Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə64/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

 181
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsini müsahibə  və ya bir 
neçə  təqdimatın dinlənilib müzakirə edilməsi yolu ilə aydınlaşdırmaq, 
real vəziyyəti müəyyənləşdirmək olar. Hər iki halda əsərin bütövlükdə 
oxusu və “Manqurt” əfsanəsinin məzmununun geniş nağıl edilməsi ilə 
bağlı tapşırığın necə yerinə yetirildiyinin müəyyənləşdirilməsi diqqət 
mərkəzində saxlanılır.  
Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi 
məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiya suallardan istifadə ilə 
yaradıla bilər. Şagirdlərə çağdaş həyatımızda kimə manqurt deyildiyini 
müəyyənləşdirməyi təklif edən müəllim yığcam müsahibənin sonunda 
tədqiqat sualını formalaşdırır. 
 Tədqiqat sualı:  Cəmiyyətdəki manqurtluqdan söz açmaqda 
yazıçının başlıca niyyəti nədir?  
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Dərslikdəki suallar (Əsər hansı mövzuda yazılmışdır? Romanda 
hansı problemlər qoyulmuşdur? Boranlı Yedigey obrazını  səciyyələn-
dirən başlıca cəhətlər hansılardır? Bu obraz vasitəsilə hansı milli 
mənəvi dəyərlər ön plana çəkilmişdir? Romanda tarixi yaddaşsızlığı – 
manqurtluğu hansı obrazlar təmsil edir? Romanın başlıca ideyası 
nədir?) və onların araşdırılmasına istiqamət verən cavabların oxusu ilə 
tədqiqata başlanılır. Həcmi böyük olmayan mətnin fərdi və ya cütlük 
şəklində oxusunu təşkil etmək məqsədəuyğundur. Romandan oxunmuş 
parçaların məzmunu üzrə qazanılmış biliklər  əsərin mövzusu, ideyası 
barədə müzakirə aparmağa, fikir yürütməyə imkan verir.  
 Romanın sonundakı parçanın  (“Elə bu vaxt havaya nəsə oldu, 
getdikcə güclənən vulkan gurultusuyla boşluqda nəsə  hərəkətə  gəldi” 
cümləsindən axıradək) ifadəli oxusu üzrə  iş  təşkil edilir. Şagirdlərin 
şərti işarələrdən istifadə etməsi diqqətdə saxlanılır.  
 Şagirdlər kiçik qruplarda fikir mübadiləsi aparır, öyrəndiklərini 
dəqiqləşdirirlər. Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar 
əsasında  məlumat mübadiləsi  və  müzakirə aparılır. Müəllim 
təqdimatların fəal dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli 
olmasına xüsusi diqqət yetirir.  
Təqdimatların müzakirəsi zamanı qeyd edilir ki, sovet dövründə 
cəmiyyətdə  dərin kök salmış ciddi mənəvi problemlər yazıçını düşün-
dürmüş, “Gün var əsrə  bərabər” romanının yazılmasına səbəb olmuş-
dur. Yazıçı manqurtluğu, tarixi yaddaşsızlığı cəmiyyəti sarmış problem 
kimi görür və onun həlli yollarını göstərir. 


 182
Ana-Beyit qəbiristanlığının kosmosa uçuş meydanı olması, xalqın öz 
ölülərini müqəddəs sayılan bu yerdə  dəfn edə bilməməsinin təsviri ilə 
yazıçı oxucunun diqqətini kosmos əsrinin gətirdiyi bəlalara, qlobal 
problemlərə yönəldir.  
Əsərdəki Yedigey obrazı xarakterinin bütövlüyü, möhkəmliyi, 
mənəvi yüksəkliyi ilə diqqəti cəlb edir. Adi bir dəmiryolçu olan Yedigey 
xalqın  ən yaxşı  mənəvi keyfiyyətlərini özündə  cəmləşdirmişdir. O, cə-
miyyətdəki  ədalətsizlikləri, insan taleyinə laqeyd münasibəti böyük 
bəla sayır, bunların səbəbləri barədə düşünür.  Əsərdə bir günün 
hadisələri təsvir olunsa da, yazıçı qəhrəmanın – Boranlı Yedigeyin bü-
tün həyatını onun tarixi yaddaşa, keçmişə qayıdışı, xatirələr, 
düşüncələri vasitəsilə dramatik, hadisələrlə  zəngin bir günə  sığışdıra 
bilmişdir. Romanın “Gün var əsrə  bərabər” adlandırılması da məhz 
bununla əlaqədardır. 
Nəticə  və ümumiləşdirmə  mərhələsində  qazanılmış bilik və ba-
carıqlar  əsasında tədqiqat sualı üzrə araşdırma və müzakirələr yekun-
laşdırılır. Müzakirədə belə bir nəticə  çıxarılır ki, yazıçı sovet 
cəmiyyətində xalqın milli mənlik şüurundan məhrum edilməsinə, tarixi 
yaddaşsızlığa qarşı  çıxmış, Boranlı Yedigey obrazı vasitəsilə müasir 
manqurtlara nifrətini ifadə etmişdir. 
Aparılan işlər yekunlaşdırıldıqdan sonra qiymətləndirmə  həyata 
keçirilir. 
 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 


 183
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
Qiymətləndirmə Xəlil Rza Ulutürkün “Ağ çələngli Azərbaycan” şeiri üzrə 
aparıla bilər. 
  
Ağ çələngli Azərbaycan 
(ixtisarla) 
Bu bir qədim əfsanədir: əsir düşən bir cavanı  
Qara zindan, zülmətxana lapdan çəkir öz kamına. 
Əli qanlı, gözü qanlı, ağzı qanlı neçə cani 
Məhkəmədə qərar verir, qol çəkilir edamına. 
 
– Son məqamda əhdin nədir? – soruşurlar o cavandan 
– Anam gəlsin, anam! – deyir, görməliyəm mən anamı.  
Ana gəlir, işıqlanır birdən-birə qara zindan, 
Övladına bəxş eləyir süddən gələn bir inamı. 
 
Deyir: – Qəbul edəsidir şəxsən məni kral özü. 
Çağırtdırıb özü, oğlum, bəlkə müjdə verəsidir. 
Aman-zaman tək balamsan, varım-yoxum, canım-gözüm,  
Səni mənə bağışlasın, bu olacaq bircə sözüm. 
 
Edam günü ağ geyinsəm, gəlib dursam ağ eyvanda
Bil ki, sənə zaval yoxdu, ölüm yoxdu bu cahanda 
Boğazına sabunlanmış kəndir-ilgək salınsa da, 
İnan, tilsim qırılacaq əvvəl-axır, lap son anda. 
 
Qara geysəm, demək, kral rədd eləmiş diləkçəmi, 
Demək, qanlı fələk özü bəxtimizi qara yazmış. 
Gəlib çatır edam günü zəhərlənmiş qılınc kimi, 
Min-min yolçu qabağında bircə nəfər o "yolazmış". 
 
Göz yetirir: ana durmuş ağ geyimdə, ağ eyvanda
Başında ağ çələngi var, görkəmində bir əzəmət. 
Anlayır ki, daha ona ölüm yoxdur bu cahanda, 
Varlığına qüvvət axır, yerdən-göydən gələn qüvvət. 
 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə