Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə37/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   33   34   35   36   37   38   39   40   ...   71

 97
necə istifadə edəcəklərini müəyyənləşdirirlər. Ümumi hazırlıq başa 
çatdıqdan sonra yığcam müsahibənin aparılması  məqsədəuyğundur. 
Yazı prosesini müşahidə edən müəllim ehtiyac yaranan məqamlarda 
istiqamətləndirici suallarla şagirdlərə kömək edir. 
İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra şagirdlərin bir-biri-
nin yazısını oxumalarına imkan yaradılır. Onlar oxuduqları yazının 
uğurlu cəhətlərini göstərməklə yanaşı, öz arzularını da (yazıya nə əlavə 
etmək, nələri dəyişmək, yaxud təkmilləşdirmək və s. ilə bağlı) ifadə 
edirlər.  
Yazılardan nümunələrin oxunmasına və müzakirəsinə vaxt ayrılır. 
İnşada və essedə müşahidə olunan üslub fərqinə, ayrı-ayrı  şagirdlərin 
fikirlərini ifadə  tərzinə diqqət yetirilir. Şagirdlərə öz yazıları barədə 
yoldaşlarının arzu şəklində bildirdiklərinin üzərində evdə düşünmək, 
deyilənləri nəzərə almaq və təkmilləşdirmə aparmaq təklif edilir.  
Müəllimin istiqamətləndirici sualları şagirdlərin əsaslandırılmış nə-
ticə  çıxarmalarına imkan verir. Şagirdlərdə belə bir qənaət möhkəm-
lənir ki, təhlil xarakterli inşada, əsasən, əsərin mövzusu, ideyası, onda 
qaldırılmış mühüm problem ön plana çəkilir. Essedə isə  şəxsi 
təəssüratın ifadəsi önəmli yer tutur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiri-
ləcəyini şagirdlərə xatırladır. 
 


 98
SOVET DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI  
(1920–1991-ci İLLƏR) 
 
Mövzu: Sovet dövrü Azərbaycan ədəbiyyatı – 1 saat 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara 
əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və 
obrazlı ifadələrdən istifadə edir. 
 
Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla mövzu, 
problemlə bağlı təqdimat və çıxışlarında 
bədii-emosional və obrazlı ifadələrdən 
istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
Müzakirələrdə mövzuya, problemə 
tənqidi münasibətini dinləyicilərin rəyini 
nəzərə almaqla əsaslandırır, mimika və 
jestlərdən məqsədyönlü istifadə edir. 
3.1.3. 3,5-4 səhifə  həcmində 
nəqli, təsvir, təhlil xarakterli 
mətnlər (ədəbi və sərbəst mövzu-
da inşa, esse, məqalə, məruzə) 
yazır. 
Təhlil xarakterli məqalə, məruzə yazır. 
 
Dərsin gedişi 
Ev tapşırığının (“Güney Azərbaycanda “Heydərbabaya salam” 
əsərinə yazılan nəzirələr” mövzusunda yığcam məqalə yazın) yerinə 
yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında 
müəyyənləşdirilə bilər. Məqalə ilə bağlı seçmə yolla təqdimatların 
dinlənilməsində mövzuya müstəqil münasibətin hansı səviyyədə olması-
na, əsaslandırılmasına xüsusi diqqət yetirilir.  
Yeni mövzunun öyrənilməsinə  dərslikdəki tapşırıq  (Sovet dövrü 
Azərbaycan ədəbiyyatı haqqında bildiklərinizi yada salıb yığcam müza-
kirə aparın. Tarix, coğrafiya dərslərində bu dövrlə bağlı qazandığınız 
biliklərdən istifadə edin) əsasında təşkil edilən müzakirə ilə başlanılır. 
Müsahibə, müzakirə əsasında şagirdlərin sovet dövrü haqqında bilikləri 
aşkara çıxarılır. Cavabların ümumiləşdirilərək qeyd edilməsi üçün 
BİBÖ-dən istifadə edilir. 
Müzakirə  nəticəsində  tədqiqat sualı müəyyənləşdirilir:  Sərt siyasi-
ideoloji qəliblər, təzyiq şəraitində yaranan sovet dövrü ədəbiyyatı hansı 
özəllikləri ilə diqqəti cəlb edir? 


 99
Təlim məqsədi,  şagirdlərin hazırlıq səviyyəsi  əsas götürülərək dərs 
debat metodundan istifadə ilə təşkil edilə bilər. Bu zaman şagirdlər tət-
biq ediləcək təlim metodları, priyom və  iş üsulları ilə bağlı  təlimat-
landırılmalıdır.  
Araşdırma dərslikdəki sualların və onların aydınlaşdırılmasına isti-
qamət verən cavabların – mətnlərin oxusu ilə davam etdirilir.  
Şagirdlər kiçik qruplara ayrılır, hər qrupa iş  vərəqlərində suallar 
təqdim edilir. Kiçik qruplara əlavə  mənbə kimi ədəbiyyatşünaslıq 
lüğəti, ədəbiyyat ensiklopediyaları, məktəb kitabxanasındakı latın qra-
fikası ilə çap olunmuş müvafiq əsərlərdən və s. istifadə imkanı yara-
dılır.  
 Kiçik qruplar dərslikdəki mətn üzrə sualların aydınlaşdırılmasına 
(Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ədəbi həyatda, ilk 
növbədə, hansı  dəyişikliklər baş verdi? Ədəbiyyatda sinfilik, tarixilik, 
xəlqilik prinsipləri sovet reallığında hansı mahiyyəti daşıyırdı? Sovet 
dövrü  ədəbiyyatımızda Azərbaycan gerçəkliyi necə  əks olunurdu? Şəx-
siyyətə pərəstişin tənqidi ədəbiyyata necə təsir etdi?) istiqamət verən ca-
vablarla tanış olurlar. Kiçik qruplara mülahizələrini  əsaslandırmaq 
üçün  əvvəlki siniflərdə sovet dövründə yazıb-yaratmış  sənətkarların 
yaradıcılığı üzrə qazandıqları biliklərdən bəhrələnmək tövsiyə edilir. 
Qruplar mətn üzrə suallara cavab hazırlamaqla yanaşı, dərslikdəki di-
gər tapşırıqları da yerinə yetirirlər. Tədqiqatçıların fikirlərinə    müna-
sibət bildirilməsini tələb edən tapşırıqla bağlı tövsiyələr verilir. 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra kiçik qrupların təq-
dimatları əsasında məlumat mübadiləsi  müzakirə aparılır. Müzaki-
rə diskussiya  şəklində  həyata keçirilir. Diskussiya zamanı sovet dövrü 
ədəbiyyatımızın hansı siyasi basqılar  şəraitində yarandığı, bədii  əsər-
lərdə ifrat şüarçılıq meyillərinin meydana gəlməsi, sənətkarlıq mə-
sələlərinin arxa plana keçməsi, süni şəkildə siyasi məqsədlərə xidmət 
edən yeni ədəbiyyat yaratmaq ideyasının ortaya atılması, müxtəlif 
ədəbi nəsilləri, ədəbi qruplaşmaları üz-üzə qoymaqla klassiklərin sıxış-
dırılması  və s. məsələlər üzrə  fərqli mülahizələr dinlənilir və onlara 
əsaslandırılmış münasibət bildirilir.  
Müzakirədə  fərqli mülahizələrin dinlənilməsinə  şərait yaradılır, 
söylənilən hər mülahizənin əsaslandırılması diqqətdə saxlanılır.  
Diskussiya zamanı söylənilən mülahizələr nəticə və ümumiləşdirmə 
mərhələsində müəllimin istiqamətləndirici sualları ilə ümumiləşdirilir, 
qoyulmuş problemlə bağlı müəyyən qənaət hasil edilir. Şagirdlərdə belə 
bir qənaət yaradılır ki, ədəbiyyatımızın inkişafında sovet dövrü 
mürəkkəb bir mərhələ olmuş, sənətkarlarımız gerçəkliyin yaratdığı şə-


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə