Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə41/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   37   38   39   40   41   42   43   44   ...   71

 110
Tədqiqat sualı:  Təhlil xarakterli inşa və essedə  daha çox önəm 
verilən məsələlər hansılardır?  
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd 
edilir. 
Mövzular elan olunur: “Oqtay Eloğlu” əsərinin təhlili” mövzusunda 
inşa; “Oqtayın Firəngizi qətlə yetirməsinə haqq qazandırmaq olarmı?” 
mövzusunda esse.  
Seçilmiş mövzular üzrə fikir mübadiləsi aparılır. Şagirdlər mənbələr 
üzrə apardıqları araşdırmaların nəticələrini nəzərdən keçirir, onlardan 
necə istifadə edəcəklərini müəyyənləşdirirlər. Ümumi hazırlıq başa 
çatdıqdan sonra yığcam müsahibənin aparılması  məqsədəuyğundur. 
İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra şagirdlərin bir-birinin 
yazısını oxumalarına imkan yaradılır. Onlar oxuduqları yazının uğurlu 
cəhətlərini göstərməklə yanaşı, öz arzularını da (yazıya nə əlavə etmək, 
nələri dəyişmək, yaxud təkmilləşdirmək və s. ilə bağlı) ifadə edirlər. 
Şagirdlərə konkret meyarlara istinad etmələri üçün istiqamət verilir. 
Meyarları müəyyənləşdirməkdə müəllim sərbəstdir. Onların bir va-
riantı aşağıdakı məzmunda ola bilər: 

  Mövzu (inşa və essedə) əhatə olunubmu? 

  İnşa üçün müxtəlif mənbələrdən faktlar seçilibmi? 

  Essedə şəxsi təəssüratlar necə ifadə edilib? 

  İnşada faciənin ideyasına, probleminə münasibət bildirilibmi? 
Sinfin səviyyəsindən asılı olaraq, meyarlar daha sadə məzmunda ha-
zırlana bilər. 
Yazılardan nümunələrin oxunmasına və müzakirəsinə vaxt ayrılır. 
Şagirdlərə öz yazıları barədə yoldaşlarının arzu şəklində bildirdikləri-
nin üzərində evdə düşünmək, deyilənləri nəzərə almaq və təkmilləşdir-
mə aparmaq təklif edilir.  
Müəllimin istiqamətləndirici sualları şagirdlərin əsaslandırılmış nə-
ticə  çıxarmalarına imkan verir. Şagirdlərdə belə bir qənaət möh-
kəmlənir ki, təhlil xarakterli inşada,  əsasən,  əsərin mövzusu, ideyası, 
onda qaldırılmış mühüm problem ön plana çəkilir. Essedə isə  şəxsi 
təəssüratın ifadəsi önəmli yer tutur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 


 111
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
Qiymətləndirmə Süleyman Rüstəmin “Ana və poçtalyon” 
şeiri üzrə aparıla bilər. 
 
Ana və poçtalyon 
(ixtisarla) 
 
Dörd ay vardı, ananın gözləri yol çəkirdi, 
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi. 
Sorurdu: “Balam hanı?” – Hər cəbhədən gələndən 
Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən. 
Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum? 
Bəlkə... mən yanılmışam, əzəldən yoxdu oğlum?! 
El bilir, uşaqlıqdan o naxələf olmayıb. 
Ürəyimə damıb ki, oğlum tələf olmayıb… 
Səbəb nədir ki, yazmır anaya bircə kağız, 
Oğul, oğul, – deməkdən qabar oldu dil, ağız! 
Qalxırdı yatağından dan yeri söküləndə… 
Hər qapı açılanda, hər qapı döyüləndə, 
Dikilirdi ananın gözləri bir nöqtəyə, 
Sevinirdi: “Oğlumdan, bəlkə, məktub var!” – deyə. 
 
Tanımayan tapılmaz məhlədə poçtalyonu, 
Hamı istərdi onu, hamı sevərdi onu. 
Onu tanıyırdılar adamlar addımından, 
Bir bayramda çantası dolu gəldiyi zaman. 
Anaya şad xəbərlər gətirmişdi vaxtilə
İndi kağız almayan ana gələrək dilə, 
Söylədi poçtalyona bir neçə acı kəlmə: 
“Məktub olmasa, bir də sən bu həyətə gəlmə!” 
Poçtalyon söz demədi, dilsiz dayanıb durdu, 
Elə bil dağ başında onu ildırım vurdu… 
 
 
Ananın gözlərində sual gördü bir yığın, 
Başını yerə dikib dayandı xeyli dalğın. 
Sinəsini ötürüb sonra küçəyə çıxdı, 
Fikirlər, düşüncələr həssas qəlbini sıxdı. 
Deyirdi öz-özünə: “Ananın haqqı vardır, 
Geniş dünya oğulsuz onun qəlbinə dardır…” 
 


 112
Günlər keçdi… poçtalyon bu həyətə girmədi, 
Ana, gözüylə onu çox aradı, görmədi. 
Bütün həyətdəkilər öyrənmişdilər ona, 
Hamı dedi: “Görəsən, nə oldu poçtalyona?!” 
Bu qoca poçtalyon da anaya bir dərd oldu
Yolunu gözləməkdən hər gün gözü dörd oldu. 
Heç olmasa, poçtalyon bu həyətə gələndə, 
Məktub alan qonşular sevinəndə, güləndə, 
Oğlunu xatırlayıb sevinirdi ana da – 
Sevincindən hamının pay düşürdü ona da. 
Ana düşündü: “Bəlkə, qəlbini qırdım onun, 
Kim bilir nə gəlibdir başına poçtalyonun… 
Bəlkə, onun da oğlu qanlı döyüşlərdədir, 
Kim bilir, bəlkə o da mənimlə bir dərddədir… 
Xəstədir, baxan yoxdur bəlkə də poçtalyona, 
Evlərini bilsəydim, bir baş çəkərdim ona. 
Bundan artıq nə gələr, nə gələr ki, əlimdən?! 
Kaş ki o sözlər mənim çıxmayaydı dilimdən! 
Məktub gətirməsə də, qoy gəlsin, görək onu, 
Sevir bir ana kimi bu dərdli ürək onu…” 
  
Dərdli ananın artdı indi birə on dərdi
Bir doğma oğul dərdi, bir də poçtalyon dərdi… 
Bir gün küçə qapısı açıldı çox sürətlə, 
Qonşular çıxdı evdən təəccüblə, heyrətlə. 
Gördülər ki, poçtalyon əlində məktub gəlir, 
Elə bil caynağında qartal ov tutub gəlir. 
Aldılar bir qırpımda poçtalyonu dövrəyə, 
- Məktub kimədir? Söylə, niyə dinmirsən, niyə? 
Zilləyib gözlərini ananın gözlərinə, 
Poçtalyon qanad taxdı öz şirin sözlərinə: 
- Bundan neçə gün əvvəl məndən küsən, inciyən, 
“Məktub olmasa, bir də bu evə gəlmə!” – deyən 
Mərhəmətli, möhtərəm anayadır bu kağız! 
Hamı bir səslə dedi: “Gözlərin aydın, ay qız!” 
  
Ana, gözləri yaşlı, ətir saçdı dilindən, 
Tez öpdü poçtalyonun məktub verən əlindən… 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə