Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə34/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   30   31   32   33   34   35   36   37   ...   71

 89
 
8. Əsərin məzmununu ümumiləşdirib bir neçə cümlə ilə yazın. 
_____________________________________________________________
_____________________________________________________________ 
_____________________________________________________________ 
 
9. Şərti işarələrdən istifadə etməklə cümlələrdə fasilələrin yerini, məntiqi 
vurğulu sözləri göstərin. 
Tarı sinəmə basıb həmin bu “Rast”ı başladım. Bir də gördülər, bir dənə 
bülbül gəlib mənim qarşımda bitmiş ağacın budağında əyləşib başladı cəh-
cəh vurmağa. Dedim:  
“Ay zalımın quşu, ölsən də, səni özümə  tərəf çəkəcəyəm”. Bir az 
keçmişdi, оnda gördüm bülbül ağacdan sürətlə enib özünü tara çırpıb uçub 
getdi. 
 
10. Hekayənin başlıca ideyası nədir? 
_____________________________________________________________  
_____________________________________________________________ 
_____________________________________________________________ 
_____________________________________________________________ 
_____________________________________________________________ 


 90
CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATI 
Mövzu: Məhəmmədhüseyn Şəhriyarın həyatı, yaradıcılıq yolu – 1 saat 
Standartlar 
Təlim nəticələri 
2.1.2. Dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla əsaslandırır.  
Şeirin dil və üslub 
xüsusiyyətlərinə istinad edərək 
yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla 
əsaslandırır. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə tənqidi 
münasibətini əsaslandırır, 
dinləyicilərin rəyini nəzərə alır, 
mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
Müzakirələrdə mövzuya, prob-
lemə tənqidi münasibətini din-
ləyicilərin rəyini nəzərə almaqla 
əsaslandırır, mimika və jestlərdən 
məqsədyönlü istifadə edir. 
 
Dərsin gedişi
 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müəyyənləşdirilərkən 
təqdimatların dinlənilməsinə, müzakirəsinə üstünlük verilir. 
Ə.Cavadın milli azadlığı, müstəqilliyi tərənnüm edən  əsərlərinə necə, 
hansı  səviyyədə qiymət verildiyi aşkara çıxarılır. Müəllim müvafiq 
qiymətləndirmə meyarlarına müraciət edir. 
 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılmasına 
fərqli yollarla nail olmaq mümkündür. Şairin ifasında yığcam bir şeirin 
dinlənilməsi, sənədli filmdən fraqmentin nümayiş etdirilməsi, bədii, 
yaxud elmi əsərdən seçilmiş parçanın oxusu və s. motivasiyanın 
yaradılması üçün vasitə ola bilər. Dərslikdəki tapşırıq  (M.  Şəhriyar 
haqqında bildiklərinizi yada salıb yığcam müzakirə aparın)  əsasında 
aparılan yığcam müzakirə sonda tədqiqat sualının müəyyənləşdirilmə-
sinə imkan yaradır. 
Tədqiqat sualı:  Quzeyli, güneyli Azərbaycanda  şairin  şəxsiyyətinə, 
yaradıcılığına böyük marağa səbəb, sizcə, nədir?  
 Fərziyyələr dinlənilir və qeyd edilir. 
Araşdırmaya dərslikdəki materialın oxusu ilə başlanılır. Oxunun 
təşkili ilə bağlı  dərslikdə  təklif edilmiş qaydalar məzmunu  əhatəli və 
anlayaraq mənimsəməyə imkan yaradır. Mətnkənarı sualların cavabının 
oxusundan sonra məzmunun ümumiləşdirilməsi tələbi oxunmuş parça 
barədə dolğun təsəvvür olmadan reallaşdırıla bilməz. Bu, şagirdlərdə 
həmçinin ümumiləşdirmə bacarığının olması ilə  də  şərtlənir. Ümumi-
ləşdirmənin yazılı  şəklə salınması isə müstəqil düşüncənin inkişafına, 
yazı bacarığının formalaşmasına az təsir etmir. Hər qrupun apardığı 
ümumiləşdirmənin təqdimat  əsasında dinlənilməsi, müzakirə edilməsi 
də mətnin dərindən qavranılmasına öz töhfəsini verir.  
Şairin həyatı, yaradıcılığı ilə bağlı materialın oxusu başa çatdırıl-
dıqdan sonra məzmunun bütöv, tam şəkildə təsəvvürdə canlandırılması 
qayğısına qalmaq faydalıdır. Buna nail olmaq üçün hər qrup gəldiyi 
nəticələrlə bağlı  təqdimat edir. Daha dəqiq deyilsə, öyrənilənlərin  əsa-
sında çıxarılmış  nəticələr dərslikdəki materialın ardıcıllığı gözlənil-
məklə  təqdim olunur. Bu, müəllimin istiqamətləndirici sualları  əsasın-
da həyata keçirilir. 


 91
Mənbələrdən hansı  məzmunda  əlavə  məlumatların öyrənilməsinin 
vacib olduğu müəyyənləşdirilərək bəndlərlə qeyd olunur.  
Vaxtdan qənaətlə istifadə edilməsi bu iş tamamlandıqdan sonra 
digər standartın (2.1.2)  reallaşdırılmasına diqqət yetirməyə imkan 
verir. Şairin “Azadlıq quşu “Varlıq” adlı şeirinin ixtisar olunmuş mətni 
qruplara təqdim edilir.  
Hərçənd qurtulmaq hələ yox darlığımızdan, 
Amma bir azadlıq doğulub varlığımızdan. 
“Varlıq” nə bizim təkcə azadlıq quşumuzdur, 
Bir müjdə də vermiş bizə həmkarlığımızdan. 
Bəh-bəh, nə şirin dilli  bu cənnət quşu tuti, 
Qəndin alıb ilham ilə dindarlığımızdan. 
Dil açmada karlıq da gedər, korluğumuz da, 
Çün lallığımız doğmuş idi karlığımızdan. 
Düşmən bizi əlbir görə, təslim olur naçar
Təslim oluruq düşmənə naçarlığımızdan. 
Huşyar olasız, düşməni məğlub edəcəksiz, 
Düşmənlərimiz qorxur huşyarlığımızdan. 
Birlik yaradın, söz bir ola biz kişilərdə, 
Yoxluqlarımız bitdirəcək varlığımızdan. 
Şagirdlərə  təklif edilir ki, şeirin üzərində  işləməklə müəllifin  əsas 
niyyətini, mövqeyini müəyyənləşdirməyə çalışsınlar. Bunun üçün 
əsərin dil və üslub özəlliyinə (seçilmiş söz və ifadələrə, müəllifin öz 
fikrini necə, hansı  tərzdə  təqdim etməsinə) daha çox istinad etməyin 
vacib olduğu xatırladılır.  Şairin  ən maraqlı  şeirlərindən olan bu 
nümunə dilinin şirinliyi, ifadə tərzinin orijinallığı, məzmun zənginliyi, 
siyasi kəsərliliyi ilə seçilir. Əsərdə güclü, qüdrətli olmağın yolları 
göstərilir. Müəllifin fikrincə, əlbir olmaq, huşyarlıq düşməni qorxudan 
ən güclü silahdır.  
Şairə görə, “Varlıq” dərgisi həmvətənlərinin gözünün açılmasına, 
onların arasında birliyin yaranmasına güclü təsir edəcəkdir.  
Səslənmə baxımından yaxın sözlərin bir misrada qoşa işlənməsi 
(korluq, karlıq; lallıq, karlıq və s.), uğurlu qafiyələr (memarlığımızdan, 
huşyarlığımızdan, varlığımızdan və s.) şeirdə güclü ahəngin yaran-
masına az təsir etmir.  
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, M.Şəhriyarın quzeyli, 
güneyli bütöv Azərbaycanda sevilməsinin,  şəxsiyyətinə  və yaradıcılı-
ğına böyük maraq göstərilməsinin başlıca səbəbi xalqına bəslədiyi dərin 
və  səmimi məhəbbətdir. Bu məhəbbəti o, doğma türkcəmizdə yazdığı 
əsərlərdə elə böyük sənətkarlıqla ifadə etmişdir ki, bu əsərləri 
sevməmək mümkün deyildir. 
 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə