Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə53/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   49   50   51   52   53   54   55   56   ...   71

 146
mane olan, yaşamağın mənasını var-dövlət toplamaqda, meşşan həyat 
tərzində görən insanlarla mübarizə aparır.   
“Sənətkarın tarixi mövzuda dramlarını  səciyyələndirən cəhətlər 
hansılardır ?” sualının müzakirəsi zamanı qeyd edilir ki, müəllif tarixi 
dramlarında mürəkkəb tarixi hadisələri, ziddiyyətləri, xarakterləri, fi-
kir toqquşmalarını, həqiqət axtarışlarını  əks etdirmiş, keçmişdəki 
hadisələrin fonunda bu gün də xalqımızı düşündürən problemlərdən söz 
açmışdır. 
Müzakirənin  şagirdlərin fəal iştirakı ilə keçməsi  nəticənin çıxarıl-
ması və  ümumiləşdirmənin aparılması üçün zəmin yaradır. Müzakirə 
nəticəsində  şagirdlərdə belə bir qənaət formalaşdırılır ki, İ.Əfəndiyev 
aktual mənəvi problemləri həyati konfliktlər, fəal həyat mövqeyi tutan 
qəhrəmanların mübarizəsi zəminində  əks etdirmişdir. O, həmişə  həyat 
həqiqətlərinə sadiq qalmış, hekayə, povest, roman və dramlarında öz 
sənətkar idealını ifadə etmişdir. 
BİBÖ cədvəlində “Öyrəndik” sütununda qeydlər aparılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: İ.Əfəndiyev. Xurşidbanu Natəvan (ixtisarla) – 3 saat 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.3.  Mürəkkəb süjetli və kompozisiyalı 
bədii nümunələrdə  əhvalat və hadisələr 
arasındakı 
səbəb-nəticə 
əlaqələrini 
müəyyənləşdirir, mətni hissələrə ayırır, 
plan tərtib edir, məzmununu müxtəlif 
formalarda (geniş, yığcam, yaradıcı) nağıl 
edir. 
Dramdan seçilmiş hissələrin 
məzmununu yaradıcı nağıl 
edir. 
2.1.1. Müxtəlif mənbələrdən topladığı ma-
teriallara əsaslanmaqla təqdimat və çıxış-
larında bədii-emosional və obrazlı ifadələrdən 
istifadə edir.  
Mənbələrə əsaslanmaqla 
mövzu, problemlə bağlı 
çıxışlarında bədii-emosional 
ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, problemə, 
yazıçının mövqeyinə  tənqidi münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
Mövzuya, problemə münasibə-
tini  əsaslandırır, dinləyicilə-
rin rəyini nəzərə alır, mimika 
və jestlərdən məqsədyönlü 
istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla aşkara 
çıxarıla bilər. Təqdimatların seçmə yolla dinlənilməsi və müzakirəsi 
daha məqsədəuyğundur. Bütün hallarda şagirdlərin mənbələrdən necə 


 147
bəhrələndikləri, öyrəndiklərini dərslikdəki məlumatlarla necə əlaqələn-
dirdikləri diqqət mərkəzində saxlanılır. Bu prosesdə müəllimin 
müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğun-
dur.  
Motivasiya mərhələsini fərqli məzmunda təşkil etmək mümkündür. 
Şagirdlərə suallar üzərində  (“Vətənpərvərlik” sözünün mənasını necə 
başa düşürsünüz? Sizcə, insanın vətənpərvərliyi hansı  məqamlarda 
daha qabarıq üzə  çıxır? Vətənpərvər insanda hansı keyfiyyətlər olmalı-
dır?) düşünmək, cavabları  cədvəldə qeyd etmək tapşırılır. Sonra fikir 
mübadiləsi və müzakirə aparılır. 
İnsan öz xalqının birliyi, azadlığı uğrunda hansı yollarla mübarizə 
apara bilər?” sualından, “Azadlıq gözəl yaşamaq üçündür” atalar sözün-
dən istifadə yolu ilə motivasiya yaratmağı qarşısına məqsəd qoyan 
müəllim şagirdlərə öz fikirlərini söyləməyi təklif edə bilər.  
Motivasiya yaradılmasının digər yolu “Xurşidbanu Natəvan” tama-
şasından bir parçanın videoyazısına baxış  (https://www.youtube.com 
/watch?v=8dkYsvrFRaA) və yığcam müzakirə ola bilər. 
Müzakirənin sonunda tədqiqat sualı formalaşdırılır. 
Tədqiqat sualı:  Tarixi mövzuya müraciəti  sənətkara hansı mühüm 
mətləblərdən söz açmağa imkan yaratmışdır?  
Fərziyyələr dinlənilir və qeyd edilir. Əsərdən verilmiş parçanın 
oxusu aşağıdakı qaydada təşkil olunur: 
1.  Bir səhifə həcmində mətn rollar üzrə oxunur. 
2.  Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara növbə ilə suallar 
verir. Cavablar cütləri qane etməsə, digər  şagirdlərin cavabları 
dinlənilir. 
3.  Cütlər və  mətni oxuyanlar əvəz edilir, sonrakı  səhifələrin oxusu 
da bu qayda ilə davam etdirilir. 
4.  Nəzərdə tutulan parçanın oxusu başa çatdırıldıqdan sonra se-
çilmiş hissələrin məzmununu bir neçə şagird yaradıcı nağıl edir. 
Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar əsasında məlu-
mat mübadiləsi və müzakirə aparılır. Müəllim istiqamətləndirici sual-
lardan istifadə etməklə təqdimatların fəal dinlənilməsinə, müzakirənin 
səmərəli keçməsinə nail olur.  
Nəticənin çıxarılması  və ümumiləşdirmənin aparılması növbəti 
dərsdə əsərin məzmunu bütövlükdə öyrənildikdən sonra həyata keçirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiri-
ləcəyini şagirdlərə xatırladır. 


 148
 
Mövzu: İ.Əfəndiyev. Xurşidbanu Natəvan (ixtisarla) – 3 saat 
İkinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən topladığı ma-
teriallara əsaslanmaqla təqdimat və çıxış-
larında bədii-emosional və obrazlı 
ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla möv-
zu, problemlə bağlı çıxışların-
da bədii-emosional ifadələrdən 
istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, problemə, 
yazıçının mövqeyinə  tənqidi münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
Mövzuya, problemə münasibə-
tini  əsaslandırır, dinləyi-
cilərin rəyini nəzərə alır, 
mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla aşkara 
çıxarıla bilər. Təqdimatların seçmə yolla dinlənilməsi və müzakirəsi 
daha məqsədəuyğundur. Bütün hallarda oxunmuş hissədəki mühüm 
fikirlərin müəyyənləşdirilməsi, tanış olmayan sözlərin mənasının, 
mənşəyinin aydınlaşdırılması, seçilən məcazlarla bağlı  təqdimatların 
dəyərləndirilməsi, müvafiq qiymətləndirmə meyarlarına müraciət 
məqsədəuyğundur.  
Tədqiqatın aparılmasına dərslikdə təklif edilmiş tapşırıqların fərdi 
olaraq yerinə yetirilməsi ilə başlanılır:  
1. Əsərin 5–8-ci şəkillərində ifadə olunmuş mühüm fikirləri cədvəldə 
qeyd edin.  
2. Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. Onları daha maraqlı 
hesab etməyinizə səbəb nədir?   
Əsərin məzmunu üzrə aşağıdakı suallara cavabların hazırlanması ilə 
tədqiqat davam etdirilir: 
a)  Şairlərin məclisində  nə barədə mübahisə gedirdi? Mübahisə  nə ilə 
nəticələnir? 
b) Xurşidbanunun  Şuşaya su çəkdirməsi insanlarda necə  əhvali-
ruhiyyə yaratdı? 
c) Knyaz Xasayın kədərlənməsinə səbəb nə idi? 
ç) Qoca knyazın gəlişində məqsəd nə idi? O, knyaz Xasayı nədə ittiham 
edirdi? 
d) Knyaz Xasayın Dağıstana qayıtmaq niyyətini Xurşidbanu necə qar-
şıladı? 
e) Xurşibanu nə üçün şahzadəni ikiüzlü, cəllad adlandırır? 
ə) Məliküldövlənin Xurşidbanunun yanına gəlməsi nə ilə əlaqədar idi? 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə