təyir. Kiçik dialoq vasitəsilə  şair oxucunun gözləri önündə sadə, təva-
zökar, məktəbdə biliklə yanaşı, mərifət, mənəviyyat dərsi alan məktəbli 
qızın obrazını yaratmışdır.  
Humanist şair “Hərb və fəlakət” əsərində bəşəriyyətin sağalmaz xəs-
təliyinə çevrilmiş müharibələrin insanlara gətirdiyi faciələrdən söz 
açır, minlərlə insanın bir-birinə qənim kəsilməsini, zorakılığı, insan qa-
nı tökülməsini vəhşilik adlandırırdı.  Əsərin adından göründüyü kimi
sənətkar hərb yolunu tutanların bəşəriyyəti fəlakətə sürüklədiyini gös-
tərir.  
Dördüncü sualla (Sənətkarın dramatik əsərlərinin mövzu, problem, 
konflikt özəlliyi hansılardır?) bağlı mənbələrdə zəngin məlumat olduğu 
üçün  şagirdlərin diqqəti daha əhəmiyyətli,  ən zəruri fakt və nümunə-
lərə yönəldilməlidir. Cavidin dramaturgiyası üçün kəskin həyati kon-
fliktlərin, dövrün çağırışlarından doğan, bu gün də öz aktuallığını sax-
layan mövzuların, canlı insan surətlərinin səciyyəvi olduğu aydınlaşdı-
rılmalıdır. 
Qeyd edilməlidir ki, Azərbaycan ədəbiyyatında mənzum faciənin ilk 
nümunəsini Hüseyn Cavid yaratmışdır. 1910-cu ildə yazdığı birpərdəli 
“Ana” dramı, 1914-cü ildə  qələmə aldığı  “Şeyx Sənan” faciəsi böyük 
müvəffəqiyyət qazanmış, onu dramaturq kimi şöhrətləndirmişdir. O, 
“Maral”, “Şeyx Sənan”, “İblis”, “Uçurum”, “Şeyda”, “Afət”, “Telli 
saz”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”. “Xəyyam” kimi mən-
zum və  mənsur faciələr, “Azər” poemasını yazmışdır. Tarixi mövzuda 
yazdığı faciələrdə H.Cavid Şərq tarixində baş vermiş hadisələrə, tarixi 


 192
şəxsiyyətlərə müraciət edir, cəsarətlə, uzaqgörənliklə türkçülük ideya-
larını ön plana çəkir, milli və ümumbəşəri mənəvi dəyərləri təbliğ edir. 
H.Cavidin romantizm üslubunda yazdığı 
mənzum faciələri 
Azərbaycan səhnəsində böyük müvəffəqiyyət qazanmışdı. “Şeyx 
Sənan”, “İblis” faciələri ilə  ədib yaradıcılığının  ən yüksək zirvəsinə 
qalxmışdır. 
“Şeyx Sənan” mənzum faciəsində dini çərçivələrə sığmayan, ehkam-
larla yaşamaqdan imtina edən azad fikirli bir şəxsiyyətin  −  Şeyx 
Sənanla gürcü qızı Xumarın saf məhəbbətindən söz açılır.  Şair  əsərdə 
bu gənclərin insanpərvərliyini, mənəvi azadlığını, dini sədləri, 
fanatizmi qırıb dağıdan məhəbbətinin qüdrətini tərənnüm edir. Əsərdə 
ideal səviyyəsinə qaldırılmış  məhəbbət insanın azadlığa, mənəvi 
ucalığa, səadətə qovuşmasının yeganə vasitəsi kimi qiymətləndirilir. 
Müzakirə  nəticəsində  şagirdlər sənətkarın humanist ideallarını  əks 
etdirən, ayrıca öyrəniləcək “İblis” faciəsi barədə  də ilkin biliklərə 
yiyələnirlər. Müharibə  əleyhinə yazılmış bu əsərdə  rəmzi  İblis obrazı 
yaradılmışdır.  İblis obrazı dünya ədəbiyyatı  üçün  yeni  deyildir. 
Azərbaycan  ədəbiyyatı üçün yeni olan bu mövzunu qələmə alan 
dramaturq XX əsrin  İblisinin müdhiş obrazını yaratmışdır. Bu İblis 
dünyaya o vaxtadək görünməmiş müharibələr, kütləvi qırğınlar 
gətirən, zülm üzərində qurulmuş hakimiyyətin rəmzidir.  
Məlumat mübadiləsi  və  müzakirə kiçik qrupların təqdimatları 
əsasında aparılır. Təqdimatlarda və müzakirədə şagirdlərin dərslikdəki 
mətndən öyrəndiklərindən  əlavə, daha hansı  məlumatlara malik 
olduqlarının aşkara çıxarılmasına xüsusi diqqət yetirilir.  
Müəllimin istiqamətləndirici sualları  əsasında ilkin nəticənin çı-
xarılması  və ümumiləşdirmənin aparılmasına vaxt ayrılır.  Ədibin 
lirik və epik poeziyasında, mənzum dramaturgiyasında milli və 
ümumbəşəri mənəvi dəyərlərin yüksək sənətkarlıqla canlandırıldığı 
barədə ümumi qənaət yaradılır. Yekunlaşdırıcı müsahibə  nəticəsində 
şagirdlər bu qənaətə  gəlir ki, şairin yaradıcılığı barədə  mətndə  əks 
olunanlar yığcam olsa da, onun lirikası, poemaları, nəsri, tərcümələri 
barədə müəyyən təsəvvür yaradır. Lakin araşdırma apararaq, 
mənbələrdən sənətkarın həyat yolu, yaradıcılığı barədə bilikləri 
dərinləşdirmək və 
zənginləşdirmək mümkündür. Başlıcası isə 
şagirdlərdə bu zəngin irsə maraq və heyranlıq hissi yaranır. Onlara 
aydın olur ki, mütəfəkkir sənətkarın bütün əsərlərində  bədii 
sənətkarlıqla yanaşı, dərin hikmət, fəlsəfi düşüncələr diqqəti cəlb edir.  
 Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə