Microsoft Word ?d?b -11 mmv-capa doc


M.Şəhriyar. Türkün dili – 3



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə36/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   32   33   34   35   36   37   38   39   ...   71

 94
Mövzu: M.Şəhriyar. Türkün dili – 3 saat
 
İkinci saat: Təhlil üzrə iş
 
Standartlar 
Təlim nəticələri 
1.2.3. Müxtəlif vəznli (heca, əruz, 
sərbəst)  şeirlərdə, süjetli bədii 
nümunələrdə  bədii təsvir və ifadə 
vasitələrinin obrazlılığın təmin 
edilməsindəki roluna əsaslandırıl-
mış münasibət bildirir. 
Şeirdə məcazların obrazlılığın yaradıl-
masındakı roluna əsaslandırılmış 
münasibət bildirir. 
1.2.4. 
Bədii nümunələrin 
mövzusuna, ideyasına, başlıca 
probleminə, konfliktinə dövrün 
ictimai-siyasi, mənəvi dəyərləri 
kontekstindən çıxış etməklə müna-
sibət bildirir və qiymətləndirir. 
Şeirin mövzusuna, ideyasına, başlıca 
probleminə dövrün ictimai-siyasi, mə-
nəvi dəyərləri kontekstindən çıxış et-
məklə münasibət bildirir və qiymət-
ləndirir. 
 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənil-
məsi və müzakirə edilməsi əsasında müəyyənləşdirilə bilər. İlk növbədə, 
“Türkün dili” şeiri ilə müqayisə üçün hansı  əsərin müəyyənləşdirildiyi 
və  nə  dərəcədə  uğurlu seçim olduğu aydınlaşdırılır. Sonrakı addım 
əsərlərin necə müqayisə edilməsinin aşkara çıxarılması olur.  
Hazırlanmış ikihissəli gündəliklərlə bağlı  təqdimatların fəal din-
lənilməsinə  və müzakirədə daha çox şagirdin iştirakını  təmin etməyə 
səy göstərilir. Bütün hallarda müvafiq qiymətləndirmə meyarlarına 
müraciət edilməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılması  fərqli 
yollarla həyata keçirilə bilər. Suallardan istifadə yolunu seçən müəllim 
şeirlə bağlı suallar (Şeirdə diqqətinizi daha çox çəkən nə oldu? Şeirlə 
bağlı bizim üçün qaranlıq qalan mətləblər varmı? Onunla bağlı daha 
nələri öyrənmək maraqlı olardı? və s.) əsasında yığcam müzakirə apara 
bilər. Müzakirə  tədqiqat sualının müəyyənləşdirilməsi ilə başa 
çatdırılır. 
Tədqiqat sualı:  Bu  şeiri yazmaqda şairin başlıca məqsədi, sizcə, nə 
olmuşdur? 
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Tədqiqata dərslikdəki təhlil materialının oxusu ilə başlanılır. Həmin 
materialdakı  mətnkənarı sualların sayına uyğun olaraq sinifdə dörd 
kiçik qrup (şagirdlərin sayı çox olarsa, iki qrup bir sualın üzərində 
işləyə bilər) yaradılır. Qruplar dərsliyə baxmadan özləri üçün ayrılmış 
suala cavab yazır.  Şeirin məzmunu ilə bağlı öyrəndiklərindən istifadə 
edən  şagirdlər suallara cavab yazmaqda ciddi çətinlik çəkmirlər. Qrup 
üzvləri hazırladıqları ümumi cavabı  təkmilləşdirdikdən sonra müəl-
limin təklifi ilə üzərində işlədikləri sualın cavabını dərslikdən oxuyur-
lar. Hazırladıqları cavabı  dərslikdəki müvafiq mətnlə müqayisə edən 
qrup üzvləri gəldikləri nəticəni müqayisə cədvəlində, yaxud Venn diaq-
ramında əks etdirirlər. Çıxarılmış nəticələr barədə kiçik qrupların təq-
dimatları  əsasında məlumat mübadiləsi və müzakirə aparılır. Mən-
bələrdən öyrənilməli olan əlavə məlumatlar bəndlər şəklində yazılır. 


 95
Dərsdə reallaşdırılması  nəzərdə tutulan standartların tələblərinə 
qrupların müstəqil hazırladıqları cavablarda xüsusi diqqət yetirilir. 
Məsələn, məzmunun öyrənilməsində müəyyənləşdirilmiş  məcazların 
bədiiliyin, obrazlılığın artmasındakı rolu nümunələr  əsasında izah 
edilir və cavablara əlavə olunur. 
İkinci standartın (1.2.4.) tələblərinin reallaşdırılmasına yardım 
edən izahlara dərslikdə, yığcam da olsa, yer verilmişdir. Bu məlumat, 
eləcə də əsərin məzmununun ətraflı öyrənilməsi müstəqil cavablarda bu 
standartın tələblərini xeyli dərəcədə  əhatə etməyə imkan verir. Bu, 
eləcə  də  tədqiqat sualının aydınlaşdırılmasına  əhəmiyyətli dərəcədə 
təsir edir.  
Müəllimin istiqamətləndirici sualları dolğun nəticələrin çıxarılma-
sına imkan yaradır.  Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, İran 
hakim dairələrinin tutduqları mürtəce mövqe şairin bu əsəri yazmasına 
səbəb olmuşdur. Diqqəti dilimizin zənginliyinə, bu dildə yazıb-yaradan 
qüdrətli sənətkarlara cəlb edən  şair  İranda həll edilməsi vacib olan 
problemləri də xatırladır. Hakimiyyətin bunları  həll etmək  əvəzinə 
xalqların arasına nifaq salmasını  tənqid edir. Bu əsərində  şair xalqı-
mızın dəyərlərinin müdafiəçisi, milli təəssübkeş kimi ucada dayan-
dığını bir daha təsdiq edir.  
Çıxarılmış nəticələr fərziyyələrlə müqayisə edilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 


 96
Mövzu: M.Şəhriyar. Türkün dili – 3 saat 
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
 Standartlar 
Təlim nəticələri 
3.1.1.  Yaradıcı yazıların məzmunu-
na uyğun üslub müəyyənləşdirir, 
müxtəlif mənbələrdən seçdiyi inan-
dırıcı faktlardan, şəxsi təəssüratla-
rından istifadə edir. 
İnşanın, essenin məzmununa uyğun 
üslub müəyyənləşdirir, müxtəlif 
mənbələrdən seçdiyi inandırıcı fakt-
lardan,  şəxsi təəssüratından istifadə 
edir. 
3.1.2. Müşahidələrinə,  əlavə  məlu-
matlara  əsaslanmaqla  əsərin ideya-
sına, probleminə, bədii xüsusiyyət-
lərinə münasibət bildirir, ümumi-
ləşdirmələr aparır, nəticə çıxarır.
Müşahidələrinə,  əlavə  məlumatlara 
əsaslanmaqla problemə münasibət bil-
dirir, ümumiləşdirmələr aparır, nəti-
cə çıxarır.  
3.1.3. 3,5–4 səhifə  həcmində  nəqli, 
təsvir, təhlil xarakterli mətnlər 
(ədəbi və  sərbəst mövzuda inşa, 
esse, məqalə, məruzə) yazır. 
Təhlil xarakterli inşa, esse yazır. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müəyyənləşdirilərkən
ilk növbədə, “Türkün dili” şeiri üzrə sinifdə öyrənilmiş materiala 
mənbələrdən hansı  əlavələrin edildiyi aşkara çıxarılır. Mənbələrdən 
əldə olunmuş  əlavələrin müvafiqliyi, dərslikdəki məlumatla müqayi-
səsi, ümumiləşdirilməsi təqdimatların dinlənilməsində və müzakirəsin-
də diqqət mərkəzində saxlanılır. Tapşırığa daxil edilmiş aşağıdakı sual-
lar ətraflı fikir mübadiləsi və ciddi müzakirə tələb edir:  

  Şeirdə  əksini tapmış  məsələlər  şairin hansı  əsərlərindəki 
fikirlərlə səsləşir? 

  “Türkün dili” şeirinin ideya-məzmunu haqqında mənbələrdəki 
fikirlərdən hansını daha dolğun hesab edirsiniz?  
Dərslikdəki təhlil materialında bu suallarla bağlı yalnız istiqamət 
verilmiş, mənbələri araşdırmaqla sinifdə yığcam öyrənilənlərin zəngin-
ləşdirilməsi və tamamlanması  nəzərdə tutulmuşdur. Bu suallarla bağlı 
bütün  şagirdlərin mövqeyinin aşkara çıxarılmasına, müzakirədə  fəal 
olmalarına səy göstərilir. Bütün hallarda müvafiq qiymətləndirmə 
meyarlarına müraciət edilir. 
 
Motivasiya, problemin qoyuluşu.  Şagirdlərin təhlil xarakterli inşa 
və esse ilə bağlı bilik və bacarıqlarını xatırlamağa yönəlmiş  yığcam 
müzakirə aparılır. Müzakirənin sonunda tədqiqat sualı müəyyənləşdiri-
lir. 
Tədqiqat sualı:  Təhlil xarakterli inşa və essedə daha çox önəm 
verilən məsələlər nə olur? 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Mövzular elan olunur: “M.Şəhriyarın yaradıcılığında Güney Azər-
baycan” mövzusunda inşa; “M.Şəhriyarın lirik şeirlərində diqqətimi 
daha çox cəlb edənlər” mövzusunda esse. 
Seçilmiş mövzular üzrə fikir mübadiləsi aparılır. Şagirdlər mənbələr 
üzrə apardıqları araşdırmaların nəticələrini nəzərdən keçirir, onlardan 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə