Microsoft Word ?d?b -11 mmv-capa doc


DÜNYA ƏDƏBİYYATINDAN SEÇMƏ



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə62/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   58   59   60   61   62   63   64   65   ...   71

 175
DÜNYA ƏDƏBİYYATINDAN SEÇMƏ 
 
Mövzu: Çingiz Aytmatovun həyatı, yaradıcılıq yolu – 1 saat 
 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslan-
maqla təqdimat və çıxışlarında  
bədii-emosional və obrazlı 
ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini  əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının  (1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən 
topladığınız məlumat  əsasında zənginləşdirin və tamamlayın.
 
2. Mövzu-
lardan birini seçib yığcam məqalə yazın: a) B.Vahabzadənin yaradıcılı-
ğında ana dili mövzusu; b) B.Vahabzadənin əsərlərində xalqımızın azad-
lıq mübarizəsinin bədii  əksi)  yerinə yetirilməsi səviyyəsi təqdimatların 
dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Mənbələrdən 
əldə olunmuş  məlumatların məzmunu, dərslikdəki materiallarla necə 
səsləşməsi diqqət mərkəzində saxlanılır. Seçmə yolla dinlənilən məqalə-
lərdə mövzuya müstəqil münasibətin hansı  səviyyədə olması, fikirlərin 
necə əsaslandırılması ön plana çəkilir.  
Motivasiya yaratmaq məqsədilə şagirdlərin mövzu ilə bağlı mövcud 
bilikləri aşkara çıxarılır. Bunun üçün, ilk növbədə, dərslikdəki tapşırı-
ğın (Ç.Aytmatovun yaradıcılığı haqqında nə bilirsiniz? Bu barədə bildik-
lərinizi xatırlayın, yığcam müzakirə aparın)  yerinə yetirilməsinə vaxt 
ayrılır. BİBÖ üzrə  cədvəl çəkilir. Müsahibə  əsasında “Bilirik” və 
“Bilmək istəyirik” sütunlarında müvafiq qeydlər aparılır. 
Motivasiyanın digər variantı “Türk dünyasından izlər: Cingiz Aytma-
tov” videoyazısından bir epizoda (https://www.youtube.com/watch?
-
v=0WxmxAf21os) baxış keçirilməsidir.  
Şagirdlərin Ç.Aytmatovun VII sinifdə öyrəndikləri “Manqurt” əsəri 
(“Gün var əsrə  bərabər” romanından parça) ilə bağlı mülahizələri din-
lənilir və yığcam müzakirə edilir.  


 176
Müzakirə  nəticəsində  tədqiqat sualı müəyyənləşdirilir:  Ç.Aytmato-
vun həyat və yaradıcılığındakı hansı  məqamlar onun dünya şöhrətli 
sənətkara çevrilməsinə zəmin yaratmışdır?  
Tədqiqata dərslikdəki sualların və onların aydınlaşdırılmasına isti-
qamət verən cavabların oxusu ilə başlanılır. Kiçik qruplara mətnkənarı 
suallarla bağlı cavabları oxumaq, məzmununu ümumiləşdirib bir neçə 
cümlə ilə yazmaq, digər qruplara vermək üçün sual müəyyənləşdirmək 
tapşırığı verilir. Eləcə  də  şagirdlərə  tədqiqatçıların dərslikdə verilmiş 
fikirlərinə münasibət bildirmələri tövsiyə olunur. 
Araşdırmaya ayrılan vaxt başa çatdıqdan sonra fikir mübadiləsi və 
müzakirə aparılır. Məsələn, birinci sualla (Yazıçının həyat yolu üçün 
səciyyəvi olan cəhətlər hansılardır?) bağlı  mənbələrdən istifadə edən 
şagirdlər müzakirədə Ç.Aytmatovun zəmanəmizin görkəmli yazıçıla-
rından biri olduğunu, öz yaradıcılığında müasir insanı düşündürən 
həyati problemləri, milli və ümumbəşəri mənəvi dəyərləri  əks 
etdirdiyini  əsaslandırmağa çalışırlar.  Ədibin uşaqlıq illərindən doğma 
ana dili ilə yanaşı, rus dilini dərindən bilməsi, bədii  ədəbiyyatı geniş 
mütaliə etməsi barədə fikirlər də qoyulmuş sualın cavabının aydınlaş-
dırılmasına imkan yaradır. 
İkinci sualla bağlı təqdimatlarda (Yazıçının nəsr əsərlərində diqqəti 
daha çox hansı problemlər çəkir?) qeyd edilir ki, qırğız xalqının həyatı, 
mədəniyyəti və mübarizəsini  əks etdirən “Manas” eposunun motivləri 
yazıçının nəsr  əsərlərində özünü qabarıq göstərir. Ç.Aytmatovun nəsr 
əsərləri müəllifin həyat, insan taleyi haqqında düşüncələri, yeni ide-
yalarla zəngindir. “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü”, 
“İlk müəllim” povestlərinin mərkəzində insanları düşündürən həyati 
problemlər, insanın mənəvi aləmi, həyat mövqeyi, tale yollarının 
mürəkkəbliyi və  çətinliyi durur. Fəlsəfi mahiyyətli “Gün var əsrə 
bərabər”, “Qiyamət” romanlarında sovet cəmiyyətindəki nöqsanlardan, 
mənəvi problemlərdən söz açılmışdır. 
Üçüncü sualla (Yazıçının  əsərlərinin qəhrəmanları hansı xüsusiy-
yətləri ilə seçilir?) yazıçı povest və romanlarında qəhrəmanların işini, 
əməyə münasibətini göstərməklə  məhdudlaşmır, onların hiss-həyə-
canlarını, mənəvi aləmini, həyatını, xarakterdəki incəlikləri inandırıcı 
və  təbii  şəkildə açıqlayır. Bu qəhrəmanlar mürəkkəb həyati konflikt-
lərdən keçir, milli olduğu qədər də ümumbəşəri səciyyə daşıyır. 
Müəllimin istiqamətləndirici sualları  əsasında ilkin nəticənin çı-
xarılması və ümumiləşdirmənin aparılmasına vaxt ayrılır. BİBÖ cəd-
vəlinin “Öyrəndik” sütununda qeydlər aparılır. 


 177
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə ye-
tiriləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: Ç.Aytmatov. Gün var əsrə bərabər (ixtisarla) – 3 saat 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.3. Mürəkkəb süjetli və kom-
pozisiyalı bədii nümunələrdə əhvalat və 
hadisələr arasındakı səbəb-nəticə 
əlaqələrini müəyyənləşdirir, mətni 
hissələrə ayırır, plan tərtib edir, 
məzmununu müxtəlif formalarda 
(geniş, yığcam, yaradıcı) nağıl edir. 
Mətni hissələrə ayırır, seçdiyi 
hissənin məzmununu hazırladığı 
plan əsasında yığcam nağıl edir. 
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan 
əsərlərdə (poema, hekayə, povest, 
roman, dram, komediya, faciə)  əksini 
tapan mühüm milli-mənəvi, bəşəri 
dəyərlərə 
əsaslandırılmış münasibət 
bildirir.  
Romanda əksini tapmış mühüm 
milli-mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının  (1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən 
topladığınız məlumat  əsasında zənginləşdirin və tamamlayın. 2. Araş-
dırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə ça-
lışın: a) Ç. Aytmatovun nəsr əsərlərində hansı mənəvi dəyərlər öz əksini 
tapıb? b)Yazıçının romanlarında çağdaş dövrün hansı problemlərinə 
diqqət yetirilmişdir?) yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla aş-
kara çıxarıla bilər. Təqdimatların seçmə yolla dinlənilməsi və müza-
kirəsi daha məqsədəuyğundur. Bütün hallarda şagirdlərin mənbələrdən 
necə bəhrələndiklərinə diqqət yetirilir. Bu prosesdə müəllimin müvafiq 
qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.  
Motivasiya, problemin qoyuluşu  mərhələsini fərqli məzmunda 
təşkil etmək mümkündür. “Keçmişinə daş atanı  gələcək topa tutacaq” 
aforizmindən, “Manqurt kimə deyilir?”, “İnsanın manqurt edilməsində 
məqsəd nə olur?”, “İnsan manqurta çevrilməmək üçün nə etməlidir?” 
suallarından  istifadə yolu ilə motivasiya yaratmağı qarşısına məqsəd 
qoyan müəllim şagirdlərə öz fikirlərini söyləməyi təklif edir.  


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə