Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə60/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

 169
məz” ifadələrinin mənasını necə başa düşürsünüz? Şəhidlərin nümunəsi 
bizə  nəyi öyrədir?) üzrə cavablar müzakirə olunur. Şagirdlərin öz ca-
vablarında  ədəbiyyat və tarix dərslərində qazanılmış biliklərdən isti-
fadə etmələrinə diqqət yetirilir. Müsahibənin sonunda tədqiqat sualı 
formalaşdırılır. Motivasiya yaradılmasının bir yolu da B.Vahabzadənin 
sözlərinə bəstələnmiş "Şəhidlər” mahnısının (https://www.youtube. com 
/ watch?v =SOHGqXvHz1M) səsləndirilməsi və yığcam müzakirəsi ola 
bilər. 
Tədqiqat sualı: Şəhidlərin qəhrəmanlığı poemada necə əks olunmuş-
dur? 
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Poemadan dərslikdə ixtisarla verilmiş birinci hissənin oxusu ilə təd-
qiqata başlanılır.  
Oxunu fərqli formalarda həyata keçirmək mümkündür. Şagirdlərin 
şeirin oxusuna marağı  nəzərə alınaraq fərdi oxunun tətbiqi məqsədə-
uyğundur. Oxuda tanış olmayan sözlərin mənası və məcazlar müəyyən-
ləşdirilir. 
Təcrübə göstərir ki, əsərin məzmununun mənimsədilməsi zamanı 
müəyyən məsələlərə münasibət bildirilməsinə, ayrı-ayrı misralarda 
ifadə olunan fikirlərin aydınlaşdırılmasına ehtiyac vardır. 
Kiçik qruplarda əsərdən parçaların məzmunu ilə bağlı fikir 
mübadiləsi aparılır, aşağıdakı tövsiyələrdən bəhrələnməklə suallar və 
onlara cavab hazırlanır:  
a)  məzmunun necə  mənimsənildiyini aşkara çıxarmağa xidmət 
edənlər (Kim? Nə? Harada?); 
b) əsərin məzmununu şərh etməyə istiqamətləndirənlər (Bu əlaqələr 
hansılardır? Bunun baş verəcəyi gözlənilirdimi? Hansı  nəticəyə 
gəlmək olar? ); 
c)  dəyərləndirməyə yönəldənlər (Nə üçün belə oldu? Başqa cür ola 
bilərdimi? Hansı düşüncəyə səbəb olur?); 
d)  münasibət bildirməyə imkan yaradanlar  (Ədalətlidirmi? Haqlı 
saymaq olarmı? Bu səhvi bağışlamaq mümkündürmü?). 
Araşdırma zamanı  əsərdən oxunmuş parçada hansı milli-mənəvi 
dəyərlərin əks olunduğu da müəyyənləşdirilir.  
Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar  əsasında 
məlumat mübadiləsi və müzakirə aparılır. Müəllim istiqamətləndirici 
suallardan istifadə etməklə  təqdimatların fəal dinlənilməsinə, müzaki-
rənin səmərəli keçməsinə nail olur. Müzakirə zamanı kiçik qrupların 
aşağıdakı suallar üzrə cavablarına da münasibət bildirilməsi məqsədə-
uyğundur:  
a) Xalqın meydanlara çıxmasının səbəbini şair nədə görür? 


 170
b) Sovet Ordusunun dinc insanları qətlə yetirməsinə səbəb nə idi?  
c)  Şənbə gecəsi baş verən qırğının dəhşətləri hansı misralarda daha 
təsirli əks etdirilib? 
ç) Şəhidlərin qəhrəmanlığı şairdə hansı hislər, duyğular yaradır?  
d) Əsərdə xalqın azadlıq əldə etməsi ilə bağlı hansı fikirlər söylənilir? 
e) Oxuduğunuz əsər hansı mənəvi dəyərlər barədə danışmağa imkan 
verir? 
Növbəti dərsdə  əsərin məzmunu bütövlükdə öyrənildikdən sonra 
nəticənin çıxarılması  və ümumiləşdirmənin aparılması  həyata 
keçirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 


 171
Mövzu: B.Vahabzadə. Şəhidlər (ixtisarla) – 3 saat 
İkinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi 
növdə olan əsərlərin emosional-
obrazlı qavranılması, təhlili və 
qiymətləndirilməsi məqsədilə 
istifadə edir. 
İfadəli oxudan poemanı emosional-
obrazlı qavramaq, təhlil etmək və 
qiymətləndirmək məqsədilə istifadə 
edir. 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan  əsərlərdə (poema, hekayə, po-
vest, roman, dram, komediya, faciə) 
əksini tapan mühüm milli-mənəvi, 
bəşəri dəyərlərə 
əsaslandırılmış 
münasibət bildirir.  
Poemada əksini tapmış mühüm milli-
mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının (1. Əsərin ikinci hissəsini (burada parçalar verilmiş-
dir) nəzərdən keçirin. 2. Oxuduğunuz parçalarda ifadə olunmuş mühüm 
fikirləri müəyyənləşdirməyə çalışın. 3. Tanış olmayan sözlərin mənasını 
aydınlaşdırın. 4. Daha maraqlı hesab etdiyiniz məcazları yazın. 5. “Eşq 
olsun sizə” hissəsindən kiçik bir parçanın ifadəli oxusuna hazırlaşın. 
Şərti işarələrdən istifadə edin) yerinə yetirilmə  səviyyəsi müsahibə 
yolu ilə aydınlaşdırılır.  Şagirdlər müəllifin kədər və qürur dolu his-
lərini, düşüncələrini necə ifadə etdiyinə müzakirə zamanı xüsusi diqqət 
yetirir, müvafiq qiymətləndirmə meyarlarına müraciət olunur.  
Tədqiqatın aparılması  mərhələsində tapşırıqlar fərdi olaraq yerinə 
yetirilir: 
1. Mənasını aydınlaşdırdığınız sözlərlə bağlı işi davam etdirin. Onla-
rın mənasını, öz sözümüz və ya alınma söz olduğunu əsaslandırın. 
2. Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. Onları daha maraqlı 
hesab etməyinizə səbəb nədir? 
3.  Əsərdə diqqətinizi daha çox cəlb edən məsələləri ikihissəli gün-
dəlikdə yazın. 
4. Suallara cavab hazırlayın: 
a)  Şəhidlərin matəm mərasimi  əsərdə necə  təsvir olunub? Bu, bil-
diklərinizə nə əlavə etdi? 
b) Xalq öz igid övladlarının qəhrəmanlığına münasibətini necə ifadə 
edir? 
c) Oxuduğunuz hissə hansı mənəvi dəyərlər barədə danışmağa imkan 
verir?  


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə