149
f) Mirzə Ruhullahla söhbəti Xurşidbanunu hansı qərara gəlməyə sövq
etdi?
g) Əsər hansı mənəvi dəyərlər barədə danışmağa imkan verir?
Qrupların təqdimatları əsasında
məlumat mübadiləsi və
müzakirə
aparılır. Təqdimatların fəal dinlənilməsi təmin edilir. Müzakirədə daha
çox şagirdin iştirakına və onun diskussiya səciyyəli olmasına diqqət
yetirilir.
Müəllimin istiqamətverici sualları
şagirdləri Natəvanın xal-
qımızın görkəmli sənətkarı olması, mürəkkəb bir şəraitdə haqsızlığa
qarşı barışmaz mübarizə aparması, ətrafında olan, eləcə də ona ümid
çırağı kimi baxan insanlara xoşbəxtlik gətirməyə çalışması ilə bağlı
fikir söyləməyə sövq edir. Onlar qeyd edir ki, xalq arasında “Xan qızı”
kimi tanınan Natəvan Azərbaycanın birliyi, azadlığı uğrunda əzmlə
mübarizə aparmış, çar
hakimiyyəti nümayəndələrinin, yerli
fitnəkarların layiqli cavabını vermişdir.
Nəticənin çıxarılması və ümumiləşdirmənin aparılması zamanı
müəllimin istiqamətləndirici suallardan istifadə etməsi
məqsədəuyğundur. Müsahizə zamanı şagirdlərdə belə qənaət yaradılır
ki, İ.Əfəndiyevin bu mövzuya müraciət etməsi, Natəvanı əsərin baş qəh-
rəmanı seçməsi təsadüfi olmamışdır. Natəvanın şəxsiyyəti, mübarizə
əzmi, daim öz xalqının
taleyini düşünməsi, onun xoşbəxtliyi üçün
çalışması sənətkarın diqqətini cəlb etmiş, bu dramın meydana gəlmə-
sinə səbəb olmuşdur.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə
yetiriləcəyini şagirdlərə xatırladır.
150
Mövzu: İ.Əfəndiyev. Xurşidbanu Natəvan (ixtisarla) – 3 saat
Üçüncü saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.2. Obrazları xarakter və
əməlləri, yaşadıqları dövrün so-
sial-siyasi şəraiti və əxlaqi-etik
dəyərləri ilə əlaqəli səciyyələn-
dirir, müqayisələr aparır.
Dramdakı obrazları xarakter və əməlləri,
yaşadıqları dövrün sosial-siyasi şəraiti və
əxlaqi-etik dəyərləri ilə əlaqəli
səciyyələndirir.
1.2.4. Bədii nümunələrin möv-
zusuna, ideyasına, başlıca prob-
leminə, konfliktinə dövrün icti-
mai-siyasi, mənəvi dəyərləri
kontekstindən çıxış etməklə mü-
nasibət
bildirir və qiymətlən-
dirir.
Dramın mövzusuna, ideyasına, başlıca
probleminə, konfliktinə dövrün ictimai-
siyasi, mənəvi dəyərləri kontekstindən
çıxış etməklə münasibət bildirir və
qiymətləndirir.
2.1.2. Dil və üslub xüsusiyyətlə-
rinə istinad edərək yazıçı möv-
qeyi ilə bağlı mühakimələrini
faktlarla əsaslandırır .
Dramın dil və üslub xüsusiyyətlərinə isti-
nad edərək dramaturqun mövqeyi ilə
bağlı mühakimələrini
faktlarla
əsaslandırır.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsini müsahibə və ya bir
neçə təqdimatın dinlənilib müzakirə edilməsi yolu ilə aydınlaşdırmaq,
real vəziyyəti müəyyənləşdirmək olar. Hər iki halda əsərin bütövlükdə
necə qavranıldığı, geniş nağıletmə, mənəvi dəyərlərin müəyyənləşdiril-
məsi ilə bağlı təqdimatların dəyərləndirilməsi zamanı müəllimin mü-
vafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiya atalar sözündən
istifadə ilə yaradıla bilər. Şagirdlərə “El ilə bir ağla, el ilə bir gül” ata-
lar sözünə münasibət bildirmək tapşırılır. Yığcam müsahibənin
sonunda tədqiqat sualı formalaşdırılır.
Tədqiqat sualı: Xurşidbanu Natəvan haqqında əsər yazmaqda
müəllifin niyyəti nə olmuşdur?
Fərziyyələr
dinlənilir, təkrara yol verilmədən qeyd edilir.
Dərslikdəki mətnkənarı suallar və onların araşdırılmasına istiqamət
verən cavabların oxusu ilə tədqiqata başlanılır. Kiçik qruplar araşdırma
apararaq təqdimat hazırlayırlar. Araşdırma zamanı tədqiqatçıların
dərslikdə verilmiş fikirlərinin də müzakirə olunması, onlara əsaslan-
dırılmış münasibət bildirilməsi tövsiyə edilir.
Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar əsasında
mə-
lumat mübadiləsi və
müzakirə aparılır. Müəllim təqdimatların fəal
dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli olmasına nail olur.
Təqdimatların müzakirəsi zamanı qeyd edilir ki, Natəvan çətin, zid-
151
diyyətli bir şəraitdə öz amalına sadiq qalır, xalqın müdrikliyinə, azadlıq
mübarizəsində qələbə çalacağına inanır. Natəvan öz nəcibliyi,
mənəvi
saflığı, əxlaqi keyfiyyətləri ilə Azərbaycan qadınının parlaq obrazını
göz önündə canlandırır. Nəcib ideallarla, işıqlı duyğularla yaşayan
Natəvan üçün Vətən müqəddəs anlayışdır. O, öz Vətəninın, xalqının
mənafeyini qoruyur, doğma yurdun işğalı, ikiyə bölünməsi ilə barış-
mır, çətinliklərdən sarsılmadan mübarizə aparır, tutduğu yoldan dön-
mür.
N
əticə və ümumiləşdirmə mərhələsində tədqiqat sualı üzrə araş-
dırma və müzakirələr yekunlaşdırılır. Müzakirədə belə bir nəticə çıxa-
rılır ki, dramaturq xalqın xoşbəxtliyinin onun azadlığı və milli birliyi
ilə bağlı olduğu qənaətindədir. İkiyə bölünmüş vətəni birləşdirmək
üçün möhkəm iradə, xalqın milli - azadlıq mübarizəsi lazımdır.
Aparılan işlər yekunlaşdırıldıqdan sonra qiymətləndirmə həyata
keçirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci sə-
hifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın
evdə yerinə yetiri-
ləcəyini şagirdlərə xatırladır.
Mövzu: İsmayıl Şıxlının həyatı, yaradıcılıq yolu –
1 saat
Standartlar
Təlim nəticələri
2.1.1. Müxtəlif mənbələrdən
topladığı materiallara
əsaslanmaqla təqdimat və
çıxışlarında bədii-emosional və
obrazlı ifadələrdən istifadə edir.
Mənbələrə əsaslanmaqla mövzu,
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir.
2.2.1. Müzakirələrdə mövzuya,
problemə, yazıçının mövqeyinə
tənqidi münasibətini əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə
alır,
mimika və jestlərdən məq-
sədyönlü istifadə edir.
Mövzuya, problemə münasibətini
əsaslandırır, dinləyicilərin rəyini nəzərə
alır, mimika və jestlərdən məqsədyönlü
istifadə edir.
Dərsin gedişi
Ev tapşırığının
(1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən
topladığınız məlumatlar əsasında zənginləşdirin və tamamlayın.
2. Mövzulardan birini seçib işləyin: a) “Natəvan obrazı haqqında
düşüncələrim” mövzusunda esse yazın; b) İlyas Əfəndiyev yara-
dıcılığında Qarabağ” mövzusunda məqalə yazın) yerinə yetirilməsi sə-