Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə61/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   57   58   59   60   61   62   63   64   ...   71

 172
Kiçik qruplarda birləşən  şagirdlər sual və tapşırıqlar üzrə  qənaət-
lərini bölüşür, fikir mübadiləsi apararaq təqdimat hazırlayırlar. Bu, 
mənimsənilənlərin dəqiqləşdirilməsinə imkan yaradır.  
 Qrupların təqdimatları  əsasında  məlumat mübadiləsi  müzakirə 
aparılır. Təqdimatların fəal dinlənilməsi təmin edilir. Müzakirədə daha 
çox  şagirdin iştirakı  və onun diskussiya səciyyəli olması  məqsədəuy-
ğundur. Müzakirə zamanı şagirdlərin şəhidlərin qəhrəmanlığı haqqında 
fikirlərini əsərdən, həyatdan gətirilən nümunələrlə əsaslandırmalarına 
diqqət yetirilir. Şəhid qəhrəmanlar haqqında oxunmuş  əsərlərə  də mü-
raciət edilməsi faydalıdır.  
Nəticənin  çıxarılması  və ümumiləşdirmənin  aparılması  zamanı  şa-
girdlərdə belə bir fikir formalaşdırılır ki, xalqımız öz müstəqilliyinə 
şəhidlərimizin – vətənimizin ləyaqətli, igid övladlarının qanı bahasına nail 
olmuşdur.  Şəhidlərin xatirəsini  əziz tutmaq, onların qaldırdığı azadlıq 
bayrağını bir daha enməyə qoymamaq hamımızın müqəddəs vəzifəsidir. 
Nəticələrin fərziyyələrlə müqayisə edilməsinə vaxt ayrılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır. 
 
 
Mövzu: B.Vahabzadə. Şəhidlər (ixtisarla) – 3 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.2. İfadəli oxudan müxtəlif 
ədəbi növdə olan əsərlərin emo-
sional-obrazlı qavranılması, təh-
lili və qiymətləndirilməsi 
məqsədilə istifadə edir. 
İfadəli oxudan poemanı emosional-obrazlı 
qavramaq, təhlil etmək və qiymətləndir-
mək məqsədilə istifadə edir. 
1.2.2. Obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün 
sosial-siyasi şəraiti və əxlaqi-
etik dəyərləri ilə əlaqəli səciy-
yələndirir, müqayisələr aparır. 
Poemadakı obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün sosial-siyasi 
şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli 
səciyyələndirir. 
1.2.4.  Bədii nümunələrin möv-
zusuna, ideyasına, başlıca prob-
leminə, konfliktinə dövrün icti-
mai-siyasi, mənəvi dəyərləri 
kontekstindən çıxış etməklə mü-
nasibət bildirir və qiymətlən-
dirir. 
Poemanın mövzusuna,  ideyasına, başlıca 
probleminə, dövrün ictimai-siyasi, mənə-
vi dəyərləri kontekstindən çıxış etməklə 
münasibət bildirir və qiymətləndirir. 
 
 


 173
2.1.2. Dil və üslub xüsusiyyət-
lərinə istinad edərək yazıçı möv-
qeyi ilə bağlı mühakimələrini 
faktlarla əsaslandırır.  
Poemanın dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla əsaslandırır. 
 
Dərsin gedişi 
Ev tapşırığının  (1. “Şəhidlər – Vətənin azadlığı  uğrunda canından 
keçmiş  qəhrəmanlardır” mövzusunda şifahi təqdimata hazırlaşın.         
2. Poemanın “Şəhidlər”hissəsindən seçdiyiniz parçanın ifadəli oxusuna 
hazırlaşın. Şərti işarələrdən istifadə edin) yerinə yetirilmə səviyyəsi bir 
neçə  təqdimatın dinlənilib müzakirə edilməsi yolu ilə müəyyənləşdi-
rilir. Şagirdlərin ifadəli oxusu qiymətləndirilərkən ifaçılıq vəzifəsinin, 
fasilələrin yerinin, məntiqi vurğulu sözlərin, oxuda səs çalarlarının və 
s. necə müəyyənləşdirildiyinə diqqət yetirilir. Müəllimin müvafiq 
qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiya müxtəlif yollarla ya-
radıla bilər. Söz assosiasiyasından istifadə edib şagirdlərdə  “şəhid” sö-
zünün yaratdığı düşüncəni öyrənmək faydalıdır. Söylənilən fikirlərin 
yığcam müzakirəsindən sonra tədqiqat sualı formalaşdırılır. 
 Tədqiqat sualı:  “Şəhidlər” haqqında poemanı yazmaqda şairin 
başlıca niyyəti nə olmuşdur? 
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Dərslikdəki suallar (Poema hansı mövzuda yazılmışdır?  Şairin bu 
mövzuya müraciət etməsinin səbəbini necə izah edərsiniz? Poemada 
şəhidlərin bədii obrazı necə yaradılmışdır? Poema bədii sənətkarlıq 
baxımından hansı xüsusiyyətləri ilə diqqəti cəlb edir? Poemanın başlıca 
ideyası  nədir?)  və onların araşdırılmasına istiqamət verən cavabların 
oxusu ilə tədqiqata başlanılır.  
 Aşağıdakı qaydalara əməl etməklə mətn üzərində iş təşkil olunur:  
1. Mətni parta yoldaşınızla birlikdə oxuyun. İlk mətnkənarı sualın 
cavabını biriniz ucadan oxuyun. Bu parça ilə bağlı bir neçə açar 
sözü, yaxud termini ikilikdə müəyyənləşdirib yazın. Hansınız 
mətni oxumamışsınızsa, həmin açar sözlərdən, yaxud terminlər-
dən istifadə ilə bir neçə sual hazırlayın. 
2. Mətni hansınız ucadan oxumusunuzsa, onu bir daha nəzərdən 
keçirib suallara cavab verin. İkinci  şagird – dinləyən cavabla 
razılaşarsa, onu qeyd edir.  
3. Növbəti mətnkənarı sualın cavabı oxunarkən rollarınızı  dəyişin. 
Mətn oxunandan sonra onunla bağlı açar söz, yaxud terminləri 
hər ikiniz müəyyənləşdirin. Mətni hansınız oxumamışsınızsa, 
həmin söz, yaxud terminlərdən istifadə ilə suallar hazırlayıb 


 174
cavablandırmağı yoldaşınıza təklif edin. Cavabları  təsdiq edirsi-
nizsə, onları qeyd edin. 
4. Mətn bu qayda ilə  sona  kimi  oxunduqdan  sonra  hazırlanmış 
suallar və onların cavabları ilə bağlı bütün siniflə fikir mübadiləsi 
və müzakirə aparın.  
Tədqiqatçıların dərslikdə verilmiş fikirlərinə  də  təqdimatlarda mü-
nasibət bildirilməsi tövsiyə edilir. 
Tədqiqata ayrılmış vaxt bitdikdən sonra məlumat mübadiləsi  və 
müzakirə aparılır. Təqdimatların müzakirəsi zamanı qeyd edilir ki
poema dağılmaqda olan imperiyanın  əli ilə bütün dünyanın gözü qar-
şısında baş vermiş böyük bir faciənin poetik əks-sədasıdır. Əsrlər boyu 
xalqımızın başına gətirilmiş faciələrin davamı 1990-cı ilin qanlı yanva-
rında günahsız insanların qırğını olmuşdur. Lakin xalqın Qarabağı  iş-
ğal etmək istəyən Ermənistana etirazını, azadlıq, müstəqillik tələbini 
tankların, avtomatların gücü ilə susdurmaq istəyi baş tutmadı. Bakının 
küçə  və meydanlarında soyqırımına məruz qalmış, qanına qəltan 
edilmiş  şəhidlərimizin yerini yüz minlərlə qeyrətli vətən övladı tutdu. 
Qanlı yanvar günlərində insanlar işə  çıxmayaraq,  şəhidlərimizin dəfn 
mərasimini keçirdi.  
Nəticə və ümumiləşdirmə mərhələsində şagirdlərin fəal iştirakı ilə 
əsərin təhlili üzrə aparılan işlər yekunlaşdırılır. Söylənilən mülahizələr 
ümumiləşdirilərək belə bir nəticə  çıxarılır ki, şair  şəhidlərin misilsiz 
qəhrəmanlığını xalqımızın azadlıq, müstəqillik uğrunda apardığı tarixi 
mübarizənin məntiqi davamı kimi görür. Əsərdə şəhidlik Vətən naminə 
qəhrəmanlığın zirvəsi kimi dəyərləndirilir.  Şair  şəhidlərin xatirəsinin 
əbədi yaşayacağını, qədirbilən xalqımızın onları heç zaman 
unutmayacağını poetik bir dillə bəyan edir.  
Aparılan işlər yekunlaşdırıldıqdan sonra qiymətləndirmə  həyata 
keçirilir. 
 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
 Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə